1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

intizamsiz-19 avqust 2014-cü ildə 10 komandayla start götürən futbol üzrə son Azərbaycan çempionatı 2015-ci il may ayının 28-də 9 komandayla başa çatdı.

Baş tutan 154 oyunda futbolçulara 770-i sarı, 39-u qırmızı olmaq üzrə, ümumilikdə 809 vərəqə göstərildi. Bu isə hər oyuna orta hesabla 5,25 vərəqə deməkdir (ortalama: 5 sarı, 0,25 qırmızı).

Mövsümdə ən intizamlı komanda 33 oyunda cəmi 58 sarı (ortalama 1,76) vərəqə görən “Qarabağ” oldu. Son çempion həm də 10 oyuna çıxdıqdan sonra çıxışını dayandıran “Araz Naxçıvan”dan (24 sarı vərəqə) başqa mövsüm boyu qırmızı vərəqə görməyən yeganə komandadır.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 80

Çempionatın ən intizamsız komandası isə, sərgilədiyi futboldan daha çox daima insidentlər və dava-dalaşla gündəmə gələn “Neftçi” oldu. Bu komandanın futbolçuları meydana çıxdıqları 33 oyunda nə az-nə çox, 108-i sarı, 8-i qırmızı olmaq üzrə, toplamda 116 vərəqə (ortalama 3,52) gördülər. Ağ-qara kluba Müşahidə Şurasının təyinatından sonra komandadakı vəziyyətin də düzələcəyinə ümid olunurdu. Amma əksinə və daha pis oldu. Belə ki, bunadək “Neftçi” 24 oyunda cəmi 3 qırmızı vərəqə görmüşdü. Lakin Müşahidə Şurasının kluba rəhbərlik etdiyi son 9 oyuna ağ-qaralar cəmi 2 qələbəylə (4 heç-heçə, 3 məğlubiyyət) yanaşı, 5 qırmızı və 31 sarı vərəqə ilə yadda qaldılar ki, bu da komandadaxili nizam-intizamın daha acınacaqlı olduğunu göstərdi. Çempionat ərzində maraq doğuran daha bir məqam isə “Xəzər Lənkəran”dakı vəziyyətlə bağlı idi. Mövsümün ilk yarısını Oğuz Çətinin rəhbərliyi altında keçirən ağ-yaşılların, ikinci yarıda Elbrus Məmmədovlu təcrübəsiz gənc heyətlə zəif çıxışı gözlənilən idi. Amma daxili nizam-intizam cəhətdən müqayisə də maraqlı idi ki, bu da öz əksini rəqəmlərdə tapdı. Belə ki, mövsümün ilk yarısında cəmi 2 qırmızı vərəqə görən “Xəzər Lənkəran”lılar, ikinci yarıda düz 5 dəfə qırmızı vərəqə ilə cəzalandırıldılar ki, bu da komandada məşqçinin psixoloji işinin yetərli səviyyədə olmadığını göstərdi. Gələcəkdə “Xəzər Lənkəran” və ya digəri, hansı komandada işləməsindən asılı olmayaraq, Elbrus Məmmədovun uğur qazanması üçün ilk növbədə özündə xarizmatik məşqçi imici formalaşdırması mütləq şərtdir. Əks təqdirdə, insani keyfiyyətləri ilə hörmət qazanan məşqçiyə, işinin öhdəsindən gələ bilməsi çətin olacaq.

Rövşən Əsədov
12cioyuncu.info

2 Şərh

  1. “Neftçi” ölkə futbolunun bütün siyahılarında “başda gedən”idir. Kitayski “flaqman” bu siyahıda da öz layiqli yerini tutub. Sağlığına qismət.

  2. Fərhad says:

    Şükür Allaha, yenə də yaxşı qurtarıblar, hakimlər futbolçuları yalnız sarı və qırmızı vərəqələrlə cəzalandırmaqla kifayətləniblər. Keçən illərdən fərqli olaraq digər “hakimlər”in uşaqlara “iş” verməməsi artıq sevindirici haldır.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ beş = 12