1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerPremyer Liqanın 7-ci turunun son oyunu Qəbələdə baş tutub.

“Qəbələ” – “Xəzər Lənkəran” görüşü 1:1 hesabı ilə yekunlaşıb. Matçsonrası təşkil olunan mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin səfər heç-heçəsinə belə şərh verib:

 “7-ci oyunumuzu keçirdik. Bu müddət ərzində problemlərimiz eynidir. Yaxşı hücumlar qurur, oyuna nəzarət edirik. Amma çox adi bir epizodda qol buraxırıq. Mən futbolçularımdan razı qaldım. Komanda məğlub duruma düşsə də,  sonra toparlandı, qol vurdu. 2 xal itirdiyimiz üçün narahatam. Bunun fonunda mübarizədən qopmayan oyunçularımı təbrik edirəm. Konkret olaraq, ad çəkmək istəmirəm. Lakin məlumdur ki, heyətdə yer alan bəzi futbolçular öz potensialından aşağı səviyyədə çıxış etdilər. Düşünürəm ki, milli üzvləri  bu fasilədən sonra özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Xüsusən də, qol nöqtələrində daha bacarıqlı olmalıyıq. Oyunçuların mübarizəsindən razıyam, sadəcə oyun baxımından çatışmazlıqlarımız var”.

******

9 Şərh

  1. Catinin adini cakmak ismadiji bazi ojuncular hamija malumdur. Rauf, Rasim zaif cixis edirlar. Rasim Ramaldanov kecan movsumdan usaq sahflari ila jadda qalir. Hejatda Rasimi avazlaja bilacak ouncu var amma Oguz Catin halada onu asas hejatda buraxir. manca Blaseviskini Raufun janinda jada tak hucumcu kimi ojnatmaq olar. sadaca Catinin buna curati catmir.

  2. Admin bey onlar futbolu biz azarkesler ucun oynayirlar.axi bizim eseblerimiz tarama cekilir.oyuncular oynadi getdi oz isleri ile mesgul olmag.qoy canlari cixsin oz Lenkeranimizda mesq etsinler,onlar Bakiya cox pis verdis etdiler.Onlara Bakida gezmek bele haramdi.Okuz Cetinin Emil 917 qardas duz buyurur qizildan heykeli qoyulmalidi.onu meseye odun yigmaga aparmaq lazimdi,eger onuda bacararsa.

  3. Salam sabahlariniz xeyir.ezizlerim Okiuz Cetinin yerine Yunis bey bas mesqci olds daha ela olardi.admin bey sizde gordunuz Yunis beyin Okuz beyden daha heyecanli idi?tesekkur edirem.
    ***
    Salam, sabahınız xeyirli olsun. Qoy özləri həll etsinlər, kimi baş məşqçi təyin edirlər etsinlər, daha qarışan deyilik. Biz zamanında düzgün yol göstərmişdik, amma bu düzgün yol lazım olmamışdı. Dolayısı yollara üstünlük verildi. Ondan sonra artıq məşqçi məsələsində müzakirələr və azca da olsa hər hansı məsuliyyət hissi bizdən getdi.

  4. Oğuz abi deyəndə ki, “Mən futbolçularımdan razı qaldım”, qəribə də olsa mən onunla razılaşıram. Doğrudan da onlar, bir neçəsini (Rauf, Rasim, Ağabala) çixmaqla, bacarıqları çərçivədə can yandıraraq əllərindən (ayaqlarından) gələni əsirgəmirlər. Ancaq o, deyəndə ki, “yaxşı hücumlar qururuq”,- burda mən qəribə hisslər keçirirəm,- ya mənim futbol anlayışım tükənib, ya da bu əmioğlu bizimlə məzələnir. Yaxşı hücum ona deyərlər ki, komanda önəmli kombinasiya qurub cərimə meydancasına girərək qapıya zərbə vursun. Təəssüf ki, bunu biz oyunda görmürük, ən yaxşı halda futbolçular öz ustalığı sayəsində (əgər varsa) bir-iki futbolçunu aldadıb, cərimə meydançasına çatmamış topu itirirlər, bununla da “yaxşı hücum” bitir. Komandanın hücum xəttinə başçılıq edən, millinin ən güclü hücumçusu sayılan Rauf Əliyevin problemi isə artıq başqa söhbətin mövzusudur. Bugünki oyundan sonra, onsuz da azarkeşlər kifayət qədər onun haqqında haqlı olaraq sərt sözlər səsləndirdilər, odur ki, bu söhbəti davam etdirməyə ehtiyac yoxdur və hörmətli inzibatcımızdan xahiş edərdim ki, məni bu xoşagəlməz mövzudan azad edib, Raufun oyununu analiz edərək onun haqqında öz fikirlərini bildirsin. Düzdü, bu, inzibatcımız üçün mən tərəfdən tapşırılan əlavə yükdür, ancaq necə deyərlər, – borclu borclunun sağlığın istər. Rauf Əliyev haqqında yeganə əlavəm odur ki, onu tanıdığım müddətdə hansı klubda oynamasından asılı olmayaraq yalnız millidə az-çox dəyərli oyun göstərməsinin şahidi olmuşam. Vəssalam!
    ***
    Salam. Rauf Əliyev və ya digər yerli hücumçular barədə nəsə yeni söz demək çətindir. Zaur Ramazanovdan sonra hər hansıölkə futbolunda yerli hücumçu yoxdur. Olanları isə qarın qutabında şirin nar giləsinə oxşayır ki, bu da yersiz bir şeydir.

    • Rauf Əliyev,Əfran İsmayilov gələndən sonra Oğuz Tunbətunov Etame Mbillani gözumçixdiya salir.
      İndi Etamenin yerini bu yerli oyunçularimiz verə bilirmi?

      8+9 =inyeddi

  5. Azerbaycanda hal-hazirda Futboldan bir balaca Avropa iyi Qarabag komandasindan gelir.Bu qapsin bir yana .Bu gunku oyunumuz berbad deyildi adamin Allahi var,mesele orasindadir ki futbol oynayanlar zencirvari bir -birina baglidir .Hucum qurulur amma hucum noqtasi berbaddir.Neca defe Raufun shansi oldu amma neticasiz qaldi,niya??? Cunki Rauf formada deyil.Formada olan Mbilla idi onun da pulun vermedilar o da cixib qachdi.Budur realliq.Komanda da yaxshi futbolcular var onlarnan ishlamak cox lazimdir ,amma bu Okuzluk deyil.Yeddi tur kecib ,on besh turda kecsa Yena Okuz hemen havani calacaq xeyri yoxdur .Amma onuda deyim ki her shey Okuzdan asili deyil.Orada neler bash verdiyini bir Allah bilir.

  6. Statikaya gora an cox hucum edan komanda xazardir, amma tasufku son noqtani qoyan yoxdur

  7. Bu biqeyret oguz niye blajeviskini startda braxmirki Formada olan futbolcudu ela oyuncudu Allah raufa lenet etsin o futbolcu deyil Deyqe bawi yerde qalir

  8. Mohterem Oguz bey bundan sonra senin agzini kohne hesirnenede tutmaq olmaz axi seni evzlemenden 1 deqiqe sonra qol vurmusan sene alqiw duwur! ozude nece alqiw. Sen 7 turdan sonra diqqetli olmadigini tapmisansa sene halaldi, senin kimi baw mewqcini gunduz vaxti fenernede gezseq daha taspa bilmerik. Senin kimi mewqcilerin heykelini mutleq qoymaq lazimdir ki her defe stadiona gelene senin xatirlayaq ve sene lenetn yagdiraq! Sen heyasizligin son heddinde durmusan! Utanmadan hele dilinde var daniwmaga? Senin oyunculara oyretdiyin bir wey var cerime meydancamiza yaxinlawan toplara nece geldi ele tepik vurun ki uzaqlawsin, bunuda hele yaxwi bacarmirlar inwallah 14 turdan sonra bunu oyrenecekler….

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


iki + = 7