7 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

XL232 “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi.

 – Öncə Oğuz Çetinin istefası barədə fikrinizi bilmək istərdik…

– İkinci dövrənin son matçından sonra baş məşqçi Oğuz Çətinlə görüşümüz oldu. Mövsümün geridə qalan turları ərzində komandanın nəticələri, həmçinin qarşıdakı dövr üçün planlar müzakirə etməli idik. Lakin, Oğuz bəy görüşə istefa vermək niyyətində olduğunu söyləməklə başladı. Bunun gözlənilməz olduğunu etiraf etməliyəm.

 – Yəqin ki, Oğuz Çətin istefa qərarını verərkən səbəbləri də göstərib. Onu bu qərarı verməyə nə vadar edib?

– Əlbəttə ki, baş məşqçidən qərarının səbəblərini soruşduq. O, əsas səbəb kimi istədiyi bütün transferlərin gerçəkləşdiyi halda, lazımi nəticəni əldə edə bilməməsini göstərdi. Məsələni hərtərəfli şəkildə müzakirə etdik və sonda baş məşqçi qərarında israrlı olduğunu söylədi. Oğuz bəyə turnir cədvəlində olan mövqeyimizə baxmayaraq, komandanın oyun planında xeyli inkişaf etdiyini xüsusilə bildirdim. Mənə görə, baş məşqçimizə çox inandığı və transfer etdiyi futbolçuların lazımi formada çıxış etməməsi, komandanın gücünə güc qatmamağı pis təsir etmişdi. Qeyd etməliyəm ki, burada söhbət tək əcnəbi futbolçulardan deyil, həm də yerlilərdən gedir.

  – Oğuz Çətinlə yolların ayrıldığı bəlli oldu. Atılacaq növbəti addımlar bəllidirmi?

– Çətinin istefa qərarını onun özü ilə müzakirə edərkən komandanın çıxışını, eləcə də perspektivlərini dəyərləndirdik və müəyyən nəticələrə gəldik. Bildiyiniz kimi, komandada kifayət qədər güclü və təcrübəli futbolçuların olmasına rəğmən stabil nəticə göstərmədik, ən yaxşı halda ardıcıl iki qələbə qazandıq. Belə qənaətə gəldik ki, bu qeyri-stabillik tendensiya xarakteri daşıyır. Oğuz Çətinin kifayət qədər futbol biliyinə malik olmasına rəğmən bu tendensiyanın qarşısını ala bilməməsi isə mövcud heyətin effektivliyini böyük sual altına qoyur. Digər məqam isə ondan ibarətdi ki, bu heyət Çətinin formalaşdırdığı heyətdi. Yəni, bu dönəmdə komandaya kənardan yeni baş məşqçinin gəlməsi heyətin böyük ölçüdə dəyişməsinə gətirib çıxaracaq. Təcrübəmiz də onu göstərir ki, qış fasiləsi bu addımların atılması üçün münasib zaman deyil. Bütün qeyd olunanları nəzərə alaraq, əsas heyət futbolçularının müəyyən qismini komandada saxlanılmasını və baş məşqçi postunun müvəqqəti icrasını əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədova tapşırılmasını qərara aldıq.

 –  Komandada hansı futbolçuların gedəcəyi, hansıların qalacağı artıq bəlli olubmu?

– Bu barədə ən qısa zaman ərzində məlumat veriləcək. Həmin oyunçuların siyahısı bəlli edilərkən Oğuz bəyin də fikirlərindən yararlandıq. Ümumilikdə, qeyd etməliyəm ki, istefa verməsinə rəğmən Çətinin komandaya dair bir çox məqamlar barədə fikirlərinin bölüşməsi tərəfimizdən çox yüksək qiymətləndirilir. Onunla müzakirələr edərkən sanki bir ildi komandada çalışan məşqçi ilə deyil, uzun müddət klubda çalışan idarəçi ilə danışdığım təəssüratı var idi.

 –  Elbrus Məmmədovun təyinatı zamanı hansı məqamlar əsas götürüldü?

– Məmmədov artıq üçüncü mövsümdü əvəzedici heyətə rəhbərlik edir. İşinə əlavə şərh verməyə ehtiyac duymuram. Hal-hazırda əvəzedicilərimizin birinci pillədə qərarlaşmaqla “qış çempionu” olması faktı onun işinə ən böyük və layiqli qiymətdi. Komandada əsas heyətdən yalnız bir sıra futbolçunun qalacağını artıq söylədim. Bu isə o deməkdi ki, heyətin digər hissəsini əvəzedici komandanın oyunçuları təşkil edəcək. Məhz qeyd etdiyim bu amillər baş məşqçi vəzifəsinin Elbrus Məmmədova tapşırılmasına tam əsas verir.

 –  Sizcə, əsas komandada çıxış edə biləcək kifayət qədər gənc futbolçu varmı? Bu addımla “Xəzər Lənkəran”ın iddiasının azaldığı qənaətinə gəlmək olarmı?

– Birinci sualınızın cavabı əvəzedicilərimizin nəticələrində əksini tapır. Bu nəticələr isə bizi razı salır və nikbinliyimizə əsas verir. “Xəzər Lənkəran” hər zaman iddialı olub və bu iddianın azaldığı barədə söhbət gedə bilməz. İddialarımız vacib tərkib hissəsi də futbolçuların yetişməsinə təkan verməkdi. Atdığımız addımların səbəblərini isə tam şəkildə izah etdiyimi düşünürəm. Geniş düşünmək və reallıqlarla uyğunlaşmaq çox önəmidi. Əlbəttə, hal-hazırda komandamızın şərəfini qoruyan gənc və yeniyetmələr olmasaydı, biz bu qərarları əsla verə bilməzdik. Bu gün müxtəlif yaş qruplarına aid milli komandalarda yetirmələrimizin olması və onların sayının ildən ilə artması bizə qürur və inam bəxş edir. “Xəzər Lənkəran”ın iddiasının iki əsas sütunu var – azarkeşlərimiz və yetirmələrimiz. Bu sütunların daimi olduğu kimi, iddiamız da daimi olacaq.

 –  İdman direktoru vəzifəsində olan Yunis Hüseynov klubda işini davam etdirəcəkmi?

– Klubla komandanın fəaliyyəti bir tərəfdən kəşişsə də, digər tərəfdən onların hər ikisi böyük bir strukturun müstəqil tərkib hissələridi. Bu baxımdan iki hissə arasında əlaqələndirici körpü funksiyasını daşıyan idman direktoru vəzifəsi çox önəmli xarakter daşıyır. Bu vəzifəni hazırda icra edən Yunis Hüseynovun işindən razıyıq və onunla iş birliyimizi davam edirik.

 – Bu yaxınlarda AFFA Klublar Komitəsi yaradılıb. Quruma sizin klubun vitse-prezidenti Tuyqun Nadirov rəhbər təyin edilib. Bu qurumun perspektivi və faydası haqda nə düşünürsüz?

– Bu komitənin yaranmasını faydalı addım hesab edirəm. Klubların müxtəlif məsələlərə dair mövqeyini ortaya qoya biləcək və bu mövqeni ən yuxarı səviyyələrdə səsləndirə biləcək bir mexanizmin təməlinin qoyulduğunu düşünürəm. Umidvaram ki, komitənin fəaliyyəti effektiv olacaq. Komitənin yaranması ilə ölkə futbol təsərrüfatında böyük bir boşluğun aradan qalxdığını deyərdim. Bir sözlə, AFFA prezidenti Rövnəq Abdullayevin bu qərarı təqdirəlayiqdi. “Xəzər Lənkəran” daim müxtəlif məsələlərdə mövqeyini çatdırmaq üçün bütün mövcud vasitələrdən istifadə edib, müəyyən hallarda bu istiqamətdə prinsipiallıq da göstərilib. Klubun vitse-prezidenti Tuyqun Nadirovun komitə sədri postuna seçilməsi bizim üçün sevindirici olduğu qədər, həm də məsuliyyətli məqamdı.

 MƏNBƏ: Apasport.az

11 Şərh

  1. Sebuhi qardawimla tam raziyam!Ancaq neftci ola bilsin 4-5 top vorsun,hermat eliyar deyar ki,yixilani baltalamazlar,ancaq inter bela komanda ucun gezir bakiya 7-top vordusa buna 20-sini vuranda yazasan.Ancaq senden ferqli men Yunus muellima inaniram.

  2. **Xəzərli** says:

    1) Xəzər iddiasını 3 ildir ki, itirib!
    2) klub rəhbərliyinin futbolda diletantlığını sübut etmək üçün bundan yaxşı hadisə yoxdur. Sadə bir missal: Qarabağ klubunun PL-nın istənilən klubuna qarşı qoymaq üçün 2 tam heyəti var. Hələ yenə də axtarışdadırlar. Onların müvəffəqiyyəti də bundadır;
    3) Yeni məşqçi barədə: Tərəfinizdən bu postun qəbulu keçmiş dövrlərin komsomol fəallarının hərəkətini xatırladır – Yuxarıdan göstəriş verildi mən də canla-başla və həvəslə yerinə yetirməliyəm. Burada həvəs işləmir: Futbolu meydanda futbolçular və ağıl oynayır! Yəqin ki, başqa komandaların 14-15 yaşlı uşaqlardan ibarət əvəzedicilərini udmaq sənə İnter, Neftçi, Qarabağ və s. üzərində də asanlıqla qələbə qazanmaq anlamını verir. Bir dön özündən əvvəlki məşqçılərə nəzər sal;
    4) Oğuz Çətin doğrudan da PL üçün yararsız bir məşqçi idi. Bu 10 ildə Xəzərdə heç bir məşqçinin heyət qurmaq üçün onun qədər vaxtı və imkanı olmamışdı. O isə nəinki doğru heyət formalaşdıra bilmədi, əksinə mövsüm başlananda Nildo və Mbillanı da heyətdən uzaqlaşdırdı;
    5) Nəhayət Xəzər tarixinin 3 güclü heyətini geyd edim: Ağasəlim müəllim, Rednik və sonuncu Yunis Hüseynov dövründəki heyətlər. Yunisə yaxşı heyət qalmışdı, bircə qapını Orxana ğüvənməkdə səhv etmişdi.

  3. Salam. Mais Mensimovun bu intervyusundan sonra mende umid qiqilcimlari yanmaqa basladi. Bele qenaete geldim ki, rehberlik “qatarin getdiyini” gorur ve komandani “harinlamis” futbolculardan temizlemek siyasetini secib. Onsuz da bu futbolcularin qaldiqi halda Oquz Cetin ve ya onun yerine getirilen her hansi bir seviyyeli mesqci qis fasilesinde hec bir deyisiklik ede bilmezdi. Menim qenaetimle komandada saxlanilmasi meqsedeuyqun futbolcularla movsum basa vurulur, yay transfer doneminde komandaya yeni, seviyyeli bir bas mesqci getirilir, bu gelen mesqci de oz tanidiqi, komandaya xeyir vere bilecek futbolculari yiqir, onun da qarsisinda cempionluq ve kuboku qazanmaq teleb olunur. Eyer bele olacaqsa geleceye umidle baxmaq olar.

  4. Kas qarabagin idare heyyeti bizde olardi…2 gundu ki esebimden dayana bilmirem, bunlar hansi genclerden danisirlar???? eyagi top tutmuyan kazimdanmi,yoxsa 160 sm orxandanmi,oyuncu olsaydi orxan olardida bu nece ilde,bunu hec ozlerine sual vermirler bes bunlar????, Bunlarda bu il en coxu 8-ci yer qarantidi,ede bilseydi nece ust uste evezedicilerde cempiyon olan baki evezedicileri bir sey ederdide,bunlar sadece mentiq deyilen bir sey yoxdu 2-ci ve 3-cu yerde aramizda 6 xal ferq var, hele kubok yarislari var lap 4-cu yerle de avropaya gede bilerdik,duz deyil admin? demeli pullari yoxdu yada ….en eseblesdiyim vergiden milyonlarca xezerin adindan yayinanda hec agizlarina alib demirleryanig sudleri satmagda bizde xezere teki xezere xeyir getsin edende hec yaxsi olmuruq,amma bunalar 2-3 qepiklerinin urvadcasina qedrini bilsinler….Bura yaziram belke gorub …… geldiler….(gerek olsun ki gelsinler)
    ***
    Siz qeyd etdiniz ki, pulları yoxdur. Əgər pulları yoxdursa deməli onları başa düşmək olar bəlkə də.

  5. …………………
    …………………
    …………………
    ***
    O biri şərhlərinizi yayımlasam da bu şərhinizi silməli oldum. Yəqin ki, bunu anlayışla qarşılayarsız. Xahiş edirəm mümkün qədər təmkinlə fikir bildirin. Gəlin rahat şəkildə müzakirələr edək, hamılıqla sərbəst qaydada fikir bildirək, amma təhqirdən istifadə etmədən, eləcə də digər insanların heysiyyatına toxunamadan. Öncədən təşəkkür edirəm.

    • Bagisdiyin, icim yanir, ona gore olur, amma bildiyim qeder soyus soymemisdim…Neyise caniniz sag olsun…Bir onu bilirem ki,yayda mesqci Yunus Huseynov olacaq 3-4 dene yeni oyuncu alacaqlar,yene eyni hamam, eyni tas olacaq….Bunlarin dediklerine daha inanmiram bunada 100-lerce arqumentim var….Goresen neftciye ve ya basqasina 4ve5 qol yeyende de bezileri bu genclesdirmeyin terefdari olacaqlar….meni yandiran hele movsum itmemisdi,her seyi + yonde deyismek olardi, o oyunculara ve mesqciye vaxt vermek lazim idi,vaxt vermiyecekdilerse niye bunu yayda basimiza acdilar Onda ele redniki getirerdilerde,yeni bunlar 6 ay bundan evvel verdiyini unudursa insanda bunlara qarsi daha sebr qalmir…..Axirinci oyunlarda cerime yoluyla oyuncularin pulunu kesende bundan artigi olmuyacaqdi ki….)))))))Onlar ozleride bilirler ki duz qerar deyil verdikleri, bir var desinler, budcede yeterince pul yoxdu bizi basa dusun, birde var ki desinler genclesdiririk,cunki bu dogru yoldu,hami da bilir ki o genclerden 3 dene normal oyuncu cixsa Allahimiza min sukur edek….Hec Ayaxda 3 ilde 3 duz emmelli oyuncu cixmir alt yapidan…..Dunyada hec bir klub bilerekden kutlevi suretde genclesdirme aparmiyim,bir numune gostersinler,bizde bilek ki sehf edirik…..Neyise basinizi agritdim admin, ve hormetli oxucular….bilmeden kimise qirdimsa haqqini halal etsin….

  6. elshan bagirov says:

    CANAB MAIS MENSIMOV ASAS HEYATLA BAKI , SUMQAYIT , AZAL , SIMURQLA BACARA BILMEYEN KOMANDA 50% OLANDAN SONRA IDDIALI OLA BILMEZ . GELIN OZUMUZ OZUMUZU ALDATMAYAQ . ELBURUS MAMMADOV BOYUK HESABLI MEGLUBIYYETLERIN FONUNDA QACACAQ . ONUN 5 VE YA 6 TUR DOZMESINE EMIN DEYILEM . BELA BIR MESEL VAR , DAGITMAQ ASANDIR , YARATMAQ CETIN .

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


5 − = iki