8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

oyunPremyer Liqanın IV turu çərçivəsində, sabah, avqust ayının 29-də “İnter” klubu ilə “Fırtınalar meydanı”nda qarşılşacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son hazırlığını keçirəcək.

Komandamız  stadionun əsas meydançasında saat 19:00-da məşqə çıxacaq. Qeyd edək ki, əsas komandanın məşqindən əvvəl  stadionun yardımçı meydançasında “Xəzər Lənkəran”ın əvəzedici heyəti “İnter” klubunun əvəzedicilərini qəbul edəcək. Gənclərin oyunu saat 18:00-da başlayacaq.

13 Şərh

  1. ZƏFƏR bəy, salam! Bu nə sözdür, mənim xoşum gəlmir? Niyə xöşum gəlməsin! Əksinə, tək Siz yox əslində hamı biri – birinin yazdığı şərhə fikir bildirə bilər. Onda bu daha çox maraq kəsb edər.

  2. Salam, Admin bəy! Ceyhun bəy məsələni hansı mübahisə predmetinə çevirmək istəyir ki? Məgər kiminsə yazdığını plagiat (mədəni oğurluq) etmək və qabaqdangəlmişlik edib mübahisə etmək də olar? Sizin Ceyhun bəyə yazdığınız cavabı oxuyandan sonra doğrusu mən Ceyhun bəyin nə demək istədiyini anlaya bilmədim.
    ***
    Düzünə qalsa mən də anlaya bilməmişdim. Ona görə də ona müraciət edərək bu anlaşılmaz vəziyyətin inkişafının qarşısının alınmasını xahiş etdim.

    • Zəfər Lerikli says:

      Qabil bəy salam!-Mənim sizin yazinizin altinda fikr yazmağim yəqin xoşunuza gəlmir.Çunki cavab yazmirsiniz.Bununla belə Sizin fikirlərinizin həqiqət olduğunu duşunurəm.

      Ceyhun bəy!.-Anlayişla bu iradlari qəbul edin.Urəyinizdən keçən fikirlərinizi sərbəst halda yazin və sayta verin.Admin bəy həmişə bizə yaşil işiq yandirib.Söz yox ki, sizin yazi halinda verdiyinizi on minlərlə azarkeş başqa saytda oxuyur.Birdə hər cumləni axtarişa verib və mövzunun kimə aid olmağini saniyyələr içində tapmaq olar..İnşallah sizin yazilariniza şərh də yazariq.Həvəsdən duşməyin lutvən.Bu bir qardaş kimi tövsiyyədir amma məsləhət deyil.Təşəkkurlər!

  3. CEYHUN bəy, salam! Yazını ( əgər aktual mövzudursa) olduğu kimi götürüb köcürmək olar. Amm, bu şərtlə ki, yazı müəllifinin müəllif hüquqları qorunmaq şərtiylə. Sizsə, növbəti dəfə müəllifə hörmətsizlik edirsiniz. Əslində bu yazı “Telaqraf.com”un əməkdaşı Zaur Xudiyevə məxsusdur.

  4. xezer1-3 inter bele yazram ki xezr udsun

  5. Meshedi Ibad kinosunda gorursuzda qapazin boyuyu hambalin bashina deyir. Xezerda yirticilara hec kimin gucu catmir ona gora qapazin boyuyu Mbillanin bashina deyir. Ay s…..ar bu Mbilla fehledir sen bunun pulun niya kesirsen ki ,o da oynamaq istamir. Parksin pulun normal verseydiz o yaziq Baki ya qacardi????? Cunki bashda duranlar hamisi qeyri-peshakardir.Eslinda bu normaldir,cunki eshak fermasindan ancaq bela sheylari gozlamak olar.

  6. admin qarsidaki oyunlarda.Biletsiz olacaq.
    ***
    Inanmıram ki,qarşıdakı bütün oyunlar biletsiz olsun. Yəqin ki, “İnter”lə oyundan sonra yenə də əvvəlki vəziyyət yaranar.

  7. admin xezer gah diyir polsali gelir,gah da ki, gedib veteran qapici getirir.35 yasinda caqa ni bu ne derecede dogrudur?
    ***
    ???

  8. Aylar ötdü, il dolandı. Payızdan çıxdıq, qışı yola salıb yazı qarşıladıq. Otlar cücərdi, güllər-çiçəklər açıldı, yay gəldi, günəş hər yeri qasıb-qovurmağa başladı, bütün təbiət donunu dəyişdi. Balacalar böyüdü, böyüklər qocaldı. Təzələr köhnəldi, köhnələr təzələrlə əvəz olundu. Zamanın, günün reallığına uyğun olaraq hər şeyin dəyişdiyi bir zamanda dəyişməyən bircə şey oldu Azərbaycan futbolunda. O da “Xəzər Lənkəran” adlı klub… Üç il üst-üstə çempion olan “Neftçi” bu il baş mükafatdan uzaq düşdü. “Qarabağ” hər dəfə son anda əlindən qaçırdığı çempionluğu qazandı. Komandaların Avrokuboklardakı hədəfləri dəyişdi. Ancaq “Xəzər Lənkəran” yenə dəyişmədi ki, dəyişmədi. Vaqif Cavadov bu il “İnter”də həyatının və karyerasının ikinci baharını yaşadı, Türkiyəyə transfer oldu. Reynaldo ölkəmizdə oynadığı ilk ildəcə özündən söz etdirməyi bacardı, ən yaxşı bombardir oldu. Kamran Ağayev klubunu dəyişdi. Klublar əsas simalarını dəyişdilər. Ancaq “Xəzər Lənkəran”ın oyunçuları yaxşılığa doğru dəyişmədi ki, dəyişmədi. Böyükağa Hacıyev fikrini dəyişdi, istefa verdiyi komandaya yenidən qayıtdı, autsayder “Rəvan” Premreyliqadakı yerini “Araz Naxçıvan”la dəyişdi, “Bakı” klubu ümumiyyətlə imicini dəyişdi, ancaq “XəzərLənkəran” dəyişmədi ki, dəyişmədi. “Neftçi” üç, AZAL isə bir baş məşqçini sınaqdan çıxartdı. “Xəzər Lənkəran” da bu sıradan geri qalmadı. Bir neçə məşqçi dəyişikliyi də onlar elədilər. Ancaq yenə də dəyişən bir şey olmadı. AFFA bir mövsüm ərzində dörd-beş dəfə qərar dəyişdirdi, bir neçə dəfə reqlamentə əl gəzdirdi. Düşəcək, çıxacaq komandaların sayını dəyişdirdi. Legioner limitini dəyişdirdilər. Ancaq “Xəzər Lənkəran”da yenə heç nə dəyişmədi. Hətta milli komandamız FİFA-nın reytinq cədvəlində yaxşılığa doğru yerini dəyişdirdi, həm də bir oyun belə keçirmədən bir xeyli yuxarıya doğru irəlilədi. Baş məşqçimiz Berti Foqts işini dəyişdirdi, tam olaraq dəyişməsə də hər halda əlavə müvəqqəti iş tapdı özünə. Hətta Avro-2016-nın püşkü atılmamışdan qabaq qarşısına qrupdan çıxmaq vəzifəsi qoyan və bu barədə söz də verən Foqts püşkatmadan sonra fikrini dəyişdirdi. Verdiyi sözü yadına saldıq, sözünü dəyişdirdi. Ancaq “Xəzər Lənkəran”da yenə heç nə dəyişmədi. İş gəldi o yerə çatdı ki, “Xəzər Lənkəran” baş məşqçisini dəyişdi. Dünyaca məşhur Toşaka bir vedrə də bağlayıb yola saldılar, ondan bir azca az şöhrətli Mustafa Dənizli gətirildi. O da olmadı, Mustafa hocanın özü ilə gətirdiyi Oğuz Çətin hocasının yerinə keçdi. Bir xeyli oyunçular dəyişdirildi. Texniki heyət dəyişdi. İnanmayacaqsınız bilirəm, ancaq “Xəzər Lənkəran”da yenə də heç nə dəyişmədi. Mövsümün əvvəlində Toşakı alqışlayan, sonra istefaya səsləyən, daha sonra Mustafa Dənizlini dağların başına qaldırıb, sonra istefasını tələb eləyən, indi isə Oğuz Çətinə bel bağlayan fədakar, cəfakar lənkəranlı azarkeşlər fikirlərini dəyişdilər. Həm də bir neçə dəfə. “Xəzər Lənkəran”da isə dəyişən bir şey yox idi. Yenə eyni nəticə(sizlik)lər, yenə məğlubiyyətlər, hədəflərdən uzaq düşmələr. Bir sözlə bu komanda dəyişmədi. Ötən il yaranmasının on illiyini qeyd eləyən klubda nə yazıq ki, hələ də yaxşı heç nə görmək mümkün deyil. Çünki bu komandada rəhbərlik dəyişmədi. Rəhbərlik dəyişmədiyinə görə neçə oyunçu, neçə məşqçi dəyişməyin nə faydası var ki?

  9. Tənqidci says:

    “İnter”lə belə ” vacib” oyun zamani klubda çaxnaşma yaratmaq axi kimə lazim?..Deməli lazim olsa klubuda dağitmaq olar. İnterlə oyunda qələbə gözləmirəm…….

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 4 = oniki