8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Mubariz MensimovHər həftəsonu ölkə futbolunu zorlamaqdan həzz alan AFFA, onun ərköyün övladı PFL və fiziki qüsurlu uşağı…

Premyer-liqamızın builki mövsümünün başa çatmasını necə də səbirsizliklə gözləyirdim. Qazaxıstanın Taldıkurqan çöllərindən əsgər forması ilə evimizə dönəcəyim günü gözləyəndə heç belə hisslər keçirməmişdim…

Pulsuz-parasız, intriqasız və maraqsız çempionat oyunlarını izləməkdən darıxdırıcı nə ola bilərdi ki? Bir yandan da “Xəzər Lənkəran”ın xəstəliyi… Ağır xəstəliyə tutulan klub gözümüzün önündə günü-gündən məhv olub gedirdi. “Ağ-yaşıl” formaya könül verən ən nikbin azarkeşlərin təsəlli dolu sözləri, duaları belə köməksiz kimi görünürdü.

Hər həftəsonu ölkə futbolunu zorlamaqdan həzz alan AFFA, onun ərköyün övladı PFL və fiziki qüsurlu uşağı- Hakimlər Komitəsi, sağ olsunlar, “Xəzər Lənkəran”ı elə-belə ölməyə qoymadılar. Yıxılana elə bir balta vurdular ki, gəl görəsən. İndi dəqiq diaqnoz qoymaq olar- “Xəzər Lənkəran” xərçəngin yox, həm də namərd zərbəsinin qurbanı oldu!

Təkcə “Ağ-yaşıl” forma ilə nəfəs alanların deyil, klubun bu cür aqibətə düşməsinə sevinənlərin də deməyə sözü çoxdu.
Yarandığı gündən Azərbaycan çempionatını hörmətə mindirən, özünəməxsus rəng qatan “Xəzər Lənkəran” belə miskin duruma düşməməli, mövsüm boyu qələbəyə həsrət qalmamalı idi. Nə AFFA-da, nə PFL-də, nə də Hakimlər Komitəsində maaş alanlar Tural Qürbətovun, Zaman Mirzəzadənin, Mahsun Qəmbərlinin, Bayram Budaqovun, Vüqar Bəybalayevin, Orxan Səfiyaroğlunun… yerinə qol vurası deyildilər ki… “Xəzər Lənkəran” premyer-liqada qalıb-qalmamaq məsələsini “Rəvan”la oyuna saxlamamalı idi. Klub Bayıla çatanda artıq körpü selə verilmişdi…

Cənub klubu bu üzücü duruma bir ilə, bir aya, bir həftəyə, bir günə və bir saata düşməmişdi. Klubun idarəçiliyində zaman-zaman yol verilən kobud səhvlər Mübariz Mənsimovun ən yaxşı gəmilərindən birinin-“Xəzər Lənkəran”ın nə vaxtsa batacağından xəbər verirdi. Bu klubla nəfəs alan minlərlə azarkeşin əli onsuz da Qiyamətə qədər “Xəzər Lənkəran”ı bu duruma salanların yaxasında olacaq…

Amma və lakin bütün bunlar ölkə çempionatında baş verənlərə, eləcə də son turda “Bayıl Arena”da yaşanan rəzalətə haqq qazandıra bilməz. Bu şərəfsizliyin peşəkar sifarişçiləri də, həvəskar icraçıları da nə vaxtsa cavab verəcəklər.
Xəstəhal “Xəzər Lənkəran”ı I diviziona yola salmaq üçün şeytanla azmış kimi, “Qarabağ”la da saziş bağlayanlar, Qurban Qurbanov kimi əxlaqlı bir kişini bu çirkin oyuna girməyə məcbur edənlər, Qarabağın müqəddəs adından yararlananlar indi əllərinə xına yaxıb rahat gəzə bilələr. Belələrinin səhər-axşam tumanlarını başına çəkib bütün dünyada “Qarabağ, Qarabağ” qışqıraraq haray-həşir salan ermənilərdən çoxmu fərqi var? Allah ermənilərin də bəlasını versin, sizin də!

Qayıdaq “Bayıl Arena”da baş verənlərə. Hətta ildə bir dəfə futbola gözucu baxan evdar qadın da bu gözəl oyunda hakim xətasının olmasından xəbərdardı. Amma və lakin sonuncu turda Ramil Diniyev adlı birisinin ən sonuncu yola düşməsinin hakim xətası ilə nə əlaqəsi?

Siyasi düşüncələrini heç zaman bölüşmədiyim Nemət Pənahlı sonuncu məhkəmə prosesində onu mühakimə edən və sifarişli hökm verməyə hazırlaşan hakimə üz tutaraq belə bir söz işlətmişdi: “Ailəniz, övladlarınız üçün bu cür çörək qazanmaqdansa gecələr Tbilisi prospektində dayanıb əxlaqsızlıq edin…” Sitatın sonu…

Bayıldakı rəzalət yaxın-uzaq ellərdə müzakirə olunarkən, Azərbaycan futbolu lağ obyektinə çevrilərkən meydana Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov çıxdı.

Böyük şairin cılız adaşı elə bir açıqlama verdi ki, toyuq dönərinin də gülməyi tutdu. Hakimlərin başında duran bu adam Ramil Diniyevin böyük bir səhvinə haqq qazandırdı. Qızıl-qırmızı dedi ki, Ramil Diniyev penalti nöqtəsini göstərməkdə haqlı imiş. Yalnız AFFA-nın çətiri altında oturan belə açıqlama verə bilərdi və verdi də. Dünya ədəbiyyatına ölməz əsərlər bəxş edən alman Bertol Brext necə da haqlıdı-“Axmaqlıq böyük miqyas alanda hiss edilməz olur”. Sitatın sonu…

Lütfən, yenə qayıdaq Bayıla. Maraqlı, ölkə futbolunda nadir hallarda rast gəlinən mənzərə yaranmışdı. Ağır xəstəlikdən və namərd zərbəsindən I diviziona düşən “Xəzər Lənkəran”ı azarkeşlər sonuncu “oyundan” sonra qəhrəman kimi yola saldı. 100 yaxın azarkeş klubun avtobusunun qarşısını kəsərək futbolçuları alqışlayır, onlarla şəkil çəkdirirdi. Fanatların səs-küyü, səsləndirdiyi şüarlar Bayılı başına götürmüşdü. Bu mənzərə “Ağ-yaşılların” qətlinə fərman imzalayan, “Xəzər Lənkəran”ı bir klub kimi deyil, sanki xalalarının-bibilərinin oynaşı kimi görən futbol funksionerlərinə tutarlı bir cavab oldu. “Nəsimi” filmindəki məşhur epizod yadınızdamı? “Böyük bəyin ölüsü də gözəldi!” Sitatın sonu…

Cənublu azarkeşlərdən, bu fədakar insanlardan söhbət düşmüşkən… Sonuncu mövsümün ağrı-acısını çıxarmaq üçün yaxşı fürsət var. Yeni doğulan körpələrə Ramil adı qoymaqdan imtina etmək pis olmaz. Düzdü, bu adı körpəyə qoymaq kiminsə arzusu ola bilər. Amma və lakin bir məsələ də var, onsuz da Azərbaycan insanının ürəyi dəfn olunmuş arzuların qəbiristanlığıdı. Bir arzunun da ora gömülməsi problem olmaz yəqin. Bir də ki, sizə Ramil adlı oğul lazımdımı?

Nə isə qayıdaq Bayıla. Yox, bu dəfə Tofiq Bəhramov adına stadiona qayıtmağınızı rica edirəm. 2013-cü il mayın 28-də bu arenada yaşananlar nə tez yaddan çıxdı? Həmin gün əzəli rəqiblər- “Neftçi” və “Xəzər Lənkəran” Azərbaycan Kubokunun finalında üz-üzə gəlirdilər. İndi özünü ədalət carçısı, mərdlik simvolu kimi sırımaq istəyən Tahir Süleymanovun da təmsil olunduğu “Neftçi” klubu AFFA, PFL və Hakimlər Komitəsi ilə əlbir olub təkcə “Xəzər Lənkəran” oyunçularını yox, həm də ölkə futbolunu sillə-təpik altına saldı. Həmin gün meydanda baş verən bu rəzaləti Türkiyədən dəvət etdiyi qonaqları Rüştü Rəncbər və Rıdvan Dilmənlə birgə izləyən Mübariz Mənsimov tarixi bir ifadə işlətdi. “Xəzər Lənkəran”ın yaradıcısı, Azərbaycan və onun futbolu üçün böyük işlər görən Mübariz bəy şərəf tribunasında yanaşı oturduğu AFFA rəhbərliyinə üzünü tutaraq bu cinayətə əsl qiymətini belə verdi: “Tüpürüm sizin futbolunuza!”
Sitatın sonu…

Etibar Cəbrayıloğlu

etibar

 

17 Şərh

  1. Azerbaycan futbolu Xezerle dogulmushdu Xezerlede oldu..
    . Rovneq indi gorek hansi klubun qanin emir… Affani ne ilese dolandirmaq lazimdi axi. Gorek novbede hansi klubdu. Heyf sendeN ***XEZER LENKERAN***

  2. Salam
    Mene futbolu sevdiren Xezer olub ilk defe XL stadiyonuna 2009 ci ilde adim atmisam ora adim atanda nece sevinirdimki axirki lenkeranin stadiyonuna ayaq basdim men o gunen XL fanatiyam onum oyunlarinin hec birin qacirtmirdim sevincimide uzuntumude XL oyrenmisem desem yeridi danisacaq soz tapa bilmirem men XL bu hala dusmesin hec istemezdim men XL onun oyunlarina nece sevincle gelerdim yine ele istiyirem olsun kAski yine ele olsayda XL ele olmaso ucun her sey eliyerdim ne bilime ehh

  3. Azerbayca... says:

    Xezer Lenkeran cempionatdan cixmadi cempionati siradan cixartdi. futzal
    hansi seviyyededirse gelen il cempionat o seviyyede olacaq . maraqsiz baximsiz pulsuz . Qarabag cempionlar liqasinin qrupuna dusmeyince
    hec bir komanda qizil medal istemesin … bunu Mubariz Mensimov cox gozel bilir Azerbaycan da yegane klub idi ki xaricden gelen pullarla idare olunurdu. Mubariz emin olmaq ucun sinaq testi kecirdi iki il
    Rednike butun seraiti yaratdi 13 milyonluq budce ve istediyivi getir .
    ne oldu ? affa da oturanlar neftcinin lehine 16 penalti qerari verib iki
    il qizil medallari onlara hediyye etdi .

  4. Tupurum sizin futbolunuza size revan kimi qaz komanda lazimdi yoxsa avroliga ucun oynayan XEZER LENKERAN . Bu facieler genceninde qebeleninde basina gelecek.Azerbaycan futbolunda yalniz BAKI kmandalari qalmalidi

  5. Hörmətli Etibar bəy! Bu məqalələri bir yerə toplayıb kitab halında çap etdirin. Qoy bəzi jurnalistlər (muzdurlar) dərslik kimi istifadə edib bəhrələnsinlər. birdəki Şükürlər olsun ki, biz Tuykun (NB) Nadirovu və başqa XL funksionerlərinin yalanlarını bir daha eşitmərik!

  6. Salam Admin deyilənə görə Guya Mais Mənsimov Turkiyəyə Gedib qardaşı ilə danlçmaqa.bu barədə nəsə eşitməmisizki?
    ***
    Salam. Düzünü deyim ki, mən hər deyilənlərə inanmıram xüsusən də söhbət Mənsimovlardan gedəndə. Qaldı konkret olaraq balaca qardaşın Türkiyəyə gedib qardaşı ilə danışması məsələsinə, onu deyə bilərəm ki, son günlər iki qardaş hər gün azı 3-4 dəfə telefonla danışırlar. Türkiyəyə getmək bu mənada tamamilə yersizdir.

  7. rehman says:

    BU MESELEDE ESAS İKİ AMİL VAR. BİRİNCİSİ XEZER TALİŞ BÖLGESİN TEMSİL EDİR VE RESPUBLİKADA TALİŞDARA OLAN MÜNASİBET GÖZ QABAGINDADI. İKİNCİSİ AZERBAYCAN FUTBOLUNUN RULU XEZERDEN HER TEREFLİ YANIĞLI OLAN NEFCİNİN KECMİŞ PREZDENTLERİNİN ELİNDEDİ, OLARDA DÜŞMENCİLİYLERİN AXIRACAN GÖSTERDİLER VE ELLERİNDEN GELEN NE VARDISA HAMISIN ELEDİLER. HELBETDEKİ TURKİYEDEN GELEN PULLARİ ÖZ KEFİNE XERCDİYEN BURDAKİ SAVADSIZ REHBERLİYİNDE XEZERİN MEHVİNDE AZ ROLU OLMADI. BUDA SONU, MENCE BUNDAN SORA NEYİNSE DÜZELECEYİNE UMUD YOXDU VE ONA GÖRE ESEBLEŞMEYİNEDE DEYMEZ.

  8. Rovshan Asadov says:

    Gün geler dövran döner. Bunun yegane yolu Rövneqin sürüsünün futboldan redd olmasından keçir. Allah camiemize sebir versin

  9. Bir sözlə möhtəşəm.

  10. Bəyənilsin!

  11. filfilo says:

    Admin əmi , öz gözəl mülahizələriylə,futbolla bağlı təhlilləri ilə və.s. bütün futbol aləmini riqqətə gətirən Nadirov Tuyqunun səsi gəlmir axı.Deyəsən bu dəfə doğurdanda konturu qurtarıb
    ***
    Salam. Bilirsinizmi Tuyqun Nadirov mənimlə çoxdan yaman olub, danışmır. Çoxdan deyəndə daha dəqiq yazım, deməli 03.02.2016 tarixində saat 20:37-də və 20:38-də iki dəfə o mənə SMS yazıb. Həmin SMS-lərin sonu belə qurtarır: “Xahish edirem bundan sonra meni narahat etmayasiniz!”

    Mən də düşündüm ki, əşşi salamat da olmasın, mənə yüz il də lazım deyil ona zəng etmək, necə deyərlər, “başı da qarnına”. Beləliklə Tuyqun Nadirovun səsinin çıxmamasının səbəbləri mənə məlum deyil.

    • Fərhad says:

      Düz deyir də…, kişinin işi-gücü var, siz də onu “XL” futboluna aid suallarla işindən ayırırsız…:)

  12. Azərbaycanlı says:

    …adından asılı olmayaraq, isladılmışın tüpürcəkdən nə qorxusu…bu genixarabları nə qədər sulamaq olar e…

  13. Seymur says:

    Etibar bey her zamanki kimi qisa ve tutarli yazi ile hedefi deqiq vurdu. Azerb futbolu hemin gunden mehv oldu, bu dirnaq arasi futbol bas bilenleri ele bilirler ki, Kepez FC XL yerin verecek gucdedi, inanin ki XL azerkelserinin keyfiyetine hec 10% bele yaxinlasa bilmez. Futbol biz cenublularin qanindadi, bu saytda yazilan serhlere nezer edende bunu gormek cox asandi.
    Hetta butun idman saytlari XL nefes alir, misal ucun: son turda bir nece aparici klublari cerime edibler amma basliqda Xl adi gelir:)))cavab cox sadedi, XL Azerb brend olan futbol Klubu idi, azerkelserinin mohtesemliyine ve 12cioyuncu saytina gore. (Qeyd: Nezere alsaq ki idarecilik XL demek olar ki yaritmaz veziyetde olub, tesevvur edin o yuksek seviyyede olsaydi neler ola bilerdi?)

  14. KAŞ O VAXT AZƏRBAYCAN FUTBOLUNA VƏ ONU İDARƏ EDƏNLƏRƏ BİR DƏFƏLİK TÜPÜRÜP ÇEMPİONATI TƏRK EDƏRDİ.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz − 8 =