8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

rednic “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi, hazırda vətənində çalışan Mirça Rednikin yeni klubu ilə uğurlu seriyanı davam edir.

Rumıniya mətbuatının yaydığı xəbərlərə görə maliyyə problemləri üzündən aparıcı futbolçuların xidmətindən məhrum olaraq yarı-yarımçıq heyətlə meydana çıxmaq məcburiyyətində qalmasına baxmayaraq  “Petrolul” (Ploeişti) Mirça Rednikin başçılığında ard-arda qələbələr qazanmaqda rəqib tanımır. Fevralın 27-də keçirilmiş Rumıniya çempionatının 19-cu turunda “Botoşani” klubunun qonağı olan “Petrolul” növbəti qələbəsini qazanıb. Oyunun gedişində bir futbolçusu qırmızı vərəqə alması və ikinci hissənin yarısını bir nəfər azlıqda qalması da Ploeişti təmsilçisini çətin səfər matçında vacib 3-xaldan edə bilməyib. Bu qələbədən sonra turnir cədvəlinin ikinci pilləsində yerini daha da möhkəmlədən “Petrolul” klubunun lider “Styaua” ilə arasındakı xal fərqi 4-ə enib. Oyunsonrası mətbuat konfransında Mirça Rednik komandasının layiqli qələbə qazandığını vurğulayaraq futbolçularına əzmkar çıxışa görə təşəkkür edib. Təcrübəli çalışdırıcı qarşıda kubok yarışmasında “Styaua” ilə görüşəcəklərini xatırladaraq çempionatı unudub kubok matçına hazırlaşacaqlarını bildirib.

9 Şərh

  1. Rovshan Asadov says:

    Az once biten Ruminiya kubokunun yarimfinalinin ilk matcinda Mircanin komandasi cempionatinin lideri ile son deqiqede buraxdigi qolla berabere qaldi. Petrolul Ploiesti 1 – 1 Steaua Bucuresti. Finala cixmaq ucun cavab qarwilawmasi aprelin 1-de.

  2. Mövzunun başlığında yazılıb ki, Mirça Rednikin uğurlu seriyası davam edir, təcrübəli, işinə məsuliyyətlə yanaşan bir mütəxəssisin uğurları həmişə olacaq, çünkü Rumıniyada Rövnəq Abdullayevlər, Ramin Musayevlər, Xəqani Məmmədovlar yoxdur və bizdən fərqli olaraq, onlar klubun mənafeyini şəxsi mənafelərdən üstün tuturlar. Adı böyük lakin rəhbərliyində yer alan aciz və cılız insanlar sayəsində XL süqutuna qovuşmağa çox yaxındır.

  3. 555 FORD says:

    GÖR NƏ GÜNƏ QALMIŞIQ Kİ , BAKI LƏNKƏRANDA BİZƏ MEYDAN OXUYUR . OYUNU TEZ YOLA VERİN ELBURUS MƏMMƏDOV CƏNABLARI SİZİ 5 GÜNLÜK İSTİRAHƏTƏ BURAXACAQ .BURDA BELƏ BİR DEYİM VAR , OLAN – QALANIMIZIDA MƏHV ETDİ.

  4. 555 FORD says:

    ELBURUS MƏMMƏDOVUN BİR MƏŞQÇİ KİMİ 20 – 28 FEVRAL ARALIGINDA KEÇDİYİ QEYRİ İNTENSİV MƏŞQLƏRLƏ KOMANDAMIZA NƏ VERDİYİNİN BU GÜN SAHİDİ OLACAGIQ . CƏTİN OLSADA ŞƏXSƏN MƏN YAXŞI HEÇ NƏ GÖZLƏMİRƏM . ÇÜNKÜ BU OYUNA HAZIRLIQ COX AŞAGI SƏVİYYƏDƏ OLDU . KOMANDAMIZ GÜNDƏN GÜNƏ GERİLƏYƏRƏK QAPAZALTINA ÇEVRİLİR .

  5. “Xəzər Lənkəran” azarkeşi Rednik sevgisini heç vaxt unudan deyil. Elə bilirəm ki, Rednikin hansı klubda işləməsindən asılı olmayaraq qazandığı qələbələrdən onu sevən “Xəzər Lənkəran” azarkeşinə də pay düşür. Bu sevinc payı Redniksevərlərə bir təsəllidir.

  6. Zəfər Lerikli says:

    Artiq Rednikin adını belə ehtiyatla çəkirik.Göz görduyundən qorxar,deyirlər.Hər dəfə bu şəxsiyyətin adına hardasa rast gəlinəndə kimlərin üzünə təbəssüm qonduğu halda,kimlərinsə canına vəlvələ düşur.
    REDNİK-futbol deməkdir.Azərbaycan reallığında futbolda rəqabət və inkişaf deməkdir.
    REDNİK–futbol nə olduğunu bilməyən Affa və Pfl-in keçirtdiyi çempianata yaraşmayan addır.Qoy futbolla yaşayanlar futbol məşqçiləri ilə fəxr etsınlər.Elə o azarkeşlər kimi ki,üzlərindəki təbəssümdən hər fikirləri aydın sezilir.

    • 555 FORD says:

      CƏNUB BÖLGƏSİNİN TARİXİ ŞƏXSİYYƏTNİ GƏLİN BİRLİK YAD EDƏK :
      – LƏNKƏRANLİ SADIX BƏYİN OGLU GENERAL SƏMƏD BƏY MEHMANDAROV ( DOGUM TƏVƏLLÜDÜ 1855 -ci İL ) RUSİYA İMPERİYASININ BÜTÜN MÖVCUD OLAN HƏRBİ MÜKAFAT VƏ ORDENLƏRİYLƏ TƏLTİF OLUNAN , İNGİLTƏRƏ , FRANSA VƏ RUMINİYA DÖVLƏTLƏRİNİN HƏRBİ ORDENLƏRİYLƏ TƏLTİF OLUNMUŞ DÜNYA MÜHARİBƏLƏRİNDƏ BİR GENERAL KİMİ İŞTİRAKÇI OLMUŞ VƏ YAXŞI MƏNADA AD ÇIXARMIŞDIR .CƏNABLAR 1870 ci İLDƏ BİR LƏNKƏRANLI BƏYİN ÖZ 15 YAŞLI OGLUNU AT ARABASIYLA LƏNKƏRANDAN PETERBURQ ARTİLERİYA MƏKTƏBİNƏ OXUMAQ NAMİNƏ APARAN KİŞİLƏRİN YERLİLƏRİYİK . ELBURUS MƏMMƏDOVLA
      CƏNUB BÖLGƏSİNİ BİABIR EDƏNLƏRƏ YAZIGIM GƏLİR . BİLİRSİNİZ NİYƏ ?
      ÇÜNKÜ 1850 ci İLLƏRİN SADIX BƏYLƏRİ O VAXTKİ AGILLARIYLA CƏNUB BÖLGƏSİNDƏN AZƏRBAYCANA GENERAL SƏMƏD BƏY MEHMANDAROVU QAZANDIRDILAR ,
      BU GÜNKİ SADIX BƏYLƏRİN VERDİYİ QƏRARLARA BAX .
      BÜTÜN AZƏRBAYCAN BUNLARIN ATDIGI SƏHV ADDIMLARA VƏ QƏBUL ETDİYİ SƏHV QƏRARLARA MƏƏTƏL QALIB .
      CƏNABLAR BÜTÜN BİABIRÇI MƏGLUBİYYƏTLƏR SİZLƏRİN ADİYLA TARİXƏ YAZILIR .NƏ QƏDƏR GEC DEYİL AYILIN .

  7. 555 FORD says:

    NÖRMƏTLİ KLUB RƏHBƏRLİYİ , ATDIGINIZ ADDIMLARA , GÖRDÜYÜNÜZ İŞLƏRƏ VƏ VERDİYİNİZ QƏRƏRLARA GÖRƏ MƏSULİYYƏT DAŞIYIRSINSA GÖRÜN ÖZ XEYRİNİZƏ OLMAYAN VƏ SİZLƏRƏ KÜLLÜ MİQDARDA MADDİ ZƏRƏR VERƏN NƏLƏR ETMİSİNİZ . ZƏRƏRİN YARISINDAN QAYITMAQ DA XEYİRDİR DEYİRLƏR . ELBURUS MƏMMƏDOV XƏZƏR LƏNKƏRANA NORMAL MƏŞQLƏR KEÇMƏK İQTİDARINDA DEYİL HEÇ OLMASA BUNU GÖRÜRSÜZ YA YOX . BU GÜN XƏZƏR LƏNKƏRAN ÜÇÜN ƏN İDEAL MƏŞQÇİ REDNİKDİR .BU GÜN HEÇ BİR YERLİ MIŞQÇİ KOMANDAMIZA UGUR QAZANDIRACAQ SƏVİYYƏDƏ DEYİL , BUNU BİR DƏFƏLİK BAŞA DÜŞMƏK LAZIMDIR .BİZİM GƏNC OYUNÇULARIMIZIN GÜCLÜ VƏ SAVADLI MƏŞQÇİYƏ EHTİYACI VAR.
    BİZDƏN DEMƏKDİR SİZDƏN QƏRAR VERMƏK .CƏNUB BÖLGƏSİNİN SAYSIZ – HESABSIZ AZƏRKEŞ ORDUSUNUN RƏYİNİ NƏZƏRƏ ALIN .

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − beş =