9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

mus“İnter”lə qarşılaşmada bir neçə futbolçunun xidmətindən yararlana bilmədik. Lakin komandamız yaxşı oynadı, qol vəziyyətləri yaratdıq”. Bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Türkiyəli mütəxəssis Premyer Liqanın XXIV turunun “İnter”lə ev oyunu haqda fikirlərini açıqlayıb. Matçdan sonra keçirilən mətbuat konfransında çıxış edən Dənizli 1:1 hesablı heç-heçədən narazı qaldığını bildirib: “Lakin görüş heç-heçə başa çatdı. Ev oyunlarında əvvəl yaxşı oynasaq da, son turlarda öz meydanımızda heç-heçələri sıralayırıq. Amma bunlar turnir cədvəlinin yüksək pillələrində qərarlaşanlarla matçlardır. Çalışıb daha yaxşı nəticələr göstərməliyik. Komandanın bunun üçün potensialı var. Hakimlik haqda danışmaq istəmirəm. Oyunun hakimləri barədə müəyyən fikirlərim var. Lakin bunları media ilə paylaşmaq istəmirəm. Heyətdəki itkilərə gəlincə isə hər bir komanda belə problemlə üzləşə bilər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” matçında qonaqlar hesabı penaltidən açıb.

MƏNBƏ: Apasport.az

QEYD: Videogörüntü “Xəzər Lənkəran TV”-yə məxsusdur.

8 Şərh

  1. Azərbaycanlı says:

    Alxasoa XL-ə keçidindən sonra keçmiş klubunun “çest”inə toxunan çıxışına görə hakimlərin əli ilə həyata keçirilən məqsədyönlü həmlələrin qurbanı ola bilər, hər halda belə bir fikir məni narahat etməyə başladi onun haqqında ardıcıl iki şübhəli fol qərarından sonra. Odur ki, Alxasov sönməməli dayanmadan artırmalıdır.

  2. nizami moskva says:

    mustafa bey benuahi ve nildo ile hec bir zaman ugur qazana bilmezsiniz, onlarla yalniz insult [infart] gazanmaq olar. lenkeran azerkeslerine yazigin gelsin.onlarin yerine evezedici heyyetin oyunculari gat-gat yaxsi oynayirlar.

  3. Hormetli Admin diqqetinize gore minnetdaram stadionda bu gunleri oyundan evvel ve fasile zamani verilen musiqi sedalari demek olar ki stadiona bir yarasiq verirdi

  4. Mustafa Denizlinin gelisinden sonra demek olar komanda yuzde yuz deyisilib insallah her sey yaxsi olar

  5. Admin bey oyuna baxa bilmedim penalti yene slavikin qehremanliq mukafati oldu?xaiw cavab yaz.
    ***
    Bəli penaltidə Slavik iştirak etdi. Amma dəqiq bilmədim ki, bu dəfə də yalandan qurulma idi yoxsa bu dəfə həqiqi var idi.

  6. bextimiz getirmire,Vallah komanda yaxwi oynayir,amma top deyir vur oldur meni qapiya girmeyecem

  7. https://www.youtube.com/editor

    Bu videoya yalniz belə baxmaq olur. Duzənləmə işi tam yerində deyil məncə.Nədənsə baxa bilmədim saytdaki versiyaya!.Bəlkədə probləm internetdəndir, bilmirəm.
    ***
    Çox gözlədikdən sonra ümumiyyətlə videonu dəyişdik.

  8. Salam Admin bəy! M.Dənizli mediyaya hakim idarəçiliyi barədə nə desin ki. Mustafa bəy bu məmləkətdə futbolun hansı qanun və qaydalarla idarə olunduğunu indi-indi anlamağa başlayıb.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 5 = bir