9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

anar“Xəzər Lənkəran”da  Dənizlinin gəlişindən sonra işlərin rahat gedəcəyini düşünmək məncə hələ tezdi. Bunun üçün zamana ehtiyac var. Həmin zaman kəsiyində isə çox şeyə aydınlıq gələ bilər. Bölgənin həssas futbol azarkeşləri məni daha yaxşı başa düşərlər. 10 yaşında olan cənub klubunun başına gələnləri bir-bir sadalasaq, 100 yaşlı klubun yaşadıqlarına bərabər olar. Özü də bu bərabərlik daha çox problemlərdə özünü göstərər. Dənizlinin gəlişi bütün dərdlərin dərmanı olsaydı nə vardı ki. Amma nə yazıq ki,  belə deyil.       Problemlərdən ən çətini və təcili həll olunması vacib olan isə stadionun başı bəlalı ot örtüyüdür. Dəfələrlə meydançanın pis vəziyyəti mediada qabardılsa da, “Xəzər Lənkəran” rəhbərliyi ot örtüyünün probleminin köklü olaraq həllinə cəhd etmir ki, etmir.  Daim rəngini və formasını dəyişən bu “xameleon” ot örtüyünə baxanda  hər mövsümöncəsi  otun fəsillərə uyğun olaraq  nə şəkilə düşəcəyini anlamaq olur. Bahar aylarında yaxşılaşmaq əvəzinə meydançanın muxtəlif yerlərində seyrəklik yaranır, yayda sarı zolaqlara boyanıb rəngini dəyişir, qışda isə gölməçəli və palçıqlı olur .  Hazırda ehtiyat meydança da əsas arenanın kökünə düşüb və yararsız durumdadı. Bu meydançaları qaydasına salmaq  isə tez bir zamanda görüləsi və ya “el təbabəti” üsuli ilə həll ediləsi iş deyil. Oyunları burada keçirməyərək, pozulmuş  drenaj  sistemini yenidən yaradıb, yeni ot örtüyünün sərilməsi işinə başlamağın vaxtıdır. Komanda doğma arenadan bir müddət uzaq düşsə belə bu işə başlamaq lazımdı. Bu məsələdə klub rəhbərliyinin yenidən xeyli xərcə düşəcəyi bəllidi, amma anlamaq lazımdır ki, komandanın gələcəkdə uğur qazanması  üçün  vacib amildi. Hər mövsüm baş məşqçi və oyunçuları vaqon-vaqon dəyişib,  gəlib-getmələrinə xərclədiyi pullar bu xərcdən azdı ?  Qışın qarı-çovğunu hələ sərtləşməmiş komanda özünə məxsus olmayan Lənkəranın inşaatçılar məhəlləsindəki qapalı süni-örtüklü meydançaya üz tutur. Hər il belə problemlər olanda komandanın istifadə etdiyi Lənkəran Olimpya İdman Kompleksi isə yerli dibli sökülüb,  yenisi tikildiyinə görə “Xəzər Lənkəran”  bu addımı atmaq məcburiyyətində qalıb və həvəskarların məşq edib, oynadığı məkana üz tutur. Bunun günahı görən, kimdədir ? Oyunçu deyil ki, deyəsən “ən yaxşısını gətirdim oynamadı”. Hazırda  möhtac qaldığınız o idman zalını bu 10 ildə gərək özünüz quraydız,  ay klub rəhbərliyi.

“Qafqazın Çelsi”si adını, görəsən,  Lənkəran klubuna  kim verib? Onu tanısaydım bir iki kəlmə sözümü deyib ürəyimi boşaldardım: “Sənin “Çelsi”n Türkiyə nəhəngi sayılan Mustafa Dənizlini komandasına gətirib, amma saat hesabı götürülən,  həvəskarlar üçün tikilmiş idman zalında məşq edir”.

Niyə Lənkəran klubu planlı  iş görmür ? Bu illər ərzində stadionun ot örtüyünə əlac edə bilməmisiniz, uşaq futbolu hələ də bərbad durumdadır, əsas komandada stabil heyyət qurulmayıb, hər mövsüm biri gedib ikisi gələn məşqçi dəyişikliyi, avro kuboklarda uğursuz çıxış, və s. və ilaxır. Deməli,  bahalı oyunçu almaqla və ya tanınmış məşqçini gətirməklə iş bitmir. Klubda  köklü və planlı iş görmək lazımdır.

      Cənub klununun yaxın gələcəyini çözmək üçün Nostradamus olmağa ehtiyac yoxdur. Bu inadkarlıqla Maurinyonu gətirsən belə işlərinin düzəni və planı olmasa, uğur gəlməyəcək. 2008-ci ildə “Ötən həftə“ adlı bir yazı yazmışdım. Həmin yazıda Azərbaycan klublarının əksəriyyətinin tərsinə yol aldığını bildirmişdim. “Bizim ölkədə əvvəl komandanı, sonra isə baza və strukturu yaradırlar” demişdim. “Xəzər Lənkəran”ın isə hər şeyi və bütün imkanları var amma yararsız və plansız yaratdığından sərfəli istifadə edə bilmir bu imkanlardan. İnanmıram ki, klub rəhbərliyi özü-özünə problem yaratmağa can atsın. Sadəcə bir çox şeylər var ki, cənub klubunda keçərli deyil. Bunlardan biri də “başqasının sözü” dü. Yəni “öz bildiyimiz yetər, məsləhətlərə və məşvərətlərə ehtiyacımız yoxdur” deyib durublar. Bu prinsiplə bir çox problemlərin yaratdığı çətinliklərə və ya çətinliklərin yaratdığı problemlərə duruş gətirə bilmirlər. Klubun gerçəyi görmək bacarığı da zəifdi. Azarkeşlərlə əlaqə düzgün qurulmur. Tərafdarlar tez-tez klubdan incik düşüb,  sevimli komandalarının uğursuzluğu fonunda günahkar axtarışına çıxırlar. Anlamaq və qəbul etmək lazımdır ki, bu bir ordudur – azarkeş ordusu, anlamırlar və ya qəbul etmirlər. Halbuki diğər klublar bu cür azarkeşi yuxularında belə görmür. Uzun müddətdi  biletlərin qiymətini 2 manat ediblər. Başa düşürəm,  beynalxaq standartlara baxanda və klubun mövsüm ərzində çəkdiyi xərci ilə müqayisə edəndə yüksək məbləğ deyil. Onsuz da Azərbaycanda bilet satışına qazanc imkanı kimi baxmaq yersizdi.  Bununla belə,  irad bildirməyə yeri var. İlk irad belədir ki, biletin qiymətinin bahalaşması hesabına klub rəhbərliyi stadiona gələn çoxlu azarkeşi komandaya 90 dəqiqə ərzində verəcəyi dəstəkdən məhrum edir. Yəni komanda dəstəksiz qalır. Bu  komanda adına itkidi. Yəqin ki, daha ikinci və üçüncü iradı yazmağa ehtiyac qalmadı…

    Mustafa Dənizlinin Azərbaycanın bölgəsində gəlib çalışması böyük işdir.  Onu hansısa problemlərlə çətinliyə salmaq komandanın ziyanına olacaq.  Deyək ki, Dənizli “Xəzər Lənkəran”ı  yuxarı sıralara qaldırmaq üçün heyyəti  düzəltdi və komandada lazımı işləri gördü. Ancaq bununla hara getmək olar ki, əgər klubun daxilində peşəkar idarə etmə və lazımı şərait yoxdursa?

Və həmin o peşəkar idarə etmə və lazımı şərait olmadığından Mustafa hocanın da “Xəzər Lənkəran”  “dənizində  batıb”  gedəcəyi yəqindir. Daha  “hocam, çimmə, boğulma” deməyin də yeri yoxdur…

Anar Məmmədli.

MƏNBƏ: “Futbol+” qəzeti

7 Şərh

  1. Vaqif Rəşidov says:

    Çox sagol ANAR!Bu yazı yerinə düşdü…Amma bu problemlərin görünən tərəfi,görünməyən tərəfi isə…qaldı BİZİM payımıza.

  2. Bu mövzu barədə saytda kifayət qədər deyilib.Hər bir azarkeşdə haqli və ya haqsiz irad və təkliflərini qeyd edib.Məsələ burasindadir ki, peşəkar klublarda hər iş sistematik qurulur,yəni: uşaq futbolu,stadionlar ,məşqlər ,stadionlarin ot örtuyu, suvarilmasi, futbolcularin gundəlik məşq qrafiki ilə uzləşən ayliq məşq prosesi, qidalanma ,istirahət, səfərlər ,otellər və sair və ilaxir.Kamandada məşqci dəyişiliklərdən tutmuş ta transfer işlərinə qədər.Lakin bunlarin hec birisi umumi işə zərər vermir,cunki hərə öz işilə məşğul olur.Ola bilsin ki ,bir sahənin mutəxəsisi digər sahədə daha faydali ola bilsin amma ucuncu bir sahədə uğursuzluqla qarşilaşsin.Lakin elə olur ki, o sahəyə istək yoxdur və muəyyən məqsədlə yanaşma olub.Baxin əzizlərimiz,bu gun palciqda oyun izləyiriksə-bu sadəcə könulsuz yanaşmadir.Təsərufat işləri cox ağirdir və ona görədə hər otun qədrini bilmək ,həmcinin qayğisini cəkmək vacibdir.Xahiş edirəm!-Məni duzgun başa duşun.Kucədə avara gəzən, sonradan dunya cempionu ola bilər amma elə bir təsərufat sahəsində calişan adam tapilar ki ,hec bitkidən anlayişi ola bilməz.Ona görədə könul verdiyimiz işdən yapişib uğur qazana bilirik.Yoxsa “XL” stadionun indiki durumunu təkcə yağintinin cox olmasi ilə izah etmək absurddur.

  3. Şəhriyar says:

    Sağ ol Anar qardaş ot örtüyünü lap ürəyimdən yazmısan öpürəm səni

  4. Duz soza ne deyasan,bu bir realliqdir.Insanlarin yeri sehf dusanda bela olur.Gerek futbolnan futbol adami mesqul olsun.Yoxsa sumaq satan Hoccati,ne bilir ot ortuyu nedir?Mesel ucun deyim ner defe teze icra -hakimi gelenda Heydar Parkini sokurlar ve yerina teze laylar duzulur.Ela bil Heydar Parkinda Talis Xanin definasi basdirilib.Xeberimiz yoxdur belka bizimda stadionda nese qiymatli bir sey basdirilib? Axi bu stadiounu ne qeder sokarlar?Bunu bir defelik fasilada qeseng sokub koklu sekilda hell etmak lazimdir.Men bu stadionun meselesini esidanda biletin 2 manat olmasi vallah lap yadimdan cixdi.Mensumovlardan xais edirik Xezer-Lenkaranin brendina layiq bir stadion duz-qos edin.Birda Anar qardasimiz usaq futboluna toxunub,ela biliram duz qeyd eliyib.Usaq futbolu bizim yarali yerimizdir.
    ***
    İcazənizlə şərhinizdəki bir məqama iradımı bildirim. Belə ki, “sumaq satan” ifadəsini oxuyub çox pis oldum. Axı mən də bazarda salafan satmışam, ondan əvvəlcə isə çayxanalarda samovar arxasında qalmışam, məgər bütün bunlar mənə ölkənin ilk və yeganə azarkeş saytını yaşatmağa mane olubmu? Və ya o böyüklükdə, ağır yükü üzərində daşıyan azarkeş qrupunun işlərini qurmağa başçılıq etməyə, yüzlərlə layihəni həyata keçirməkdə mənə mane olubmu? Əlbəttə ki, yox! Məncə insanlara “bazarda alver edən”, “sümaq satan”, “çayçılıq edən”, nə bilim “bərbərlik edən”, “dərman satan” və s. formalarda qiymət verməməliyik. İstənilən sahədə insan öz istedad və bacarığını nümayiş etdirə və böyük uğurlara imza ata bilər.

    • Men sizin dediklariniza bir az aydinliq getirim,menda sizin yerinizda olsaydim,belkada sizin dediklarinizla razilasardim.Amma futbol ela bir sahadir ki,hami menla razilasar,ona pesakar yanasma lazimdir.Tesevvur ela ki,resm-xet muallimi kimyadan ders verir.Bir anliq fikirlas bu ne qeder boyuk bir bir faciadir.

    • Admin, adətən mən sizin fikirlərinizlə razılaşıram, indi isə bir qədər başqa mövqedəyəm. Messi, forma etibarilə bir qədər kobud yazsa da, mahiyyətcə haqlıdır. Sadəcə, sizin, haqqında söhbət gedəndən fərqiniz odur ki, siz oturan yerdə saymırsız, daim inkişafdasınız, öz üzərinizdə çalışırsınız və məntiqli yazılarınızla, şərhlərinizlə çoxsaylı azarkeşin rəğbətini qazanmısınız. Digərləri isə sizdən fərqli olaraq tutduğu mövqeyə baxmayaraq hələ də “sumağ alveri” prinsipləri ilə öz işini davam etdirirlər. Bir də ki, sumax və ya salafan satmaqda heç bir qəbahət yoxdur, ona qalsa mənim uşaqlığım da hələ 6-7 yaşından xırda alverçiliklə keçib, əsas məsələ çətinliklərdən nəticə çıxarıb inkişaf etməkdir. Извините за откровенность…

  5. Çox gözəl, Anar Məmmədliyə əhsən! “Xəzər Lənkəran”da olan əsas problemləri “Futbol+” qəzetinə çıxardığına və azarkeşlərin ürəyindən xəbər verdiyinə görə Sizə minnətdaram. Həmişə qələminiz işlək olsun Anar bəy!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 + = onbir