1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

vefa qelemdarAy millət, xəbəriniz olsun ki,

AVRO-2016-nın seçmə mərhələsinin Monteneqro – Rusiya oyunu zamanı meydana fişəng ataraq Rusiya millisinin qapıçısı İqor Akinfeyevi zədələyən azarkeş Luka Lazareviç həbs olunub. Görürəm, sizin bundan xəbəriniz yoxdur. Eləysə Monteneqrodan gətirdiyim qələmimlə yazım ki, oxuyub xəbər tutasız. Deməli hadisədən sonra Luka Lazareviç özü polis idarəsinə yaxınlaşaraq təslim olub və şöbəyə daxil olan kimi eşitdiyi “gəl ə bura, otur görüm ə, nədir, nə olub, niyə xuliqanlıq edib təxribat törədirsən ə…” sözlərini eşidərkən başını aşağı salıb və peşman olubmuş kimi görüntü yaradıb. Ay sənin Luka, Luka, yaman bicuqsan ha…Ancaq öz aramızdı o hələ papaq alta yatan oğulları görməyib. Kimi? Adə necə kimi, Momiri deyirəm də. TVCG-kanalına (Televizija Crne Gore) müsahibəsində  Monteneqro futbol şurasının baş katibi Momir Curcevaç baş vermiş hadisəyə “biz özümüzü vəhşi kimi göstərdik” açıqlaması ilə münasibət bildirərək, xuliqanlıqda şübhəli bilinib həbsdə saxlanılan Luka Lazareviçin əslən paytaxt Podqoriçadan deyil ölkənin digər bölgəsindən, daha dəqiq isə Nikşiç şəhərindən olduğunu  diqqətə çatdırmış, sonra da bu hadisədə təxribat izlərinin olmasını vurğulamaqla fikrini yekunlaşdırmışdır. Bundan sonra digər telekanalda bu hadisənin baş verməsində qonşu Albaniyadan gələn diversantların əlinin olmasından şübhə izhar edilmişdi. Beləliklə, Luka Lazareviç üçün vəziyyət “daş qayaya rast gəldi” yox, “bıçaq sümüyə dirəndi”, əşşi yoxe, “yaman yerdə axşamladıq” məsəlini xatırmaqda idi. Hara çatacaq, Lazareviç KPZ-yə salınandan məhkəməyə qədər keçən zaman kəsiyində şübhəlinin qohumlarının verdikləri xərcliklərlə KPZ-rəisi bütün borclarını ödəyə biləcək qədər “hörmət” qazandı. Ardıyca məhkəmədə əməlli başlı alver başladı. Hakim Monteneqro futboluna cavabdeh şəxslərdən Lazareviçi azad etmək üçün nə az nə çox adambaşı 50-min avro cib xərcliyi istədi. Pulun problem olmadığını deyən futbol səlahiyyətliləri “qorxuruq ki, siz vərdiş edəsiz və hər dəfə azarkeşi həbs edib bizdən rüşvət alasız, ona görə də vermirik” deyərək yaxasını kənara çəkdi. Belədə mat-məətəl qalan hakimlər kollegiyası Luka Lazareviçə 120-günlük həbs və 750-avro cərimə cəzası kəsməli oldu. Deyirəme, köpəkoğlunun xarabasında qanun qayda yoxdur da, 120-gün həbs nədir adə? Futbol azarkeşini cüt-cüt həbs etməyəsən, hərəsinə 3-il iş kəsib zindana basmayasan, sonra da bu müddətin yarısı çatanda azarkeşlərin azadlığa çıxmaları zamanı türmə nəçəlniyindən tutmuş digərlərinə qədər, bir çoxlarnın dolanışığı üçün şərait yaratmayasan, onda sən nə hakim oldun alə, sən qoçi-qoçi olarsane hakim yox. Nə isə, düzələn deyillər də bu Balkanlar… Luka Lazareviçin başına gələnləri sizə çatdırmaq istəyərkən e-mailimə məktub gəldi. Çox maraqlı yeni xəbərlər var imiş, Lazareviçin həbsi ilə bağlı. Əmma, gərəkdir bağışlayasız, çün ordakı söhbəti sizinlə bölüşə bilməyəcəyəm. Yoxsa əvvəlcə qələmimi sındırarlar sonra da kiçik oğlumla həmyaş (25-yaş) Lazareviçlə kamera yoldaşı olmaq taleyimə yazılar…

 Vəfa Qələmdaroviç

6 Şərh

  1. istiqlalin futbolcusu tacikistan millisinin uzvu nuriddin davranov novbeti transfer ola bilerrrrrrrrrr

  2. Tənqidçi says:

    Vəfa muəllimin yazisini oxuyan kimi söhbətin həbsdə olan azarkeşimizin aprelin sonuna qədər azad olacaği barədə getdiyindən və “”nədənlərin ” muqayisəsindən doğan aci həqiqətimizdən getdiyi dərhal anlaşilir.Lakin belə mövzulara şərh yazmaq istəyənlər azdir ,axi haqqini sivil yollarla deməkdən çəkinirlər.Gəl indi az-çox sevgisini bildirən bir azarkeşimiz meydana çixsin və sevgisini izhar etməyə başlamağa başlasin…bir də görərsən ki , hə…tribunada nələri eşitməyəcəksən ki…
    Daha şərh yazmaq niyə?-Onsuzda deyərlər ki, bu adam ağzina gəldiyini yazir.,amma nə yazdiğini da bilmir və hamini bezdirir. Bir də deyərlər :Görəsən nə qədər pul alib ki, həmişə şərh yazir.Yəqin tutulan azarkeşdə ona ruşvət təklif edib və ya ondan ruşvət alib- ona görə onun azadliğa çixmasi uçun aidiyyati qurumlardan kömək istəyir.Ən yaxşisi yazmamaqdir ki , mən də ona görədə şərh yazmiram.Haqsiz həbs olunan azarkeşlərimizə dəstək olmaq istəmirəm.Amma bir işdən yaman qorxuram.Axi hər birimiz futbolda həbs oluna bilərik.Allah göstərməsin birdən o azarkeşin yerində mən olaydim?-Qulaqlara qurğuşun.!-Heç dörd divar arasinda özumu təsəvvur etmək belə istəmirəm. .
    ____
    Onsuzda gec və ya tez azarkeşlərimiz azad olacaqlar.Lakin onlarin qəlbində bir nisgil qalacaqdir.Oda ondan ibarətdir ki , yalniz 12cilərdən başqa heç bir mətbu orqani haqqi dilinə gətirmədi..Əksəriyyəti susmağa ustunluk verdi-heç nə olmamiş kimi…
    Yaxşi ki, email adresinə gələn mesajinizi yazmamisiniz.Onda görəsən mənim kimi azarkeşlərimizin hali necə olardi.?.Urəyim piçilti ilə mənə nəyisə anlatmağa çalişir…Qoy sakitliyə çəkilib bir ölkə futbolunun azarkeşlərinin sayi ilə ,bir də futbolun vəziyyəti ilə taniş olub və yenidən qərara gəlim..Amma şərh yazmağa yenə söz vermirəm ha…
    ***
    Əhsən Zəfər bəy.

  3. Facebookda Vəfa Qələmdarın yazısının altındakı rəyim:

    —-Qonşum : “Ay İslam bu yazının altında fikir bildirən yox, bəyənən də azdı, səncə niyə belədi?”
    Mən: “Ay qonşu, millətin əksəriyyəti başa düşmür də belə yazıları, heç kəsi qınama çoxunun başı yeyib – yedizdirməyə qarışıb. Fikir bildirilməsini və ya bəyənilməsini istəsəydim mənasız bir şeyi paylaşardım da.”

  4. Monteneqrodakı (keçmiş Çernoqoriya) hadisə bizimkiylə oxşar olsa da ədaləti qoruyan hakimlərin düşüncələri ayrı-ayrıdır. Allah Elikonun da yolun açıq eləsin.
    Vəfa müəllim də Qələndəroviç yazmaqla “”quşu lap gözündən burub.”

  5. Salam Alleykum!
    Allah merdi-mazara lenet etsin.
    InshaAllah hebsde qalan son azarkeshimizde azadliga cixar.

  6. Zəfər Lerikli says:

    Hamimiz aprelin son gunlərini gözləyirdik.Lakin hələdə bir xəbər yoxdur.Bu yazi ilə bəlkə bir daha aprel ayinin son gunlərini yadlarina sala biləsiniz. Yaziya görə təşəkkurlər.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz − = 4