10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

etibarÇingiz Abdullayev yaman bərk gedir.

“Neftçi”nin oyunçuları Xalq yazıçısının sürəti ilə ayaqlaşa bilsələr, bəlkə bu mövsüm medaldan-zaddan qazanalar. Dəyərli ziyalımız, dünyaca məşhur qələm adamı “Neftçi”nin Müşahidə Şurasına rəhbər seçiləndən xeyli iş görüb. “Neftçi”nin indiki rəhbəri əzəli rəqibi “Xəzər Lənkəran”ın bazasına da baş çəkib, klubun muzeyini də ziyarət edib, hətta fəxri qonaqlar üçün açılan xatirə kitabına ürək sözlərini yazmaqla da tarixə düşüb. Müasir salnaməçilər deyir ki, bu vaxta kimi “Neftçi”nin heç bir rəhbəri üçün muzeyin qapıları açılmayıb. Yəqin cənublular əzəli rəqibin muzeydəki eksponatlara göz vuracağından ehtiyat ediblər.

Çingiz Abdullayev də Lənkəran səfərindən dönən kimi elə ilk iclasdaca “Neftçi”də muzey yaradılması ilə bağlı göstəriş verib. Yəni o əjdahadan onlarda varsa, bizdə niyə yoxdu? Detektiv əsərləri bütün dünyanı dolaşan yazıçımızın bu təşəbbüsünü dəstəkləyirəm. “Neftçi” muzeylik klubdu, zarafatsız-filansız, vallah, tam ciddi sözümdü. Tarixi Stalin dövrünə gedib çıxır. Gözəlim məmləkətdə minlərlə insan “Neftçi”nin oyununa baxa-baxa böyüyüb, “Neftçi” qalib gələndə sevinib, məğlub olanda kədərə batıb. Elə mən özüm də uşaq olanda bu hissləri keçirmişəm. Özünə və qələminə həmişə hörmət bəslədiyim, qədim dostum, “Futbol+”un baş redaktoru Mahir Rüstəmli demişkən, “Neftçi” başqadu, Yavər…

Muzey işinin təşkili məsələləri barədə azca da olsa təsəvvürlərim var, muzeylərə getməyi də xoşlayıram. Burada və xaricdə belə imkan yarananda fürsəti əldən vermirəm. Ona görə də “Neftçi”yə aid muzeyin hazır olacağını həvəslə gözləyirəm. Nə zaman qapıları açılsa, məmnuniyyətlə ziyarət edərəm. Çingiz Abdullayev bu vacib layihənin üzərində ciddi dayansa, maraqlı bir iş ortaya çıxa bilər.

Qədim “Netçi”nin muzeyində Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Yaşar və Adil Babayevlər, Çingiz İsmayılov, Əhməd Ələsgərov, Ruslan Abdullayev, Sergey Kramarenko, Rəşid Özbəyov, Elbrus Abbasov, Asif Əliyev, Asim Xudiyev, Şakir Qəribov, Vaqif Sadıqov, Səməd Qurbanov, Maşallah Əhmədov, İqor Ponomaryov, İsgəndər Cavadov, Səmədağa Şıxlarov, Əbdülqəni Nurməmədov, Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi Rzayev, Tərlan Əhmədov, Arif Əsədov, Samir Ələkbərov, Qurban Qurbanov, Mahmud Qurbanov, Zaur Tağızadə, Samir Əliyev… kimi insanların klub üçün xidmətlərini əks etdirən eksponatlar olacaq yəqin. Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksələn “Neftçi”nin həmin yarışlardakı oyunları ilə bağlı sənədlərə kim baxmaq istəməz ki? Futbolumuzda iz qoyan Böyükağa Hacıyevin “Neftçi”dəki fəaliyyəti ilə bağlı eksponatlara da tamaşa etmək maraqlı olardı.

Klubun muzeyini yaratmağa məsul olanlar ehtiyac duysalar, onlara kömək əlimi də uzada bilər, məsləhətlərimi əsirgəmərəm. Yazının yuxarı hissəsində xatırlatdığım kimi, bu sahədən azca da olsa məlumatlıyam. Ziyarətçilər üçün daha maraqlı olsun deyə, bəzi addımlar atmaq olar. Şəxsən məndən olsa, muzeyin gözə dəyən bir yerində bu gün də müzakirə edilən “Turan” – “Neftçi” oyunu ilə bağlı eksponat asardım. Bu, həmin qalmaqallı oyunu sona qədər izləməyib Bakıya qayıdan “Neftçi”nin o zamankı rəhbərlərindən biri Tahir Süleymanovun avtomobilinin arxa nömrəsi də ola bilər, Tovuzdan paytaxta qədər yolboyu qulaq asdığı “Qaçaq gedək buralardan” mahnısının diski də.

Güloğlan Cabbarovun kubokun finalında rəqib klubun futbolçusunu döydüyü anı əks etdirən şəkillər muzeyə gələnlərdə böyük maraq oyada bilər. Həmin gün Güloğlan müəllimin geydiyi ayaqqabının sol tayının yerini mən indidən o muzeydə görürəm.

Araz Abdullayevin sürdüyü maşının təkərlərindən biri də muzeydə sərgilənməlidir. Sözsüz ki, bu mənim şərtim-filan deyil, sadəcə təklifimdir.

Xalq yazıçısı Çingiz Abdullayev xalqın bu təkliflərinə diqqətlə yanaşar yəqin. Digər təklifləri muzeyi gəzib-dolaşandan sonra da yaza bilərəm.

Etibar Cəbrayıloğlu

MƏNBƏ: “Het-trik news” qəzeti

8 Şərh

  1. Rovshan Asadov says:

    Azerbaycan futbolunun 80 illik qara lekesidir bu klub. Ela yazidir Etibar muellim, sag olun.

  2. Bizim Cingiz muellimla na iwimiz var ki,ewitdik neftci ucun muzey acmaq isteyir,biz da 2-3 ekspanat meslehet gerduk.Hela menden muzeye bir hediyye Neftci-Xezer Lenkaran oyunundan bir balaca epizud,Rewad Abdullayev hakimin gezu qabaqiinda xezerin oyuncusunu willeleyir,cerimeni da ezu vorur,disk menden.Neftci bu guna kimi ona lazim olan oyunlari cempionatda hakim,va heda-qorxu ila,avrupa oyunlarini isa pul ila alib!!!!Bir da xazarla qizil oyunda afsaitdan vorulan qollarin diskini da vera bilaram.Hele sovetlar vaxti Dinamo Kiyeva bir kisa verilan ruwveti demiram(dinamo kiyevin bu sezlari etiraf etdiyi oyuncu hela saqdir) Demek istayiram ki,Cingiz muellim ekspanatlara gera narahat olmasin neftci o,barada zengindir.
    ***
    Tutarlı şərhdir, təşəkkürlər.

  3. Əzəli rəqib və onun müşahidə şurasının rəhbəri haqqında yazılan ironiyalı məqalədən daha çox bizi öz problemlərimiz maraqlandırmalıdır. İndiki halda sevimli komandamızın aciz görünməsi və rəhbərliyin öz üzərinə düşən öhdəliklərə qeyi-peşəkar yanaşması ən ağrılı yerimizdir. Çingiz Abdullayev haqqında lazım olmayan fikirlər səsləndirməyin heç yeri yoxdur, çünkü biz bu insanı neftçidən əvvəl görkəmli detektiv yazıçı və ziyalı kimi tanımışıq.

  4. Salam, məncə bu yazının indi yeri yoxdur.Cingiz müəllim təkcə neftçinin rəhbəri deyil.O bütün Azərbaycana məxsus insandır.Gəlin bir az təmkinli olaq, Cingiz Abdullayev səviyyəsində olan bir insana hörmətlə yanaşaq, inandırıram Sizi, çox yüksək səviyyədə olan biridir.xoş arzularla Xəzər sevər.Ziyalısına hörmət etməyənin, gələcəyi yoxdur.

    • Bu yazının lap yeridir, lap əsl məqamıdır.
      Elə vaxtıdır ki, heç deyilməyən kimi. Bu müzey məsələsi lap DOQQUZluq oldu.

  5. BİZİMXƏZƏR says:

    Əla yazıdı! Möhtəşəm! Lap “Dostuma məktub” silsiləsindən olan yazıya oxşadı…Adamın burnunun ucu göynəyir o yazılar üçün,heyif o günlərdən…

  6. Salam Admin bəy. Fikrinizə şərikəm. Etibar bəy bizim fəxrimizdir. Elə bir mövzu seçib, gündəmə gətirib ki, mən hələ heç bir mətbu orqanında indiyə kimi bu mövzuya aid bir qələm yazıya rast gəlməmişəm. Tarixi klubların hər birinin muzeyi olduğu halda, ölkəmizin ən qocaman komandası olan bir komandanın muzeyinin olmaması elə o komandanın saxtakarlığının bariz nümunəsidir. Özləri yaxşı bilirlər ki, indiyə kimi qazandıqları muzey eksponatı olacaq titulların yarısı saxta yolla, yarısı da rəqiblərinin qanını axıtmaqla əldə edilib. Yaradacaqları muzeydəki eksponatların üzərindəki qan izlərinə görə museyin adını Qanlı muzey qoysalar, bəlkə onda haqq-ədalət öz yerini tapar…
    P.S Sevindiricidir ki, əzəli rəqibimizin yeni rəhbərliyi “Xəzər Lənkəran”ın muzeyini gördükdən sonra muzey yaratmaq sevdasına düşüb.
    ***
    Salam Qabil bəy, bu ifadə xüsusi ilə ləzzət elədi: “Qanlı muzey”

  7. 12cioyuncu.info says:

    Etibar Cəbrayıloğlu həmişəki kimi yenə zirvədədir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz − = 5