10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

sual-345 “Xəzər Lənkəran” Premyer Liqanın XXIV turunda doğma meydanda “Bakı” klubu üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

 “Xəzər Lənkəran” matçın 9-cu dəqiqəsində hesabı açmış, 23-cü dəqiqədə isə paytaxt təmsilçisi cavab topunu vurmuşdu. Lakin hakim  ofsaytdan vurulduğunu bildirərək qonaqların qolunu qeydə almamışdır. Belədə “zolaqlılar” yalnız 42-ci dəqiqədə hesabı bərabərləşdirə bilmişlər. Matçın 79-cu dəqiqəsində isə yekun nəticəni müəyyənləşdirən qol “Bakı”nın  qapısına vurulmuş və beləliklə də meydan sahibi olan “Xəzər Lənkəran”ın qələbəsi rəsmiləşmişdi.  

Oyundan sonra mətbuatda həmin hesaba alınmayan qolun videogörüntüsü və mövzu ətrafında müxtəlif söz-söhbətlər yayılmaqdadır. Həmin  söhbətlərdə qolun qaydalar çərçivəsində vurulduğu və hakimlərin yanlış qərar verdiyi iddia edilir.

Videogörüntüyə qısaca şərh verərkən qeyd etmək lazımdır ki, adətən belə epizodlarda hakimlər qolu qeydə alırlar. Dəfələrlə ölkə çempionatında belə hallarla üzləşmişik. Güman edilə bilər ki, hakimlərə “Xəzər Lənkəran”ı çox da “sıxmamaq” (təzyiq göstərməmək) tapşırığı verilib. Hər halda illər öncə komandamızın oyunlarında buna bənzər epziodlarda tam ayrı qərarlar verildiyi faktdır. Axı heç kəs untumayıb ki, əzəmətli və iddialı “Xəzər Lənkəran”ın qapısına ofsaytdan (hətta bir metr ofsaytdan belə) qol vurulanda hesaba alınır və əksinə “Xəzər Lənkəran”ın rəqib qapılarına vurduğu təmiz qollar min bir bəhanələrlə  sayılmırdı. “Xəzər Lənkəran”ın ölkə çempionatı və kubok yarışmasındakı 10-illik çıxışını gözəyarı analiz edərkən cari mövsümün ikinci yarısında futbol qurumlarının komandamıza qarşı daha mülayim davranışı sezilməyə bilmir. Təbii ki, bu da gəncləşdirmə siyasəti ilə iddiası azalmış komandamızın zəif çıxışı, azarkeşlərimizin əksərinin isə futbola maraq göstərməməsinə görədir. Artıq futbol qurumları da anlayırlar ki, “Xəzər Lənkəran”sız ölkədə futbola maraq yoxdur. Yəqin elə bu səbəbdən də daha ehtiyatlı davranmaq məcburiyyətindədirlər.  

Sonda əlavə edək ki, “Bakı” ilə oyundakı sözü gedən epziodun üzərindən sakitcə keçmək olardı. Amma belə bir hərəkət bizə  yaraşmazdı. Çünki biz həmişə ədalətsevərliyimizlə seçilmişik. 

11 Şərh

  1. ne komek?!.hakim 3-cu deqiqede Bakinin petlebas oyuncusuna (Georgios Pelagias) qirmizi verseydi oyun tamam basqa cur olardi.ora yaxin oturmusdum duz gozumun qabaginda oldu.100% qirmizi idi.oyuncu ozu de qirmizi gozduyurdu.ne oldu bes hakim sari verdi?.onlar bize hec vaxt komek elemezler hec bize lazim da deyil kisi kimi duz idare elesinler.daha Rednikin vaxtindaki kimi dusmencilik elemesinler

  2. Salam Alleykum!
    Hormetli inzibatci, bu kadrlarda hakim sehvi daha aydin gorunur. Yene tekrar edirem-hakim sehvi. Men inanmiram ki, bu hadise hakimlerin bize hormeti olar. Sadece hakimlerimiz seviyyesi bu qederdir. Ona gore ne FIFA ne de UEFA bizim hakimlere ciddi oyun etibar etmir. Bu gunku oyunda teeccublendirici hal o idiki hakimler az sehv etdi.

  3. Eh. Admin bir qələbəmiz var, onunla işiniz olmasın. Qoy bunun şirinliyini yaşayaq.

  4. Fərhad says:

    Yox, mən düşünmürəm ki, komandamıza qarşı daha mülayim davranış başlayıb və futbol qurumları daha ehtiyatlı davranmaq məcburiyyətindədirlər. Əvvəla hakimin qərarları bugünkü oyun ərzində bizə əsas vermir ki, bu fikirlərlə razılaşaq. Əgər sizin fikirlərinizlə razılaşsaq, onda 91-ci dəqiqədə kifayət qədər mübahisəli vəziyyətdə komandanın əsas vuran ayağı Ağabala Ramazanova qırmızı vərəq göstərərək, onu növbəti oyunda oynamaq imkanından məhrum etməzdilər. Bəli, qolun düzgün vurulmasına şübhə yoxdur, amma nəzərdən qaçırmaq olmaz ki, belə vəziyyətlərdə hakimin qərarı 50-nin 50-yə olur və adətən hakimi belə hallarda cəzalandırmırlar. Bir də ki, belə vəziyyətlərdə yekun qərarı verdikdə epizoda dinamikada baxırlar, 10-15 dəfə təkrardan sonra yox. Digər tərəfdən, komandanın hazırkı durumu elədir ki, ona heç kənardan kömək də lazım deyil, çempionluğu itirmək qorxusu yox, Avroliqaya düşmək imkanı yox, aşağı liqaya yuvarlanmaq istəsələr də, buna imkan verilmiyəcəklər. Odur ki, deyəndə komandamıza qarşı daha mülayim davranış başlayıb, mənə elə gəlir ki, futbol qurumlarının komandaya olan münasibətini bir qədər şişirdirsiz.

  5. Salam. Hadisələrə insafla, doğru-düzgün qiymət vermək ALLAHI tanımaq, imanlı olmaq anlamına gəlir. Ancaq bizə saysız-hesabsız haqsızlıqlar olunanda, 100%-lik qolumuz sayılmayanda, rəqib qapısına vurulmali penaltilər verilməyib, ancaq qapımıza olmayan penaltilər veriləndə rəqib azarkeşlərdən bizimkilər kimi etiralar olub ???
    ***
    Gəlin razılaşaq ki, onlar öz əməllərinə görə cavab verəcəklər, biz də öz əməllərimizə görə.

  6. Qol qaydalar cercivesindedir.Amma mence burda hakimin hansisa qerezliliyinden sohbet gede bilmez.Cunki eslinde cox cetin epizod idi.Men komputer arxasindan hetta yavasidilmiw tekrara bir nece defe baxaraq qerarimi vere bildim.Yan xett hakiminin guahimi yumaq fikrim yoxdu,amma bele sehvlere gore avropa futbolunda hakimleri o qeder de qinamirlar.Cunki bu epizoda ne qeder qol deyen olursa bir o qeder de ofyast deye tapilar

  7. 555 FORD says:

    YADDA SAXLAYIN XƏZƏR LƏNKƏRANIN ÖLÜSÜNƏ YA DİRİSİNƏ HEÇ VAXT HÖRMƏT OLUNMAYACAQ . HÖRMƏT NƏDİR !

  8. Kecmiw azarkew says:

    Hakim bayragi qaldirdi ve bizimkiler dayandilar. Baki bow qapiya qol vurdu. Boyutmeyin yeri yoxdur

  9. Burda basha dushmemeli ne var ki?? Affa-Pfl -a cokmush Xezer Lenkaran lazimdir buda onlarda alindi. Sadece guya musbet cest edirlar

  10. Məncə qol epizod elə bir vəziyyətdədir ki, hakim qolu qeydə ala da bilərdi, almayada. Canlı izlədiyim epizodu dəqiq görməsəm də hakimin fitindən 5-10 saniyə əvvəl yan xətt hakimi bayrağını qaldirmişdı. Eyniylə elə oxşar hallarda bir-iki dəfə də Ağabala oyundankənar vəziyyətə düşdü.

  11. Zəfər Lerikli says:

    Bəli.Artiq ölkə futbolu çökub.”Xəzər lənkəran”siz çempianatin dadi-duzu qaçib.Stadionlar boşalib, futbola maraq görunməmiş dərəcədə aşaği duşub.
    “Baki”-nin qolu təmiz qoldur.Dəfələrlə izlədim.Lakin bu qol məni təccubləndirdi: Əcaba, kulək ha yandan əsir?.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 6 = yeddi