10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A


3Sloveniyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”ın düşərgəsinə maraqlı hadisələr baş verir.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə iyulun 24-də baş tutan məşq zamanı Rəşad Sadiqovla Saşa Şemonayevin arasında qısa mübahisə yaranıb. Komanda yoldaşlarının ani müdaxiləsindən sonra mübahisə edənlər biri birinə əl verib görüşüblər və qucaqlaşıblar. Lakin onlar mehriban şəkildə görüşmələri ilə belə yaxa qurtara bilməyiblər. Belə ki, mübahisə edənlərin boynuna piçça qonaqlığı qoyulub. Məşqçilər korpusunun razılığını alandan sonra  axşam saatlarında komanda tam heyətlə piçça qonaqlığında iştirak edib. Qonaqlığın xərcini isə cəza olaraq Rəşad Sadiqov və Saşa Şimonayev ödəyiblər.

Məlumatdan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

 

11 Şərh

  1. Zəfər Lerikli says:

    Müəllim salam!– Tarix yazilmaqdadir.İstəyim odur ki, azarkeşlərimiz onbirilliyimizə motivasiya olsunlar. Tariixin hər səhifəsi bizimdə futbol adimiza yazilir.Kim bilir ki…Bir neçə ildən sonra tarix nələrdən yazar?.
    Sizin və bizim saytimiz olan “12cioyunçu.info” tarixin yaddaşi olaraq əbədi qalacaqdir.

  2. ay camaat tahir suleymanov gedir gelir gedir gelir bir qerara gelde

  3. Xəzərə gələnlər elə bil keyfə gəlirlər. Onlar məsuliyyət nədir bunu bilmirlər. Neftçidə Rəşad belə hərəkət etsə onun gözün çıxararlar. Elə digəri də belə. bizim çörəyimizin duzu yoxdur da.
    Allah bizə kömək olsun !

  4. Начинается…
    ***
    Hələ piçça ilə yolunu qoymaq olur…

    • Salam. Ay QABIL EMIOQLU ruslarda bir mesel var:- Лучще поздно, чем никогда . Qapicini alarken telesmek lazim deyil. Ummiyyetle qapici komanda ile 2-3 mesqden sonra komandanin qapisini ozu bacariqlidirsa qoruya biler. Yoxsa Xezer Lenkeran telesib “bir vaqon” qapici aldi, onlar da komandanin qapisini plovsuzene donderdiler. Insallah bu qapicimiz belelerinden olmaz.

    • Piçça ilə başlayıb daha sonra AFFA və PFL məmurlarının zurnası ilə daha ağır xəyanətlərə əl atmağa doğru…

  5. Yegin tezeler ozunu gostermeye calisirlarki bizde varig

  6. Bu wemonauev xezeri pis gune qoyacaq Men olu siz diri baxarsiz oguzun en yanliw transferi wemonayevdir

  7. Keçmişi vərəqləyərkən says:

    XƏZƏRİM

    Niyyəti saf olana pirdir, ocaqdır Xəzərim.

    Sevgiyə qol açana isti qucaqdır Xəzərim.

    Önünü kəsməyə kim qalxsa o daş sədlər ilə,

    Daş çəpərlər sinəsin çox oyacaqdır Xəzərim.

    Ey ürək, sən kimi çırpınmaq onun adətidir,

    Çırpınarsansa onuntək duyacaqdır Xəzərim.

    Sev onu, sal ürəyə, çünki o layiqdi buna,

    Sevə bilsən dizinə baş qoyacaqdır Xəzərim.

    Neyləyər yüz qara əl FIRTINALAR MEYDANIna?

    Sanma öz fırtınasından doyacaqdır Xəzərim.

    Saflığın aynasıdır dalğaları – kim bulasa,

    Onu çöptək kənara tullayacaqdır Xəzərim.

    TƏRLAN

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 − dörd =