10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezer -lenkeranPremyer Liqanın XXIV turunda doğma meydanda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız bu gün, fevralın 26-da saat 11:00-da stadionun ehtiyat meydançasında  məşqə çıxıb. Öncədən xəbər verdiyimiz kimi hazırlıq prossesindən əvvəl komandanın toplantısı keçirilib. Toplantıda Xocalı faciəsi anılıb. Baş məşqçi Mustafa Dənizlinin Xocalı soyqırımı haqqında ətraflı çıxışı və komandanın tərcüməçisi Elvar Quliyevin də baş məşqçinin dediklərinə bəzi tarixi faktları əlavə etməsi legioner futbolçuları çox təsirləndirib. Eyni zamanda stadion əməkdaşlarını isə baş məşqçi Mustafa Dənizlinin Xocalı soyqırımı barədə bu qədər geniş informasiyaya malik olması heyrətləndirib. Toplantı bitdikdən sonra isinmə hərəkətləri ilə futbolçular məşqə başlayıblar. Qeyd edək ki, dünən olduğu kimi bu gün də zədəli futbolçular – Rasim Ramaldanov, Rahid Əmirquliyev və Etame Mbilla məşqdə iştirak edə bilməyiblər.

Məlumatdan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

6 Şərh

  1. Xocali faciəsində həlak olan butun şəhidlərinə:

    ALLAH RƏHMƏT ELƏSİN!.

  2. bu itkilerin olmagi cox pis oldu interle oyun qabagi.Allah ozu komek olsun

  3. ALLAH butun xocali wehidlerine rehmet elesin birdeki admin bey bir weye imkan varsa aydinliq getirerdiz futbol verliwlerinde ekspert kimi cixiw edenlerin bezi verliwlerde yarisi azalnan oyundaki penalti epizodunu hakimi eminlikmle haqli sayir bir bawqa verliwlerde ise eminlikle haqsiz olduqunu qeyd eliyir indi biz nece bawa duwek bular heresi bir ayri meqsede qulluq eliyir? yoxsa bularin futbol anlayiwi bu qeder ferqlidi?
    ***
    Yox burada məsələ başqa cürədir. Onların əksəriyyəti futbol anlayışına sahibdirlər. Sadəcə məsləhət belədir ki, ədalətli olmasınlar, konkret olaraq bu hadisədə “Xəzər Lənkəran”ın lehinə dnışmasınlar. Kimlər ki, məsləhətə qulaq asırlar deyirlər ki, penalti yox idi. Yuxarılar tərəfidən məsləhət bilinənə əhəmiyyət verməyənlər isə deyirlər ki, penalti var idi. Bütün bunların sonunda məsləhətə əhəmiyyət verməyənlər itirəcəklər, bu müxtəlif formalarda ola bilər. Fakt odur ki, onlar yuxarıların məsləhətini saymayıblar, buna görə də cəzalanmalıdırlar. Çünki onlar Azərbaycan reallığına əks gedirlər.

  4. Allah butun sahidlarimiza rahmat elasin. Danizlinin Xocali sojqirimi barada bu qadar malumatli olmasi anlamaq olar. cunki qardas Turkijada bu barada genis tabligat var. qaldi ojuna komanda an asas mudafiada diqqatli olmalidi cunki Inter cox vaxt bizimla ev ojunlarda bir qol vurub mudafijaja cakilir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz − 5 =