1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

fft104mm2419670Lisenziyalaşdırma Qrupunun qərarından, klub rəhbərliyinin işə münasibətindən və ən nəhayət, gəzən söz-söhbətlərdən aydın olur ki, “Xəzər Lənkəran” daha Azərbaycan çempionatlarında olmayacaq.

AFFA lisenziya verməyib, klub problemini həll etmək üçün heç bir iş görmür. Belədə xoş sonluğa ümid də yoxdu.
Problem aydındı: klubun külli miqdarda borcu var. Klubun fəxri prezidenti Mübariz Mənsimovun yanlış idarəçilik üzündən əcnəbilərə yığılıb qalan milyon dollardan artıq vəsaiti vermək fikri yoxdu. Vaxtilə kluba 2 həftə ərzində bu qədər pul xərcləyən adam indi Cənub təmsilçisini taleyin ümidinə buraxıb.
FİFA cəza kəsib, amma bugünədək klubun hesabından xal silinməyib. Klub rəhbərliyi AFFA-dakı hansısa işbazlarla birlikdə müddəti uzatmağa nail olur. Ancaq mövsüm bitdiyindən daha cidanı çuvalda gizlətmək olmayacaq. “Bakı”ya kəsilən cəzaların eynisi tezliklə “Xəzər Lənkəran”a da tətbiq olunacaq. 6, 9, 12, 15 və s. artan silsilə ilə. Hər oyunçu şikayətinə görə cəzalar sıralanacaq, klub diviziona göndəriləcək, daha sonra borcların ödənilməsi üçün əmlakı satışa çıxarılacaq. Bu, qaçılmazdı. Prosesi uzatmaq olar, amma real addım atmadan, borcları ödəmədən müsbət sonluq mümkünsüzdü.
Real vəziyyət budur və dalana dirənib. Amma Mübariz Mənsimov inadından dönmür. Görünür, onun üçün ölkə futbolunun imici, şəxsi imici, dövlət maraqları və s. artıq boş şeydi. Heç 11 il öncə ümid verdiyi lənkəranlı futbolsevərlər də bu adam üçün önəm daşımır. Lənkəranda istədiyi güzəştləri alıb, özünü reklam edib, problemlərin isə ona dəxli yoxdu.
10 illik dövlət proqramı ilə Mənsimovun kluba yartırm etməsinin eyni vaxtda bitməsi təsadüfi deyil. Şəxsi biznesin çiçəklənməsinə xidmət edən missiya bitib, güzəştlər sayəsində əldə edilən pulların futbola yatırılması da daha olmayacaq. Dövlət proqramı sayəsində gələn pullar necə havaya sovrulmuşdusa, Mənsimovun səpdiyi paraların da hesabını soruşan yoxdu. Bir fərq var: “Xəzər Lənkəran” missiyanı ölkə futbol təsərrüfatına və imicinə “yüklədiyi borclarla” başa vurur.
Rəhbərlik artıq klubu düşünmür, neçə vaxtdı mövsümü başa vurmaq üçün çalışırdılar. Son oyunlarda klub prezidenti Mais Mənsimovla sevimli “naparnik”i Tuyqun Nadirov hətta “Xəzər Lənkəran”ın ev oyunlarında da görünmür. Elə bu fakt da Mübariz bəyin öz biznes planında futbolun üstündən xətt çəkməsinin göstəricisidi. Hətta I divizionda da belə bir komanda olmayacaq, infrastruktur məhv olub gedəcək, burada yetişən uşaqlar ortada qalacaq.
Təbii ki, “Xəzər Lənkəran”ın məhv olması bölgələrdə futbolun inkişafı, kütləviliyi adına böyük zərbədi. Ən çılğın azarkeşlərə sahib bir bölgə bu aqibətə layiq deyildi. Amma hər şeyi klub rəhbərliyi özü etdi. 11 il ərzində eyni adamlar, eyni səhvlər. Mənsimovun həmişə eyni işçilərin eyni səhvlərinə göz yumması isə əsl biabırçılıq nümunəsidi. Deməli, ya o, belə olmasında maraqlı olub, ya da deyildiyi qədər uğurlu biznesmen deyil, malik olduğu sərvətin də sahibi yox, sadəcə, mühafizi, ön sırada görünənidi.
Lənkəran azarkeşlərinin hissləri ilə bu cür oynamaq olmaz. “Rəvan”la oyunda “Pis günün azarkeşləri”, “CBC çək! Gələn mövsüm yoxuq!”, “Əlvida, sevgilim”, “Biz ölək, yaşasın “Xəzər Lənkəran” plakatları açan kreativ düşüncəli azarkeşlər belə aibətə layiq deyil. “Tuyqun – sən bizi nə günə qoydun?” qışqıran, futbol xəstəsinə çevrilmiş fanatlar indi nə edəcək? Adi azarkeşin belə faydasız kadr kimi tanıdığı, üsyan etdiyi Nadirova illərdi güvənməyin sonucu belə olmalıydı. Amma Mənsimov qardaşları onun hoqqalarına göz yumurdusa, deməli, əlbirdilər. Çünki balıq başdan iylənir.
İndi Mübariz bəy illərdi arzusunda olduğu yeni layihəyə çox yaxındı. Bir dəfə “klubu bağlayıb, bazanı da eşşək ferması”na çevirəcəyini deyən Mənsimov rahatca istədiyini edə bilər. Amma eşşək bölgələrdə çox lazımlı heyvanda, ondan yük, nəqliyyat vasitəsi kimi istifadə edirlər. Nəbadə, fermaya Mais Mənsimovu rəhbər, Tuyqun Nadirovu da baş çoban qoyasız, yoxsa meşəbyilərə borcunuz qalar, Mübariz bəy!

MƏNBƏ: Futbolinfo.az

4 Şərh

  1. MÜBARİZİN XL FUTBOL KLUBUNUN YARATMASI FUTBOLDAN BAŞQA MÜƏYYƏN ADAMLARA XEYRİ OLDU EVSİZLƏR EV SAHİBİ MAŞINSIZLAR MAŞIN SAHİBİ ƏN ƏSASI BOYNU KƏNDİR ĞÖRMƏYƏNLƏR QALSTUK SAHİBİ OLDULAR .

  2. rehman says:

    GÖRÜNEN ODU Kİ, SABAH-OBİRİ GÜN PALSUDUDE XEYİR VERMİR DİYİB SATACAG.

  3. SAG OL DEYERLI MASLAHATDIR

VAQİF üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 3 =