8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

canli yayim 12cioyuncu.infoPremyer Liqanın VII turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə görüşəcək.

Qəbələ şəhər stadionunda oktyabr 4-də saat 21:00-da start götürəcək qarşılaşma CBC kanalı ilə canlı yayımlanacaq.

Bir gün əvvəl, oktyabrın 3-də isə həmin stadionun ehtiyat meydançasında klubların əvəzedici heyətləri üz-üzə gələcək. Gənclərin oyunu saat 16:00-da başlayacaq.

7 Şərh

  1. Bunlar ele virusdular ki Ag-Atli oglanida qara edib yola salarlar.. Ancaq novbeti oyunda istefaaaaaaa…

  2. Niye azerkesler Oyun zamani rehberliye istefa ve oz etirazlarini bildirmirler.. Bir iki defe komanda uduzanda tez mesqciye istefa qisqiririq, halbu ki hemise bu rehberlik terefinden mesqcilerimize texribat olub..

  3. Salam. Keyfiyyətli çəkilişə və yayıma görə CBC kanalına təşəkkürlər!!!

  4. Salam. Keyfiyyətli çəkilişə və teleyayıma görə CBC kanalına TƏŞƏKKÜRLƏR!!!

  5. Kime lazim bu canli oyun ?? 11 nefer 3neferi cixmaq werti ile 8nefer petra poca qebelenin qabaginda tab getire bilerki bunu canlida verirler???? Ayibdi vallah lenkeran adina ayibdi

  6. AĞ ATLİ OĞLAN
    Yenə fikir və duşuncələrimiz bir xəyala dönüb urəklərimizdə.. Üsyan etmiş sərkərdələr kimiyik yenə…Ürəyimiz qan ağlayir.Heç bir “Xəzər Lənkəran” azarkeşlərinin kefi yox,gözlərimiz isə İstanbul yollarina dikilə-dikilə yol çəkir.Axi hamimizin qabağinda çarəsiz, əlacsiz hala salinan “Xəzər Lənkaran” və onun səriştəsiz rəhbərliyinin fəaliyyətsizliyi durur.

    Təqvimə uyğun olaraq yenə də yay fəsli, ardınca isə payiz fəsli gəlib çatdı… Bu iki fəsil “Xəzər lənkəran” tarixinə, yaddaşlara əsla unudulmayacaq günlərlə ağrılı izlər salıb… Qarşidan isə şaxtali qiş gəlir.

    Ürəyində “Xəzər”, “Xəzər!” , “Xəzər Lənkəran” duyğusu yaşayanların duyğulari ilə oynanildi…. Transfer qadağasinin qüvvədə qalmasi ilə “Haydi irəli, Lənkəranin Xəzəri!” hayqiran minlərlə azarkeşlərin son ümidləri də dəfn edildi.

    Lerikdən, Astaradan ,Masallidan və hətta uzaq xarici ölkələrdə yaşayan soydaşlarimiz da “Xəzər Lənkəran”i belə acinacaqli duruma salanlari qinadilar.Fəxri prezidentə məktublar yazdilar.Hər gun yox, hər saat İstanbuldan cavab gözlədilər.Lakin cavab gəlmədi.
    Bəlkə də məktub yetişmədi.

    Indi siz deyin!
    “Xəzər Lənkəran” həsrətiylə yanıb-yaxılan, öz doğma kamandasinin rəhbərliyinin səriştəsiz idarəçiliyini görən cavan azarkeşlər indi neyləməlidirlər?.Hələ guclu “Xəzər Lənkəran” xəyalı ilə yaşayan ahil insanlar…bəs necə olsun!?

    Yaxşı bəs, nə vaxta qədər… Həmişə belə qalacağıq? Bizim qismətimizə belə səriştəsiz klub idarəçiliyi yazılıb?!!!

    Neçə ildir ki, guclu kamandaya həsrət qalan insanlar səbirsizliklə yenə o gunlərin dönəcəkləri günü gözləyirlər….Azarkeşlər səriştəsi bilinməyən rəhbərliyin tam istefasini və kökundən yeni yaradilan professional heyəti gözləyirlər.Lakin istefa mədəniyyəti hələ ki, bizlərdə yoxdur.

    Axi klub rəhbərliyinin istefa mədəniyyəti aşaği səviyyədə yerləşən kəndlərdən baxanda Lerikin uca dağlari qədər əlçatmaz görunur.Lakin əlçatmaz heç nə yoxdur.Əgər dualarimiz CƏNABİ HAQQA gedib çata bilirsə,onda tələbimiz bir gun “Ağ atli oğlan”a da çata bilər.

    Ümidsizlik çıxış yolu deyil və olmayacaq da! Artıq “Ağ atli oğlan” gəlməlidir.

    Yeter azarkeşlərə çektikleriniz! Yeter bu qədər FİFA-dan gələn qadağa! Ey “Xəzər Lənkəran”! Titre ve kəndine dön, bak! Camiyyənə kulak ver! Artık “AYAĞA KALK!”

    P.S. Son olaraq onu bildirmək istəyirəm ki, İnşallah, bir gun “Ağ atli oğlan ” gələr və bununla da azarkeşlərimiz bir daha belə aci gunlər yaşamazlar.
    Zəfər Lerikli.

  7. bu gedenleri niye qiniyirsiz bawa duwmurem rehberliyin minnleti coreyini yemeydense gedib temuz mawinu alacaqlarda birde ki bu gedenler hamisi yanvarda geri qayudar bilesiz. yuz yox milyon faiz emin olun ama bu taktika rehberluyin cox bilmiwliyinden yox bedbexciliyinden ureli gelir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


üç + 7 =