1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

şeir…İndi Lənkəranda futbol can verir… (Şe`r) 

 

İdman sağlamlıqdır, bildik, bu sözü,
Şahı isə Futbol, həm onun gözü,
Bu necə sevgiydi, gedərsə, özü…
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Uşaq tək sevinib, şadlanmış idik,
Sevginin oduyla odlanmış idik,
Neçə haqsızlığa biz yanmış idik,
Təəssüf, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Oyunun olan gün tir-tir əsərdik,
Tutub meydan yolun biz tələsərdik,
Sən bir roman idin, bizsə, əsərdik,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Neçə-neçə zirvə fəth eləmişdim,
Sənə şe`r qoşub mədh eləmişdim,
Rəqib dağ idisə, səth eləmişdim,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Bəzən də coşurdun, ani məqamda,
Sanki, gəmi gedir quduz tufanda,
Sahildə duranı tərlə yusan da,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Tanınmış simalar birgə səninlə,
Süleymanov qurdu, Kara abinlə,
Ağa tarix yazdı, Redniki dinlə..,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Toşakla, Dənizli qoca qurd idi,
İstəyi həm meyvə, həm yoqurd idi,
Lənkəran bi müddət ona yurd idi,
İndi Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

İçəridən, çöldən xəyanət gəldi,
O igid qamətin belə incəldi,
Görən xəyanətkar bildi, dincəldi?
Axı, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Necə ayrılaram, içim sızladı,
Yaram sağalmamış onu duzladı,
Ürəyim də dondu, sanki buzladı,
Heyf, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Rəngin ağ-yaşıldı, xatırlayaram,
Məzar otlarına, ağ gül qoyaram,
Mən ağı deməkdən məgər doyaram?!
Bilin, Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Gözlərim də dolub, ürək qübardı,
Söylə, bu “Xəzər”im öləcək yardı?!
Öldüysə, məni də qəbrə apardı,
Dəhşət! Lənkəranda futbol can verir,
Adını tarixə ərməğan verir.

Mirhafiz M. Babayev 18 may 2016.

MƏNBƏ: Bosman.az

7 Şərh

  1. Ağ-yaşıl MÜBARİZənin bitməsi

    “Xəzər Lənkəran”ın düşdüyü durum göz önündədi. Təsvir eləməyə ehtiyac yoxdu. Əsas sual isə budu: “kimdir günahkar”?

    Mən sizə cavabını deyim. Cəmi bir nəfərdi, adı da Mübariz. Soyadı Mənsimov. Klubun sahibi, yiyəsi, hər şeyi…

    Başqa kim olmalıdı ki? Tuyqun Nadirov, Mais Mənsimov və ya digər rəsmilər? Niyə? Onları ora təyin edən, onlara uzun müddət dəstək verən, işlərinə “xub” deyib, razı qalan, etiraz etməyən adam Mübaiz Mənsimovdursa, günahı niyə başqa yerdə axtarırıq ki? Yenə yuxarıdakı yaxşıdı, ətrafı pisdi… Hə?

    Cənub regionu tarixinin ən böyük klubunun əsasını qoyan, onun ən elit səviyyəyə qaldıran Mübariz Mənsimov indi komandanın yanında deyil. Ən böyük qələbələr, uğurlar, populyarlıq zamanı “Xəzər Lənkəran”la yanaşı duran prezidentin sonuncu dəfə klub haqqında danışdığı yadımda deyil. 2013-cü ildə məlum tribuna hadisələri baş verəndən bəri Mənsimov ortada yoxdu. Gücü yalnız qardaşına “Öz başınızın çarəsinə baxın” deməyə, ildə bir dəfə mesaj göndərməyə çatır.

    Səbəblərini bilmirəm. Bəlkə də elə məsələlər var ki, bizə hali deyil. Bəlkə də onu sıxırlar, təzyiq edirlər… Ola bilər. Ancaq vaxtilə göyə qaldırdığı klubu belə gizli, belə hörmətsiz, belə kor-koranə şəkildə yerə vurmasına izah tapmaq mümkün deyil. Varsa, izahı, çıxsın hamıya açıqlasın.

    Təyin etdiyi adamlar onu aldadır? Göndərsin də istefaya, nəyi gözləyir? Şirkətində minlərlə təcrübəli, güvəndiyi türkiyəli tanışları, işçiləri var. Çağırsın, təyin etsin, bütün səlahiyyətləri versin. Təki klub yaşasın! Atası tərk etmiş uşaq gününə qoymasın, “Xəzər Lənkəran”ı. Olmaz, cənab Mənsimov. Belə olmaz.

    İllər boyu tribunaları dolduran, kluba öz dini qədər inanan insanlara qarşı bu haqsızlığı etmək olmaz. Onlar bu münasibətə layiq deyillər. Günahları yalnız klubu sevməkləri, onun qələbə və uğurlarını görməkləri, ən pis günlərində belə yanında olmaqlarıdı.

    Bütün Azərbaycan “Xəzər Lənkəran”ı sizə, sizi də “Xəzər Lənkəran”a görə tanıyıb. Bu camiənin, bu ağ-yaşıl camiənin haqqını vermək sizin mənəvi borcunuzdu. Klub haqda adicə müsahibə vermək, onun arxasında olduğunu deməyinizi beləmi haqq etməyiblər bu insanlar?

    “Gəmi”nin “sükan”ı arxasına yenidən keçməyin vaxtıdı, bəy! Hələ gec deyil… BIZ SENE INANIRIQ CENAB MENSIMOV!!!!!!!!!!!!!!!!!!

  2. Bəyənilsin!

  3. Salam Admin.Tutalım Sabah Mubariz M.komandaya 1 milyon pul yolladı.Hər düzəldi.Amma axı kim zəmanət verir iki yenə bu oyunlar baş verməyəcək. Bütün futbol ictimaiyyəti bilirki Xəzərin bu günə Rəhbərliyin səriştəsizliyi ucbatından düşdü..Məgər bunu Mübariz M.bilmir? Əlbəttə bilir. Yenə sual yaranır. Bilirsə bunun qarşısını niyə almırdı? Və ya niyə almır.
    ***
    Salam. Sizinlə tamamilə razıyam və qeyd edim ki, bu sayaq xeyli suallar var ki, hələ də cavabsız qalıb.

  4. Azərbaycanlı says:

    Təbib nəzmə çəkib əhvalını “Xəzər Lənkəran”ın,
    Görmək istəmir heç bu halını “Xəzər Lənkəran”ın.
    Sevdim “Xəzəri”, Lənkəranındır deyə, mən də, inan,
    Sevmədim dərbədər abdalını “Xəzər Lənkəran”ın.

  5. cox gazal seyirdir sevimli komandamizin bu duruma dusmasi bize cox tesir edir

  6. Əllərinizə sağliq.Lakin unutmayaq ki, həyat davam edirsə onda Lənkəran da futbolsuz qalmaz.

    • Fərhad says:

      Müvəqqəti olaraq Lənkəran futbolsuz da qala bilər, ama “Xəzər Lənkəran”ı bu günə qoyanlar əbədi olaraq Lənkəransız qalacaqlar…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz − = 2