11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl 10Ömür geri dönmədiyi kimi, həyatda hər şey daim irəliyə doğru hərəkət edir. Onun hər ili, ayı, günü, hətta anı da təzədir. Biri diğərini qətiyyən təkrar etmir. 2004-cü ilin yayı da bir daha qayıtmaz.

Biz onu hər il sevinc, arzu-diləklə yola salsaq da “təqvimin son vərəqi”nin heç biri diğərinin eynisi deyil. Hər “365 gün” mütəmadi olaraq bizi “Xəzər Lənkəran”nın yarandığı tarixin köhnə ilindən alıb yenisinə qovuşdurur.  Bu dəfəki yay isə bizi ötən beş ildən deyil, bir onillikdən ayırır. Bir anlıq dönüb ötən illərə və aylara baxanda ki…

Biz 2004-cü ili bir yerdə yaşamışıq. Əvvəlki illərdə ağıla gəlməyən, xülya sayılan neçə-neçə xəyal, arzu və düşüncənin gerçəkləşməsinin şahidi olmuşuq. Bununla belə çox haqsızlıqlarla da üzləşmişik. Bütün bunları yaşayan “Xəzər Lənkəran” azarkeşi və ziyalıları yüksək kamillik mərhələsinə yetişmişlər. İndi təfəkkürümüz olayları daha aydin dərk edir.

Belə fərəhli yüksəlişlə yanaşı heyfslənirsən də. Necə heyfslənməyəsən, təəssüflənməyəsən ki, əvvəlki futbol mənzərəsini görmürsən. Azarkeşlərdə əvvəlki kimi inamın olmadığının şahidi olursan. Tək bunlarla məhdudlaşırmı bu keçən illər .!?

Tarix isə öz işində-irəliləyişindədir. İndi biz onilliyin sonu, onbiriliyimizin astanasındayıq, yeni tarixə qədəm qoyuruq.

Bəs Əlahəzrət Zaman-vaxt tarixin gələcək səhifələrinə nə yazacaq? Bax, bu bizim hər birimizin, bütün “Xəzər Lənkəran” camisəinin bundan sonrakı əməllərindən asılıdır. Onminlərlə azarkeşimizin arzusudur ki, yaşadığımız tarixin futbol salnaməsinin ilk səhifələrinə uğurlardan doğan sevinclərimiz, Lənkəran futbolunun tərəqqisindən, yerli futbolçuların həyatından bəhs edən, car çəkib aləmə yayan fərəhlərimiz yazilsin. Yazılsın və silinməsin.

Zəfər Lerikli

2 Şərh

  1. Tənqidçi says:

    ……………..
    ……………..
    ……………..
    ***
    Salam. Çox güman ki, belə bir hoqqadan çıxmaq fikirləri var.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− iki = 2