1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

afisa-6543“Xəzər Lənkəran” Premyer Liqanın XI turunda doğma meydanda “Simurq” klubunu qəbul edəcək.

Son iki turun səfər oyunlarından fərqli olaraq noyabr ayının 2-də saat 17:00-da “Fırtınalar meydanı”nda start götürəcək bu qarşılaşma televiziya vasitəsi ilə yayımlanmayacaq. Bununla belə Zaqatala təmsilçisi ilə görüş “Xəzər LənkəranTV” kanalında canlı nümayiş olunacaq. Qeyd edək ki, bir gün əvvəl bu klubların əvəzedici heyətləri üz-üzə gələcəklər. Gənclərin oyunu Lənkəran stadionunun yardımçı meydançasında noyabrın 1-də 14:00-da başlayacaq.

 afisa-6543

 

 

4 Şərh

  1. salam admin bəy,futbola azərkeşlik stajım qırx ildən çoxdur.ovaxtlar bizim sevimli komandamız Neftçi idi komanda ikinci dəfə güclülər dəstəsində 1977-cildən oynamağa başladı və o tarixdən düz 1988-ci iləqədər əsəblərimizi korladı,elə hey süründü Nə isə sözümün canı var indi də XL bizim sağlamlığımız la (əsəb deyilən bir məfhum qalmayıb) həyatımızla oynayır . Bəlkə alnımıza belə yazılıb? Telekanallardan yayıma görə pul istəyir-Əla ! bu peşəkar futbolda bütün dünya üzrə qəbul olunmuş qaydadır. Amma yaddan çıxarmayaq ki,peşəkar klubun stadionunun qazonu ideal olmasa da normal olar Hamida kompyuter hər yerdə internet yoxdur.Birdə ki Lerik Lənkəran deyil Ciblərin ancaq çörəyə yetərli olduğu bir zamanda dağın başından dəniz sahilinə yüyürmək olar amma bu istək hamılıq olsa da gediş hamılıq deyil Ürəyi XL la döyünən hər bir azərkeş oyunu TV -dən izləmək istəyir bəlkə (buna bir az inanıram)sadə azərkeş ahı komandanı *tutub* ? Bəlkə bir halallıq alınsın?Məgər 2010-cu ildə stadionda boş yermi olurdu? Bu hansı peşəkarlığa sığır?
    ***
    Salam. Şərhinizi diqqətlə oxudum. Bir yanğı var bu şərhdə. Çox kövrəldim. Açıq fikirlərinizə görə minnətdaram. İnanmaq istəyirəm ki, nə vaxtsa klub rəhbərliyi teleyaym məsələsini müsbət həll edəcək.

  2. Biz da komandamiza oqurlar arzulayiriq.Men ikinci defedir bu saitda yaziram,sovetler vaxtindan komandamiz ikinci liqada oynayandan bela stadionlara gediram,yeni imkan olanda bakiya qebeleye da getmiwam.Ezumuza urek-direk vermek yawinda deyilik,xezer bu guna hec qalmamiwdi.Xezer Lenkaran ortabab komanda kimi qalmalidir.Bu komandanin gunahi deyil inanin mana,Sumqayiti odub tebrik ediram,simurqa uduzmalidi uzaqi hec-heca.Allah ela elasin yazdiqlarim duz cixmasin.Cox bedbin olmuwam,kecan il emim stadiunda insult kecirtdi.Indi coxlari meni tanidi,Xezerimizin en gezel vaxti Rednik ila getdi imkan versalar Rednik ila da qayida biler.

  3. Admin bey menim serhime cavab yazin gorum serhim catir sayita.
    ***
    Bəli çatır.

  4. Axsaminiz xeyir admin bey.sehetiniz necedi hal hazirda?Admin bey komandamiz sukur oz oyununu tapmaga baslayib hele insallah movsum qabagdadi,liderle xal ferqimizde elede cox deyil 4-xa, nese etmek olar.biz daima komandamiza destek olmaliyiq.Simuqla ev oyunuda inaniriqki insallah komandamiz oz azarkesleri onunde ela oyun sergileyerek bizlere qelebe sevincini yasadarlar.amin..haminiza tesekkurler
    ***
    Salam, diqqətinizə görə minnətdaram. Qeyd edim ki, mən də ümid edirəm ki, komanda doğma meydanda sərfəli nətcə qazana biləcək.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


bir + = 8