1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

terbiyesizler-1 (2)Azərbaycan milli komandası alman baş məşqçinin rəhbərliyi altında növbəti “gəzintisi”nə çıxdı.

Bu dəfə həmişəkindən fərqli olaraq okeanın o biri tayına – futbol ölkəsi olmayan uzaq Amerikaya. Bu istirahət günündə milyonlarla azərbaycanlı kimi mən də yuxuma haram qatib səhər saat 7-də televizor qarşısına keçdim. Ən azından millinin yeni mövsüm öncəsi gözəl oyununa ümid etdiyim üçün. Və nəticədə “köhnə hamam, köhnə tas”, növbəti məğlubiyyət… Onsuz da millinin bərbad oyununa alışdığımız üçün bu mövzuda çox da dayanıb bu bayram günündə qanımızı daha da qaraltmaq istəmirəm. Bir də ki bu idmandır, məğlubiyyət də olar, hərdənbir qələbə də, biri udar, biri uduzar. Əsas olan odur ki insanlığını, mənəviyyatını, əxlaqını uduzmayasan. Yaxşı idmançı olmaq istəyirsənsə öncə hər kəsə nümunə olacaq yaxşı insan olacaqsan.

 Bu günkü oyunu ekran qarşısında izləyən diqqətli azarkeşlərimiz söhbətin nədən (və yaxud kimdən) getdiyini anladılar yəqin ki. Bəli, 21 yaşlı Elvin Yunuszadə klubundakı böyük qardaşı olan Mahir Şükürovdan bundan artıq nə götürə bilərdi ki..? ABŞ-Azərbaycan matçının 80-ci dəqiqəsində (79:40 dəq.) Azərbaycan azarkeşinə qarşı növbəti tərbiyəsizlik. Amma arada bir fərq var: Mahirdən fərqli olaraq onun türklər demişkən “küçük” qardaşı rəqibinə olan böyük “hörmətini” jestlə deyil, bir az da qabağa gedərək söz ilə dilə gətirir. Azərbaycanı təmsil edən (nə qədər gülməli və bir o qədər də ağlamalı olsa da) ailə tərbiyəsi şübhə doğuran bu əxlaqsız uşağın ağzından çıxan iyrənc ifadə oyuna televizor qarşısında baxan milyonlarla azərbaycanlıya qarşı yaxşı bayram hədiyyəsi oldu. Azərbaycanın ən əxlaqsız futbolçusu olan Mahir Şükürovun kapitan kimi meydana çıxardığı Azərbaycan yığmasında onun Elvin Yunuszadə kimi davamçısının olması MİLLİ komanda adına növbəti ləkə oldu. Günah isə bu tərbiyəsizlərdə deyil, bunları futbola gətirən daydaylarındadır.

 Beləliklə, “flaqmanımızdan” milli komandamız üçün “gözəl futbolçular” nəsli yetişməyə davam edir. Başın sağ olsun Azərbaycan!

 Rövşən Əsədov

 

12 Şərh

  1. salam Admin baj va Xazar azarkeslari. maqalanin basliginda dejildiji kimi “Onca insan olacaqsan” Neftci bu movsum an intizamsiz komanda oldu. onlarin ojuncularindan ancaq bunu gozlamak olar. man onlara Xazarin kapitani Rahidi numuna gostarmak istardim. duzdu movsumu zaif kecirsada indijana kimi intizamsizliq elamajib. cox tasuflar olsun Azarbajcanda Vitali Klicko savijasinda idmanci jetismajib. sohrat onu gozunu tutmadi xalqinin mudafijasina qalxdi.

  2. Əslində bizə buda azdir.Səhər saat 7:00-da futbola baxmali olacağiq.Sonrada durub “Sabahiniz xeyir” demək istəsəkdə “Yenə məğlub olduq” deməli olacağiq.Biz beləyik də..Səhərlərimizi futbolla açiriq….

    Etibar muəllimin yazisindan sonra belə şərh vermişdim.Lap söyuşu unutmuşam e.Mənə maraqli deyil, bu onu söyur ya o bunu.Fakt odur ki ,okeanin o tayinda bizimkilər səhər tezdən sabahiniz xeyir!-deməkdən, söyuşlə tele ekrandan mustəqillik gunundə mustəqil söyuşlərlə milli başbilənlərlə elə mustəqil olaraq salamlarini çatdirdilar.Söyuş butun mənada səviyyəsizlik kimi anlaşilir.–o da ki ,ekranda canli olaraq.Qorxaq futbol oynayan millinin oyunçularindan futbol başbilənlərə təbrik kimidə başa duşənlər uçun:

    Ekskuliziv olaraq : Amerikadan gəldi

  3. emil917 says:

    Salam! Biz ne qeder desekde ne sesimizi ewiden var nede ewidib qulaq asn tapilacaq. Tebiyyesiz her yerde ozunun laiq oldugu terbiyyesini gostermelidir!

  4. Fegan242 says:

    Max pul yeyirler. Tupurerler milliye.Kime lazimdir bele milli?

  5. Avazali says:

    hamini salamlayiram.hamini BAYRAM munasibati ila tabrik ediram.vidyoyo galdikda elvin yunuszada ozunun tarbiyasizliyini halam kecan il 28 mayda kubok oyunu zamani gostarmishdi.hamin vidyoya baxin hamin kucuk ozunun kucukluyunu gostarmishdi.mahira,elvina baxin,kishi sifati onlarda yoxdur.agidasizdilar,pozgundular,shaxsiyyatsizdilar,alcagdilar ,vicdansizdilar,tarbiyasizdilar,tufeylidilar,manaviyyatsizdilar,…………….
    ***
    Olmadı da bu daha.

    • Avazali says:

      admin, gardash salam.sahayiniz necadir?na yazmishamsa, onlarin sifatindan oxumusham.sifatlarinda na oxumushamsa, onu da yazmisham.o binamuslara gora balalarimiz hapsda yatir .ALLAH ushaglarimiza bais olanin evini yixsin.AMIN.

  6. Evveller deyirdiler “Neftci” yene uduzdu, indi ise deyirik yigma komanda yene uduzdu. Onlar bir nov Meshedi demishken “adatkarda” olublar.
    Mene ele gelir o edebsiz sozu Kamran Elvine dedi.

  7. VIDEOYA BAGDIM IKINCI GOL BES OYUNCUMUZUN XIYAR KIMI DURDUGLARI YERDEN REGIB BASNAN VURUR. INDI SUAL YARANIR YUNUSIN ISLETDIYI EDEBSIZ SOZ KIME AIDDIR ? MENIM CAVABIM BELEDIR YUNUSUN OZUNE

  8. SALAM MEN ELE BASA DUSUREM KI, BERTI FOKS AMERIKAYA FUTBOLA YOX , FUTBOL ADI ALTINDA GEZMEYE GEDIB.NE GEDER GARA GARGALAR FUTBOLUN BASINDADIRLARSA, MILLETIMIZIN HAGGI OLAN NEFTIN PULLARINI BAX BELE ECNEBILER SAGA SOLA XERCLIYERLER. HEC UTANMIRLAR OYNADIGLARI OYUNLA .ELE BIL AYRI GONSU DOVLETE GEDE BILMEZDILER. HOKMEN AMERIKAYA GETMELI IDILER. AFFA DA SERISDESIZLERIN GETIRDIYI MESGCI BELE OLAR. MILYONLARI ONA VERMEKLE HECNE ILE YADDA GALMIR. FUTBOLUMUZU MEHFE APARAN AFFAMIZDIR.

    SERISDESIZ ADAMLA,
    AFFA DONUB SAHLIGA.
    FUTBOLDA YOX INKISAF
    BATIBDIR BATAGLIGA.

    AFFADA YARADIBLAR,
    BERMUDA OXSAR BUCAG
    FUTBOL EGER BATIRSA,
    PUL GELIR GUCAG GUCAG

  9. Salam, müəllim! Kapitanı bağça tərbiyyəsi görməyən Mahir Şükürov olan komandanın, yaşında ən azı 3-4 il lipası olan gənc oyunçu adlandırdıqları Elvin Yunuszadədən bundan başqa nə görmək olar ki? Zatən Yunuszadənin və onun kimilərin tərbiyyəsinin olmamasının günahkarı biləvasitə “Neftçi”dir. Ağzı tərbiyyəsiz söyüşlərə öyrəşənlər üçün məkan fərqi yaxdur. İstər ölkə daxilində olsun ya xaricində, harda olur-olsun efirə buraxmalıdırlar. Lap Amerikanın göbəyində də…

    də…

  10. salam admin kime kime soyuw soyur xahiw edirem izah edinde etrafli
    ***
    Videonun 2-dəqiqə 38-saniyyəsində eşidilir ki, Azərbaycan millisinin 21 yaşlı futbolçusu Elvin Yunuszadə necə söyüş söyür.

  11. Salam yigmanin heyetindeki 11 futbolçunu yığıb Masallı bazarına aparsaq, ciyə pulun çıxarmazlar. Di gəl ki, transfer döneminde AFFA-nın ve PFL-in çıxartdığı hoqqalara göre (6+5 ve limit) olduğuna göre meydandakı 3 futbolçunu her hansı bir komanda transfer etmek istese, hemin futbolçuların her biri 1 milyona başa gələck əgər azad agent döyürlersə. Azərbaycanın ən səvviyəli son zamanlarda yetişən Ruslan Abışovdursa, legioner aqibəti o gündədirsə, bu meydandakə bədbəxtlər nə edəcək? Belə getsə Azərbaycanda ne sürətli futbol olacaq nə də inkişaf.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi + = 8