11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

mircea-1   “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, hazırda vətəni Rumıniyada “Petrolul” klubunu çalışdıran Mirça Rednikin müsahibəsi.

 – Yeni komandanız “Petrolul”da işləriniz necə gedir?

– “Petrolul” mənim üçün yeni komanda deyil. “Standard”a getməzdən öncə bu klubda işləmişdim. Klub rəsmilərini, futbolçuların çoxunu öncədən tanıyıram. Düzdü, prezidentlə bağlı bəzi problemlər var. Amma düşünürəm ki, gələn həftə bu problem də yoluna qoyulacaq. “Petrolul” yaxşı komandadı. Ötən il ölkə kubokunu qazanıb, Avroliqada iştirak edib. Ancaq hazırlığa təzə başlamışıq. Görüləcək işlərimiz çoxdu.

 – Qarşınıza qoyulan hədəf nədi?

– Artıq ölkə kubokunun yarımfinalındayıq. “Styaua” ilə qarşılaşacağıq. Çempionata da bu komanda başçılıq edir. Hazırda 3-cü pillədəyik, liderdən 10 xal geri qalırıq. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı.

 – 2 gün öncə “Neftçi” ilə keçirdiyiniz yoxlama görüşündə 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyəti necə şərh edərdiniz və bu “Neftçi” ilə əvvəllər Azərbaycan çempionatında qarşılaşdığınız “Neftçi” arasında hansı fərqlər var?

– Biz hazırlığa cəmi bir həftədi başlamışıq. Hazırda fiziki yükləmələr gedir. 25 futbolçumuz var. Yeni baş məşqçi olduğum üçün də hamıya şans verdim ki, kimin nəyə qadir olduğunu görüm. Bu səbəbdən nəticəyə önəm vermirəm. Həm də “Petrolul”un 3 aparıcı üzvü dünənki görüşdə iştirak etmədi. Çox güman ki, onları xarici klublara satacağıq. Sualınızın ikinci hissəsinə gəlincə, mənə elə gəlir ki, o vaxtkı “Neftçi” indikindən daha güclü idi.

 – “Petrolul”un avrokuboklara iddia etdiyi vurğuladınız. Azərbaycan çempionatına bələd olduğunuzdan, hansısa azərbaycanlı futbolçu komandanızın formasını geyinməyə iddia edə bilərmi?

– Əminliklə deyirəm, Rahid Əmirquliyev mənim komandamda oynaya bilər. Bəzi güclü azərbaycanlı futbolçularla əcnəbilərin vəhdətindən yaxşı komanda düzəltmək olar. Buna nümunə kimi, “Qarabağ”ı göstərərdim. Bu komandanın uğurunun səbəbi rəhbərliyin 6 ildən çoxdu baş məşqçi Qurban Qurbanova güvənməyidi. “Qarabağ”ın artıq oturuşmuş heyəti, öz fəlsəfəsi var. Amma məni Azərbaycanda yalnız “Xəzər Lənkəran” maraqlandırır.

 – Amma sabiq komandanız cari mövsümdə əvvəlki kimi iddialı deyil…

– Çox məyusam ki, “Xəzər Lənkəran” hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Bu komandanı həmişə liderlər qrupunda görmək istəyirəm. Orta sıralarda olanda üzülürəm. Ən yaxşı komanda qurmaq üçün Lənkəranda hər cür şərait var. Zəngin prezidentə, Azərbaycanda ən möhtəşəm azarkeşlərə, məşq etmək üçün hər cür şəraitə malik komandadı.

 – Sizdən sonra komandanın “sükanı arxası”na uelsli Con Toşak, türkiyəlilər Mustafa Dənizli ilə Oğuz Çətin kimi məşhur mütəxəssislər gəldi. Lakin onlar komandaya çempionatda istədiyi nəticəni qazandıra bilmədilər…

– İşə yanaşma tərzindən çox şey asılıdı. Bəlkə onlardan hansısa həqiqətən çalışmaq üçün, hansısa sırf pula görə gəlmişdi. Amma biz Lənkəranda olanda yalnız iş barədə düşünürdük, çox həvəslə çalışırdıq. Mən Lənkərana gələndə, özümü lənkəranlı kimi hiss elədim. Çünki onlar futbolla nəfəs alırlar. Mən də buna uyğun iş görməyə, onların həzz ala biləcəyi bir komanda qurmağa çalışdım.

 – “Xəzər Lənkəran”dan 4 ildi ayrılmağınıza baxmayaraq, hələ də yerli azarkeşlər sizdən danışır, barənizdə müsbət fikirlər səsləndirirlər. Bununla yanaşı, sizdən narazı futbolçular da var idi…

– Ola bilər. Ağır məşqlərə tab gətirə bilməyən, yükləmələri sevməyən futbolçular belə düşünə bilərlər. Yerli camaatın mənə olan sevgisini qısqananların olması da mümkündü. Məhz həmin dövrdən sonra komanda uğursuzluğa düçar oldu.  

 – “Həmin dövr” deyəndə, yəqin ki, Bakıda əzəli rəqibiniz “Neftçi”yə 0:5 hesabı ilə uduzduğunuz matçı nəzərdə tutursunuz. Düşünmürsünüz ki, sizə inamın itməsində sizdən narazı bəzi futbolçuların da rolu olub?

– Həmin görüşü yaxşı xatırlayıram. Bir çox məsələ vardı. Onlardan biri də Kamran Ağayevin tam hazır vəziyyətdə olmasına baxmayaraq, bilərəkdən oynamaq istəməməyi idi. Amma mən bütün pislikləri unuduram, yaxşı insan olmağa çalışıram. Düşünürəm ki, mən uduzmadım. Daha böyük futbol ölkələrinə getdim. Belçikada çalışdım, adlı-sanlı klublara rəhbərlik etdim. Mən getdikdən sonra rəhbərlik komanda üçün yüksək məbləğdə pul xərcləməsinə baxmayaraq, təəssüf ki, uğur qazanılmadı.

 – “Xəzər Lənkəran”da hər dəfə baş məşqçi istefa verəndə, sizin adınız gündəmə gəlir. Belə bir təklif gələrsə, qəbul edərsinizmi və qəbul edəcəyiniz təqdirdə əvvəlki strategiyanızı dəyişəcəksinizmi?

– Mən öz strategiyamı heç vaxt dəyişmərəm. Təbii ki, insan səhvdən nəticə çıxarır. Mən də həmin səhvləri təkrarlamamağa çalışaram. 

 MƏNBƏ: Apasport.az

17 Şərh

  1. Emil 917 says:

    biz seni hemiwe gozleyirik. sen bize hemiwe dogma olmusan bundan sonrada dogma qalacaqsan……

  2. Mən tez-tez şərh yazan deyiləm. bu günki müsahibələri ( Elbrus və Rednik) oxuduqdan sonra şərh yazmaq qərarına gəldim. Hörmətli azərkeşlər hər şey arxada qalıb. gəlin öz iradlarımızla gəncləri sındırmayaq. Mənə elə gəlir hər iki məşqçinin müsahibəsindən aydın olur ki, 3-4 audan sonra hər şey bizim istədiyimiz kimi olacaq. Ona görə də bir qədər səbirli olub gələcəyi nikbinliklə gözləmək lazımdır. İnşallah may ayında dediklərimi gördükdən sonra sizinlə yazışaram. Sağlıqla qalın. Sizə səbr etməyi arzulayıram.

  3. Onda gozleyek yayi gorek ne olur.onda ne olacaqini hami gorecek.olar biler mende sehv edirem.gorek yayda ne olur
    ***
    Məni yenə düzgün anlamadınız. Mən demək istəyirəm ki, şərhləri yazarkn səbirli və təmkinli olaq, fikir bildirərkən səhvlərə yol verməyək, başqalarını təhqir etməyək, başına daş düşsün və ya digər xoşa gəlməyən ifadələrdən istifadə etməyək. Mən bunu demək istəyirəm

  4. Admin ramin musayev nedi nedeyil ozu ucun.amma drub kamrana deyen deyilki oynama.rednikin torbasi tikilirdi tuyqunun eli ile.xezerde neqeder torba emelyati olub onun başinda tuyqun durur.butun lenkeran bunu bilir.siz bilmirsiz?tuyqun neqeder xezerdedi bu bele gedecey.sizan xeberlere gore mubariz muellimin en zehlesi getdiyi adam tuyqundu.mais ozu onu klubda qalmasini isteyir.bir terefden bunda heqiqet coxdu.yazasi olsam gerek 1 gun men burda yazam.xezerde emmeli başli oyun gedir.mubariz muelliminde bundan xeberi var ve ona gore buceni azaldib
    ***
    Deyəsən siz məndən çox bilirsiz, ya sizin bildiyiniz düz deyil. Hər halda məndə bu qədər iformasiya yoxdur, o biri tərəfdən isə burada nəsə düz gəlmir. Yəni deyirsiz ki, klubda dağıdırlar özü də Mübariz Mənsimov da bunu bilir? Bilir lakin işdən çıxramır qovmur onları və sadəcə klubun pulunu azaldır. Nəsə bu düz gəlmir axı. Əgər hər şey həqiqətən də sizin yazdığınız kimidirsə onda belə çıxmırmı ki, Mübariz bəy uşaq ağlındadır? Bunun başqa adı yoxdur da. Axı əgər Mübariz Mənsimov bilirsə ki, pulunu dağıdırlar, o zaman niyə problemi həll etmir, niyə əvəzində digər problemi yaradır. Məgər Mübariz Mənsimova proeblem lazımdır? Əgər o özünə problem yaradan biridirsə başqa sözlə bir problemi o biri problemi yaratmaqla həll edəndirsə onda necə olub ki, o qədər uğura nail olub o qədər pul qazana bilib, o böyüklükdə şirkətə sahib olub? Yox, nəsə düz gəlmire bu söhbətlər.

  5. Elbrus memmedov ozun gulunc veziyete qoyub.bu işi bacaran deyilsen başivi niye soxursan.sabah uduzanda deyeceksen genclerle oynayiram.sen deyesen azerkeşleri yaxşi tanimirsan.maisi tuyqunu aldada bilersen amma bizleri yox.rednik xezerde 1 nomre olub.elede qalacaq.onun babali tutub xezeri.azerkeşlerden onu istemeyen olmaz.kamran aqayevde tuyqunun zakazin yerne yetirib onun torbasin tikdi.bu qaracini xezerden qovan yoxdusan gelin szerkeşler birleşek onu lenkerandan qovaq.elbrusda onun lenkerandaki iş verenidi.ne olur yerli uşaqlari meşqcilerin torbasin tikirler
    ***
    Deyəsən siz qarışdırırsız axı. Raminin sifarişi ilə Tuyqunun sifarişini səhv saldınız. Ya bilərəkdən belə yazdınız?

  6. Men axi demishdim Mirca Rednik bizim gelbimiza qaizil herflarnan hekk olunub.Bravo Rednik.

  7. Salam Birden bire XL dan hem seviyyeli oyuncularin getmesi ve hemde seviyyeli bas mesgcinin olmamasi genclerimize boyuk cetinlikler yaradir.Umid edek ki, bu cetinlikler yaya kimi oz hellini taparag XL guclu klub kimi evvelki ugurlarini tekrarlayarag bizleri sevindirer.

  8. Nureddin Xelilov says:

    Ehh Rednik….

  9. REDNIK LENKERANDA HAMI TEREFINDEN SEVILEN MEWQCIDI,BU DANILMAZDI.REHBERIK INDIKI VEZIYETDE XEZERE REDNIKI BAW MEWQCI GETIRSEYDI DAHA DOQRU OLARDI.O CAVANLARDAN TAM BAWQA XEZER GUZELDERDI.INDIKI BAW MEWQCI COX ZEYIFDI.ONUN HEC BOR FUTBOL FELSEVESI YOXDUR.O ELE BILIRKI EVEZEDICILERLE ESAS KOMANDADA IWLEMEK EYNI WEYDI.HEYF SENDEN REDNIK.SENI BURDA IWLEMEYE IMKAN VERMEYEN WEYTANLARA ALLAH NEHLET ELESIN INWALLAH.BUCUR AZERKEWLERI FUTBOLDAN SOYUDMAQ OLARDI.BUNDAN SONRA OYNAYIN QAPIDA TUYQUN MUDAFIECI ELBRUS HUCUMDA M….

  10. yeniden mirca redniki xezer lenkaranda gormek isterdim

  11. Bu müsahibədə Kamran Ağayevi sevənlər onun kapitanı olduğu komandasını bilərəkdən pis vəziyyətdə qoymasını bir daha Mirça Rednikin öz dilindən eşitmək imkanı qazandı. Klub rəhbərliyi tərəfindən Kamrana üstünlük verməklə o vaxtlar əsas fikir guya komanda heyətini qoruyub saxlamaq idisə, Redniki klubdan göndərmək isə bugünkü halımızın bünövrəsinin qoyulması anlamına xidmət etdi və M.Rednikdən sonra komanda bir neçə dəfə sökülüb yığılsa da illər boşuna getdi. Kamran isə “Xəzər Lənkəran”da etdiklərini əvvəl “Bakı”da təkrarladı, indi də “Qəbələ”də etməkdədir. Biz isə Mirçadan sonrakı illəri itirdik.

  12. Elbrus Məmmədov: Görün, mən nələr çəkirəm – MÜSAHİBƏ

    “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi

    – Antalyada keçirdiyiniz hazırlıq başa çatdı. Nəzərdə tutduğunuz planları həyata keçirə bildinizmi?
    – Tam yox. Amma çox şeyə nail oldum. Komanda, futbolçular barədə mənə lazım olan məlumatı yığmışam.

    – Komandanız toplanış çərçivəsində keçirdiyi 4 görüşün üçündə uduzub, birində heç-heçə ilə kifayətləndi. Bu uğursuz nəticəni necə xarakterizə edərdiniz: müdafiəçilərin daha gənc və təcrübəsiz olması, yoxsa hücumçuların dişsizliyi ilə?
    – Bəzi şeylər tam komanda şəklində alınmadı. Amma işimiz də bunun üzərində çalışıb, çempionatda həmin səhvləri buraxmamaqdı. Həm də müdafiə, hücum xəttinə bölmək istəmirəm, tam komanda şəklində alınmadı. Bu qarşılaşmalarda nəticə əsas deyildi. Vacib olan xətlərarası əlaqə yaratmaq idi ki, bu da oyundan-oyuna yaxşılaşırdı.

    – Standart vəziyyətlər zamanı komanda aciz görünürdü. Müdafiəçilərin bəstəboy olması, kifayət qədər problem yaradırdı…
    – Toplanış zamanı proqram üzrə çalışdıq. Amma standart vəziyyətlərin üzərində işləməmişdik. Buna bir gün ayırıb, dünən məhz bu yöndə çalışdıq. Həm səhər, həm axşam məşqində. Qısa zamanda bu problem də aradan qaldırılacaq.

    – Heyətdəki məlum islahatlardan sonra çempionatda uğurlu nəticə qazanmağınız bir qədər çətin görünür. Gəlin razılaşaq ki, “Neftçi”, “İnter”, “Qarabağ” və “Qəbələ” kimi iddialı rəqiblərlə qarşılaşmalarda əldə edəcəyiniz qələbə sürpriz sayılacaq. Amma vaxt var idi ki, “Xəzər Lənkəran”ın məğlubiyyəti sensasiya kimi qəbul olunurdu…
    – Kim nə deyirsə-desin… Bunu zaman göstərəcək. “Xəzər Lənkəran” brenddi. Komanda həmişə qələbə üçün oynayıb. Bundan sonra da belə olacaq. Heyətin gənclərdən, yoxsa təcrübəlilərdən qurulmasından asılı olmayaraq, hər tura 3 xal üçün çıxacağıq.

    – İslahatlarla bağlı qərar verən klub rəhbərliyi də Antalyaya gəlib, 3-4 gün komandanın yanında oldu. Onlar sizə hansı dəstəyi verdilər?
    – Rəhbərlik yayadək bu heyətdən istedadlı futbolçular çıxacağına və gələcəkdə komandada çıxış edəcəyinə inanır.

    – Məsələn, siz rəhbərliyə neçə istedadlı futbolçu “verməlisiniz” ki, komandanın istədiyinə nail olduğu anlamına gəlsin?
    – Mənə 3 futbolçu deyilib. Lakin 16 futbolçu var ki, 3 ildi onlarla çalışıram. Əlimdən gələni edəcəyəm ki, onlar arasında daha çox istedadı üzə çıxarım. Rəhbərlik isə 3 nəfərə də razıdı.

    – Zədəli futbolçularınız Orxan Sadıqlı, Rasim Ramaldanov, İlqar Ələkbərov, Ruslan Cəfərovun durumu necədi?
    – Onların özləri ilə də, həkimləri ilə də daim əlaqə saxlayırıq. Hazırda müalicə olunurlar. Arzu edirəm ki, tezliklə sıralarımıza qayıtsınlar.

    – Zədəlilərdən üçü müdafiəçidi. Ümumiyyətlə, arxa xəttə təcrübəli futbolçu lazımdı. Bu mənada komandanıza faydalı ola biləcək Adrian Skarlatake ilə bağlı nə deyə bilərisiz? Son günlər onunla bağlı xeyli təzadlı xəbərlər yayılıb…
    – Skarlatakenin qalmağını çox istərdim. Gedənlərin də hamısını tanıyıram, böyük hörmətim var.

    – Alfred Sanko toplanışın əvvəlində məşqlərdə can yandırmırdı. Oyunlarda da bu başdansovduluq hiss edilirdi…
    – Onu yerinə mən də olsaydım, eyni duruma düşərdim. Komandanın 90 faizi gedib. Orxan Sadıqlı, Ağabala Ramazanovu da yaşlarının az olmasına baxmayaraq, təcrübəlilər sırasına daxil etsək, cəmi 7 nəfər qalıb. Sanko və ya başqası da olsa, eyni duruma düşərdi ki, alınacaq, ya yox. Çünki futbolçu da oyundan başqa, cibini də düşünür. Amma son günlərdə, son matçlarda fərqli təsir bağışlayır, həm can yandırır, həm başa düşür. Oyundan-oyuna da yaxşı çıxış edir. İlk görüşlərdə isə nə isə alınmırdı.

    – Əvəzedici heyətdən dəvət etdiyiniz futbolçulardan eləsi oldu ki, onun komandaya xeyir verə bilməyəcəyi ilə artıq razılaşmısınız?
    – Elələri var. Onların potensialını mən bilirəm. Bəziləri bunu göstərə bilmir. Müəyyən amillər, məsələn, çəkinmələri, qorxuları var. Çünki səhv eləməkdən qorxurlar. Futbolçu da səhvdən qorxursa, səhv edəcək. Belə olmasa, irəliləyiş də çox olar.

    – Keçirdiyiniz yoxlama oyunlarında sizi razı salan nə oldu?
    – Kollektivdə mehribançılıq, bir-birinə dəstək. Birinci məqsədim də bu idi ki, kollektiv yaradım. Oyun üslubu isə sonrakı işdi. Şükür Allaha ki, buna da nail olub kollektiv yaratdıq. Başda komandanın kapitanı Rahid Əmirquliyev olmaqla, təcrübəli futbolçulardan razıyam ki, bu işdə kömək etdilər. Mehriban kollektiv yaratmaq üzrəyik.

    – Məşqçilər Komitəsinin üzvləri, Robert Prosineçki başda olmaqla, millinin məşqçiləri Antalya toplanışında klubların hazırlıqlarını izlədilər. Onlar “Xəzər Lənkəran”ın hansı futbolçusu ilə yaxından maraqlandılar? Və ya siz onlara kimisə tövsiyə etmisizmi?
    – Təkcə əsas yığmaya deyil, U-21-ə – baş məşqçi Yaşar Vahabzadəyə də məsləhət görmüşəm. Yunis Hüseynovla birlikdə onlara öz məsləhət gördüyümüz oyunçuları demişik.

    – Kimləri məsləhət görmüsüz?
    – Ad çəkmək istəmirəm. Amma Tərlan Qasımzadəni qeyd edəcəm. Onu U-21-ə tövsiyə etmişəm. Bəhruzu da, demək olar ki, hamısını demişəm.

    – Keçirdiyiniz hər yoxlama oyunundan sonra hansısa futbolçunuz zədə alır…
    – Görün, mən nələr çəkirəm. Özü də, eyni mövqedə çıxış edənlər xəsarət alır.

    – Deməli, “Taraz”la bu günə planlaşdırılan matçın keçirilməməyi də zədələrin artmasından ehtiyatlanmağınızla bağlıdı?
    – Futbolçuların bundan artıq zədələnib, sıradan çıxmasını istəmirəm. Rumınlarla görüşdən əvvəl xahiş etdim ki, yavaş oynayaq, aqressivlik olmasın.

    • Kohne azarkes says:

      “Rehberlik, cemi 3-futbolcu isteyir”-Elbrus muellimin dediyine inansaq, onda bu 3-futbolcunun kesfine gore komandanin basina bu oyunu getirmeye deyerdimi? Goresen Elbrus muellim bunu rehberlikden sorusubmu.

  13. I LOVE YOU Rednik

  14. Salam müəllim. Keçmışı bir daha xatırlatmaq istəməzdim. Amma günü bu gün “Xəzər Lənkəran”ın Rednik və ya Rednik səviyyəli baş məşqçiyə böyük ehtiyacı var. İndiki gənclərimiz yalnız səviyyəli baş məşqçinin sayəsində uğurlu inkişaf mərhələsini adlaya bilər. Əgər öz yetirmələrimizin hesabına yaxın gələcəyin komandasını qurmaq istəyiriksə, ilk növbədə güclü baş məşqçinin olması vacib şərtdir.

  15. elshan bagirov says:

    – XAZAR LANKARAN UCUN COX DARIXMISHAM , INDI BILIREM ORDA VEZIYYET YAXSHI DEYIL . KOMANDANIN VEZIYYETINI HER ZAMAN IZLEYIREM VE BU GUNKI XAZAR LENKARANIN TUTDUGU MOVQE MENI QANE ETMIR .
    – KAMRAN AGAYEVIN TAM HAZIR VEZIYYETDE OLMASINA BAXMAYARAQ OYNAMAQ ISTEMEMEYI IDI .
    – MEN OZUMU LENKARANLI KIMI HISS EDIREM .

    LENKARAN AZARKESHLERINE MIRCA REDNIKIN BU SOZLERINI XATIRLATMAQDA BIR MAQSADIM VAR GELIN YAXSHINI MUDAFIE EDIB SAXLAMAGI , PISDEN ( KAMRAN AGAYEV KIMI …….LAR ) VAXTINDA AGILLA CANIMIZI QURTARMAGI BACARAQ . BIZ XAZAR LENKARAN AZARKESHLERI ISTEDIKLERIMIZI REDNIK , SANKO , TOUNKARA , SKARLATAKE , TOMIC , TURAL , RAHID , AGABALA VE OZ KOMANDAMIZIN YETIRMELERINI DESTEKLEMEKLE HEYATA KECIRE BILERIK . MEN EMINEM KI , XAZAR LENKARAN AZARKESHLERI BIRLESHIB PLANLI SHEKILDE KOMANDAMIZI DESTEKLESELER YAYDA REHBERLIK REDNIKI KOMANDAYA GETIRER . GOREK BU CEMPIONATIN QALAN OYUNLARINDA GENCLERIMIZDEN NECESI KOMANDAMIZIN ESAS HEYATINDE OYNAMAGA LAYIQDIR . ELBURUS MEMMEDOVUN DEDIKLERINE INANSAQ 5 VE YA 6 OYUNCU EVEZEDICIDEN ESAS KOMANDADA OYNAMAGA LAYIQ OYUNCU VAR , YA QISMET .

  16. Allah Xezere ya onu unutduracaq mesqci qismet lesin,yada o tezeden gelib oz kecmis ugurlu isini tezeden baslatsin….Ne deyim,ona islerinde ugurlar,bize Azerbaycan cempiyanatinda ugur diliyirem,hazirki veziyyetde isimiz cox cox cetindi….

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


beş + = 8