9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

hesablarÖtən ilin dekabr ayının əvvəllərindən “Xəzər Lənkəran” komandasının başına keçən Mustafa Denizli yenidən vətəninə yollanıb. Tərcübəli azarkeşlərimizin ekspert rəylərinə əsasən iddia etmək olar ki, bu gediş bir dəfəlik komandanın baş məşqçi postundan uzaqlaşmaq kimi gediş də ola bilər. Hər halda bunu nəzərə alaraq 12cioyuncu.info azarkeş saytı Mustafa Denizlinin “Xəzər Lənkəran” karyerasına qısa bir səyahət təşkil edir.

Beləliklə 08.12.2013 tarixində “Xəzər Lənkəran”la ilk oyununa çıxan Mustafa Dənizli 17- Premyer Liqa və 5-kubok matçı olmaqla ümumilikdə 22-oyunda komandanın başında oldu. Bu oyunların 8-də qələbə qazanan və eyni sayda görüşü heç-heçə başa vuran komandamız 6-dəfə məğlubiyyət acısı yaşayıb. Denizlili “Xəzər Lənkəran” rəqib qapılarından 28-top keçirə bilibsə öz qapısından 29-top buraxıb. Mustafa Hocanın baş məşqçiliyində “Xəzər Lənkəran” çempionatda 51-mümkün xaldan yalnız 24-xal toplaya bilib və medallar uğrunda yarışdan kənar düşüb. Eləcə də kubokda yarımfinala qədər irəliləyə bilsə də finalın bir addımlığında uğursuzluğa düçar olaraq bu yarışmadan da kənarda qalıb.

Təcrübəli türk mütəxəssis “Fırtınalar meydanı”nda keçirilən oyunlara azarkeş toplanmasının yeni antirekordunu da müəyənləşdirib. Belə ki,məhz  onun baş məşqçiliyində komandanın yaşadığı uğursuzluqlar sayəsində stadionun tribunalarına 1200-sayda azarkeş toplanmışdı ki, bu da komandanın ev oyunları üçün bunacan görünməmiş bir antirekord sayılır. Belə bir göstərici 20.04.2014 tarixində “Fırtınalar meydanı”nda baş tutmuş “Xəzər Lənkəran” – AZAL görüşündə qeydə alınıb.

Mustafa Denizlinin baş məşqçiliyində “Xəzər Lənkəran”ın oyunları:

Premyer Liqa.

XVI tur, “İnter” –“Xəzər Lənkəran” 0:0

XVII tur, “Xəzər Lənkəran” – “Rəvan” 1:0

XVIII tur, “Xəzər Lənkəran” – “Sumqayıt” 4:3

XIX tur,  “Qarabağ” – “Xəzər Lənkəran”  0:1

XX tur, “Xəzər Lənkəran”  – “Neftçi” 2:2

XXI tur, “Qəbələ” – “Xəzər Lənkəran” 2:3

XXII tur, “Xəzər Lənkəran”  – “Bakı” 0:2

XXIII tur, AZAL – “Xəzər Lənkəran”  2:2

XXIV tur, “Xəzər Lənkəran”  – “İnter” 1:1

XXV tur, “Rəvan” – “Xəzər Lənkəran”  2:1

XXVI  tur, “Sumqayıt” – “Xəzər Lənkəran” 0:1

XXVII tur, “Xəzər Lənkəran”  – “Simurq” 1:3

XXVIII tur, “Neftçi” – “Xəzər Lənkəran” 1:0

XXIX tur, “Xəzər Lənkəran”  – “Qəbələ” 1:0

XXX tur, “Bakı” – “Xəzər Lənkəran”  2:2

XXXI tur, “Xəzər Lənkəran” – AZAL  1:1

XXXII tur, “İnter” – “Xəzər Lənkəran”  3:0

Ölkə kuboku, 1/8 final 

“Xəzər Lənkəran – “Neftçala” 4:0

1/4 final 

“Araz Naxçıvan” – “Xəzər Lənkəran” 1:1

“Xəzər Lənkəran” – “Araz Naxçıvan” 1:0

1/2 final 

“Qəbələ” – “Xəzər Lənkəran”  3:0

“Xəzər Lənkəran” – “Qəbələ” 1:1

 Səhifəni hazırladı: NƏBİOĞLU

Statistik məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

7 Şərh

  1. Axsaminiz xeyir.Beli Mustafa Denizlini boyuk umudlerle getiribler.Onun Azerbaycan futbolu haqqinda men bilen melumati olmayib.O hemise haqqin az da olsa qorundugu olkelerde isleyib.Bura gelenden sonra gordu ki, oyunlar kabinetlerde oynanilir.Ancaq Xezerin oyununda bes hakim teyin olunur,Qapinin arxasinda duran hakim ‘penal’ teyin ede bilir.Butun ikili mubarizeler de top reqibe verilir.Bir turda reqibin vurdugu cemi bes qolun besi de ‘penel’-dan vurulur.Denizli mence bunlari bilmirdi.Gelen cempionatda bunlari nezere almalidir.Komandani bele qurmalidir ki, reqib komandalardan iki bas ustun olsun.Mence turk futbolcu almalidir.Turkler bizim mentalitete yaxindirlar,birde oz hocalarina torba tikmezler.Gelen il limitde futbolu daha da maraqsiz edecek.Komandada on bes nefer yerli oyuncu olmalidir ki, reqabet olsun,Yoxsa Orxan bilir ki limite gore men oynayacam, hec bir mesuliyyet hiss etmir.Mesqci sert rejim qoymalidir.Oyuncularin masinlari yigisdirilmalidir.Genc oyuncularimiz hereye bir masin alib avaralanirlar.Mesqde fikirleri ancaq eylenmek uste qalib.Bunlari hamisin gorub qeyd edirem.Sonra deyirik yerlileri niye oynatmirlar.Bizimkilerin esas problemleri mesuliyyetsizlikdir.Biz de sebirli olaq gelen sezonu gozlemeliyik.Her halda Denizli de biabir olmagini istemez.Komandamiz da onun tecrubesinden istifade etmelidir.Xahis edirem bu qeder de tehqire yol vermeyek, azarkes, insanliq medeniyyetimizi gosterek.

  2. Azərbaycanlı says:

    Açıq danıçaq. M.Dənizli nə adına, nə bizə bab göstəricilərə nail olmadı. XL-də indiyədək keçirdiyi müddətin qış fasiləsinə qədər olan hissəsini C.Toşakdan qalmış matrial ilə işlədisə, qış fasiləsində çempionatın qalan hissəsindəiki yerli və hər xəttə bir əcnəbi oyunçunun cəlb etməklə komandanı normal hala kökləmək üçün sayca bəs edəcək qədər transferlər də etdi. Mən fikrimdə qalıram ki, M.Dənizli rabitəsi pozulmuş komandanı yapışqanlaya bilmədi, bir birindən tək topla davranmaq vərdişləri ilə deyil, bir çox başqa parametrlərlə ciddi fərqlənən icraçılardan ansambl yaratmağı bacarmadı. Bununla da ehtiyatında olan təcrübə arsenalında düşdüyü bizim şəraitdə üzü ağ edə biləcək vəsaitlərin olmadığını aşkar etdi. M.Dənizli əvvəldə ciddiyə almadı Azərbaycan liqasını, sonra isə gec oldu, özü də, uğursuzluq seriyasının şokundan və azarkeş qınağı təsirindən sarsımış tağımı da qəddini düzəldə bilmədilər. M.Denizlinin yanənda olmasam da oyunların tam əksəriyyətinin izləyən, məşqçi və oyunçuların bu müddətdə o qədər də bol olmayan publik açıqlamalarını götür-qoy edib hesab edirəm ki, komandanın hədəflərinə məşqçilər və oyunçular arasında birmənalı münasibət formalaşmadı, bu bir yana qalsın, məşqçilərin öz aralarında, futbolçuların öz aralarındakı vəziyyəti də monolitlikdən uzaq görürəm. Bütün bunlar M.Dənizlinin öz fəaliyyətinin göy qurşağı kimi rəngarəng olan tağımla işində psixologiyanın və pedaqoqikanın həmin şəraitə uyğun metodlarını sınaqdan keçirməsi üçün zəmin yaradır.

    • Abbasqulu bəy ağilli adamdir.Gəlib işin nə yerdə olduğunu görər və qayidar.Qayidar ki, daha gəlməsin.
      ***
      Əhsən, Zəfər bəy bu ki, lap uzaqgörənlik oldu.

  3. Xezer Lenkaranin derdini yalniz biz azerkeshler chekecek

  4. Beli Mustafa bey 1 il eskerlik cheken, tez-tez mezuniyyete geden imkanli mama ushaqi kimi 2 gunden bir eve qachir.

  5. Ager birdefelik gedibse cani qurtardi yasli adamdir burda deli olmusdu birazda qalsaydi teziqi sekere qarisib olecekdi… Getsin veteninde ne qeder omru qalib yasasin…..

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − = 3