1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkesHansı işin qulpundan yapışırıqsa, hərlənir ki, dayanmır, dolaşır ki, açılmır, əyilir ki, düzəlmir, nəticədə də iş düz gətirmir ki, gətirmir.

Sonra isə məlum olur ki, həmin işə qulp qoyublarmış, biz də o qulpdan yapışıb nə isə etmək istəyirmişik. Bu vəziyyət özünütəkrarda davamlı olduqca əl-qolumuz işdən-gücdən soyuyur. Canımızdan çox istədiyimiz Azərbayanın futbolu da Türk demişkən “aynan öylə” gündədi. Əksər “xəstə”lər futboldan yaman iyrəniblər. Ona görə ki,..

Əvvəllər, yəni 2004-cü ilə qədər Lənkəranda futbola maraq daha çox idi, nəinki indi. Məhz 2004-cü ildən başlayaraq “Xəzər Lənkəran”ın ikinci dəfə canlanması və stadionun yenidən qurulması həmşəhərlilərimin dünya futboluna olan marağını stadionun tribunalarında özünə məkan edən adrenalinli azarkeşlik müstəvisinə daşıdı. Adına “Fırtınalar meydanı” dediyimiz arena keçən illərdə dillər əzbəri olmuşdu, azarkeşlərimizin çılğınlığından hamı danışırdı, mətbuat isə yorulmadan klubdan və azarkeşindən gen-bol yazırdı. Ev oyunlarında və hətta bəzi səfər matçlarında da tribunaları bu azarkeş ordusu doldururdu. Ölkə futbolunda illərlə davam edən məlum hadisələrdən sonra isə bu çılğınlıq söndü, azarkeşlərin sayı da xeyli azaldı. Yəni, 2004-cü ilə qədər olan futbolsevərlərin ümumi sayı azaldı və yəni sadəcə üz çevirdilər bu oyundan. Nəticədə həmin azarkeş ordusundan indi ortada olsa olsa bir iki alay qalır. Əsas kütlə nəinki ölkə futbolundan soyuyub, hətta dünya futboluna da marağı itirib. Səbəb isə qeyd etdiyim kimi, ölkə futboluna “Xəzər Lənkəran” vasitəsi ilə bağlılıq zamanı (daha dəqiq 10-il ərzində) qarşılaşdıqları əcaibliklər olub. Bəli, bəlkə də dünya futbolunun tarixində hələ belə bir hal baş verməmişdi;- azarkeş kimi tanıdığımız minlərlə insan illər ərzində gördüklərinin müqabilində hazırda ümumiyyətlə futbola nifrət edirlər. Deməli onları ölkə futboluna bağlayan, yəni azarkeşlik etdikləri “Xəzər Lənkəran” klubu qulpdur? Nə qədər qəribə olsa da bu belədir. Özünüz qiymət verin, “Neftçi” ağır günlərini yaşayır, “İnter” və “Simurq” klub olaraq dağılmaq üzrədir, “Araz Naxçıvan” vaxtında aradan çıxıb, o biri klublar da teldən asılı vəziyyətdə gedişatı izləyib, son nəticəni gözləyirlər ki, özlərinə sərf edən qərar verə bilsinlər. “Qarabağ” isə ölkə futbolu adına necə deyərlər toxumluq saxlanılır, digər tərəfdən də bir klubla çempionat olmaz ki…

Bütün klubların çabaladığı bu turşuluaşda “Xəzər Lənkəran” öz müstəqil maliyyə kanalına hələlik “su buraxıb gəmilərlə manevr edir”. Başqa sözlər vaxt qazanır və fürsət ikən sakitcə binokulla baxır, seyrçiliklə məşğuldur. Çünki sponsor hələ altı ay əvvəldən başlayaraq maliyyə qıtlığı yaradıb klubu gəncləşdirmə siyasəti ilə indiki vəziyyətə hazırlamışdı. Hər halda AFFA rəhbəri ilə yaxınlığı olan “Palmali” şefinin ölkə futbolunda baş verə biləcək hadisələrdən qabaqcadan xəbər tutması mümkünsüz deyildi. Uduş isə bu idi ki, bütün klubların xəstə yatağına düçar olduğu məqamda “Xəzər Lənkəran” bu böhranlı mərəzi ayaqüstə keçirir. Yuxarıda qeyd etdiyim kimi artıq buna hazır idi, yəni böhran “peyvəndi”ni hələ qış fasiləsi başlayanda vurdurmuşdu. “Xəzər Lənkəran” bir çox məqamlarda ölkə çempionatında fərqləndiyi kimi bu işdə də seçilməyi başardı. Bu həm də o deməkdir ki, “Ağ-yaşıl” klub ölkəmizin futboluna hələ də yaddır, ümumi ab-havaya yapışmır, bir sözlə qulpdur ki, qulpdur. Bəli, obrazla desək, ölkəmizin əyri futboluna kənardan yapışdırılmış düz qulpdur “Xəzər Lənkəran”. Görünür belə də olurmuş…

 Məhz “Xəzər Lənkəran”ın apardığı bəzən yarıtmaz, bəzən qeyri-peşəkar, amma eyni zamanda tam müstəqil siyasət sayəsində Azərbaycan futbolunun eybəcərlikləri gözə dəyir. Məgər çatışmamazlıqları aşkarlamağa hansısa başqa klub cəsarət edə bilərdimi? Yox! Çünki cənub təmsilçisindən savayı digər klubların maliyyə mənbəyi eyni çeşmədən qaynaqlanır və eyni qazanda bişir. Son günlər bir qazandan “yeyənlər” arasında yeyintilərlə bağlı əyri-əskiklər tapılıb. Qazan ətrafında hesab-kitab aparılır və həm də yaman tuthatutdur. Bu biabırçılığın fonunda “Xəzər Lənkəran” öz maliyyə kanalındakı şor dəniz suyunu ləpələndirməklə vaxt keçirir, ləpə sayanlar da nə qədər desən var. Biri lap …

ARDI VAR

Samir Talışinski.

azarkes

4 Şərh

  1. Azərbaycanlı says:

    Düzgün vurğulanır kİ, XL xüsusi materiyadır, onun özəlliyi fəaliyyətinin hər tərəfində və hər mərhələsində qabarıq şəkildə görünən olmuş, vaxtaşırı gözə də girmişdir…o kəslərin ki, soxdular gözlərinə ölkənin futbol təsərrüfatını on illik Proqrama uyğun olaraq.

  2. Ona görə ki–zaman o zaman deyil
    Ona görəki — hər kəs birinci özündən başlamalıdır.
    Ona görə ki–ölkə futbolun idarə edən 1-2 şəxsdi bunu hamımız bilirik
    Ona görə -futbol yoxdur anarxiyadır bizdə.

  3. Biz azarkeşlər dunya futboluna baxirdiq ,-uşaq həvəsiylə.Böyuyub ölkəmizdə olan futbolu gördukdən sonra artiq dunya futboluna da çəpəki baxiriq.Dunya futbolu da marağini itirdi Azərbaycanda.Axi onlarin da PFL və AFFA-si olmasada , hər halda bir futbol qurumlari vardir,yəqin.Bunlara baxanda onlarda gözdən duşur…..

  4. Samir bəyin yazısı ölkə futbolunun bugününə bir aynadır. Sərrast fikirlər və əla analiz.
    Admin bəy, yazıya uyğun seçdiyiniz şəkil çempion olduğumuz günü bir daha xatırlatdı.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ bir = 2