1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

stadion“Fırtınalar meydanı”nda noyabrın 30-da baş tutan “Xəzər Lənkəran” – AZAL oyununu  izləyən azarkeşlərdən bir qrupu qarşılaşmanın ardından saytımıza müraciət edərək oturacaqların palçıqlı olmasından şikayətləndilər. Futbolsevərlər həmçinin onların bu narazılıqlarını klub rəsmilərinə çatdırmağımızı bizdən xahiş etdilər. 12cioyuncu.info azarkeş saytı olaraq məsələyə aydınlıq gətirmək üçün stadionun direktoru Höccət Hacıyevlə əlaqə saxlayaraq azarkeş şikayətlərini ona çatdırdıq. Höccət Hacıyevin cavabını olduğu kimi təqdim edirik:

“Hər oyundan iki gün əvvəldən etibarən stadionun bütün oturacaqlarının silinməsinə başlanılır. Bu iş üçün 4-5 xadimə ayrılır və bəzən hətta 3-gün qalmışdan oturacaqları təmizləyirlər. Bu dəfə də belə olmuşdu. Bilirsiniz, bəzən stadionun bir hissəsində təmizlik işləri aparılanda elə olur ki, o biri tərəfdəki oturacaqlar tozla dolur, çirklənir. Düzdür bu əsasən qeyri əlverişli hava şəraitində, güclü küləkli havada belə olur. Son günlər də Lənkəranda  havalar müəyyən qədər küləkli keçdi ki, bu da öz təsirini göstərdi. Oturacaqların kirlənməsinə səbəblərdən biri də bəzi gənc və yeniyetmə azarkeşlərin oturacaqlar üzərində yerimələridir. Bəzi gənclərimiz tənbəllikdən pilləkənlə deyil elə oturacaqların üstünə ayaq qoyaraq elə bir asfaltda gəzirlər, aşağı düşür ya da yuxarı qalxırlar. Gərək belə halların da qarşısı alınsın. Sonda qeyd edim ki, növbəti ev oyunlarında tapşırarıq ki, otuaracaqlar daha yaxşı təmizlənsin. Bu işə nəzarət də artırılar.  ”

Qeyd: PFL-in rəsmi protokoluna əsasən  “Xəzər Lənkəran” – AZAL  oyununu 4500-azarkeş izləyib.

11 Şərh

  1. Ay yalaniva heyran bilinirki 10 ildi silinmir ozude kuley zad yoxdu bes niye temir olunmur stadion? Beke olunub amma kuley koyne qosterir hava buludlu olur biz duz qormuruy

  2. bawa duwmurem mewqciye 6 milyon veren camatin bir manatina qalibe ay dunya daqile daqil bura Azerbaycandiye duzelmez

  3. Ölkə futbolunda paytaxt klublarının oyunları pulsuz olduğu halda “Xəzər Lənkəran” başbilənləri biletin qiymətini iki manata qaldırmaqla öz azarkeşlərinin cibinə girmiş olur. Məncə bunun başqa adı yoxdur.

  4. Açığı deyim ki, azarkeşlər hər dəfə iki manata bilet alıb stadiona girəndə də çıxanda da rəhbərliyin ünvanına dişlərinin dibindən çıxanı deyirlər. İmkanlı bir klub üçün camaatın indiki durumunda biletin qiymətini iki manata qaldırmaq sadəcə olaraq azarkeşlərə hörmətsizlikdir, onları nəzərə almamaqdır. Ölkə futbolunda bütün komandaların Məncə bunun başqa yozumu yoxdur.

  5. biletin qiymeti bir manat olsa camahat stadyonu doldurar

  6. Şəxsən mən bu gün stadiona girəndə 150-200nəfər azərkeş olardı-olmazdı,amma oturacaqlarda palçıq əlindən oturmaq mümkün deyildi.Bunu kim yazıbsa məni qabaqlayıb.Azərkeşlər arasında bütün təbəqələrin nümayəndələri olmağını unutmaq olmaz.Onlara hörmətlə yanaşmaq lazımdır.Azərkeşləri narazı salan məsələlərdən əsası biletin qiymətinin baha olmasıdır.Yəqin rəhbərlik bunu nəzərə alacaq.Məncə Mübariz Mənsumovun, maddi durumu aşağı olan azərkeşlərin 1-2 manatına ehtiyacı olmaz.Xəzər Lənkəran azərkeşləri ilə daha gözəldir.

  7. Höccət Hacıyev birbaşa tabeçiliyində olan bir işə haqq qazandırmaqdan ötrü növbəti dəfə gözlərinin içinə qədər yalan danışır. Oturacaqların üstü elə bir vəziyyətdədir ki, ilk dəfə görən dərhal bu sualı verər. Görəsən bu oturacaqlar sonuncu dəfə neçənci ildə təmizlənib? Höccət bəyin dediyi kimi oyuna 2-3 gün qalmış təmizlənir yox, heç 2-3 aydan bir təmizlənmir. Dünən axşam külək əsirdi və külək günahkar oldu. Bəs ondan qabaqkı aylardakı oyunlar zamanı guya təmiz olub? M.Rednikdən sonra şəxsən mən(2004- cü ildən indiyə kimi bir oyun belə buraxmamışam)heç vaxt “Fırtınalar meydanı”nda təmiz oturacaqda oturmamışam. Höccət bəyə(yaçca ondan böyükəm) məsləhət görərdim yalanı elə danıçsın ki, heç olmasa bir az həqiqətə uyğun gəlsin.

  8. Sizi başa düşdüm.

  9. Xahiş edirəm onlarla yenidən əlaqə qurun biletin qiymətinin aşağı salınmasını azerkeşlərin tələbi olduğu bildirin

  10. Siz yazını düzgün təqdim etmədiniz ya da ki istəmədiiniz,ola bilsin ki,cavabı bilirsiniz sadəcə bizimlə paylaşmadınız.
    ***
    Necə deyərlər elə “söz var xalq içində söz var xılx içində”.

  11. Admin iki manat haqdda heç bir söz yazılmayıb axı biz Sizdən artıq dərəcədə xahiş etdik.Oturacaqları biz özümüz silirik bizim xahişimiz başqadır.Cavab bizi qane tmədi.
    ***
    Yox məsələ ondadır ki, biletin qiymətini stadionun direktoru müəyyənləşdirmir. Biletin qiymətinin 2-manat olması bir başa klub prezidentinin qərarıdır. Mən isə stadionun direktoruna zəng etmişdim. Ona görə də bilet barədə heç nə soruşmadım. Klub prezidenti ilə əlaqə yarada bilsəm və ya görüşsəm mütləq bileti də həll edərəm. Yeri gəlmişkən indiyə qədər iki dəfə biletin qiymətinin 2-manatdan bir manata salınması üçün edilən xahişdə iştirak etmişik. Birində isə konkret olaraq şəxsən mən həll etmişəm.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− dörd = 2