11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Slenkerancay - esason üç gündə olmayan, bəlkə də olmaq kimi görünüb tam ölməyə doğru sürüklənən Azərbaycan futbolunda gündəm dəyişib.

Əgər gündəm dəyişibsə aydın məsələdir ki, demək söhbət “Xəzər Lənkəran”dan gedir. FİFA-nın cənub klubuna iki transfer dönəmində (yox, biz azarkeş saytı olsaq da dönəm ifadəsini illə qatışdıracaq saytlar qədər savadsız deyilik) qadağa qoyması sıradan xəbər deyildi. Maraqlı idi ki, bir dəfə də olsun cənub klubunun formasını geyinməyən, adi iştirak ərizəsinə salınmayan futbolçunun iddiası əsasında verilən cəza elə FİFA-nın bizim pensiyaları hesablayan SOBEZ qədər adi, böyüdülməyinə səbəb olmayan məsələn, KOMUNXOZ kimi qurum olduğunu bir daha təsdiqlədi. “Xəzər Lənkəran” onsuz da problemləri bitməyən, bu gün toxum səpib, bir ay sonra stadionunun qazonunu tamamən dəyişməyə qərar verə biləcək klubdur. Bu məlum. Amma və lakin, həm də daşı çox böyük olan klubdur. İndi başıbəlalı, idarəçiliyində yetəri və yetərsiz qədər problemi olan klubumuzu bir anlıq qoyaq kənara. Əcəba, deyim ki, gözəl sözdür, Əcəba, oktyabrda verilən qərar 7 ay sonra niyə üzə çıxır və ya çıxdı? İnanın bu sual namazı möhürlə ya möhürsüz qılaq kimi ali İSLAMın ən qızğın və müzakirə olunan sualı qədər maraqlı sualdır. Bəli, 7 ay bu qadaga necə və kim tərəfindən gizlədilib? Klub gizlədibsə klub rəhbərliyi camiəyə xəyanət edib deyə bu ittihamı yapışdırdıq 1967-də yaranan, amma o keçmişinı sahib olmayıb 2004 yazılan loqonun üzərinə. Bəs, AFFA? Eynən FİFA kimi 4 hərfdən ibarət olan və işçi sayı bir alay, rus ordusunda xidmət edənlərə aydın olsun deyə elə rus dilində yazaq “Полк” qədər olan qurum hara baxıb? Axı, FİFA deyir ki, məktubu AFFA-ya göndərmişik və heç bizim federasiya da bunu təkzib etmir. ,,FİFA nın məktubunu açıqlaya bilməzdik” deyən AFFA rəsmisinin yalanı Lənkərandakı Ziyalılar Evindən dollar dəyişənlərin yığışdığı küçəyə qədər gedib çıxmaz. Çünki, FİFA bizim təmas xəttindəki qoşunların dislokasiya yerini açıqlamır ki, AFFA da bunu gizlətsin. Demək, AFFA-nın günahı “Xəzər Lənkəran”dan daha böyükdür. Necə ki, klublar məhz AFFA-ya dolayısı ilə tabedir demək burda misalı bizimkilərdən iraq, eşşəyi qoyub palanı döyməyə dəyməz. Yenə də qayıdıram 7- ay məsələsinə ki, bu xəbər bir belə gizlənib necə ortaya çıxdı? Səbəbkar futbolçu Veldin Muherremoviçmidir? Əsla! Bu adam deyir ki, “siz hələ indi bilirsiniz? Qərar ki, 7 ay öncə verilib”. Demək, buna bir quş! Həəə, hədəf gəldi bizimkilərin üzərinə. Yox, iki cüt bir tək idarəedici üzvü olan klubumuzun yox, məhz iki cüt, bir təklə yola getməyən, gizli, açıq savaşda olan futbol qurumunun üzərinə. Əcaba, doğurdan maraqlı səslənir, Əcaba bu qurum, fərqli odur ki, 4 hərf yox, üç hərfdən ibarətdir xəbəri mediaya ötürə bilərmi? Bəli, ötürərər. Sübut! Deyim, AFFA mövcud qadağanı gizlədibmi, gizlədib! “Xəzər Lənkəran” gizlədibmi, gizlədib! Demək bunlar xəbəri mediaya ötürüb özlərini heç vaxt pis durumda qoymazlar. Belədə xəbəri mediadakı sadiq dostlarına ötürə biləcək bir qurum qalır- AFFA ilə bir binada yerləşən, dəhlizi, pilləkanı, ayaqyolusu eyni olan PFL. Eynən dedetktiv filmlərdə olduğu kimi kiçik təbii ehtiyacını ödəyən AFFA işçisi, digər kabinədəki PFL- in işçisinə deyib ki, “öz aramızda, belə bir qərar olduğu haqqında bizə məktub gəlib və sadəcə gizlədirik, yaxud məktubu oxuyan filankəs müəllim elə bilib ki, məktubda FİFA yazıb ki, necəsiz, ölkənizdə dolların kursu neçəyədir? Amma mən, ingilis dilini yaxşı bildiyimdən 7-ay sonra arxivə əl gəzdirərkən təsadüfən gördüm ki, söhbət dollardan yox, qadağadan gedir.” Beləcə xəbər qurumun bizim əlimizdən cilov gəmirən rəhbərinin qulağına çatıb. Vəsallam! İnanın bu fantazıya deyil. Lap belə baş verməsə də yuxarıda yazdıqlarımzda acı bir HƏQİQƏT var və iki məlum tərəf xəbəri gizlətdikdən sonra məhz üçüncü tərəfin, xüsusi qeyd edək ki, bizi-yəni “Xəzər Lənkəran”ı sevməyənlərin, fürsət axtaranların əli ilə ortaya çıxarılıb. Əzəli rəqibinə 8 -il yox, “Fırtınalar meydanı” inşa olunandan bəri, yəni tam 10 -ildir məğlub olmayan “Xəzər Lənkəran”ın inanılmaz geri dönüşündən sonra bütün mənalarda ayağa qalxan, tribunasına azarkeş gələn, birləşən camiəni, sevinən camiəni vurmaq, ayağa qalxan aslanı başından, arxadan, quyruğundan hardan gəldi vurmaq lazım idi. Baxın, kimlər xəbəri ilk olaraq yazdı, müəlliflərə baxın, düşünün bu sizə nəyisə xatırlatmırmı? “Neftçi” oyunu sonrası meydana qaçıb futbolçuları alnından öpən, lap Vladimir Mayakovski demiş “Alın a, yana –yana qalın a”mesajı verən mətbuat katibi ikinci cəhddə vurulmalı idi. Öz addımları, hərəkətləri ilə camiəni yenidən birləşdirən şəxslər imkan düşdükcə, səbəb yarandıqca vurulmalı idi. Necə ki, üst düzeydə 7-ay gizlədilən xəbərin sıravı mətbuat katibinin bilməsi heç bir halda mümkün deyildi. Amma sağ olsun, “Xəzər Lənkəran” azarkeşi məhz belə məqamlarda birləşməyi bacarır. Ən radikal fanat qruplarının göstərdiyi dəstək, birlik yenə də “ağ-yaşıl” ordunu parçalamaq istəyənlərin arzusunu ürəyində qoydu. Hamı gözləyir, sizə verilən dəstəyin fonunda o Arbitraj Məhkəməsindən qalib çıxıb yola davam etməlisiniz klub rəhbərliyi! Qərar əleyhimizə çıxsa belə siz mümkün variantlarla komandanı gücləndirməlisiniz. Buna məhkumsuz! Qoy, bulanıq suda balıq tutmaq istəyənlərin arzusu ürəklərində qalsın. Axı, Lənkərançayın suyu çox zaman bulanıq olur!

Vəfa Qələmdar.

lenkerancay

Bir şərh

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd + 2 =