7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 Salam, çox hörmətli Mübariz bəy! Biz sizi 2004-cü ildən sonra daha geniş tanımağa başladıq. O 2004-cü il ki, Azərbaycan futbolunda sıçrayış baş verdi. Bu sıçrayışda bir futbolsevərlər kimi həmişə futbolu olmuş, lakin sovet dönəminin süqutundan, 2004-cü ilə qədər tənəzzülə uğramış Lənkəran futbolunun azarkeşləri kimi biz də sizin sayənizdə təsis olunan “Xəzər Lənkəran” adında, doğma yurdumuzun yeni təmsilçisini görərkən sanki göylərə uçduq. Bu sevinci bizlərə bəxş edən bir insana inanın ki, bütün futbolsevərlər nə qədər dualar etdi. Futbol idmanın şahıdır deyirlər. Bu idmanın şah növünü bizlərə qaytaran bir insanın kim olduğu ilə daha dərindən maraqlanmağa başladıq. Öyrənəndə ki, bizim canımızın bir parçası olan “Xəzər Lənkəran” klubunun sponsoru “Palmali” şirkətlər qrupudur ki, bu şirkət dünya gəmiçilik sistemində böyük nüfuza malikdir və sizin sayənizdə çox peşəkarlıqla idarə olunur ki, bunun da böyük maliyyə potensialı var, təsəvvür edin ki, biz Lənkəran futbolunun azarkeşləri artıq özümüzü Avropa futbol məkanında görməyə başladıq. Bu sevincli anları sözlə ifadə etməyə çətinlik çəkirik.

Doğurdan da “Xəzər Lənkəran” elə ilk ilindəcə düşüncələrimizin necə doğru olduğunu ortaya qoymağa başladı. Külli miqdarda vəsaitlər xərcləyib, yeni, Avropa tələblərinə uyğun komanda yaratdığınızı, bir futbol klubuna lazım olan bütün infrastruktur formalaşdırdığınızı görüncə, yerə-göyə sığmırdıq. Bəri başdan futbol adına gördüyünüz bütün işlərə görə təşəkkür etməyi də özümüzə borc bilirik.

İllər keçdi, komandamız ölkə çempionluğunu qazandı, bir neçə dəfə ölkə kubokunu da başı üzərinə qaldırdı. Hətda beynəlxalq yarış olan “Birlik Kuboku”nu da ilk cəhddəcə başı üzərinə qaldıra bildi. Bununla biz azarkeşləri də göylərə qaldırdı. Artıq sizin də dediyiniz kimi “Xəzər Lənkəran” tək bu uğurları düşünməyib, Avropada sözünü deməyi qarşısına məqsəd qoymuşdu. Lakin Avropa uğurları bizim üçün əlçatmaz olaraq qalır.

Bu günlərdə ölkə futbol tarixində görünməmiş bir hadisə baş verdi. “Neftçi” futbol klubu Avropa Liqasının qrup mərhələsinə adını yazdırdı. Sizin kimi biz də ölkə futbolunun bu uğuruna sevinərək, bütün futbol ictimaiyyətini və bu klubun fanatlarını təbrik etdik. Bəli, Azərbaycan futbolunun Avropa səhnəsindəki bu uğuruna sevinməmək mümkün deyil. Bu uğurlara Azərbaycanın digər klubları da layiqdir. O cümlədən doğma “Xəzər Lənkəran” da. Biz bunu çox arzu edirik. Çünki sizin başçılığınız altında dünya futbolunun ulduzlarından ibarət çox güclü heyətlər qurulub. Bu heyətlər qurularkən heç bir maddi ölçülər nəzərə alınmayıb. Elə isə bəs biz niyə layiq olduğumuz nailiyyətləri əldə edə bilməmişik? Futbol klub camiəsinin bəlli bir quruluş modeli var. Burada klubun sahibi və onun azarkeşləri, klub yolunda fərqli miqdar da olsa, pul xərcləyir. Qalan bütün klub işçiləri və komanda heyəti para qazanır, yəni müqavilələrə görə maaş alır və hətda mükafatlar əldə edirlər. Sizin və biz azarkeşlərin klub adına haqqımız var. Bunu düzgün başadüşüləcək deyə yazırıq. Bu minnət yox, bir sevgi yanğısıdır.

Amma zaman-zaman klub adına heç bir haqqı olmayan insanlar, bəzi yazarlar sizin və bizim aramıza girib, klubu zəiflətmək yönündə çox iş gördülər. Onlar dəridən-qabıqdan çıxıb nələrə əl atmadılar? Ötən mövsüm Avropa rəqabətinə tab gətirə biləcək bir komandamızı diz çökdürdülər. “Xəzər Lənkəran” tarixində ilk dəfə böyük klub olma yolunda çox ciddi addımlamağa başlamışdı. Bu bizlərə qürur verirdi. Lakin həm daxildən, həm də kənardan müdaxilələr başlandı. Bizim ümidimiz siz idiniz. Biz inanırdıq ki, siz bunun qarşısını alacaqsız və klubumuzun daha da böyüməsi üçün addımlarınızı davam edəcəksiniz. Görünür müxtəlif məqsədi olan bədxahlar sizinlə də əlaqə saxlayarkən klubun o zamankı möhtəşəmliyinə nail olan kadrlar haqqında gözdən və nüfuzdan salıcı təsirlər etmişlər. Yoxsa biz heç zaman inana bilmirik ki, güclənməkdə və inkişafda olan, eyni zamanda sizin də adınızı daşıyan bir klubu dağıdıb, zəiflədənlərə qarşı tədbirlər görməyəydiz. Bu il bir daha sübut etdi ki, komanda haqqında buradan aldığınız informasiyalar həqiqəti əks etdirmir. Kimlərsə öz maraqları naminə sizə yanlış informasiyalar çatdırırlar. Komanda naminə sizdən təvəqqemiz budur ki, belə yanlış informasiyalara inanmayın. Öz bildiyiniz kimi dəqiq xəbərləri öyrənəndən sonra qərarlar verin.

Ötən il bizim futbolçumuz olmuş, öz peşəkarlığı ilə seçilən, vurduğu qolla Buxarest “Dinamo”suna ölkə kubokunu qazandıran Adrian Manuel Skarlatake, Azərbaycanın “Neftçi” komandasının ilk olaraq Avropa Liqası qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olan, demək olar ki, hər oyunda vurduğu qollarla və digər qollara assistentliyi ilə yadda qalan Julius Vobay, komandamız üçün çox böyük fədakarlıq göstərərək, rəqiblərə cəhənnəm ab-havası yaşadan Uinston Parks və neçə-neçə adlarını çəkmədiyimiz futbolçular “Xəzər Lənkəran”ın futbolçuları deyildilərmi? Elə onları klubumuza gətirməklə gözəl bir heyət quran Mirça Rednik kimi bir mütəxəssis Rumıniya kimi futbolu bizdən daha çox inkişaf etmiş bir ölkədə Buxarest “Dinamo”suna, “Rapid”inə ayrı-ayrı vaxtlarda çempionluğu, ölkə kubokunu və superkuboklarını qazandıran biri “Xəzər Lənkəran”ın sükanı arxasında deyildimi? Bu, insanlarla gözəl ünsiyyət qurmağı bacaran, tələbkar azarkeşlərin futbol istəyini qarşılaya bilən, işinə olduqca peşəkar yanaşan, qısa müddət ərzində “Xəzər Lənkəran”a böyüklük bəxş edən, bizdən sonra bir neçə tur ərzində vətənində aşağı dəstəyə yuvarlanmağa məhkum olmuş “Astra” klubunu bu bəladan qurtaran, Avropa kuboklarında çox irəli getməyi bacaran, və sair və ilaxır uğurların sahibi olan bir mütəxəssisin arxasınca burda nələr söyləndi, hansı yollarla nüfuzdan salınmağa çalışıldı. “Makkabi”yə məğlubiyyəti əsas gətirənlərə isə bu işin daha böyük araşdırmalara ehtiyacının olduğunu deməliyik. Bunların əsl səbəblərini azarkeşlərimiz bildiyinə görə, “Xəzər Lənkəran” azarkeşi daima onu sevdi və yola salınarkən gözyaşları ilə qəhərləndi. Niyə siz bunlara diqqət ayırmadınız?. Bəlkə də bədxahların təbliğatı öz işini görmüşdü artıq.

Bütün bunları xatırlamaqla onu demək istəyirik ki, biz daha böyük uğurlara hazır olarkən, bədxahlar öz işlərini necə görə bilirlər? “Palmali” kimi dünya şöhrətli bir şirkətin komandasını bunlar necə zəiflədə bilirlər? O şirkətlə ki, siz böyük uğurlara imza atmısınız, sizin sponsoru olduğunuz  və belə möhtəşəm azarkeşi olan bir klub indi Avropada söz sahibi olmalı idi. Sizdən artıq dərəcədə təvəqqemiz budur ki, bu klubun işləri ilə yalnız özünüz məşğul olasınız. Bir müddət əvvəl ya iki oyunluq azarkeş cəzası və ya 37.000 manatlıq para cəzası məsələsində siz bu pulunuzdan keçərək, azarkeşləri futbolsuz qoymamağa üstünlük verdiyiniz kimi, bu dəfə də azarkeşlərimizi böyük futboldan uzaq düşməyə qoymayacaqsınız. Bizə ötənilki möhtəşəm “Xəzər Lənkəran”ımızı qaytarasınız, bizə Avropanı fəth etmək yolundakı itirilmiş ümidlərimizi qaytarasınız. Dünya sularında daim irəli üzdüyünüz kimi, “Xəzər Lənkəran”ı da  futbol dənizində irəli aparasınız.

Hörmətlə: “12-ci oyunçu azarkeş qrupunun rəhbəri İslam Cabbarlı

                  “Bosman” fan klubunun rəhbəri Mirhafiz Babayev 

104 Şərh

  1. Xezer Lenkaranin baw mewqcisi Oguz Cetinin Istefasindan sonra Xezer Lenkarana Lenkaranin Sabiq Baw Mesqcisi Micra Rednik kecmelidir bele daha yaxwi olarrrrr

  2. BU MOSKVA FAN KULUBU YARANANDA OLAR ELƏ MÖHTƏŞƏM GƏLDİLƏR Kİ BİZ DEDİY AY AMAN BULAR GÖRƏSƏN HARADA İDİLƏR.GƏLİŞLƏRİ NƏ QƏDƏR MÖHTƏŞƏM OLDUSA FƏALİYYƏTLƏRİ DƏ BİR O DƏDƏR SÖNUK VƏ MƏNASIZ OLDÜĞUNU GÜRDÜK.

  3. Hörmətli İslam Cabbarlı və Mirhafis Babayev ,gec olsa da Sizin “Müraciət”inizin xeyri oldu ,Xeyr istəyənin qabağına Xeyir ,Pislik istəyənin qabağına Pislik çıxacaq .BU Müraciətin qabağını almaq istəyənlərə .olanlar böyük dərs olacaq ,Admin qoy məşqçinin adına aydınlıq gəlsin .bir “ZƏFƏR” də yazarsınız.
    ***
    Düzdür ola bilər ki, kimlərsə bunu qəbul etməyəcək amma həqiqət budur ki, bir çoxları “Xəzər Lənkəran” klubu ətrafında demoqoqiya ilə məşğul olarkən biz konkret iş görərək Mübariz Mənsimova müraciət etdik. Müraciətdə klubda yaranan problemlər və vəziyyətdən çıxış yollarını göstərdik.

  4. Московский “Фан-клуб” , “Хазар-Ленкорань”, присоединяется к вашему обращению. Мы искренно верим , что Наше обращение не останется без внимания !!

    Президент “фан-клуба” ” Хазар-Ленкорань” Москва

    Багиров М.Д

  5. Admin sizin fikrinizcə müraciət müsbət həlli olacaqmı .?Amma işlərin gedişi göstərir ki mütləq sizə cavab verilməlidir .çünki komanda da xaosdur .
    ***
    Bizə aşkar şəkildə cavab verilməyə də bilər. Lakin hansısa dəyişikliklərin olacağına da ümid edirəm.

  6. AFFA-nin müracətini 2-3 saata reaksiya verildi ,Axırı nə oldu ,yenə də özbaşnalıq ,Amma ki azrkeş müraciətinə heç bir reaksiya verilmir ,Bu bizə çox təsir edir ,Axı hamımız eyni inasnalrıq ,AFFA-da oturanlar heç bizim azarkeşlərdən önəmli deyil .Kamran getdi .özüdə heç kim onun haqda pis söz yazmayıb  ki xətrinə dəysin .Amma biz hələdə ümidlə gözləyirik Siz bu müraciətə cavab verəcəksiniz , 

  7. Hörmətli Mübariz bəy bizilər bu Müraciətə cavab gözləyirik .AFFA-nin müraciətinə cavab verdiniz .Bəs niyə susursunuz ?.Komanda uçruma gedir .Uçrumdan düzənliyə dınmək isə sizin əlinizdədir .

  8. Sportlaen says:

    Milyonlar varsa yaxshi futbolchu alin, xesislik etmekle futbolchu almag olmaz…..

  9. salam admin ve xezer asiqleri sozum Mubariz muellimedi 1ci. xezerin evezedici komandasi demek olar yoxdur her gelen 4-5 qol vurur .2ci biz rednik gedende butun xezer sevenler yasa batmisdir ne ye gore redniki qovdular redniki xezerden qovanlar neye gore xezeri  auster srasindan cixara bilmiler. 3cu xezerin ezeli reqibi nmeftci bakiya milan interini getirir amma xezer turana uduzur bu biyabirciliqdir.4 Mubariz muellim mutleq rehberliyde deyisiklik olmalidir eks teqdirde hec olmasa rehberlikde oturanlara bir qulaq burmasi verki bilsinler bu komanda yiyesiz deyil bu komandanin MUBARIZ MENSIMOV KIMI FEXRI PREZDENTI VAR VE MINLERLE XEZERE KONUL VEREN XEZER ASIQLERI VAR. biz cenublular Mubariz M seninle fexr  seninle fexrv edir .MUBARIZ MENSIMOV SENE INANIRIQ VE BILIRUK XEZERDE BOYUK DEYISIKLER EDECEKSEN AZERKESLERIN SESINE SES VERECEKSEN .ADMIN SENE DUNYANIN EN GOZEL XOSBEXTLIYINI ARZU EDIREM SEN OLMASAN BIZ ASIQLER derdinib kime danisardi sagol.haydi fexrimiz mubariz sesimize ses ver

  10. Mübariz bəy.
    Artıq vaxtdır. Biz sizi məğrur bir insan kimi tanıyırıq. Ola bilməz ki siz Xəzər Lənkəranda gedən proseslərdən xəbərsiz olasınız.
    Çırpın əlinizi masaya. Son qoyun bu anarxiyaya. Komandada olan bu vəziyyət sizə başucalığı gətirmir. Əksinə sizin reytinqizi aşağı salır. Gozünüz görə-görə siz buna yol verməyin. Size böyük ümid bəsləyirik.
    Çırpın əlinizi masaya.
    STOP deyin anarxiyaya

  11. mavrib322 says:

    Hər vaxtınız xeyir olsun.
    Mən müraciəti və əksər şərhləri oxudum.Artıq Xəzər Lənkəran Xəzərin sularında batıb.Rəhbərliyin azərkeşlərə qarşı bu cür münasibətini hörmətsizlik kimi qiymətləndirirəm.Mən şəxsən Rednik Xəzər Lənkəranı tərk edəndən sonra və haqsizlıqlar içində boğulan bir azerkeş kimi Xəzər Lənkərana artıq azerkeşlik etmir.Nə vaxt Rəhbərlik agıllı qərar verib.Lazımsız keyfiyyətsiz kadrları ( Tuy…. kimilər sinifini…..)Xəzərdən qovacaq o zaman azərkeşlik etmek olar…….Artıq eseblerimiz tarima cekilib

  12. niyaz azeri says:

    teklif budur ve mene ele gelir yegane cixiw yoludur.1.xaricden pewekar idareci,tewkilatci,ve sirf futbol adami getirilmeli.2.indiki idare heyyeti hamisi uzaqlawdirilmali.3.yeni xarici mesqci ve heyyeti.4.mesqcinin qerarlarina xysusen idare heyyeti terefinden mydaxileye imkan verilmemeli.4.ve en esasi Mais Mensimov demiwken herkes ez iwile mewqul olmali!!!

  13. niyaz azeri says:

    esas islahat rehberliyde aparilmali idi,mesqci kemekcilerinde yox.kemekciler genderilirse mewqci de onda getmelidi.bu “islahat” ya bizi ele salmaqdi,ya da pewekarliqin en alcaq seviyesidi!!!

  14. Admin muraciəti oxuyuruq vallah duzunu deyim mənə elə gəlir ki bu muraciətin hec bir təsiri olmayacaq ona görə ki Siz elə bilirsiz Mubariz bəyin Xəzərdə olan problemlərdən xəbəri yoxdur?VAR SADƏCƏ ƏHƏMİYYƏT VERMİRLƏR.Əsasda odur ki o rəhbərliydə olanlar başqalari deyil

  15. Salam Admin bir xeberi niye tekrar verirsiz?
    ***
    Ona görə ki, konkret cavab olsun.

  16. Ozune hormet eden insan Yunis kimi q…..u komandada saxlamaz. hala xazarin yaxsi gunleridir kamanda o kune qalacaq ki, ondada gec olacaq….. manim serhimi isterseniz verin isterseniz yox bu beledir

  17. YUNIS NIYE QALIR MEN BILMIREM

  18. Məncə bu muraciətin bir xeyri olmayacaq.Mubariz bəyi oyatmaq uçun nəsə başqa bir şey fikirləşmək lazimdi!

  19. Hörmətli İslam Cabbarlı və Mirhafiz bəy ,Sİzin müraciətinizi Mubariz bəy deyəsən  tərsinə  anlayıb .O Xəzərə deyil Kasımpaşaya yeni məşqçi gətirib .və bunun nəticəsində Kasımpaşa-Fənərbaxça 2-0 ,hesabı ilə qalib gəlib .Deyəsən bu Mənsimov  qardaşlar hər şeyi belə tərsinə anlayır Ümidlə bu müraciətin cavabını gızləyirdik .Amma deyəsən komandaya ögey münasibət davam edəcəkdir .Komandaya söyüş söyən və təpik vurmağı öyrədən heç bir təhsili olmayan .mərifətsizləri yığmaqda davam edir .Bizlər kulub rəhbərliyindən çox bu iki İnsanın nəsə edəcəyinə inanırıq .İslam Cabbarlı maddı cəhətdən  çətin vəziyyətdə olsa da .,yenə azarkeşləri tək qoymadı və ürəyi onlarla bir yerdədi ,saytını onların ixtiyarına verib .Görəsən Azrkeşlərimiz , Adminin bu qədər komandaya və azerkeşlərə olan sevgisinin qarşılığına nə ilə cavab verəcəklər .Mirhafiz bəydə ümidimiz olan bir fankulubun rəhbəridi .Onun da köməyinə ümid edirik .Komandamızı bu günlərində yardımına ehtiyacı olanlardan biridir Mihafiz bəy .ALLAh hər ikinizə kömək olsun .!
    ***
    Bu müraciəti imzalayaraq bizlər klub sahibinin konkret addımlar atacağına ümid edir və gözləyirik. Müraciəti imzalaynlara bu qədər yüksək qiymət verdiyiniz üçün də sizə təşəkkür edirik.

  20. s/peterburq says:

    YOLDAŞ MUBARİZ MUELLİM MƏN SİZDƏN BİR LƏNKƏRANLİ KİMİ XAİŞ EDİRƏM Kİ XƏZƏR-LƏNKƏRANİN ADİNİ DƏYİŞİB KARVAN QOYASİZ.ONA GORƏ Kİ HAL-HAZİRDAKİ KOMANDA BİZƏ YARAŞMİR!!!

  21. ….. qayninan deqiq melumat almiwam bilerekden Xezeri bucur zeif gosderirler Bezi Neftci severler bilsinlerki Azerbaycanin En baximli En Sevimli En Seviyyeli Futbol Klubu Xezer Lenkerandi Hami bilmelidiki Xezersiz Azerbaycan Futboluna maraq yoxdu
    ***
    Gəlin mənbəni bildirməyək.

  22. Admin mektuba her hansi reaksiya varmi klub rehberliyi terefinden.Mubariz Mesimova göresen çatibmi mektubunuz?.Xahiş edirem cavab verərdiz.
    ***
    Çatmamağı mümkün deyil, amma hələlik heç bir reaksiya verilməyib, biz də gözləyirik.

  23. Dərd insanı çox danışmağa vadar edir .nə qədər danışsaq da soz bitmir ki bitmir .Heç kimi qınamaq olmaz 

  24. Mektub qisa be konkret olar. Ele bil hekayedi. Vallah heves yoxdu bunu oxumaga. Sevdiyimi ve Hormet etdiyim MirHafiz bunu daha keyfiyyetli hazirlama potensialina malikdi.
    ***
    İndi daha belə alındı da, nə edək. Çalışdıq ki, daha ətraflı olsun. Hələ o qədər deməyə sözümüz qaldı ki.

    • Dr. Mirhafiz says:

      Hörmətli “X-L” nikli şərhyazan, sizə təşəkkür edib onu da xatırlatmaq istəyirəm ki, hər bir məktubun yazılma üsulu var. Yəqin ki, siz belə bir mühüm məktubla, “Facebook”dakı və ya mobil telefonla hər hansı qısa məktublaşmanın fərqini inkar etməzsiniz. Bu böuük işlər görmüş bir insana ünvanlanır. Hansı ki, sizin və bizlərin böyük sevgisinə çevrilmiş “Xəzər Lənkəran” kimi böyük bir sevgini bizlərə bəxş etmişdir. Məhz belə böyük sevgini qorumaq üçün üzərimizə düşən borcumuzu yerinə yetirərkən bu yazıda nələrin çatdırılmasına bir fikir versəniz yəqin ki, böyük məsələlərin qısa müraciəti kimi dəyərləndirə bilərsiniz.

  25. SANKT-PETERBURQ says:

    qoparmaq deyende avropada oynamaq nezerde tutulur ve esline qalsa belkede onun meslehetlere ehtiyaci var.

  26. Mwbarizin nəsə “qoparmağı” bizim nəyimizə lazımdır ,Bizə Kulubun  başında futbolla alışıb yanan rəhbərlik və Avropa səviyyəli məşqçi lazımdır .

  27. SANKT-PETERBURQ says:

    MUBARIZ MENSUBOV HARASA YAPISHANDA NESE QOPARIR.SHEXSEN MEN ONA INANIRAM ONA GORE KI O ESL AZERBAYCANLIDIR VE ONUNLA FEXR ELIYIREM.

  28. Yuska kef ele sen burda qalacaqsan

  29. Halaldı Neftçiyə ,Biz Mübariz Mənsimova inanırdıq ki SÖZ vermişdi ki yaxşı oyunçular alacaq  .Redniki də özü gətirdirmişdi .İndidə yaxşı məşqçi gətirtsin .Rednik bura gəlməz .O ancaq Çempion kimi gələcək Lənkarana .

  30. idman azerbaycan kanalina baxin orada awagida titrlerde yazilib

  31. admin idman azerbaycan yazir ki Xezer turkmenistan qapicisini getirir
    ***
    Hələ biz də bu mövzuda dəqiq heç bir məlumat yoxdur.

  32. hirsimnen gulmeyim gelir bu nece transverdi 5 metirden tekbetek topu vura bilmir qapiya. Allah axirini xeyir etsin buda bizim betamiz goresen finalimiz ne vaxd geler? Raufda azercayimizdi oda naz etdi yeqinki Xezer altiliqda qalar.

  33. YEQIN BOYUK OYUNAN SORA MUBARIZ MELLIM OZ QERARINI VERECEY BIRDEKI ADMIN KAMRAN UZUR ISDIYECEYDI NE OLDU? Piwiy asqirdi??????
    ***
    Bu barədə hələlik məlumatımız yoxdur. Necə deyərlər “Kəşfiyyatda olan pişik hələ ki, susur.”

  34. Admin Kamranın məsələsı  artıq qlobal problemə çevrilib .Şeyximiz də onun komanday qaytarılmasını istəyib . Admin üzr məsələsini nə məsələdi .O nə edib ki ?
    ***
    Mənə də müəmmalıdır bu məsələ. Hər halda yaxında üstü açılar.

  35. Admin Mubariz bey bu yazini oxuyub artiq ?
    ***
    Bizdə olan məlumata görə oxuyub.

  36. XEZERLILER BOYUK OYUNA 1 GUN QALDI UZAQDA OLANLAR YOLUNUZU YAXIN EDIN XEZERIMIZE UGURLAR

  37. SALAM EZIZ XEZER-LENKERANLILAR………

  38. Mübariz bəy  nə yaxşı  Kamranın  müraciətinə  baxıb .Azarkeş müraciətinə isə münasibət bildirməyib Axı azarkeş istəyi kimə lazımdır ?

  39. Turk+Azeri says:

    Admin, burda olarkən Mübariz beyle şəxsən görüşmək olmazdımı?  Məncə o bunu normal qarşılayardı  və  etiraz etməzdi.Palmalife-də Mübariz bəyə yaxınlaşmaq olardı. Bu fürsəti əldən verməmək lazım idi.
    ***
    Bu mümkün olan iş deyildi axı. Heç indiyə qədər eşitmisiniz və ya görmüsünüz ki, “Xəzər Lənkəran”ın hansısa azarkeşi ona yaxınlaşıb görüşə bilsin? Konsulluğun açılış mərasimi keçirilən əraziyə ümumiyyətlə heç bir azarkeşimizi buraxmazdılar da.

  40. Butun qeyd olunanlarla raziyam….Eshi bizim kulubun ele bir idare heyeti var ki bununla bir attdimda ireli getmey olmaz….Bizi ozumuzu ozumuze dushmen eleyen bir Rehberliyimiz var yeni ki Idare heyeti ….Her sheyi pulla almaq olar dushncesi ile yashayan idare heyeti….Cox tesuflerde olsun ki pula satilanlarda var Aramizdaa …..Eshi 12cioyuncunun bu saytin failetini dayandirmaq ucun Kulubun Idare heyeti ne planlar cizirdi men bilirem ….Men ele hemen gundede Olke futboluna Baxmaq maraqlanmaq istemirem….

  41. Admin Sizcə rəhbərlik dəyişməsə , Rednikin komandaya qaytarılması düzgün olarmı .? bu müraciətin cavabı gələcəkmi ? Bu qədər maneləri aşıb gələrmi cavab .?
    ***
    Düzü hazırda bu sualların heç birinə cavab vevmək sadəcə mümkün deyil. Düşünrəm ki, ən azından bir neçə gün gözləmək lazım gələcək.

  42. Möhtəşəm şərh və möhtəşəm cavab .Bu alqışa layiqdir .Əhsən .Dadaş artıq böyüyüb və  çox ağıllı cavablar var ı.Afərin Dadaş ! .

  43. Görünən odur ki, əsas müzakirə olunmalı olan məsələlər qalıb bir yana sayt istifadəçilərinin diqqəti tam ayrı mövzuya yönəlib. Axı ölkəmizdə hər hansı milli ayıçeçkilik zəminində təzyiqlər və ya hər hansı qarşıdurmalar yoxdur. Eləysə biz niyə olmayan işləri müzakirə edirik ? Halbuki burada mövzu “Xəzər Lənkəran”ın yerində saydığı bir vaxtda “Neftçi”nin Avroliqanın qrup mərhələsinə adlamasının müzakirəsi daha çox yerinə düşə bilərdi. Necə olur ki, özünün stadionu belə olmayan “Neftçi” belə bir uğura imza atır lakin hər cür şəraiti olan “Xəzər Lənkəran” yalnız bir mərhələ keçməyinə sevinir? Məgər klubun sahibi üzərinə düşənləri etməyibmi? Məgər bu klubun Avropanı fəth etməsi üçün hər cür şərait yoxdurmu? Məgər bu il Avroliqada “Lex”lə oyundan öncə lazımi transferləri etməyə və komandanı gücləndirərək ikinci mərhələni keçməyə kimsə mane oldumu? AFFA yoxsa PFL ? Bəlkə Xaqani Məmmədov yaxud onun hakimləri? Niyə biz “Xəzər Lənkəran”ın Avropa səhnəsindəki uğurlarına sevinməyək? Biz də müraciətimizdə klubun fəxri prezidentindən klubda və komandada gedən işlərə daha yaxından nəzarət etməsini xahiş etmişik ki, çoxdan gözlədiyimiz uğurlar artıq gəlsin.

    • Admin sizin ile tamami ile raziyam ne AFFA ne pfl ne de Xaqani kim mani olurdu oyuncu alib merhele kecmeyimize ?  hec kim eleyse qunahin kimde olduquna ve Xezer Lenkaranin indi hal hazirdi qrupda oynamali idi amma hani ? qunah kimdedi Mubariz bey diqqet yetirsin ozu kluba teref baxsin !  duzqun ish aparilsin artiq boqazimiza kimi qelib duzqun ish teleb edirik ! 

      • Salam Cənablar,

        bir Xəzər Lənkəran azərkeşi kimi komandanı idarəedən şəxslərin bəyanatlarını kənardan müşahidə edəndə onu sezdim ki, bir iki məsul səxs xaric, bu komandaya yanğı ilə, onu irəli aparıb nailiyyət əldə etmək və tarix yazmaq əzmio heç kimdə yoxdur! Mübariz bəyə verilən məlumatlar tam yalan ola bilməz, amma onların tam doğru olduğunu da söyləyə bilmərəm. Amma, mənə şəxsən dərc olunmuş məqaləyə Mübariz bəyin cavabi və ya fikri çox maraqlıdır.

  44. Talislar her zaman muharibede ve sulhde her zaman on cergelerde veteni namine olmuslar,qaldi cenub bolgesinde burda min illerdi Talislar yasayirlar,bezileri ozleri talis demeselerde.onlar sonradan asimile olmus Azerbaycanlilardi,meselen men talisam ,amma teesuf ki,talisca bilmirem,ozumde bakida yasayiram,menim kimi minlerle insan var Azerbaycanimizin her gusesinde elecede Azerbaycanda qiragda,ne olusa olsun talis oldugumu danmiram,ve AZERBAYCANIN CENUB bolgesinden oldugum ucun sevinirem,qaldi Xezere bu klub cenub bolgesini temsil etsede Azerbaycanin klubudu,ve basda talislar olmagla butun cenub bolgesi bu kluba destek olur,Allah Insallah bu illerin Xezer Lenkeran camiasini cempiyonluqla sevindirer ve 2012-2013 movsumunde Allahin izniylede avropada edeceklerimiz butun Azerbaycani sevindirer ve qururlandirar….

  45. Görəsən Talış sözu niyə bəzilərinə belə ağır gəlir və tez ayrı seçkilik etməyin söhbəti işə duşur.Burda heç kim nə ayrı seçkilik etdi nədəki siyasi bir söhbət elədi.Egər bu reallıq kiminsə xoşuna gəlmirsə yada Talış adının çəkilməsinə görə bu sayta nəsə olacaqsa bunun özu ən böyuk ayrı seçkilik və haqsızlıqdı.

  46. талыш о талышдырки, Азербайджаны севир ве онун угрунда джанында верер лазым олса ! Галды Хезере бу Азербайджанымызынды ве дженубумузун.орда иса тек талышлар йашамыр хетта Ленкеранында озунда..милли айрысечкилиг етмейин Хезер ону севенлеринди. Беле давам етсез бура баглана билер.админи писс везйетде гоюрсуз

  47. Avropaya Getmek Var….Birde Elebele Avropaya Getmek Var Xezer 2004-den Gedir…Ne Faydasi Var….Esas olan odurki Gedib nese edesen….Her oxuyan Molla Penah olmadigi kimi Her komandada Neftcinin etdiyini eDe bilmez……Azerbaycan komandasidir…Ermenistanin deylkiii…..Getdi ocur Ermeniperest Xalqi sindirdi geri qayitdi…Ey Azerbaycan genci Ne ferqi var….Vetenimizi Temsil Edirde

  48. Bax belə şərhlər lazım deyil keçən dəfə hakerlərin hucumuna məruz qalmışdı və sizin kimilərə görə elə söz yazmışdılar Bəlkə də sizlər özünüz bunu təşkil etmişdiniz  ,Hamı bilir ki saytın Xəzər Lənkaran komadasına sevgidən yaranıb .və azarkeşlər üçündür .Sizin kimi admlar isə saytın nüfuzun xələl gətirir . Tutaq ki,biz talış deyilik indi bu komandanı sevməyək ? Cılız düşüncəli olmayın hörmətli Cavid bəy .

  49. Barselona katalonlarin,real madrid kral ailesinin oldugu kimi,XEZER_LENKERAN da TALISLARINDI>>>>>>>>>>>>>>>>>

  50. İki düzgün və ürəyi Xəzərlə döyünən fədakar insanlar .Bu müraciətin nə dərəcə eşidiləcək demək çətindir.Amma  ,Mübaiz bəyin “qulaqlarıı ”düzgün  infarmasiya almır ,bu üzdən  də   qulaqları LOR-a göstərmək lazımdır ..Çünki daim bura çirkli , natəmiz hava daxil olur.Bu qulaqlqrın ən yaxşı müalicəsi ,belə müraciətlər və sizin yazılarınızdı ,Əgər xəstə sağalmaq istəyirsə (,bu onun özündən aslıdır ) Bu həkimlərin dediklərinə Əməl etməlidir .Reçeptdəki var .

  51. Xezer asiqi says:

    insallah neftci avroliqada xal ala bilmez.Gelen il azerbaycanin futbol tarixinde avroliqada ilk xal qazanan komanda “XEZER-LENKERAN“ olar insallah…

  52. MƏN QARABQĞDA DÖYUŞƏN TALIŞ BALASI KİMİ NEFTÇİNİ URƏKDƏN TƏBRİK EDİRƏM.BİR DƏ UZUMU MUBARİZƏ TUTUB DEYİRƏM FLAQMAN DEDİYİN BELƏ OLUR.BUNDAN SONRA XƏZƏR AVROPAYA GETSƏ NEFTÇİDƏN SONRA GEDƏR BU BİR AKSİOMADIR.QALDI XƏZƏRƏ ONSUZ DA BİZ TALIŞLARIN XƏZƏRİ SEVMƏKDƏN BAŞQA YOLUMUZ YOXDUR.AXI XƏZƏR-LƏNKƏRAN DEYİLƏNDƏ BİRİNCİ DEYİRLƏR Kİ.TALIŞLARDIR.MUBARİZ BƏZƏN MİLYARDLARLA PUL HEÇ NƏYİ HƏLL ETMİR.

    • Baba incime sen danisiginadn hec talisa oxsamadin, bu terze araqizisdirma deyiller

    •  Baba,  men  de  bir  II  Dunya  muharibesinde  doyushen  talish  balasi  kimi  senintek  HEMYERLILERIMIN  varligindan  XECALET  cekirem.  Sen  burda  bele  asanliqla  DOGMA  KOMANDANI  ve  onun  SAHIBINI  satirsansa,  onda  maraqlidir  QARABAGDA  nece  vurushmusan?  Bir  de,  her  Avropaya  geden  FLAQMAN  olsaydi  onda,  bizim  ALVERCILERI  coxdan  FLAQMAN  saymaq  olardi.  Cunki,   onlar ( sen  demishgen) Avropaya  coxdan  gedirler.

    • Mən başa düşə bilmirəm “XL”dan söhbət gedəndə, nə üçün talış faktorunu irəli atırsız. Məncə, heç də futbolla siyasəti qarışdırmaq zəruriyyəti yoxdur. Həm də futbola milli mənsubiyyət baxımından yanaşdıqda, məğlubiyyəti, ədalətsizliyi, ögey münasibəti daha çətin yaşamaq olur. Odur ki, gəlin, sadəcə doğma “Xəzər Lənkəran”ımıza azarkeşlik edək. Bir də ki, bilmək istərdim, əgər mən, mənim atam, babam, ulu babam və i. a. Lənkəranda anadan olmuşuq, lakin buna baxmayaraq talışlara mənsubiyyətimiz yoxdur. deməli “XL” mənim komandam ola bilməz?

      • Kromwelldən Fərhada says:

        Fərhad sevgi sifarişlə olmur, sevirsənsə bu klubu elə də davam et. Man.City ingilislərin klubudur. Amma mən bu klubu sevir və ona azarkeşlik edirəm.

      • Burda başa duşuləsi çətin nə var Lənkaran talış torpağı olduğu kimi Xəzər-Lənkaranda Talış komandasıdı.burda siyasi heçnə yoxdu.

      • Cavid Dadashov says:

         XL beynəlxalq aləmdə Azərbaycanı,Azərbaycanda  cənub bölgəsini təmsil edir  və hər bir azərbaycanlı milətinden asılıi olmayaraq bu komandaya azarkeşlik edə bilər təbii.Cənub bölgəsinin əhalisinin əksəridə talışlar olduğu üçün komandanı özlərinki hesab edirlər  və  burada inciməli və ya təəcüblənməli bir şey yoxdur.
        Sizin dediyinizdən belə çıxır ki,Bakıda yaşayan, Neftçi azarkeşi olan bir rus deməlidir ki.Neftçi azərbaycanlıların yox beynəlxalq komandadır və ya barselona azarkeşi olan milyonlarla ispan olmaynlar demelidirlər ki,bu ispanları yox hamımızı təmsil edir. Sadəcə yenə qeyd edirəm komandanın fanatlarının 99% talışlar olduğu üçün belə deyirlər.Birdə bu məsələni burda coxda şişirtməyək XL-i kim sevirsə onun komandasıdır!

  53. moskva prstij says:

    Hamiya salamlar, men X-L; serhinde yazdiqi sosial lahiye sozu tam raziyam ona goro ki, bir nece ile bundan qabaq ANS kanalinda ,zerif cersenbe , verlisinde, dord aparici xanimin qonaqi Mubariz bey idi. Xanimlardan biri Mubariz beyden sorusur yeqin siz futbolu cox sevirsiz ki, futbol kulubu yaratmisiz. Cavabi menden olsaydi 22 top alardim heresine birini vererdim, sonra dediki bu bir sosial lahiyedir bele lazimdir. Mubariz bey XL ni yaradanda belkede bilmirdi ki, XLnin olkede en cox azerkes ordusu olar. XL ni bu qeder severler, XL sevqiye layiqsen. SSRI suarlarindan isdifade etmek isteyirem. Yasasin M.Mansumov. Yasasin Xezer Lankaran.

  54. əgər M.M catacaq mıktub hazırlayırsınızsa onda uşaq futbolunda baş verən dəhşətlərdən də yazın.Admin müəllim əgər faktlarınız azlıq etsə deyin daha dəhşətlərini mən Sizə GÖNDƏRİM.ƏGƏR UŞAQ futbolunda olan həqiqətləri,məsuliyyətsizliyi,cirkinlikləri,rüşvətxorluğu,rəhbərliyin biganəliyi və savadsız məşqcilərin məsuliyyətsizliyindən baş verən eybəcərlikləri yazıb çatdıra bilsəniz əla olardı.
    P.S. Qabaqlar mən məktəbdə oxuyanda SSRİ tarixi kitabında belə bir fraza var idi.Kəndlilər bir birinə deyir.—-Əgər çar baba bilsəydi ki,yerli məmurlar bizə belə zülm edirlər yəqin ki,onları cəzalandırardı.Mənə isə elə gəlir ki,bu qədər işləri görməmək mümkün deyil və çar baba özü bunları bizdən də yaxşı görür və idarə edir.

  55. Əzizim MirHafiz. Mənsimovlara müraciət artıq bəs edər. Futbolla eləqasi olmayan Tuyqun-Səməd elə Mübariz Mənsimov tərəfindən klubda otuzdurulub. Yəqin ki, çirkli işlər onların əli ilə görülür.2-li müqavilələr və s. Azərbaycanın indiki şəraitində yəqin ki belə münasibdi.
    Mais Mənsimovun da orda otuzdurulması qardaşının başını qatması kimi görünür.
    Keçək əsas məsələyə. Xəzər Lənkəran Mübariz Mənsimovun  biznes layihəsi deyil. Yəni regionda balaca uşaqlardan tam avropa səviyyəli oyunçu yetişdirib satmaq, oturuşmuş bir futbol məktəi yaradıb tarixə adını qoymaq və s. bu kimi professional yatırım deyil. Əgər olsaydı sözsüz Mübariz Mənsimov klubda peşəkar idarəçilik tətbiq edərdi. Bu zaman yəqin Rednik kimi mütəxəsislərə ehtiyac olardı. Hazır ki vəziyyət isə, Xəzər Lənkəranın bir sosial layihə olduğundan xəbər verir. Ola bilər ölkə rəhbərliyində gözdən düşməmək və camaatı narazı salmamaq üçün klubun başını buraxa bilmir.
    Redniki və peşəkar rəhbərliyi gözləməyə dəyməz. 

    • Dr. Mirhafiz says:

      Bütün münasibət bildirənlərə təşəkkür edirəm. Bu məktub yazılarkən əlbətdə bir çox nüanslar nəzərə alınıb. Bu, elə bir gündə oturub bunu yazmaq lazımdır kimi bir müraciət deyil. Sizin də yazdığınızdan bu aydın başa düşülür. Məsələnin mahiyyətini düzgün dərk etdiyinizə görə təşəkkür edirəm. Amma gətirdiyiniz arqumentləri və bu kimi daha geniş düşünüləsi arqumentləri çox əhatəli müzakirə etdikdən sonra müraciət etmək qərarına gəldik. Bizim heç kimlə haqq-hesabımız və ya hansısa şəxsi maraqlarımız yoxdur. Bu müraciətdə məqsəd yalnız və yalnız hamımızın fəxri olan “Xəzər Lənkəran”ın layiq olduğu səviyyəyə çatmasıdır. İnanın adamın ürəyi ağrayır ki, bu böyüklükdə potensialı olan bir klub, indiki səviyyədə olsun. Sosial layihə arqumentinizə gəlincə isə onu demək istəyirəm ki, əgər bu belə olsaydı, özünüzün də yaxşı bildiyiniz kimi bir normal kluba lazım olan qədər yatırım qoyulmazdı. Sadəcə elə köhnə stadiona bar az əl gəzdirməklə “yola vermək” kimi yatırıma bənzər işlər görülərdi. Lakin Mübariz Mənsimov həqiqətən də hamının gördüyü kimi bu futbol işinə əməlli-başlı həvəslə və heç bir miqdar nəzərə alınmadan paralar yatırdı. Lazımi nəticə olmayınca isə bu, bir çoxları kimi bizi də narahat edir. Bu həm Azərbaycanın, həm Lənkəranın və həm də onun öz adını daşıyır. Bu mənada onun gördüyü işlərdə böyük bir qürur hissinin olduğu göz qabağındadır. Mübariz Mənsimovun “Xəzər Lənkəran”ın ilk illərində necə iddialı danışıqlarının və məqsədin Avropa səhnəsi olduğunu deməsini hamı xatırlayır. Biz də inana bilmirik ki, qarşısına futbolda belə böyük məqsədlər qoyan və qürurla bu işə başlayan bir şəxs, sonra fikrindən daşınsın. Bir də onu da deyim ki, “Xəzər Lənkəran” yüksəlişdə olduğu vaxt, komandanı gücdən salma yönündə həm klub daxilində və həm də ondan kənarda sanki əlbirlərmiş kimi nə qədər zərbələr vurulur və mətbuatın da müəyyən hissəsinin bu işlərə cəlb olunması, onu göstərir ki, belə bir kompaniyalar vasitəsi ilə Mübariz bəydə özlərinə sərf edən fikirlər yaratmaq istəyirlər. Mübariz Mənsimov böyük bir şirkətlər qrupunun prezidentidir və Azərbaycanda yaşamır. Təbii ki, vaxt baxımından onun “Xəzər Lənkəran”a kifayət qədər saatlar ayırması qeyri mümkündür və o çox güman ki, bu barədə informasiyaları buradan alır. Buradakı vəziyyət də belə olduğundan ona informasiyaların necə deformasiya olduqdan sonra çatdırılması göz önünə gəlir. Təbii ki, Mübariz bəy tərəfindən verilən qərarlara da bu informasiyalar təsir etməmiş deyil. Biz bu müraciətdə “Xəzər Lənkəran” sevgisindən başqa, yenə deyirəm ki, heç bir məqsəd qarşıya qomamışıq və qoya da bilmıərik. Çünki heç bir ayrı məqsədimiz yoxdur. Şəxsən mən hər hansı işi görərkən başqa məqsədlər güdən adamlara nifrət edirəm. Bir daha əmin olun ki, heç kiminlə şəxsi-qərəzliyimiz yoxdur. Heç kim də narahat olmasın. Lap əgər hansısa kadr özünə görə narahatdırsa, heç o da narahat olmasın. Şəxsən o kadrı məın özüm Mübariz müəllimin yanında müdafiə etməyə hazıram ki, heç kimə toxunulmasın. Təkcə “Xəzər Lənkəran”ımız layiq olduğu səviyyəyə qalxsın. Əgər bütün bunlar da baş verməsə bir fanklub rəhbəri və Lənkəran futbolunun təəssübkeşi və nəhayət bir ziyalı kimi öhtəmə düşən vəzifəni yerinə yetirmiş olduğumu düşünürəm və yəqin ki, kənara çəkiləcəyəm. Kimlərinsə əlində oyuncağa çevrilmiş bir predmetlə oynamaq mənə yaraşmaz deyə düşünürəm. Təşəkkür edirəm.

  56. Salam hamiya,men turkiyede yashayan bir X-L azarkeshi olarag,bizim azarkeshin sevviyesini gorende utaniram….,burada sherh yazanlarin 80% ya savadi ya da ki futbol anlayishi YOXDUR!Mirhafiz bey burada catdirmaq isteyir ki X-L oyunla(meydancada)uda bilmediklerine gore, “dostlari”shexsi munasibetden istifade edib Mubariz muallimi komandadan soyutmaq isteyirler!!!!!!!Sherlerde yazilanlarin bu mektuba aidiyyeti YOXDUR,biri Redniki terifleyir,biri pisleyir,biri vezife davasi edir,biri metbuat katibini pisleyir,basgasi Tahiri terifleyir…..,gorun ne gundeyik!!!!!!!!!tessufler olsun cox!!!!

  57. Bu merheleni REDNIK kececekdi  Gozlari goturmadi NEFTCI ola-ola XL kecsin olmaz dedilar REDNIKI UZAQLASDIRDILAR. FARQI YOXDU PAXILLIQDA etmirik SADACA AZERBAYCAN futbolunun inkisafina imkan vermirlar. 

  58. Mende oz novbemde NEFCINI tebrik edirem ona ugurlar arzulayiram.Qaldi ki XEZER-LENKERANMIZA….Heeee tessufler olsun ki bizim umudumuz tekce XEZERMIZE idi oda bele.Mende isterdim ki ilk defe XEZER qurupa dussun cun ki o layiq idi cox gozel cixisda etdi,tessufler olsun ki rehberlik onu qurupa dusmekde pesakarliq ede bilmediler.Inaniram bu il XEZER-LENKERAN tam ferqli bir komanda olacaq,cempion olub oz sozunu deyecek.buna eminem.

  59. Çox yaxşı fikirdi amma idarə heyyətinin qeyri-peşəkarlıqından daha aydın şəkildə misallar olsa idi daha yaxşı olardı!

  60. Nedense MEn neftcinin apoeli oz gucune kechmesi inandirici gorsenmir.Ne olduye chempionlar liqasinda AT oynadan apoel neftchinin teziqlerine dozmedi.

  61. salamlar olsun siza negasiz mallim  manga bu maktub lap yerina dushub gorasan  M  MASİMOVA  maktubu oxuyagaq
    ***
    Bu müraciəti oxumağına oxuyub. Amma biz bundan əlavə daha bir məktub hazırlayırıq ki, həmin məktub şəxsən onun özünə çatdırılacaq. Həmin məktubda əlimizdə olan faktlar ətraflı və bütün xırdalıqlarına qədər yazılacaq. Qeyd edim ki, saytda təqim etdiyimiz müraciət ümumi diqqətə çatdırıldığından klub daxili məsələlər burada yer ala bilməzdi. Amma şəxsi məktubda bütün məsələlər qeyd olunacaq.

  62. admin  jurnalistlerin Faiweliyinden Hakimlerin ograwdiginacan olan hadiseler hamisi yadimdadi.. hemin vaxtlarda baglanan penalti az saytinda werhlerime gore mene nece defe xeberdarliq ve sonda menim  werhlerimi umiyetle vermediler…Redniki ve kamandani goz gore gore sindirdlar cempionluqdan etdiler  Hakimbawi Xeqani cixib efirde Xezerin verilmeyen penaltisine top eli tapdi nefcinin absurd penaltilerine oyuncu elle oynadi deyirdi.. Nece futbol verliwi baglanildi Babek Quliyevi haqqi deyenlerin hamisin susdurdular nece sayt baglandi..Hetta jurnalisler Rednikin eleyhine bir meqaleye gore Antalyaya Dubaya pulsuz putovkalar qazanirdi ..etiraz edib papaq cirpmaga 5 oyun ceza verirdiler..Fanatlari vehwicesine doydurmelerinde yaddan cixmayib  yene  azarkewlerde birlik var idi (baki klubunun lenkeran numayendelerin cixmagla)  … Bulari anlayiram ve sozlerinizi tesdiqleyirem…Rednikin kamandasi 2010-2011 movsumunu qelblerin cempionu kimi bitirdi mubarize ezmiyle Nefciyle 6 qarwilawmanin hecbirinde uduzmamagla….ve kubokda nefciye ders kecmekle …bu oz yerinde…amma indiki vaxtda Rednikin kamandaya qaytarilmasi cixiw yolu deil bu menim fikirimdi.. Mence nefcinin qrupa duwduyu bele cetin vaxtda fanatlar birlewmeli Yunis Huseynova ve Kamandaya destey vermelidi..cunki Nefcinin azarkewleri artacag cempionatdaki oyunlarada cox azarkew gelecek..cunki Yunis Huseynovunda haqqin itirmek lazim deil.. Dagilmiw halda 4 cu yerde kamandani qebul eledi hucumcusuz Qurban Qurbanovu Tsaxadzeni  kecib 2 ci oldu .. avropadada bu zeif heyyetle Merhele kecdi oyun gosoterib bextsizlikden uduzdu… ola biler az adam qawilasin ve hec kim qarwilamasin..ama Xezere bundanda qat qat zeif reqibler duwub Nistru olimpiya ve s. Xezer aciz qalib olarin qabaginda guclu heyyetle ..  Rednikin insani musbet keyfiyyetleri qeyreti kiwiliyi bizim bezi futbol adamlarindakindan cox idi..ama mewqci kimi onun da zeif cehetleri var idi .. Vobay kimi oyuncunun bawina ne oyun awdi “burda bir hawiyeye cixim  Inter Xezer bakidaki oyununda Xezer uduzmuwdu ve men cole cixanda Vobayin taksi axtardigin gordum yaxinlawdim soruwdum niye bele eliyirsen o gnahi rednikde gordu ve bele dedi o kimle yola gedir menimlede yola getsin..onda men ona etirazimi bildirmiwdim..ama Vobay ozun subut eledi.. hemcinin Parks  Kamran Elnur  Ricardo qacib olkesine getmiwdi ve demey olar kamandadaki butun oyuncular  narazi idi  hetta oz yerlileride..Rednicle avropa umidlerimiz qayidacagini fikirlewirsiz amma rednikin ec bir ciddi avriopa uguru yoxdu dinamo ile ruminiya cempionu olanda hemin ilde 2 ci yeri tutan Styau cempionlar ligasinin qrupuna duwdu ama dinamo yox .. Burda meqsedim Redniki pislemek deil sadece  istemirem kamanda yene dagilsin Ve Yunis Huseynova  wans verilmeden qiraga atilsin .. Esas istediyim caimenin  yeniden birlewmesi kamandaya destey vermesidi .. bu menim fikirimdi 

  63. bilirsiz rednki isdemeyenler  duyuxun nadirov  ve obrsler idi hami xezerin oz icindedi yuxarda oturanlar basqalarinda gunah yoxdu

  64. Bu yazıya birinci şərhi mən yazmışdım niyə vermədin İslam qardaş?
    ***
    Çox çətinlik çəkmişəm bu bir neçə günü. Komputerin xarab olması və internet şəbəkəsinin olmaması ilə əlaqədar. Komputer artıq bu gün düzəlib sabah da ümid var ki, yeni Provayderlə internetin gəlişi başlasın. Alfanet şçirkəti sabahdan mənə internet ötürməlidir. Bax sabahdan saytda bütün işlər qaydasında gedə bilr. Hələlik isə bəzən elə olur ki. təcili internetkluba gəlib getdiyimdən şərhlərə yaxşı baxa bilmirəm. Ona görə də ola bilər ki, sizin şərhiniz də arada itib. əggər belə bir hal baş veribsə mən üzr istəyirəm.

  65. ne oldu Rauf Xezere qelirdi ? ne oldu ? ! nese oldu ? yox hecne olmadi ! her shey yerindedi yalanlara davam ….. Davud XL sizi tebrik  edirem ! Rauf Xezere qelmedi !  naxila naxil deyerler !

  66. Бетодан гозум су ичмир..Хезере еле оюнчу гетирмаг лазымдыки 3-5 комек етсин азы..1 мовсумлуг йох..

  67. Islam muellim ela fikirdi.Daha boyuk ideyalar lazimdi hevesden dusme isle birlikde boyuk fanat inqlabi etmeliyik.Edeceyikde!men LEBBEYK deyirem bu muraciete.

  68. Insallah bu mektubu Mubariz bey oxuyar ve butun Xezer camiyasni sevindirer….

  69. Mübariz bəy. 58 yaşım var.XL ürəyimin bir parçasıdır.Yüxarıda yazılanlar əhatəli və həqiqəti tam əks etdirir.Biz,Bakıda yaşayan bir qurup azərkeş yuxarıda yazılanları dəstəkləyir və fankulubların səsinə səs verməyi sizdən artıq dərəcədə xahiş edirik.

  70. Wexsen men Mirca Rednikin bura qayitmasini istemirem.. Cunki onu burda iwlemeye qoymayacaglar.. Ikinciside Mirca Rednikin insaniligina ve pewakarligina menimde wubhem olmayib onun fanati olmuwam..Amma onun oyuncularla unsiyyeti istenilen seviyede deildi ve kamandani ucuruma aparirdi Vobay deyirsiz VOBAYI Xezerde esir yesir eden kim oldu?  Parksi  saxlamaq istemiyen kim oldu? Azerbaycanin indiye qeder yetiwdirdiyi en seviyeli qapicini Xezer ucun duwmana ceviren kim oldu? gor veziyet ne yere catmiwdiki ozunun getirdiyi oyuncular Pit den tutmuw Edere qeder bu mewqci ile oynamag istemirdi..iki aydan bir yola getmemeyin ucbatindan kamanda sfrdan qurulurdu.. Amma bugunki gunde Xezerin heyyeti ve mewqcisi Azerbaycanda butun klublardan ustundu bunu movsumun sonunda gorecik  inwallah..Yunis Huseynovun oynatdigi futbolda transver etdiyi oyuncularda cox superdi ve bu eziyetin behresin movsumun sonunda gorecik inwallah..
    ***
    Bağışlayın amma deyəsən siz müraciəti bir dəfə də oxumalı olacaqsınız. “Neftçi” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb, halbuki bunu ilk olaraq “Xəzər Lənkəran” etməli idi və biz uçurumun səbəblərini göstəririk, siz isə deyirsiniz ki,”Xezerin heyyeti ve mewqcisi Azerbaycanda butun klublardan ustundu”. Biz nə deyirik siz nə deyirsiz. “Neftçi”in qrup mərhələsinə düşməyi bu klubun nəinki Azərbaycan klublrından hətta çoxlu sayda Avropa klublarından üstün olması sayılmırmı? Belə deyilsə o zaman o biri klublar düşərdilər də qrup mərhələsinə. Məntiqlə belə çıxmırmı? Bizi yandıran da odur ki, biz bu uğuru “Xəzər Lənkəran”dan gözləyirdik amma bunu “Neftçi” etdi. Düzdür “Neftçi” legioner məşqçi ilə deyil yerli məşqçi ilə bu səviyyə çatıb. Amma onu da qəbul etməliyik ki, “Neftçi” klubunda konkret işlər görülüb, onların klub prezidenti dai komandanın yanındadır, nə qədər gənc məşqçilər toplanıb “Neftçi”də, kamal Quliyev, Tərlan Əhmədov, Bəxtiyar Musayev, orada Tahir Süleymanov kimi futbol adamı var. Yadınıza salın həmişə “Neftçi”nin mətbuat xidməti “Xəzər Lənkəran”ın mətbuat xidmətindən üstün olub. Bizim ürəyimizi verdiyimiz “Xəzər Lənkəran” klubunda isə bir nəfər belə futbol adamı yoxdur deyə inkişaf da yoxdur. Biz tərəqqini istəyirik, siz isə nə deyirsiniz. Məgər sizin istəyiniz kimi yəni elə indiki durum davam edərsə gələn il ya növbəti illərdə komandamız avropda nəsə edə bilər? Özünüz də deyirsiniz ki, Rednikə burada işləməyə imkan verməzlər. Deməli problem Rednikində deyildi. Ümumiyyətlə Rednik olmasın başqasını gətirsinlər, nə fərqi var. Əsas odur ki, “Xəzər Lənkəran” bizim arzuladığımız uğurlara imza atsın. Biz pis nəsə arzulamırıq ki, biz yaxşı olmasını istəyirik. Amma biz də sizin kimi desək n olacaq. Məgər həl il belə deyilmirmi? deyilmir ki, bizdə komanda güclüdür və s. Biz belə deyə deyə özümüzü gülünc vəziyyətinə qoyunca “Neftçi” getdi Avroliqasının qrup mərhələsinə.

    • Nefcinin bu uguru Azerbaycan adina ugur olsada Xezerin ilk olaraq bu ugura imza atmamasi meni de dewetli derece qiciqlandirir..ama siz muracietde bu ucurumun sebeblerin gostererken Mirca Rednikin pewakarligindan soz acmiw  ve SONDA “”Bizə ötənilki möhtəşəm «Xəzər Lənkəran”ımızı qaytarasınız, bizə Avropanı fəth etmək yolundakı itirilmiş ümidlərimizi qaytarasınız”” YAZMAGla setir alti olarag Mirca Rednikin Kamandaya qaytarilmasini xahiw etmisiz ..  mohtewemliye qalanda builki Xezer Lenkaran avropada daha mohtewem idi  Xezer Lenkeran avropada merhele kecmeyin ne oldugunu bilmirdi birden bire qrupa duwmesi cox cetin idi ..indi bu psixoloji tezyiq Xezerin ustunden goturuldu  Bunnan sora qalir cempion olub qrupa duwmek … Men onu bilirem ki bu ucurumdan qurtarmanin yolu Mirca Redniki qaytarmag deil.. sabit kamanda qurub cempionluga oynamagdir
      ***
      Bəli biz “Bizə ötənilki möhtəşəm “Xəzər Lənkəran”ımızı qaytarasınız, bizə Avropanı fəth etmək yolundakı itirilmiş ümidlərimizi qaytarasınız” yazmaqla düz etmişik. Çünki Rednikin vaxtında “Xəzər Lənkəran”ın avropa səviyyəli futbolçuları əldə etmək şansı daha çox idi. Rednik və ya Rednik kimi tanınmış məşqçi olmadığı halda isə biz gözləməliyik ki, klubun fəxri prezidenti külli miqdarda paralar hesabına altı aylıq Oqtay Dələloğlunu, Əhməd Dursunu gətirsin. Fərqi hiss edirsinizmi? Fərq ondadır ki, Rednik öz şəxsi əlaqələri ilə müəyyən büdcə hesabına komandanı Avropada rəqabətə güclü heyət qura bilərdi. Amma nə oldu.Avstriyada keçirilən toplantıda Rumıniya millisinin qapıçısını komandaya gətirəndə qapıçı Kamran Ağayev əlcəklərini çırpıb acıq elədi. Səviyyəli futbolçuları transfer etmədi klub. Futbolçuları tapmaq gətirmək Rednik üçün asan idi ki, bu aşkar görünürdü.
      İndi keçən ilki möhtəşəmlikdən yazım. “Xəzər Lənkəran” klubu yarandığı gündən bəri ikinci dəfə idi ki, azarkeşlərlə klub rəhbərlii arasında xoş münasibətlər yaranırdı. Bütün fan klublar da kluba heç bir etirazlar etmədən komandaya dəstək olurdular. Məşqləri minlərlə insan izləyirdi, stadionu daim azarkeşlər doldururdular, komandaya haqsızlıqlar olanda bütün azarkeşlər ayağa qalxırdılar, futbol qurumları haq nahaq baş məşqçini və futbolçuları czalandırırdıqca azarkeşlərimiz birlik nümayiş etdirərək onların arxasında dururdular, Rednik öz komandası ilə hər oyunda nəinki qarşıdakı komandayla eyni zamanda hakimlərə qarşı da mübarizə aparmalı olurdu ki, klub rəsmiləri də azarkeşlər də komandanın arxasında qala bilirdilər, azarkeşlər Tuyqun Nadirovun və Höccət hacıyevin ad günləri ilə bağlı yazıda şərh verərək onu təbrik edirdilər, bir sözlə klub – komanda- azarkeş birliyi var idi. Bu da ümid verirdi ki, yaxın gələcəkdə “Avropanı fəth etmək yolundakı itirilmiş ümidlərimiz” yaransın və bu da camiənin möhtəşəm şəkildə yumruq kimi birləşməsi demək idi. (Burada haşiyəyə çıxım ki, indi azarkeşlərin hansından soruşsan klub rəsmilərini gözrməyə gözlərinin olmadığını deyərlər. Keçən il onların ad günün təbrik edən azarkeşlər niyə bəs dəyişildi ?) Bəs Rednikə qarşı mətbuatda gedən sifarişli yazılar yadınızdan çıxıbmı? Bəs Anar Xanlarov hanı indi, niyə yoxdur ortada. Deməli onun missiyası Redniki vurmaq idi o bunu etdi və iş də bitəndən sonra oa yoxa çıxdı. İndi hansı oyunda hakimlər “Xəzər Lənkəran”ı sıxırlar? Yadınızdadırsa Rednikin çalışdığı müddətdə ilyarıma komanadmız cəmi 2-dəfə penalti vurmaq şansı qazanmışdısa Rednikin istefasından dərhal sonrakı hər oyunda komandamızın xeyrinə penalti təyin olunurdu. Güneyt Biçərin baş məşqçiliyində “Xəzər Ləəran”ın xyrinə verilən gülünc penaltilər yadıızdan çıxıbmı? Bəli Rednikiin istefaya göndərilmsəindən sonra futbol qurumlarının istəyi ilə hakimlər nəinki “Xəzər Lənkəran”a qarşı haqsızlıq etmədilər, onlar hətta komandamıza yardım da etdilər. Bu yardımlarla bağlı əlimdə kifayət qədər konkret faktlar vardır. Rednikin vaxtında futbolçularımızın vurduğu toplar rəqibin qapısında qapı xəttindən keçsə də hakimlər qolu hesab etmirdilərsə Rednikdən sonra hər şey dəyişdi. İnid qapımıza tərəf gələn top qapı xəttin də keçsə qol hesab etmirlər. Rednik gedəndən sonra hakimlər “Xəzər Lənkəran”ı sıxmırlar əksinə bir çox hallarda yardım da edirlər. Baxın indiki “Xəzər Lənkəran” möhtəşəm deyil, bu rəzillikdir. Mən bunu qəbul edə bilmirəm çünki mən rəzil insan deyiləm. Mən mübarizəni qəbul edirəm. Çünki mən yaltaq deyiləm mən alçaq və şərəfsiz deyiləm ki, rəzilliyi qəbul edim. Mübaraizə isə Rednikin vaxtında idi və onunla da getdi. Rednikin vaxtında komanda qalib gələndə də turnir cədvəlinin ilk pilləsində ən yaxın izləyicisindən 7-xal öndə olanda idman portallarında , televiziya kanllarının futbol icmallarında və qəzetlərdə “Xəzər Lənkəran”ın baş məşqçisi olan Mirça Rednik təniqd olunurdu. İndi isə “Xəzər Lənkəran” məğlub olanda da həmin jurnalistlər susurlar. Bu nədi bu fahişəlik deyilmi? Bunun başqa adı da yoxdur, çünki həmin jurnalistlər FAHİŞƏdirlər.
      Rednikin son oyununda bilərəkdən “inter”in baş məşqçisini daşlamaq Rednikin vaxtında meydanaçaya hər oyunda yad əşay atmaq nə idi? Bu qabaqcadan hazırlanmış təxribat deyildimi? Necə olurdu ki,klub ötən il komandanı buraxıb yenidən bəzi futbolçuları geri qaytardıqdan sonra da hələ özlərinə gəlməmiş komanda çempionatın əvvəlində turnir cədvəlində birinci yerə gedərək ən yaxın izləyicisindən 7-xal öndə olanda haradansa meydana çıxan süni surətdə yaradılan “Xan Lənkəran” fan klubu aşkar şəkildə Mirça Rednikin əleyhinə çıxışlara başladı. Kim “xan Lənkəran” fan klubuna dedi ki, hansı məntiqlə siz onu tənqid edirsiniz? Biz dedik, bizdən başqa haməıs susanda. biz dilləndik. Necə olurdu ki, “Xan Lənkəran” fan klubunun Mirça Rednik haqqında dedikləri, Ramin Musyevin dedikləri, Anar Xanlarovun dedikləri eynilik təşkil edirdi. Bu böyük miqyaslı iş deyildimi? Niyə bəs Rednik hədəf seçilmişdi. Çünki rednikin vurulması ilə “Xəzər Lənkəran” camiəsinin möhtəşəmliyi dağıalacaqdı. Belə də oldu.
      İndi acığınıza gəlməsin sizin səhvinizi diqqətə çatdırıram. Siz hansı məntiqlə “Xəzər Lənkəran”ın Avropa daha möhtəşəm olduğunu önə çəkirsiniz. Təkcə komandanın “Nomme Kalyu” üzərində iki oyundakı nəticəsini sübut kimi göstərirsiniz? Əgər hətta belədirsə də bəs niyə azarkeşlərimiz “Nomme Kalyu” səddini keçən, Avropada ilk dəfə mərhələ adlayan komandanı qarşılamağa bir neçə yüz nəfərlə çıxmışdılar ? Niyə? Axı “Xəzər Lənkəran” komandasını Azərbaycan kubokunu qazandıqdan sonra 10-mindən çox azarkeş qarşılamışdı. Axı necə olur bu? Necə olur ki, Avropada mərhələ adlayan komandanı bir neçə yüz nəfər, amma Azərbaycan kubokunu qazanan komandanı 10-minlərlə onsan qarşıladı. Baxın bu mənim yuxarıda yazdıqlarımın isbatıdır. Komandamız avropada mərhələ adlasa da azarkeşlərdə “Avropanı fəth etmək yolundakı ümidlər” itib. Biz də həmin ümidlərin qaytarılmasını istəyirik. Əgər azarkeşlər komandanın Avropanı fəth etmək yolundakı ümidlərini itiriblərsə deməli camiə bir deyil, deməli camiə birləşməyib, klubla azarkeş arasında uçurum vardır. Amma Mirça Rednik bu camiəni ikinci dəfə birləşdirə bilmişdi, onun baş məşqçiliyində ümid var idi, Avropanı fəth etmək ümidi var idi. İndi o ümid yoxdur. Biz də klubun fəxri prezidentinə xahişlə belə deyirik: ” Bizə ötənilki möhtəşəm «Xəzər Lənkəran”ımızı qaytarasınız, bizə Avropanı fəth etmək yolundakı itirilmiş ümidlərimizi qaytarasınız”
      Son:
      Biz nə deyiriksə arxasında dura bilirik, çünki biz düzünü deyirik. Biz faktlarla deyirik, biz həqiqəti deməkdən çəkinmirik.

    • Sizle bir weyde raziyam ki kamandada pewakar metbuat katibine ve futbol savadi olan genc mewqcilere ehtiyaci var   guclu skautlarla caliwan iwcilere ehtiyaci var..Amma indi ki Xezer lENKERAN cox gucludu bunu goreceksiz,,.. o ki qaldi qrup merhelesine duwen kamanda en gucludu bu fikire Nefci qrupa duwmeyen CSKA Rusiya Bewiktawdan  Trabizonspordan Az Alkmardan ne bilim Evertondan Gucludu??? gucluduse lap yaxwi bizde cempionatda nefcini udub onnan guclu olariq…hele ona qalsa Qarabag uefa reytinginde Nefciden cox qabagdadi
      ***
      Mən deyirəm tərə siz isə İngiltərə. Mən deyirəm ki, niyə “Xəzər Lənkəran” şansını yandırır və qrup mərhələsinə düşümür, “Neftçi” isə bunu edir. Deyirsiniz ki, “Xəzər Lənkəran” bu il güclüdür. İndi mən də sizə sual verirəm: “Gələn il də birinci mərhələdə “Nomme kalyu” kimi zəif rəqiblə qarşılaşa bilərik, yaxud gələn il də qarşımıza zəifləşmiş “Lex” çıxa bilər?” Axı “Xəzər Lənkəran” nəğdini qoyub niyə nisyəni fikirləşməlidir? Əgər bu il komandamız güclü idisə “Lexi” keçəydi də. Axı “Lex” tarixinin ən pis günlərini yaşayır indi. Və yaxud bu il “Xəzər Lənkəran” güclü olub nə edəcək ki ? Nə edəcək axı ? Gələn il hara gedəcək Aropaya ? Ax bu il əlində idi də Avropa şansı. Niyə dəyərləndirmədi ? Heç olmasa bunu düşünün. Siz nə yazırsınız?

    • Futbolcular Redniki ona gore istemirdi ki o aqir meshqler kecirdi, komandada reqabet yaratmisdi, kimseye layiq olduqundan artiq pul vermeye qoymurdu. Yunisden ise razidirlar – axi o gunde cemi 1 defe cemi 1 saat meshq kecir, tez-tez tetil verir oyunculara, maaslariyla da ishi yoxdu – odu ey Neftcinin cemi 100 min verdiyi Ruslan Abusova Xezer 500 min verir. Rednik Xezerin inkisafa ve Avropaya acari idi. Bunlara ise komandani yola vermek lazimdi ki gostersinler ki patron futbola pul ayirir. Yoxsa Pal Et acmaqa ve kolbasa istehsalinda monopoliya qurmaqa icaze vermezler

  71. salamlar olsun sizlere sebirsizlikle gozleyenlere sad xeber nehayet son sanyalarda Betu geldi

  72. Aziz ve hormetli qardashlarim Mubariz muellim yaxin tarixde konstruktiv deyishiylere el atdi ne olsun butun qohum eqrebalar burunlarin sallamishdilar.Bir sade Xezer azerkeshi kimi shexsi fikrimi catdirmaq isteyirem ya ne qeder qohumlar ne bilim dilinin -fililarini redd elemelidir Xezerden yada bu qohumlar ucun 2 liqada bir kulub acmalidir ve onlarda oz murdar ishderiynen o kulubu bedbext elemelidir.

  73. xəzərsevər says:

    Ey, heeyyyy… hele nese isteyirsiz ondan???! Adam deyir ki, PalSud-den hec bir gelir goturmur, camaatdan 20 qepikden yiqdiqi sudu 1 manat 20 qepiye satsa da, guya hemin zavod ziyanla ve onun dotasiyasi ile isleyir ve yalniz guya camaatin sudu yerde qalmasin deyen acib fabriki. Tekce Lenkerani fikirlesmir deye gedib Xacmazda da, Kurdemirde de PalSud zavodlari acib.. Axi hemin bolgelerin inekleri de sudleri saqilmirdi deye cox eziyyet cekirdişş Adam xeyriyyeciliye davam edir – Lenkeranda PalƏt ve Pal Karamel acir ki, ziyanla islese de, qoy camaatimiz doyunca sosika, kolbasa yesin, sufrelerini yalniz yerli karamelle bezesin;-) Bu qeder ziyana regmen, yeni zavodlar acirsa, demeli Sİzi fikirlesir.. Siz ise ondan hele futbolcu almasini da isteyirsiz?! Adam bu qeder Sİzi fikirlesince, Siz niye onu fikirlesmirsiz?!

  74. belkede bu Yazilar coxdan yazilmalidi amma eger menbeye CATİRSA yaxşidi!

  75. Admin, Mubariz Mensimov bunu oxuyacaq,yoxsa ayri vasitelerle chatirilacaq ona bu mektub?
    ***
    Saytımıza baxaraq bir başa oxuyacaq bu açıq məktubu. Amma onun şəxsi ünvanına göndəriləcək məktubda hadisələrin daha çıxlpalığı ilə, bütün xırdalıqları ilə qeyd olunacağını da qeyd edim.

  76. Azerbaycanda futbola pul yeneldenin agli yoxdur! Batib gedirik ! Nece stadionlar suni ertukludur,belede cempionatimiz! Premyer liqanin sponsoru yox,cekilish yox,rayonlarda klublar dagilir! Bunlar hamisi rushvetxorluqu elametleridir! Ne vaxta kimi elxan m.,ramin m.,xaqani m. korrupsionerler vezife sahibi olacaq,futboldan danishmaga deymez! Hami bilir neftcini hansi yolnan cempion edibler,bunu bu komandadan qovulan oyuncular testiqleyib(agizlarin yumublar).Avroliqada sesi cixacaq!!! AFFA gelecek prezident yetishir ,hiss elemirsiz? Men Xezer-Lenkaranin rehberliyinin yerine olsam,ancaq” stavkaya “oynayaram! Pul qazanmaq lazimdir,titullar kabinetde belunur!
    ***
    Azərbaycan futbolu bu gündədirsə o zaman Avropaya çıxanda nəsə etmək və beləcə Azərbaycanın futbol qurumlarına və futbol ictimaiyyətinə sübut etmək olardı ki,”Baxın siz imkan vermirsiniz amma biz Avropada konkret nəticələr qazanırıq.”
    Əgər “Xəzər Lənkəran” çətin vəziyyətdə olan Polşanın “Lex” klubunu belə keçmək üçün transfer etmirsə deməli məqsədi irəli getmək və Avropanı fəth etmək deyil. Əgər “Neftçi” həqiqətən də hansısa çirkin yollarla Avroliqanın qrup mərhələsinə düşübsə onda öz cəzasını gec-tez alar. Amma bu o demək deyil ki, “Xəzər Lənkəran” Avropada irəliləməyə meyilli olmasın. Azərbaycanda imkan vermirlərsə, rüşvətxorluq, korrupsiya, Xaqani, Elxan Məmmədovlar, Ramin Musyaev imkan vermir elə deyilmi ? O zaman bəs Avropda kim “Xəzər Lənkəran”ın qarşısını aldı? Platini və Blatter? Biz də elə bunu deyirik ki, komandamız Avropada özünü sübut edib buradakı futbol düşmənlərini biabır etsin. Amma bizimkilər nə edirlər? “Lex”in qabağına yarım-sökük komanda ilə, kasad ehtiyat skamya ilə çıxırlar və əlverişli vəziyyəti əldən buraxırlar. Gedəydi də ikinci mərhələyə çıxaydı da, niyə çıxmadı ?

  77. Yaxsidir.

  78. Namiq Alizade says:

    Admin axiri ne oldu bu Betonun geldi ya yox.Bu qeder muddete bir ferli bashli oyuncu ala bilmediler bunlar.Vobayi beyenmeyenler.Redd olsun bele idarecilik.Biletde 2 azn oldu.

  79. Gelemine sagliq berader….no comment:

  80. Tural-esl azerkew says:

    Men de qowuluram bu fikirlere! uje esebde bilmirem ne yazim, hansi sayti acirsan Neftci Neftci Neftci….. ne ise…. ureyimiz doludu, tam aca bilmirik..

  81. Ümid edirəm ki, ürək yanğısı ilə yazılmış bu müraciətə Mübariz bəy biganə qalmayacaq!

  82. prosta super mektubdu.coxdan yazilmaliydi.

  83. salam admin netersen ?xezerimizin mewqinden xeber varr ?hardadilarr ?kim gelibb,,kim hardadi ?kim gedibb ?
    ***
    Heç bir xəbərimiz yoxdur. Bilmirsinizsə qeyd edim ki, həm internet şəbəkəm yoxdur, həm də komputerim də xarab olub. Üstəlik bu gündən telefon da xarab oldu. Nə zəngləri eşitmək olur nə də danışmaq. Heç bir səs eşidilmir. Buna görə də ancaq edirəm ki, gündə bir saat ya yarım saatlıq gəlirəm internetkluba gəlib bir iki yazı verirəm şərhlərə baxıb qayıdıram, məlumat əldə etmək də mümkünsüzdür. Deyirəm bizim saytı bəyənməyənlər və məni daim günahkar sayanlar da ortada yoxdur ki, onalar deyim ki, ay filənkəslər biz iş görə bilmirik o zaman siz nəsə edin də. Bizim sayt komanda haqqında məlumat vermirsə ölkədə heç kəs bilmir ki, “Xəzər Lənkəran” komandası harada toplanır, harada məşq edir, heyətdə kim var, kim yox. Göründüyü kimi tam sükutdur. Saytı işlətmək isə qeyd etdiyim kimi hazırda çox çətindir.

    • ……………….
      ***
      (Şərhsiz olsa da gərək bir iki kəlmə yazam.) Əvvəla sizə bir daha minnətdarlığımı bildirməliyəm. Bu gün də telefon sarıdan çətinlik çəkmişəm. Nə mənə gələn zəngləri qəbul edə bilirəm nə də zəng edə bilirəm Hazırda telefonla yalnız mesaj göndərə bilirəm. Yeri gəlmişkən bu gün sizə də bu gün mesaj göndərəcəyəm və dediyiniz məsələ ilə bağlı ətraflı şəkildə fikirlərimi bildirəcəyəm.

      • ………………….
        ***
        Qeyd edim ki, dünən axşam bir neçə saat çalışsam da sizin telefon nömrənizi tapa bilmədim. Axı mən sizə mesaj yazmalı idim. Görünür telefonun yarımcan olması ilə əlaqədar bir neçə dəfə SİM kartı telefondan çıxarıb danışmaq üçün tanışların telefonlarına salmaqdan və yenidən öz telefonuma qaytarmaqdan sonra bəzi nömrələr telefonun yaddaşından silinib. Əslində bu texniki cəhətdən mümkün olmamalı idi, yəqin ki, telefonun yarımcan işləməsi bu məsələdə də özünü göstərib.

R.S üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 3 = oniki