7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xlPremyer Liqanın XXIV turu çərçivəsində fevral ayınnın 28-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək “Xəzər Lənkəran” doğma şərhərdə hazırlıqlarına start verib. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız fevralın 25-də stadionun ehtiyat meydançasında məşqə çıxıb. Bakıda müalicədə olan Rasim Ramaldanov və Rahid Əmirquliyevlə yanaşı digər zədəli futbolçumuz Mbilla Etame də hazırlıq prossesinə qatılmayıb. Əvəzində isə əvəzedicilərdən əsas heyətə qaytarılan Elnur Cəfərov və Ağabala Ramazanov məşqdə iştirak ediblər. Xatırladaq edək ki, XX turda Lənkəranda keçirilən qarşılaşmada “Neftçi” futbolçuları tərəfindən döyüldükdən sonra qırmızı vərəqə alaraq meydandan qovulan və həmin epzioda görə gnühakar sayılaraq AFFA İntizam Komitəsi tərəfindən 3-oyunluq cəzalandırılan Ramazanovun cəza müddəti artıq bitmişdir. Gənc futbolçunun “İnter”lə matçda meydana çıxmaq şansı yaranmışdır.

 Qeyd ki, “Xəzər Lənkəran”ın növbəti məşqi fevralın 26-da səhər saat 11:00-da stadionun ehtiyat meydançasında baş tutacaq. Hazırlıq prossesindən öncə isə komandanın qısa toplantısı keçiriləcək və Xocalı faciəsi anılacaq. Toplantı zamanı əsasən legionerlərə (xüsusən də komandaya qış fasiləsində qoşulan legioner futbolçulara) Xocalı soyqırımı haqqında ətraflı məlumat veriləcək.

Məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

3 Şərh

  1. Masqdan qabaq Xocali sojqirimi barada sohbat jerina dusdu. Legianerlar ojnadiqlari olka haqqinda malumatli olmalidirlar.

  2. Dünyanın çox yerində biz günhkarıq ,özümüz öz vətənimizi öşğal etmişik .Amma ermənilər yazıq kimi göstərilir .Bilirsiniz bir yanadan da bu Xəzər komandasının taleyinə oxşadı həm döyülən əzilən ,hakim qərəzinə tuş gələn ,Xəzər ,həm də cərimələnən azerkeşi həbsdə yatan da Xəzər ….bu oxşarliq …..

  3. Axşamınız xeyir, ADMİN bəy! Xocalıda həlak olan şəhidlərimizi ALLAH rəhmət eləsin! “Xəzər Lənkəran”ın heyəti çoxmillətli olduğundan onların Xocalı soyqırımının mahiyyətini bilməsi vacibdir. Onlar nəvaxtsa ölkələrinə qayıtdıqda heç olmazsa öz yaxınlarına bu haqda danışarlar. Xocalı həqiqətlərini dünyaya çatdırılmasında bu gözəl vasitədir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 6 = onüç