1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

13 (1)Premyer Liqanın XVIII turu “Xəzər Lənkəran” üçün növbəti dublla əlamətdar olub. “Sumqayıt”la qarşılaşmada 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran”ın legioneri Mbilla Etame bu qarşılaşmada rəqib qapısına 2 qol vurub. Bu isə yayda transfer olunan futbolçunun “ağ-yaşıllar”ın heyətində 3-cü dubludur.

Etame komandamızdakı dubl sayında Rahid Əmirquliyev, İvan Svetkov, Allan Lalin və Edmond N’Tiamoaya çatıb. Bu futbolçuların hərəsinin 3 dublu var. Onlar yalnız 3 oyunçudan geri qalır. Mütləq rekord isə Zaur Ramazanova məxsusdur – 8 dubl. Vüqar Nadirov 5, Samir Əliyev 4 dəfə bunu bacarıb.

Kamerunlu forvard eyni mövsümdə 3 dubla imza atmaqla Samir Əliyevin 2004/05, Allan Lalinin 2009/10 mövsümündə gerçəkləşdirdiyi nəticəni təkrarlayıb. Bir mövsümdəki dubl rekordu isə Zaur Ramazanova məxsusdur. Hücumçu komandamızın çempion olduğu 2006/07 mövsümünün 5 qarşılaşmasında 2 qol vurmağı bacarıb.

Ümumilikdə “Xəzər Lənkəran”ın tarixində qeydə alınan 67 dubla 34 futbolçu imza atıb.

“Xəzər Lənkəran”da ən çox dubla imza atan futbolçular

1. Zaur Ramazanov

8

2. Vüqar Nadirov

5

3. Samir Əliyev

4

4-8. Rahid Əmirquliyev

3

İvan Svetkov

3

Allan Lalin

3

Edmond N’Tiamoa

3

Etame Mbilla

3

MƏNBƏ: lankaranfc.com

7 Şərh

  1. MESSİ qardaş! Mən Türkiyə çempionatını yaxından izləyirəm. E.Mbilla “Adanaspor”da oynayanda bir-iki oynuna baxmışdım. “Adanaspor”da vurduğu 60-dan yuxarı qollarına saytlarda baxmışam. Bir hücumçu kimi E.Mbillanı bəyənirəm və əgər onu mütəmadi topla təmin etsələr hər oyunda qol vurar. Qaldı Nildo məsələsi ürəyini buz kimi saxla, Nildo gedəcək. Artıq üş oyundur öz meydanında meydançaya çıxıb əvəzetmə edəndə öz azarkeşlərimiz Nildonu fitə basır. Belə olan halda səncə o komandada qalar?

    • Bu hec menim aqlima gelmirdi Qabil.Menim umudum nedense boyukdur bu Mustafa Hocaya.Amma hec olmazsa biza 5-6 yaxsi futbolcu lazimdir ki,bu azerbaycanin komandalarini xalsiz qoyaq.Tevekkul Allaha.

  2. Mən başa düşə bilmirəm, bu nə ifadədir-oyunçu seçimi, transfer səlahiyyəti baş məşqçiyə verilib. Yəni başqa variant mümkündürmü, bəlkə oyunçu seçimi başqa klublarda klub direktoruna, tərcüməçiyə, və ya təhlükəsizlik qrupuna tapşırılır? Özünə hörmət edən hansı məşqçi bu funksiyadan imtina edər, əgər edərsə, deməli komanda ona lazım deyil, onun marağı yalnız qazancla bağlıdır. Odur ki, hər dəfə bu ifadəni eşidəndə təəssüfdən başqa heçnə hiss etmirəm.

  3. Etame sırf hücumçudur. Əgər orta xətt oyunçuları Etame üçün şərait yaratsalar, onu mütəmadi ötürmələrlə ntəmin etsələr, hücumçumuz daha çox qollar vurar. Çünki, Etamedə qol vurmaq duyumu var və komanda bundan istifadə etməlidir.

    • Qabil sen bir az Turkiya futbolu ila maraqlan eger senin ucun maraq kesb edirsa,Mbillanin neye qadir olduqunu gorarsan.Sen duz qeyd eliyirsan Mbilla cox seviyyali oyuncudur.Parks Bakida oynayanda ondan sorusdular ki,sen Xezerda qollar vururdun niya Bakida vura bilmirsan?O cox maraqli bir cavab verdi,dedi ki,Rednik tapsirmisdi ki,butun futbolcular meni mutamadi topnan temin etsinlar.Ona gora qollarda vururdum.Amma burda meni topnan temin etmirlar.Sen Qabil cox gozal qeyd elamisan,eger Mbillani hucumda topnan temin etsalar,Mbilla hokman oz qollarini vuracaq.Cunki onun qol duyumu yaxsidir.Menda esitmisam Nildo-Benahu gedir,eger bu yalandirsa kas doqru olaydi.Amma onu deyim ki,biza hokman Skarlatake,Mbilla,Tounkara kimi 5-6 oyuncu lazimdir.Oyuncular arasinda ne qeder movqe reqabeti olsa o qeder yaxsidir.Ne qeder Mais Mensumov oz sozlarinda semimidir deya bilmaram,amma ela biliram ki o semimidir oz sozlarinda.Dedi ki,transfer selahiyyati tam Mustafa Hocadadir.Kas bela olsun,bu Mustafa Hoca ucun bir fursetdir ki oz potensiylini gostara bilsin.Nedensa umudum boyukdur.Insallah.

  4. Salam muəllim!-“XƏZƏR”-dən Duqlas Leytenin getməsi hamimiza məlumdur.Saytlarda gedənlər sirasinda Nildo. Todorov və Zohairində adi var.Bu informasiyalar nə dərəcədə dəqiqdir.?-Hər halda bizdəndə cox məlumatli olmağinizi duşunurəm.Xatirlayim ki. bu məlumati “futbol info”-saytinda oxumuşam.Təşəkkurlər!
    ***
    Salam Zəfər bəy. Düzünə qalsa komanda ilə əlaqə saxlamamışıq, səbəb də odur ki, komanda istirahətə çəkilib. Həmin o xəbərlər də klub əməkdaşlarından mətbuata sızıb. İndi isə həmin xəbərlərə münasibətim: Qeyd edim ki, Mustafa Dənizlinin uğur qazanacağına o halda inanmaq olar ki, o ilk növbədə komandanın “zəif bənd”lərini aşkar edib uzaqlaşdırsın və yerini lazımi futbolçularla doldura bilsin. Bizim halda Dənizlinin işi daha rahatdır. Belə ki, “zəif bənd”ləri aşkarlamağa əlavə enerji sərf etmək və vaxt itirmək lazım deyil. Adlarını çəkdikləriniz və daha bir neçə futbolçu komandadan getməlidir və onları yola salmasa Dənizlini də Toşakın başına gələnlər gözləyir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 3 = altı