9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerPremyer Liqasının XIII turunda “Dalğa Arena”da “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib.

Dörd qol və eyni sayda qırmızı vərəqə ilə yadda qalan oyunda qalib müəyyənləşməyib – 2:2. Matç sonrası təşkil olunan mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin komandanın oyununa belə şərh verib:

“Xüsusi bir oyun oldu. Biz buna qədər öz səhvlərimizdən xallar itirmişik. “İnter”lə oyuna qədər qol epizodlarında daha kəsərli idik. Biz bu gün daha şiddətli problemlərlə üzləşdik. Çox rahat qələbə qazana bilərdik. Hesabı 2:1 etdiyimizə görə, 1 qolu da vurmalı və daha rahat oynamalı idik. Mən futbolçularımla çox danışmışdım.  Oyunçularıma demişdim ki, kart almaq olmaz. Tounkara və Əfran İsmayılovun etdiyi hərəkətlər və aldığı qırmızı vərəqələr bağışlanan deyil. Oyunçular bizimdir və bu liqanı bu oyunçularla davam etdirəcəyik. Amma istənilən halda, qərarlar veriləcək. Bu qədər ciddi  çalışmaların fonunda xətalara yer yoxdur. Oyunçular bunu bilsinlər. Mən ciddi şəkildə çalışıram. Peşəkar bir iş görürəm. Amma insan faktorunun önünə keçmək mümkün deyil. Futbolun içində təhqir olmamalıdır. Həm hakimi, həm də futbolçunu təhqir etmək olmaz. Türkiyədə “Fənərbağça” və “Qalatasaray” azarkeşləri necə aqressivdirlərsə, təəssüf ki, Azərbaycanda bu “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında var.  İstərdim ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunları dostluq şəraitində keçsin. Hakimliklə bağlı deyim ki, çox adi epizodlarda qırmızı vərəqə gördük. Mən bu baxımdan hakimləri günahlandırmıram. Düşünürəm ki, oyunda hakim səhvləri oldu. Lakin qırmızı vərəqələri hakim səhvi kimi qələmə verə bilmərəm, nəticədə  hərəkətləri edən bizim futbolçularımız idi”.

2 Şərh

  1. Buyurun bu da Oğuz Cətinin oyuna verdiyi şərh. Mən onun şərhinin belə olacağını da bilirdim. Bu adam özündə cürət tapıb etiraf etməyi yenə də bacarmadı. Yenə bütün günahları oyunçularda bildi. Onun bu sözlərını artıq bir ilə yaxındır eşidirik. O.Çətin baş məşqiçiliyə layiq olmadığının bu günkü oyunla bir daha şahid olquq. Nə qədər günahı oyunçularda görmək olar. 3-4 oyunçunun fərqi ustalığı və səyi nəticəsində qollar vyrylur. lakin müdafiənin uşaq səhflərindən qollar ardıcıl buraxılır. Bu oyunda məşqçi işi sıfır səviyyəsində idi. Heç bir taktika yox, oyunun gedişində dəyişilik edə biməyən məşqçidən nə gözləmək olar. B u adam nəinki baş heç ikinçi məşçiliyə də layiq deyıl. Ondansa diviziondan hər hansı bir məşqçi ondan yaxşı taktlka qura bilər. Bütün oyunlarda oyunçuların cəzalandırılmasından danışır. Bəs görəsən onun günahını görüb onu kim cəzalandıracaq. Allah bizə və komandanın sahibinə səbr versin. Bir də onu xatırlatmaq istəyirəm Azərkeşlərə nəsihət verməkdənsə öz işi ilə məşğul olsun. Ydında saxlasın ki. gələcəkdə belə gözəl sözlərlə onu n özü də rastlaşa bilər.

  2. Tənqidçi says:

    – “Xüsusi bir oyun oldu. Bəs edər bu söz anlayana.Arxasinda deyilən sözlər mənlik deyil.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ bir = 2