1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

limamDaha bir futbolçu “Xəzər Lənkəran”la yollarını ayırıb.

Məlumata görə Ruslan Abışov, Vüqar Nadirov, Vaqif Cavadov, Rəşad Eyyubov, Dieqo Souza və Pavel Kapsanın ardınca Limam Seydi də cənub klubunu tərk edib.

Yayda “ağ-yaşıllar”ın düşərgəsinə qoşulan fransalı hücumçu FİFA-nın “Xəzər Lənkəran”a tətbiq etdiyi transfer qadağasının qüvvədə qalmasına görə, cənub təmsilçisi ilə müqavilə imzalaya bilməyib. Bu səbəbdən Lənkəran klubu ilə yolları ayrılan Seydi buna baxmayaraq, karyerasını Azərbaycanda davam etdirəcək. Belə ki, o, Bakı “İnter”i ilə müqavilə imzalayıb.

Bu məlumatı “İnter”in mətbuat xidmətindən də təsdiqləyiblər.

Razılaşmaya əsasən, Seydi qarşıdakı 3 ayı “bankirlər”in heyətində keçirəcək.

MƏNBƏ: Apasport.az

QEYD:Foto Futbolinfo.az saytından götürülüb.

10 Şərh

  1. Hec bir transfer qadaqasi yoxdur olmayib da.Hami maliye cetinliyinda iki klobun pulu qortarmaq bilmir onlari ereb weyxlsri geturub?Azerbaycanin polunu geye sovururlar.Tekca XL-in sponsurudur ki,xaricdan qazanib XL-ucun iwledirdi,ona imkan vermadilar komanda yaratsin,bezdirdilar sponsuru.XL-in yerina avrupada alveri bacaranlar geldi.Onlar her ne edirlar hec kimin cedareti catmaz bir sez desin.

  2. Adminn Pavel Kapsa Hara gedib???

  3. Salam Admin bəy. Ümumiyyətlə “İnter” klubu öz futbolçularinin əksəriyyəti ilə altı aylıq müqavilə imzalayıb. Bunu əsas götürərək ümid etmək olar ki, Limam Seydini qışda yenidən komandamızda görə bilərik.
    ***
    Salam. Ölkə futbolunun hazırki vəziyyətinə ən yaxşı qiyməti bəlkə də Rusca vermək olar: “чемоданное настроение”. belə görünür ki, bütün klublar fəaliyyətini dayandırmağa məqam axtarırlar. Yuxarıdan bunları sıxıb tələb edən olmasa əksər klub sahibləri və ya dəbdə olan sayaq desək “fəxri prezident”lər elə bu gün klubları bağlayıb kənara çəkilərlər. Hazırda futbolçularla qısa müddətli müqavilərlərin imzalanması da bu səbəbdəndir. Özü də ölkə futbolunu təkcə AFFA və PFL pis günə qoymur. Sadəcə bu məmləkətdə yaxşı nəyinsə olması özü qəribə bir şeydir, futbolu eynən. “Odlar yurdu, cəhənnəmə hazırlıq mərhələsi keçən insanların məkanıdır” deməkdən ehtiyat edib fikirlərimi dədə babadan qalma sadə “üç nöqtə” ilə bitirirəm…
    (Ölkə futboluna ən yaxşı münasibət əlbəttə belə olardı: “Kül belə futbolun başına”. Amma deməyə də adamın dili gəlmir; qələvi tərkibli külün daha təmiz olması imkan vermir)
    Qaldı Seydinin qayıtmaq ehtimalına, qeyd edim ki, şəxsən mənim üçün onun və o biri gedən futbolçuların geri qayıtması “get qayıt” olan gəlinləri xatırladır. Yəqin ki, daha yaxşı olardı heç qayıtmasın.

  4. Hormetli Rehman bey, Komandanin bu gune qalmagi REDNIKIN qovulmagindan sonra bas verib… Idare heyyetinin sehvi ucbatindan XL-bu gune qaldi… Amma biz Lenkeranlilar isteyirdik ki komandanin guclu vaxtinda 2-3 Lenkeranli oyuncu olsun, tebiiki hec bir azerkes tecrubesi az olan yerli usaqlardan ibaret olmasini istemez.. Yenede gunah XL-rehberliyindedir…

  5. Salam. Artıq Seydinin getməyi bu anlama gəlir ki, qış transfer pəncərəsi açılana qədər elə bu heyyət oynayacaq. GAS-dan da bir şey çıxmadı. Qoy Xəzər Lənkəranda yerlilər oynasın. Bunun arzusunda olanlar çox idi, indi fəxrlə bu oyunçuları izləyib qələbələrə ruhlandırarlar.

  6. HANI O BAR BAR BAĞIRANLAR , TRANSFER PƏNCƏRƏSİ BAĞLANAN KİMİ BİZ İSTƏDİYİMİZ QƏDƏR AZAD TRANSFERLƏR EDƏCƏYİK VƏ HEÇ NƏYİ VECİMİZƏDƏ ALMAYACAĞIQ BƏYƏNATINI VERƏN ŞƏXSLƏR . SİZLƏR NƏ QƏDƏR TUPOY VƏ BƏDBƏXTSİZ Kİ , BU DÜŞÜNCƏLƏRLƏ YAŞAYIRSINIZ .AFFA İDARƏÇİLİYİ GÖRÜN NƏ GÜNDƏDİR Kİ , TUYQUN NADİROVA VƏZİFƏDƏ VERİRLƏR .
    MƏN DEYƏRDİM Kİ , HƏR ADDIM BU GÜNKİ GÜNDƏ XƏZƏR LƏNKƏRANIN XEYRİNƏDİR . BƏLİ BƏLİ TUYQUNUN İDARƏÇİLİYİ PİS VƏZİYYƏTDƏ , YARARSIZ VÜQAR ,VAQİF ,RUSLANLAR GETDİ , GƏNCLƏRİMİZ BİR AZ COX OYNAMAQ İMKANI QAZANDILAR .ARTIQ HANSI GƏNCLƏRİMİZİN ƏSAS HEYƏTƏ LAYİQ OLMASIDA YAVAŞ YAVAŞ ÜZƏ ÇIXIR . DALINA ALLAH KƏRİMDİR !

  7. SALAM Admin. Bunu da Vaqif kimi icarəyə veriliblər?ya muqaviləni pozunlar
    ***
    Salam. Dəqiq bilinmir, yəqin yaxın günlərdə məlum olar.

  8. yeniden qayidacaq??
    ***
    Dəqiq məlum deyil.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ iki = 10