11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Mircea-Rednic_KAA-Gent-580x320Bir, iki nəfəri çıxmaq şərti ilə, bütün ”Xəzər Lənkəran” azarkeşlərinin qəlbində öz böyüklüyü və dahiliyi ilə ömürlük isti taxt quraraq, onların komandaları ilə unudulmaz tarix yazmış rumıniyalı böyük futbol mütəxəssisi Mirça Rednik, onu sevənlərə, bu sevginin boş yerə olmadığını dir daha, bir daha isbatlamaqdadır. Komandamızdan ayrıldıqdan sonra, bir müddət istirahət edib, daha sonra vətəni Rumıniyada qısa müddətdə iki klub çalışdırmağının ardından, bir vaxtlar futbolçusu olduğu Belçikanın “Standard” Liege klubundan təklif aldı. Bu dəfə futbolçu kimi yox, futbolçuları təlim edən bir baş məşqçi rolunda.

“Standard” Liege klubu ona doğma idi və o, bu doğma klubun sükanını idarə etməli idi. Son on il ərzində, onun qəbul etdiyi “Standard” Liege heç də əvvəlki əzəmətində deyildi. Belçika kimi futbolu çox öndə olan bir ölkədə vaxtı ilə “Standard”, “Bryugge” və “Anderlext” ilə bərabər ölkənin aparıcı komandası idi. Mirça Redniki dəvət edərkən isə artıq neçə illər idi ki, bu aparıcılıqdan qopmuşdu. Hətta özündən başqa aparıcılıq mənasında adlarını çəkdiyimiz komandalara “Genk” Rasing, “Zulte-Varegem” kimi yeni lokomotivlər qoşulsa da “Standard” Liege geridə qalır, sanki iddiasını belə itirmişdi. Bütün bunlara baxmayaraq, Mirça Rednik gələn təklifə yox demədi. Çünki o işini bir professional və nikbin adam kimi sevir və komandanı qısa müddətdə bataqlıqdan çıxaracağına əmin idi.

Özünə inanan bir mütəxəssis üçün, doğrudan da bu çətin olmadı. Sönük “Standard”ı mövsümün ortalarında 8-ci yerdə qəbul edən Mirça Rednik, elə ilk oyununa iki gün sonra çıxdı. Rəqib isə mövsümün ortalarında, ilk pillənin sahibi və yeganə məğlubiyyət yaşamayan komandası “Genk” Rasing idi. Rednik ilk oyununu bu çətin və səfər imtahanı ilə verməli idi. İki günə, sınmış “Standard”ı bu əjdahanın qarşısına, özü də səfərdə çıxaran dahi Rednik, komandasını necə kökləmişdisə, mövsüm boyu məğlub olmayan “Genk”i iki cavabsız topla, özü də rəqib meydanında bacarmışdı. Rednik bunu köməkçiləri Mihay Teja və Ciovanni Melkiore ilə birgə etmişdi ki, “Xəzər Lənkəran” azarkeşləri bu heyəti çox yaxşı tanıyır. Ötən mövsümdə daha sonra öz komandasını quran dahi məşqçi daha kimləri yenmədi ki. Bütün Belçikanı lərzəyə gətirən Rednik, artıq məğlubedilməz bir “Standard” formalaşdırmışdı ki, bu dəfə komandanın quşbeyin prezidenti Duşelet hikkəsini yeritdi. Azərbaycandakı kimi haqsızlığa və qısqanclığa  məruz qalan Rednik, bu dəfə də əyilmədi və hazırladığı “maşını”  onlara buraxıb çıxıb getməyi üstün tutdu.

İllərdir çox geri düşən “Standard”ı Rednik elə bir səviyyəyə qaldırmışdı ki, komanda necə deyərlər artıq rels üstə idi və “Xəzər Lənkəran”dakı kimi lap Biçər də “Standard”ın başına ondan sonra keçsə idi, növbəti mövsümü çoxlarına baş ağrısı olardı. Eynən belə də oldu. “Standard” hazır maşın kimi bu mövsüm böyük start sürəti götürdü və davam elədi. Aşağıdakı şəklin üzərinə klik edib həqiqi ölçüsündə bax.

 Belcika_Tur_cedveli 

Turnir cədvəlindən göründüyü kimi Rednikdən qalma hazır maşın olan “Standard” böyük xal fərqi ilə öndədir. Mövsümdə maraqlı hal baş verəcəkdi. Belçika Jupiler Liqasına öz “Standard”ını bəxş edən dahi bu liqadan bir müddətlik getsə də o yenə qayıdacaqdı… O, QAYITDI! Bu dəfə başqa bir komanda ilə. Uzun illər mıvqelərini itirmiş bir komanda var idi bu liqada. Bu komanda KAA “Gent” klubu idi. Bu komandanı da 8-ci yerdə qəbul edən dahi Rednikin əlində çox zəif, ruhsuz bir komanda var idi. Rəqibin qapı həndəvərinə yaxınlaşa bilməyən bir komanda. Bu zavallı komandanı qəbul edən Rednik, transffer dönəmində ona azca əl gəzdirə bildi. Qış fasiləsindən sonra artıq başqa keyfiyyət alan yeni komandası ilə hələ məğlubiyyət acısı yaşamayan Redniki irəlidə böyük sınaq gözləyirdi. Ötənilki komandası “Standard”a qarşı səfərdə oynayacaqdı, dahi. Oyun öncəsi komandaların fərqi belə idi:

Klub: Satandard Liege Heyət: 25-futbolçu Ümumi dəyər: 59.000.000 €

Göründüyü kimi “Standard”ın futbolçularının ümumi qiyməti təxminən 60 milyon avroya bərabərdir. Amma Rednikin indiki komandası olan KAA “Gent”in futbolçularının ümumi qiyməti 28 milyon avrodan bir qədər çoxdur.

Klub: KAA Gent   Heyət: 28 futbolçu  Ümumi dəyər: 28.300.000€

Təxminən üç dəfəyə yaxın zəif bir heyətlə, köhnə və haqsızlıqla üzləşdiyi komandası olan “Standard”a qarşı, özü də səfərdə döyüşməli idi. Bu çox zəif bir güclə, haqsızlığa qarşı mübarizə idi ki, 23. 02. 2014 tarixində sınanacaqdı. Buna qədər isə Rednik çox uğurlu bir qrafik cızıb gəlmişdi.

Kaa-GentTeqvim

KAA “Gent”in maliyyə imkanlarının çərçivəsində üç dəfəyə yaxın zəif bir heyətlə rəqibin qarşısına çıxacaqdı, Rednik. Bu rəqib meydanında çox böyük savaş idi. Bu haqsızlığa qarşı, haqqın savaşıydı. Bu oyundan videogörüntülər təqdim etməklə, biz dahi Mirça Rednikin haqq savaşını necə qazandığını görəcəyik.

http://www.youtube.com/watch?v=-E0qdtfG5ew

Üç dəfəyə yaxın kiçik bir büdcə ilə, səfərdə haqqını sübut edən Mirça Rednikə doğrudan da dahi deyə bilərik. Haqq və ədalət hissi o qədər güclüdür ki, bunu haqq və ədalət tərəfində olan insanlar bilir və bunu qazanmaq gücünə sahib olur. Qoy, kol dibindən çıxıb sənə “qaraçı” deyənlər də bunu görsün! Və yenə kol dibində yatsınlar! Axı onlar başqa nə bilirlər ki…

Bir də onu da qeyd edək ki, Mirça Rednik “Standard”ın başında olan zaman, indiki komandasını, həmin bu KAA “Gent”i 7:0 məğlub etmişdi. Bu dəfə isə KAA “Gent” qazandı. Çünki bu dəfə dahi Rednik KAA “Gent”in sərkərdəsi idi!…

MƏNBƏ: Bosman.az

21 Şərh

  1. Bu meqaleni Xezer Lenkaranin bacariqsiz,sevi….siz,duwuncesiz yerli rehberleri oxusa yaxwi olar.Belke vicdanlari oyanar ve xecalet hissi kecirerler.Amma inanmiram.Rednik kimi dahi insanin qedrini bilmeyenlerde vicdan ne gezir.Bunlari Lenkaranin adi yox,pul maraqlandirir.Xl azerkewlerinin hormetine gelince bu hem de bizlerin gunahidir.Milyonlarin qarwisinda Guloqlan cinayet toredir biz birlewib etirazimizi bildirmirik,azerkewlerimiz haqsiz yere hebs olunur susuruq.En azindan bize dost olan fanklublarla daniwib butun oyunlari boykot edib birlikde olke futbolunda baw veren iyrencliklere qarwi mubarize apara bilerdik,bunu da bacarmiriq.Tessuf!

  2. Cavid Dadashov says:

    Rednik butun Azerbaycan futbolunu lerzeye saldi….ve sonunu hami bilir.

  3. Rednik dahidir rednik tekrarolunmazdir, baxmayaeaq ki ancaq kubok qazandirib Xezere onun dovrunde xezerin adi gelende komandalar lerzeye gelirdi indi ise istenilen komanda xesere 3-xali paylaya paylaya geden komanda kimi baxir…. eger rednikin qarwisini iyrenc insana yarawmayan hereketlerle almasaydilar xezer 8–5 tur qalmiw cempionlugunu qeyd ederdi bunu hec bir klub heleindiye kimi ede bilmeyib butun destklere baxmayaraq hec Neftcide bunu bacarmayib!!!! hec kim unutmasin xezer 1-ci yerde gedende 2- ci yerde geden komandadan 12 yoxsa 14 xal qabaqda idi bu bir realliqdi bunu unutmaq olmaz!!!

  4. Hormetli Islam muellim sizden gozlemezdim.Bundan sonra sizin saytda hec vaxt serh yazmaram.Insallah bizim komanda yaranacaq onda siznen goruserik ve sohbet ederik.

    • Hörmətli Bəhram qardaş!.Sizin “Xəzər Lənkəran” kamandasini nə qədər sevdiyini bilirəm.Bunu ən azindan əvvəlki şərhləridədə görmuşəm.Məsələ burasindadir ki, hər bir azarkeş öz təxəyyulu və dərketmə qabiliyyəti ilə futbola qiymət verir və elədə sevir.Azarkeş var ki ,yalniz kamandanin uğurunu duşunur və necə oynamağindan asili olmayaraq qələbəni bayram edir.Azarkeşdə var ki ,yalniz futbolun uzdə olani ilə deyil, onun qaranliq səhifələrinə nufuz edə bilir.Mən həmişə demişəm və yenədə deyirəm: Xoş o azarkeşin halina ki futbolu ancaq meydanda qiymətləndirir və meydandan kənar pərdənin o uzu ilə maraqlanmir.Cox təssuf ki ,bu xoşbəxtliyin birincisində deyiləm amma sizi başa duşurəm.Siz yenə “XL”-ni sevin və şərhlərinizədə davam edin.Biz “XL”-ni sevəndə nə lerikli nədə Masalidan olmağinin fərqində deyildik.İnşallah Masallidada futbol kamandasi yaranar və harda olmağimizdan asili olmayaraq biz yenə o kamandalari sevərik.

      Rednik məsələsi biraz başqa curdur.Redniki istəyənlər sirasinda biridə mənəm.Siz hec Rednik barədə duşunməyin.Rednik bir əfsanə idi.gözəl mutəxəssis və sadə insan idi.”Bosman” sayti həqiqətləri deyir,yazir.Cunki realliqlari gizlətmək olmur. S,VURĞUN demişkən :

      Gunəşi örtsədə qara buludlar,
      Yenə gunəş kimi əzəməti var.

  5. Halal olsun sene Rednik!

  6. Rednike olan sevgi tunkenmezdi tekce onun yaxwi mewqci olduqu ucun deyil hemde o cox gozel insndi kaw o ne vaxsa yeniden xezere doneydi

  7. salam Admin.men bir seyi basa dusmirem,Rednikin neyine dahi deyirler.Hemen Rednik xezer ucun ne edib-vur tut bir kubok.Pisiklerin dostu olan birini bu qeder sisirtmek lazim deyil.Tarixe baxsaq Aqaselim cox is gorub neinki,Rednik.Musalmanlarin bir xasiyyeti var,basqasinin caqqalini sir edirler,ozunun sirini sir etmirler.Haminizdan xahis edirem REdnik haqqinda daha yazmayin o,qaldi kecmisde.Bir seyide deyim ki,Rednikin vaxtinda Azerbaycanda komandalar indiki kimi guclu deyildiler.Bu Bosmanin yazdigi bu meqale yersizdir,deyerdimki,anti Xezerdir.Xezer severlere pis tesir ede biler.Eger basqa fikiriz varsa aciq yazin bizde bilek.
    ***
    Salam. İddianıza görə “Bosman” “anti Xezerdir”. Onda biz də bəyan edirik ki, əgər “Bosman” Anti Xəzərdirsə onda biz də AntiXəzərik.

    • Qabil 25.02.2014 (Edit)
      Biçər gəldi, Rednik getdi, nə dəyişdi?
      Yunis itdi, Bakes bitdi, nə dəyişdi?
      Bizi Toşak peşman etdi, nə dəyişdi?
      Onlar Rednik sevgisini bilə bilməz!
      O sevgini ürəklərdən silə bilməz!

      DOKTOR! Sizə güvənib riskə getdim və fikrim şerlə belə alındı.
      *****
      “Getdi”, “bitdi”, “etdi” dediz, nəsə dəyişməliydi ki?
      Biçər, Yunis, Bakes nə ibrətti?-dediz, nəsə dəyişməliydi ki?
      Cənab Toşak gəldi, nə söhbətti?-dediz, nəsə dəyişməliydi ki?
      Dəyişməyən oldu, çünki əsl insan xislətini fani şeylə silə bilməz!
      O, Rednikdir! Ona olan qarşılıqlı sevgimizi cahil insan, bilə bilməz!

  8. mehman 72 says:

    Redniki sigan adlandiran ramiz musayev bu megaleni yani oxumur,

  9. Qardadar Lenkarana bir mesqci gelib bir daha eleside gelmez oda Mirca R
    Rednikdir

  10. Salam Admin,,necasiz?Men her defe axirinci Azal-Xezer.L oyununda axirinci daqiqada Eliyarin verdiyi penalti fraqementina baxanda duz ureyim agrayir,,,axi orda penalti yoxdurrrrrr,,niye klub resmleri bu haqda fikirlewmirler,,niye seslerini cixartmirlar,,niye???? Xezer komandasini minib capirlar,,niye agizlarina su alib dinmirler?
    ***
    Klub rəhbərliyi bizdən fərqli olaraq vəziyyətdən tam agahdır yəqin. Yəqin ki, onlar bilirlər ki, bu tamamilə mənasızdır. O ki qaldı biz azarkeşlərə, biz, “Xəzər Lənkəran” azarkeşləri Azərbaycan futbol ictimaiyyətinin gözündə qarışqa qədər hörmətsizik.

  11. Salam ADMİN qardaş! Bir anlıq arxaya boylanıb baxanda yalnız bu fikrin üzərində düşünməli oluram. M.Rednikin vaxtsız göndərilməsi bu keçən illərdə “Xəzər Lənkəran”a nə verdi ki? Kimlər gəldi, kimlər getdi, çi fayda?
    Rednik hansı klubda işləməyindən asılı olmayaraq, həqiqətən dahidir. O dahiliyin çoxdan sübut edib.

  12. Rednikə torba tikənlər heç vaxt çörək,hörmət,rahatlığ tapmayacaqlar.O “insanlar” 2-3 ilə futboldan silinəcəklər,onları ancaq Redniklə yada salacaqlar.Görəsən onların uşaqları nə fikirləşərlər öz ataları haqqında..???

  13. REDNIK XEZER LENKARA TARIXININ EN SANLI SEHIFASIDIR, ONA GÖREDE HEC ZAMAN UNUDULMAYACAQ.

  14. heyatda 3 seye sevinerem 2 si sexsdi birde Rednkin xezere qaydilmasina kash o gunler tez bir zamanda olaydi Rednik qaydaydi xezere

  15. heyqide o undlmaz sexsdi Xezere onu kimi bash meshqci gelmyib o heyqde dahidi Allah ona can salgi versin ve uzun omur o heyatda her sheye laiq olmaldi cunki Xezer Lenkaranilarin ureyinde yashayir hec bir bash meshqcnin ede bilmedyin Rednik edib hem fanatlarcin hemde fudbolcularmcin

  16. Rednik gatirdiji ojuncular kejfijatli idi. Admin baj Melkiore hala komandadadir? qis fasilasinda onunda gedacaji dejilirdi
    ***
    Açığı oun gedəcəyi haqqında heç nə eşitməmişəm.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 7 = onaltı