1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

orxan“Xəzər Lənkəran”dan ayrılan gənc qolkiper Orxan Sadıqlının müsahibəsi.

 – “Xəzər Lənkəran”dan ayrılmağının səbəbi nə oldu?

– Bu komandadan ayrılmaq həqiqətən mənə ağır gəlir. 7-ildir ki, bu böyük camiənin içərisindəyəm. Burdan ayrılmaq mənim üçün də çətindir, amma vəziyyət göz qabağındadır, bir neçə ay idi ki, maaş yox idi. Burdan ayrılmağa məcbur idim.

– Belə başa düşdüm ki, komandadan ayrılmağının əsas səbəbi maliyyə problemi idi…

– Düzdür, maliyyə probleminin də rolu var komandadan ayrılmağımda. Amma komandamız hər oyun uduzurdu, belə vəziyəytdə də inkişaf çox çətindir. Əsas səbəb klub rəhbərliyinin istiqəməti dəyişmək idi, yəni gənc futbolçularla çıxış etmək. “Xəzər Lənkəran”a mövsümün ikinci yarısında uğurlar arzulayıram.

– Transfer vərəqəsini alarkən klub rəhbərliyi ilə problem yaşamadın?

– Yox, heç bir problem olmadı, klub rəhbərliyi ilə halallaşıb ayrıldım. Başda klub prezidenti Mais müəllim olmaqla, hər kəsə burda mənə yaratdığı imkan və verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.

– Artıq adın bir neçə Premyer Liqa klubu ilə hallanır…

– Düzdür, bir neçə Premyer Liqa klubundan təklif var. Çıxış etdiyim “Xəzər Lənkəran”da son 1-2 ili çıxsaq, hər zaman iddialı olmuşuq və yuxarı pillələr üçün mübarizə aparmışıq. İndi də karyeramı iddialı bir komandada davam etdirmək istəyirəm. Özümü istənilən komandada oynamağa hazır hiss edirəm

– Mətbuatda adın əsas “İnter”lə hallanır…

– Hələlik, heç nə dəqiq deyil. 2-3 komanda var ki, danışıqlar davam edir. Özümün də oynamaq istədiyim komanda var, ancaq hər şey 3-4 günə məlum olacaq.

– Bir ara xarici ölkə klublarından da təklif aldığın deyilirdi..

– İlk istəyim hələlik Azərbaycanda qalıb inkişaf edib daha sonra ölkə xaricinə getməkdir. Yalan danışmağa ehtiyac yoxdur, hazırda Türkiyə PTT I Liqasında çıxış edən bir klubdan təklif almışam, həmin komanda ilə da danışıqlar davam edir. Həmin kluba da bildirmişəm ki, ilk seçimim Azərbaycan olacaq.

– Sonda “Xəzər Lənkəran” azarkeşlərinə nə demək istəyirsən?

– Həmişə onlardan razı olmuşam, Nəinki yaxşı günümüzdə, hətta çətin günümüzdə də yanımda olublar. Haqqlarını halal etsinlər, hər zaman mənə dəstək olublar. Bu futboldur, ola bilər ki, bir gün yenidən onlarçün oynayım.

MƏNBƏ: Sportal.az

13 Şərh

  1. Gozumun aydin tuyqut da istefa verdi
    ***
    Salam. Tuyqun Nadirov “Xəzər Lənkəran”dan deyil AFFA tərəfindən yaradılan “Klublar Komitəsi”ndən istefa verib.

  2. Məncə düz eyliyirsiz Xəzərdən gedirsiniz.Qoy Tuyğungil oynasinlar..!Onlar hər şeyi bilirlər.İndi ağili adam bu komandada heç vaxt qayitmaz.ancaq 1 şərtlə….!

  3. Axşamınız xeyir müəllim.Orxanın getməsi gözlənilən idi,maliyyə problemi göz qarşısındadır,bir çoxları burda transfer olub olmayacağını soruşurlar,bu uşaqların maaşını neçə aydır verə bilməyən klubdan nə gözləmək olar!?Qəbələ ilə görüşdəki o möhtəşəm əzmkarlığı yada salaq!!Əgər bu uşaqların pullarını verib onlarda stimul yaratsalar şəxsən mən bu klubun gələcəyinə ümüdlü olardım,təbii ki bir neçə təcrübəli oyunçu lazımdır,amma indiki durumda rus demişkən:”когда финансы поют романсы”nəyə ümüd etmək olar??

  4. Orxana ugurlar arzulayıram. Gəncləşdirmə siyasətindən ən çox qazanan o oldu . Yolu açıq olsun

  5. Orxanin getmeyine hec uzulmedim hemde gozluyurdum getmeyin ona goreki o lenkaranli yo cellabadlidi.Qaninda lenkaran qani axan oyunu sexsen xowuma gelen Elwen Rzazadeyle tesaduf neticesinde kanputer dukanlarinin birinde weherde rast geldim soruwdum ay qardaw sen ne eceb getmemisen eyer 7 aydi maaw almirsansa.Dedi qardaw kamandani bu veziyyetde qoyub getmek duz cixmaz.bax budur esil sevgi xezere bele oyuncular lazimdi.

  6. Doslar kamran getdikden sora komanda bu gune dusdu heyif en boyuk sehf edildi onu qovdular o kapitan olanda idarede ede bilirdi

  7. nehayet xezerden xosh bir xeber aldiq(orxan sadiglinin getmesin nezerde tuturam)shukur Allaha,buna cox sevindim.

  8. senin getmeyive ay orxan inan ki hec kim uzulmedi

  9. Salam. Mən Orxanın getməyinə Türkün sözü– Heç üzülmürəm. Onsuz da XL məcburiyyətdən qapını ona etibar edirdi. Məlumatım yoxdur hansı komandaya gedir, ancaq onu bilirəm ki, “bərkgedən” komandalar öz qapısını ona etibar etməz. Bir də ki, gedənlər əvvəl-axır peşman olacaqlar.

  10. Rüstəm Xəzər says:

    Orxanda getdi. Əgər klubun yetirməsi klubu rahat tərk edib gedirsə və rəhbərlikdə rahatca halallaşırsa deməli vəziyət cox pisdi.

  11. RAHİD VƏ ORXAN SİZ XƏZƏR LƏNKƏRANA VƏ ONUN GƏNC KOLLEKTİVİNƏ MÖVCUD ÇEMPİONATIN SONUNA QƏDƏR KÖMƏK ETMƏYƏ BORCLU İDİNİZ. İLLƏR ƏRZİNDƏ SİZİ YETİŞDİRİB ORTAYA ÇIXARAN KLUBA DAL ÇEVİRMƏK OLMAZ . GEDİN SİZƏ YAXŞI YOLLAR . BİLİN Kİ , BU GÜN ARXA ÇEVİRDİYİNİZ KLUB MÜBARİZ MƏNSİMOVA MƏXSUSDUR .BU KLUBA YİYƏ DURSA ANCAQ LƏNKƏRANLILAR DURACAQ .

  12. Azərbaycanlı says:

    Uğurlar!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 4 = dörd