1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

ctrus-1Elbrus Məmmədov vəzifəsindən istefa verib.

Premyer Liqanın 33-cü turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” (0:3) matçından sonra komandanın baş məşqçisi Elbrus Məmmədov klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Məmmədovun ərizəsi klub tərəfindən qəbul edilib.

Qeyd edək ki, Elbrus Məmmədov 2012-ci ildə “Xəzər Lənkəran”ın əvəzedi heyətinin baş məşqçisi təyin olunmuşdu. Gənc futbolçularla güclü komanda yaratmağı bacarmış və klubun bir çox yetirməsinin əsas komandaya qədər yüksəlməsində pay sahibi olmuş Məmmədov 2015-ci ilin yanvar-may aylarında, həmçinin 2016-cı ilin yanvar ayından bugünədək əsas komandanın baş məşqçisi qismində çalışdı.

“Xəzər Lənkəran” Futbol Klubu Elbrus Məmmədova geridə qalan illər ərzində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirir, mütəxəssisə məşqçilik karyerasında yüksəlişlər və davamlı nailiyyətlər arzulayır!

Qeyd edək ki, əsas komandanın baş məşqçisi funksiyasını mövsümün sonuna qədər əvəzedici heyətin baş məşqçisi Ağadadaş Həmidov yerinə yetirəcək.

MƏNBƏ: lankaranfc.com

4 Şərh

  1. Deyirəm Elburus M.-un istefasını tələb etənlər(özlərinə üyğun urfatsız bir şəkildə) niyə susublar görəsən? Yazın baxaq ki, sevincinizi necə ifadə edirsiniz. Axı bu “qələbə”nizdir.

    • Salam.Şərhinizə biganə qala bilmədiyimdən fikirlərimi yaziram.Gələn kim olursa olsun, istər lənkəranli olsun ya lerikli və ya gedən Qubali olsun ya Qusarli!.Fərqi yoxdur.Məşqçinin kimliyindən və ya əcnəbi olmasindan asili olmayaraq məğlubiyyətin kökünü “XL”-nin rəhbərliyində tapa bilməyənlər həmişə palan döyəcəklər.Və maraqlarinin təminatçisini məşqçilərdə axtarib və onlari suçlayarlar.Axi klubun siyasəti belə hesablanib amma Y.H. bu oyunlarda bişdiyindən ,onu aldatmaq klub siyasətçilərin ağilinin xaricində olduğundan və bunu bacara bilmədiyiklərindən başqa cür zənn edənlər də bir gün susmali olacaqlar.İndi bütün təpkilər “Böyük bəy!”-ədir.Nüfüzünun cənubda itməyi artiq “onlarin” problemləridir.

  2. rehman says:

    BU KOMANDANIN DAGILACAĞINA HEC BİR ŞÜBHE YERİ QALMAYIB. BAŞ VERENNERDE BU UZU QARA REHBERRİYİN CENUBLULARDAN SANKI BIR İNTİQAM ALMASINA OXŞIYIR. BUNUN BUNUN NEYİN İNTİQAMİ YADA NEYE GÖRE BAŞ VERDİYİ DE COX KECMEZ ÜZE CIXAR. CÜNKİ …….. VE ……. YALNIZ 40 GÜN GİZLETMEK OLUR.

  3. Elbrus muəllimə təşəkkur edirəm.Yaziq oldu ona…. “XL”-nin səriştəsiz rəhbərliyi Elbrus Məmmədovu bayraq edib çox oyunçulari yandirdi və hədəfdə Elbrus Məmmədov qaldi.O da belə getdi amma problemlər yenə qaldi.

rehman üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz − = 3