11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

meshqci ve qapici“Neftçi” ilə oyunun sonlarında qapımıza vurulan qolla elə bil başımıza bir qappaz endirildi.

Əvvəlcə oyunun əsas vaxtına filan qədər əlavə edən hakim söyüşlərə tuş gəldi. Sonra yağdırılan söyüşlərin miqyası ilə əhatə dairəsi genişlənməyə başladı. Getdikcə hədəfə çevrilən gənc qapıçı Orxan Sadıqlını və o biri futbolçularımızı söyən ətrafdakılardan fərqli olaraq mən susurdum. Baxışlarımı aşağıdakı oturacaqlara dikərək ürək yanğısı ilə “Xəzər Lənkəran”ın əvvəlki günlərini qısa xronika ilə yada salıb indiki acı günləri barədə fikirləşirdim. “Bu klubun dərdi bizi yıxacaq da, eh nə edəsən deməli belə olmalı imiş” deyib bir az özümə təsəlli vermək istəsəm də yüngülləşə bilmədim. Yavaş yavaş stadionu tərk etməyə başladım. Sağımda solumda səslənən söyüşlərin sayı hesabı və ölçüsü, miqdarı yox idi. Getdikcə Oğuz Çetin də söyüş artileriyasının nişangahında möhkəmləndi. Diqqətimi klub rəhbərliyini söyənlərin sayının bu dəfə az olması çəkdi.

Biz azarkeşləri kim qınaya bilər ki. Bütün gündəlik qayğılarımızı, dərd- sərimizi unudub komandaya elə bağlanmışıq ki, valideyn övladına bağlanan kimi, heç ayrıla da bilmirik. Hərdən bir danlayıb dursaq da bağlıyıq da bu kluba. Söyüşlərə gəldikdə, deyim ki, bu bir bəladır. Söyüş cəmiyyətin dünyagörüşü və düşüncə səviyyəsindən asılı olaraq zaman zaman azalıb çoxalan istiqanlı narazılıq forması, əxlaq baxımından nəinki bəyənilməyən hətta qətiyyətlə pislənən etiraz məhsuludur. Əlbəttə yaxşı olar ki, azarkeşlərimiz söyüş söyməyəydilər, amma…  

Axşamla döndüyüm doğma Lənkərana qədər yol boyu komandanın çıxışı barədə düşünürdüm. Oğuz Çetinin baş məşqçiliyində olan “Xəzər Lənkəran”ın mənfi və müsbət tərəflərini axtarmaq fikrindən uzaq idim, “məgər batareyadır ki, mənfi və müsbət tərəfləri olsun” deyə özümə cavab verdim. Batareya demişkən, belə qənaətə gəlmişəm ki, Çetindən baş məşqçi olmayacaq ha. İstəyirlər lap “Energizer” qoysunlar…

Ağıllı adamlar deyirlər, həyatda üç şey var ki, geri qayıtmır. Vaxt, söz və ələ düşən imkan (şans). Odur ki, gərək vaxtı itirməyəsən, sözünə diqqət edəsən və şansı da dəyərləndirəsən. “Neftçi” ilə oyunda Çetinin başçılığında “Xəzər Lənkəran”ın futbolçuları ağıllı adamların dediyi ağıllı fikrin tam əksində getdilər və sonda da qeydə alınan nəticəyə görə başlarını tutdular.

Ancaq öz aramızdır bu oyunda nə qədər desən şübhə doğuran nüanslar var idi. Götürək elə “Xəzər Lənkəran”ın futbolçularına qırmızı vərəqələrin verilməsi anlarını. 

“Neftçi”nin hər iki futbolçusunun meydandan qovulmasının səbəbləri aşkar görünürdü. Ancaq “Xəzər Lənkəran”ın cəzalanmış hər iki futbolçusunun qırmızı vərəqə alması epizodlarında sanki gizli,şübhəli nəsə var. Videoda da görünür ki, rəqib futbolçuların təzyiqi və yan xətt hakimlərin müdaxiləsindən sonra baş hakim iki dəfə futbolçularımıza qırmızı vərəqə göstərir. Özü də hər iki epziodda “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç fəallıq edirdi. Yəni belə təsadüflər olurmu?

Daha sonra şübhə doğuran “Neftçi” fanatlarının sərbəst şəkildə stadionun tribunalarında yer alması idi. Bəziləri “Giriş pulsuz idi, ona görə “Neftçi” fanatları stadiona rahatca giriblər” deməsin. Axı giriş pulla, biletlə olsaydı “Neftçi” fanatlarının pulunun ya da bieltinin üzərində onların hansı kluba azarkeşlik etdikləri qeyd olunmayacaqdı. Deməli torbada pişik var idi, özü də ağ-qara rəngdə olan pişik…

“Xəzər Lənkəran” – “Neftçi” oyunun heç-heçə bitəcəyi xəbərləri sosial şəbəkələrdə bəzi insanlar tərəfindən oyundan öncəki günlərdə çox yayılırdı. Hətta bir neçə xəbərdə hesab da dəqiq göstərilir və hakimin kartları sağa-sola paylayacağı da deyilirdi. Həmişə olduğu kimi bu dəfə belə xəbərlərə əhəmiyyət vermirdik. Amma artıq məsələ başqalaşıb. Deyilənlərin bu qədər sərrast şəkildə üst-üstə düşməsi şübhə toxumu səpməyə başlayıb. Şübhələrlə real faktların yaxınlığını nəzərə alıb buna yalnız iki yolla ağlabatan izahat vermək mümkün olardı:

  1. Bizdə uzaqgörənlərin sayı artıb;
  2.  Bizim hamımızla əməlli başlı oyun qurublar.

 Birincisinə inanmağa sadə məntiq icazə vermir, ikincisinə isə “oyunçu aparsın” deməyə adamın dili gəlmir.

Bütün fikirlər, düşüncələr “bir”lə “iki” arasında səpələnir,yırğalanır,dolanır, fırlanır və yenə də geri qayıdır: Hərbi yeriş üçün verilən komanda sayağı “bir – iki”, “bir –iki”, “bir – iki”…

P.S. Əgər nəyisə gördüyün, bildiyin və düşündüyün kimi yox, məsləhət olan kimi və səndən gözlənilən formada deyirsənsə bu artıq siyasət sayılır.

Gəlin səmimi olaq.

Vəfa Qələmdar

biabirciliq

8 Şərh

  1. PLANLI SEKILDE OYUNLAR GEDIR,
    FUTBOLDA ZURNALAR GORUR ISINI.
    NEFTCINI BAGRINA BASAN GUVVELER,
    GOSTERIR XEZERE KOPEK DISINI.

    AFFA da EYLESEN GARA GUVVELER,
    FUTBOLUN UZUNU EDIBLER GARA.
    HAGGI TAPDALAYIB, NAHAGDAN TUTUB
    CUN BU YOL ONLARI, CATDIRIR VARA

    HARAM TIKE YEYIB TUTEK CALANLAR,
    BELECE MEHF ETDI BIR GUN ARAZI
    HAGGI USTUN TUTAN ARAZ NAXCIVAN,
    TUPURDU FUTBOLA GALDI NARAZI.

    AFFA da EYLESEN BIGLI EKELER
    EKELIK BORCUNU VERMIRSIZ SONA
    HAGSIZLIG BAS ALIB SURETLE GEDIR
    HAGGI GEYDIRMISIZ GARA BIR DONA

  2. Yazıya görə çox sağ olun Vəfa Qəlımdar. Yazınızda aydın olmayan bir şey yoxdur. Bircə siz biz azarkeşləri başa düşqr, deyə bilmədiklərimizi qəlımə alırsınlz. Bu bizlərə təsəlidir ki yenə siz varsınız.
    Artıq ölkə futbolu maraqlandırmır mənı. Futbol mafiyası var. Mafiyanın başında isə Topaz bankın futbol bankın rəhbəri Ramin Musayev və onun qulbeçələri durur.
    Qumar haramdır. Sizcə bir işin ki sponsoru qumar oldu, nəsə demək lazımdırmı. Oyunların senarisi əvvəldən yazılmırmı?

  3. hamiya Salam dunen ki oyun doqurdan cox maraqli ve heyacanli alindi her wey var idi qollar vereqeler guclu yayim hakim sehvleri ve. s bular adet etiyimiz weyler ama maraqli olan odur ki niye xezerin oyunculari iki defe sayca ustun olarken oz xowlarina vereqe alib qovuldular mence bu teze ve muemmali bir wey idi neise buda bir yana Admin bey coxdandi burda hefdenin suali rublikasina rast gelmirik eyer sual lazim olsa turk demiwken belke bir deneyesiz goren kim bilir Orxanin bu son illerde cempiyanatda qol buraxmadiqi oyun? menim yadima gelmir belke kimse xatirliyir bizlede paylawsin

  4. Admin bey, tesekkur edirem. Ele men de onu deyirem. Ele indice Sportarena saytinda bu oyunun Neftci PFK tv terefinden cekildiyi sujetlerine baxdim. Bax cekilis bele olar. Simurq tv nin, Inter tv nin cekilisleri de “ela” olur. Ancaq Xezer Lenkeran tv nin yayimi zamani butun eseblerimiz pozulur.

  5. Salam. Men teeccub edirem, niye bu Stamenkovice vereqe verilmir. Hakimin her fitinden sonra oz qapisini terk edib cerime verilen yere qacir. Butun mubahiselerde istirak edir. Rus demiske oyunculari “провакасия”ya cekir. Amma ona “gozunun uste qasin var” deyen olmur. Ozu de bunu dusunulmuscesine edir ve hakimler de bu hereketlere goz yumur. Dunyanin hec bir yerinde kecirilen futbol oyunlarinda bu hereket hakimler terefinden baqislanmir. Ele bizde de, ancaq ve ancaq Neftcinin oyunlarinda bu herekete hakimler hec bir reaksiya vermir. NIYE?………..
    ***
    Salam. Məsələ Stamenkoviçin nə etməsində və ya niyə etməsində deyil. Burada daha incə məqamlar var. Qısaca bildirim ki, belə məsləhət bilinir. Məsləhət olmadığı andaca ona ardıcıl bir neçə qırmızı vərəqə göstəriləcək. Hələlik isə belə məsləhət bilinir. Bundan artığını açıqlamaq istəməzdim.

  6. artig acig aska gorunur ki futbol deyilen sey qalmyib azerbaycanda, ister komandalar ister hakimler meydancada ozlerin ramin musayevi verdiyi siyahiynan bazarliga gelenler kimi aparirlar. alis-veris qiymetleride gorunduyu kimi evvelceden razilasdirimis. ona gorede ne bu oyuna baxmaq lazimdi, nede dalica eseblesib xesteliy tapmag. kulub rehberliklerinin sakitliyde onan xeber verirki futbol basbilenleri onlari ele ehlilesdiribki cinqirlarinda cixartmirlar.

  7. Qardash Xezerin gen-bol vaxti oldu ki 3-4 top vursun ,Niya sual qoymursuz ki ,futbolcular niya bunu elamadi??? Cunki oyun o qeder gergin gedirdi ki,hakimi 100 da 100 qinamaq olmaz.Amma sual verin niya komanda bunu bacarmadi??? Cunki orada Okuzu sayan yoxdur.Yuxari toplar da bizim qapiya gelenda Orxan ucun faciadir.Bunu artiq butun komandalarin futbolculari bilir ki,yuxari ioplari Orxan gotura bilmir.Menim dunan Okuza da bir yazigligim geldi ,niya??Cunki mudafiya sehf eliyir,Orxan sehf eliyir butun bunlar Okuzun ayagina yazilir .Burda indi Okuzun ne gunahi??? Dunen ki oyunda Xezer Lenkaran ozu gunahkardi.Okuz ozu done-done tapshirib ki ,maksimum calishin ki Noyutcularnan konflikta girmayin.Buda neticasi biza iki qirmizi vereqe verildi ozuda hec neden.Amma Noyutcular biza 5 top vuranda dedilar yena az vurmushuq.Odur ki Xezerin oyunculardan bir daha zehlem getdi.Bizim zeif yerimiz odur ki komandamiza bagliyiq.

  8. ƏHSƏN Sizə V.Qələmdar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd − = 3