7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

orxanBir müddət əvvəl “Xəzər Lənkəran”dan ayrılan gənc qapıçı Orxan Sadıqlı yenidən geri dönə bilər.

Bu barədə 12cioyuncu.info saytı klubdan məlumat əldə edib. Məlumata görə adı bir neçə klubla xüsusən də “İnter”lə yanaşı hallanan gənc qapıçının yenidən “Xəzər Lənkəran”a qayıdıb qayıtmayacağına dekabrın 30-da tam olaraq aydınlıq gələcəyi gözlənilir.

6 Şərh

  1. Salam Admin xahiw edirem serhimi cavablandirin bei oldu Orxanin geri gelmeyi? artiq 31 dekabrdi
    ***
    Salam. Düzü iki gündür ki, klubla əlaqə saxlamaq olmur. Deyilənlərə görə hazırda onlar heç Orxanın hayında da deyillər, özlərinə bayram bazarlığı üçün 50-60-manat axtarırlar. Vəziyyətləri bu qədər pisdir, deyilənlərə görə.

  2. Rüstəm Xəzər says:

    Cavab ücün sizə minnətdaram. Amma tam səmimi deyirəm əgər mənim pulum olsaydı böyük məmuniyyətlə Xəzər ücün göyə sovurardım.
    ***
    “Yəqin elə ona görə də yoxdur” deyib əcaib cavab vermək mənlik deyil, ona görə də cavabım belədir:
    Mən buna şübhə etmirəm.

  3. Salam.
    Muəllim!.Vaxt vardi deyirdim ki, kamandadan hələ çoxlari ayrilacaq.Fikirlərim birmənali qarşilanmirdi.Onsuzda real vəziyyət hələ yaxşiliğa doğru heç nəyi dəyişməyib.Lakin bu dəfə deyirəm.O qədər futbolçu peşman olub və geri qayitmaq istəyər ki….
    Kamandanin gələcəyinə və guclənməsinə bir az belə inamim azalmayib.
    ***
    Salam Zəfər bəy. Heç mənim də ümidim azalmayıb. Hətta hər şeyin əldən gedəcəyi təqdirdə xüsusi maliyyə resurslarına əl atıb klubu Mənsimovlardan təhvil alaraq, baza və stadion qarışıq bütövlüklə götürmək və komandanı dirçəltmək barədə də düşünürəm. Bunun üçün indidən kadr siyasətinin struktrunun incəliklərini təyin edir, klubun ümumi stratejiyasını müəyyənləşdirir, həmçinin də görüləcək işlərdə azarkeşlər arasından seçilmiş fəalların iştirakının təmini ilə bağlı layihə üzərində çalışmalara da başlamışam. Artıq mənim təkliflərimi öz aralarında müzakirə edərək ilkin razılığa gələn 2-si xarici vətəndaş olmaqla, ümumilikdə 7-biznesmenlə növbəti görüş üçün yer də tapmışıq. Bu yaxınlarda görüşlərimiz davam edəcək.

    • Muəllim.Mənim əlimdə klubun gələcək taleyi barədə çox ciddi təkliflər planim var.Belə bir layihədə mən də iştirak etmək istəyirəm.Bunu hami bilir ki, bu camiyyədə futbol Mənsimovlardan qabaq lap yaxşi olub və indi kimlərinsə hansisa qaranliq işlərindən sonra bərbad hala duşub. Lənkəran futbolunun inkişafina rəhbərlik etmək istəyən o qədər cənublu insan var ki…. Lakin klub rəhbərliyi elə duşunur ki , mən etməsəm heç kəs etməz.Tamamilə yanliş mövqedədirlər.Ona görə də onlara şirin və çoxlarina haram olan yuxudan ayilmalidirlar….
      ***
      Zəfər bəy. Mümkünsə təkliflərinizi saytımızın elektron ünvanına göndərin (12-ci-oyuncumfk@mail.ru) .

      • Vallah sizin nikbinliyinizə həsəd aparıram. Siz, ya yaxşı informasiyaya malik olan azarkeşlərsiz, ya da ki, düzəlməyən nikbin adamlarsız. Çox istərdim ki, mən də siz tərəfdə olum!

  4. Rüstəm Xəzər says:

    Salam. Necəsiz. Hörmətli admin mənim bir sualım var. Xəzər Lənkəran klubu Məsimov qardaşlarının şəxsi mülküdü yoxsa dövlətin? Əgər şəxsi mülkləridirsə cıxarsınlar hərraca vansısa imkanlı iş adamı alsın və klubu yaşatsın. Pullarıda yoxdu, kamandada dağılır, az qalıb tam dağılsın və kecmiş komandalar kimi tarixin yaddaşına köcsün.
    ***
    Salam. Şərhinizin sual hissəsinə və ondan doğan lakin sizin qeyd etmədiiniz suala cavab verirəm:
    Klub özəldir, amma məmləkətimizdə hər özəl bir şey asanlıqla satışa çıxarıla bilmir. Nə qədər ki, azarkeş saytını işlətmək üçün icarəyə ofis götürən azarkeşdən sahə müvəkkili olan polis əməkdaşı aylıq cib xərcliyi istəyəcəksə deməli hələ “Xəzər Lənkəran” kimi öz bazası öz stadionu olan böyük klubun satışı heç də rahatlıqla baş tutmaz. Üstəlik hərrac anlayışı bizim cəmiyyətə hələ yaddır. Düzdür ölkəmizdə bəzi əşyalar və ya obyektlər güya hərraca çıxarılır. Amma axı hamımız bilirik ki, belə hərraclardan öncə yuxarıdan gələn tapşırıqlarla hər şey həll olunur. Əgər hərracda xarici insvertorların nmayəndələri iştirak edirlərsə o zaman gözdən pərdə asmaq üçün hansısa canfəşanlıq edilir. qalanı hamısı geydirmə şeylərdi. Nə isə çox uzatmayım. Keçək sualınızdan doğan ikinci suala. Yəni “Mənsimovlar klubu satmaq istəyirlərmi?” sualına cavab olaraq bildirim ki, məncə istəmirlər. Hələ ardıyca doğan üçüncü suala da “kimdir pulunu göyə sovurub “Xəzər Lənkəran”ı satın alan” cavabını da yazardım. Amma necə deyərlər ürəyimdə güc yoxdur. Həm də sizin sualınızı bir azdan başqa formada başqa birisi verəcək gərək ona da cavab verməyə özümdə güc saxlayam. Onsuz da suallar elə hər gün bu və ya digər formada təkararlanır mən də məcburam müxtəlif formalarda eyni cavabları verim.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 4 =