9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

biz“Xəzər Lənkəran”ın güclülər dəstəsindən uzaqlaşdırılacağı hələ mövsümün əvvəlindən bəlli idi.

Təbii ki, cənub təmsilçisini çempionatda görmək istəməyən şəxs və ya şəxslər üçün.

Klubun məhvinə isə hələ 2013-cü ildə Azərbaycan kubokunun final oyunundakı məlum davadan sonra başlanmışdı. Həmin oyunda “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov elə stadiondaca müsahibəsində belə futboldan iyrəndiyini və dolayısıyla belə səviyyəsiz çempionatda mübarizə aparmağın mümkünsüzlüyü vurğulamışdı.

Elə o açıqlamadan sonra Lənkəran təmsilçisinin qara günləri başladı. Son üç ildə klubun büdcəsi ilbəil azaldıldı, maliyyə sıxıntıları başladı və sonucda komandanın legionerlərə külli miqdarda borcu yarandı, FİFA-dan ağır cəzalar gəldi, xalları silindi. Ancaq komandanı izləyən başqa və daha qorxulu təhlükə var idi. Bu, PFL şefi Ramin Musayev idi və o, 2007-ci ildəki məğlubiyyətini unutmamışdı. Həmin il “Neftçi”yə Rövnəq Abdullayev-Ramin Musayev tandemi rəhbərlik edirdi və flaqmanın 70 illiyi üçün çempionluğun qazanılması ən böyük hədiyyə olacaqdı. Ancaq lənkəranlılar Ağasəlim Mircavadovun da köməkliyi ilə “Neftçi”yə bu imkanı vermədi və bakılılar çempionluğu qazana bilmədilər.

Ölkə.Az-ın məlumatına görə, elə həmin gündən “Xəzər Lənkəran” “qara siyahı”ya salındı, hər fürsətdə vuruldu, pul cəzalarının ən böyüyü onlara tətbiq edildi, hakim “səhvləri”nə məruz qaldı.

Bu arada qeyd edək ki, PFL şefinin hakim toplantısında “Xəzər Lənkəran”a qarşı antipatik çıxışı barədə çoxları məlumatlıdır. Bu şəxs hər addımında kinli insan olduğunu bildirir və özünə qarşı olanları unutmadığını dilə gətirir. Bir sözlə, Musayev Azərbaycan futbolunun imici, gələcəyi, bu günü və inkişafını şəxsi ambisiyalarının qarşısında heç bilir. Bir milyonluq cənub əhalisinin yeganə komandası məhv ola bilər, amma təki onun verdiyi söz səhv çıxmasın.

İndi isə myın 20-də keçirilən “Rəvan”-“Xəzər Lənkəran” oyununda hakim Ramil Diniyevin yol verdiyi kobud “səhv” barədə. Belə biabırçı, gülüc qərarı özünə hörmət edən heç bir hakim verə bilməzdi. Amma o, haqq-ədalət prinsiplərinə tüpürərək bunu etməyi bacardı. Halbuki epizod Diniyevin gözünün qarşısında ba. vermişdi. Niyə belə etdiyini isə özü hamıdan yaxşı bilir.

Üç il əvvəl Ramil Diniyev hakimlikdən uzaqlaşdırılanda Ramin Musayevin hakimlərin iclasında “Bir də Ramil Diniyev hakimlik etsə, mən kişi deyiləm, burdan gedərəm” deməsi də unudulmayıb.

Amma çox keçmədi ki, Musayev həm sözündən, həm də andından döndü, yaxud da məcburi döndərildi. Şübhəsiz ki, bu işin də altında başqa bir “iş” var. Belə ki, Rövnəq Abdullayevin ailəvi həkiminin Ramil Diniyevin qohumu olması məsələni hakimin xeyrinə çevirtdirə bildi.

Son oyunun fasiləsində kim kimə zəng edib nə dediyini də çoxları bilməsə də biz bilirik. Məhz bundan üzü dönən Diniyev “Xəzər”in birinci dəstəyə göndərilməsini tezləşdirdi.

Cənub təmsilçisini futbolçuları meydanı 5 dəqiqəlik tərk etsələr də, geri döndülər.

Amma onlar meydandan çıxsaydılar, Musayev deyəcəkdi ki, oyunun bitməsinə 8 dəqiqə qalmışdı, hər şey ola bilərdi.

“Xəzər Lənkəran” kimi idman bazası, akademiyası və gələcəyi olan bir klub beləliklə, kiminsə şəxsi ambisiyalarının güdazına getdi. Məhv planı uğurla yerinə yetirildi.

Halbuki Elxan Məmmədov bir zamanlar AFFA-da “Xəzər Lənkəran”ın şəxsi vəkilinə çevrilmişdi. Dəfələrlə Musayevlə cənub təmsilçisinə görə sözləri çəp gəlmişdi, bu dəfə göz yumdu, neytral qaldı. Deməli, bir müddət öncə yazdıqlarımız təsdiqini tapdı. Bu iki şəxs bir-birinə mane olmamaq sözü verib. Biri millidə, digəri çempionatda alverə qurşanıb. Biri layihə hazırayıb pul qazanır, digəri kontorlarla əl birliyindədir.
İnsafən bu məhvdə təkcə Ramin Musayev və Elxan Məmmədov yox, klubun rəhbərləri Tuyqun Nadirovla Mais Mənsimovun da az günahı yoxdur. Bu şəxslər də naşı və etinasız idaərçiliklə dəyirmana su tökmüş oldular.

Fan klub rəhbəliyindən klubun vitse-prezidenti postuna qədər yüksəldilən Tuyqun Nadirov öz AFFA-dakı dostlarının əli ilə klubu məhv etdi. Klub azarkeşləri dəfələrlə rəhbərliyi, xüsusən Nadirovu istefaya səsləsələr də, o, inadla vəzifəsində qaldı və öz “vəzifəsini” başa çatdırdı.

Amma düşündürücü olan başqa bir məqam var.

Necə olur ki, dünya aləmə borcu oln “İnter”ə daxili yarışlarda iştirak üçün lisenziya verilir, 12 futbolçuya borcu olan “Bakı” lisenziya alır, legionerlərə verəcəyi olan “Rəvan” birinci dəstədə ikinci yeri tutsa da, lisenziya ala bilir, amma “Xəzər Lənkəran” a lisenziya verilmir? Bunun adı qərəz, ayrı-seçkilik deyil, bəs nədir?

Deməli, “Xəzər Lənkəran” klubu kiməsə “Nissan Patrol” bağışlamalı idi ki, daima güclülər dəstəsində oynasın? Deməli, “Xəzər” də başqa klublar kimi çempionatdan çıxmaqla hədələyərək Avropaya vəsiqə qazanmalı idi? Yaxud kiməsə bağ evləri hədiyyə etmək lazım idi ki, işlər qaydasında getsin?
Bəs 18-19 yaşlı futbolçuların ahını kimin vicdanına yazaq? Onların göz yaşlarının hesabını kimdən istəyək?

Bu arada idman mətbuatının əksər nümayəndələrinin susması da diqqətdən qaçmır. Hər halda AFFA-da yaradılmış və 80 minlik büdcəsi olan Mətbuat Komitəsinin üzvlərinin bu haqda yazılarla çıxış etməsi pis olmazdı.
MƏNBƏ: Ölkə.Az

2 Şərh

  1. Azərbaycanlı says:

    Bu AFFA bu “Xəzər-Lənkəran”ı başına bəla eylədi vaxtında, sonra da nə qədər çalışdısa vaxtında onu başından rədd eyləyə bilmədi. Əgər bizim futbolaoxşar qurumun manqurtlaşmış kəsləri qabaqdan bilsəydilər ki, XL onlara bu qədər narahatlıqlar yaradar, heç inanmıram ki, klubun qeydiyyatdan keçməsinə icazə verərdilər. Demək olar ki, ilkin mərhələsində strategiyası olmayan bir pilot variantı kimi yaradılmış klub sahibi tərəfindən kifayət qədər səviyyəli maliyyələşdirmənin gücünə startdan özündən ad eylədi…eylədi, nə eylədi…bu addan çoxları dad eylədi. Pilot variant həyatın reallıqlarına qatıldıqca missiya daşıyıcısına çevrildi. Çox vaxt klub idarəsinin öz iradəsindən asılı olmayaraq missiya təyinatı dəyişirdi. Azarkeşlər tərəfindən kluba region maraqları və regionlara yuxarıdan baxan paytaxt təmsilçiləri ilə rəqabət aparmaq kimi bir missiya sözün əsl mənasında yükləndi. Həmin bu missiyadan futbol funksioner(çik)lərinin cılız qıcıqlanmasına çox dinamik şəkildə mətbuat reaksiya verdi və məhz mətbuatın yaratdığı, çox zaman səbəbsiz və ya əsassız, səs-küylü informasiya burulğanında XL özündən asılı olmayaraq ajiotaj ümmanının dalğıcı missiyası ilə yükləndi. Bizim “polyada” avropa və dünya futbol və işgüzar aləminin qaydaları ilə oynamağa başlayan XL eyni zamanda daha bir missiyanı – bu sahənin pioneri missiyasını üzərinə götürdü. Birdən-birə fəaliyyətinin startında bu cür kükrəməsi gözlənilməz oldu XL-nın, daha çox həvəsə söykənmiş həddən ziyadə aktivlik rəqibləri onun tempinə uyğunlaşmağa deyil, onu tempdən salmağa sövq etdi…və burada piyarın bütün vasitələri işə yarımağa başladı, hətta vaxtaşırı milli, dini və sair ən ağlagəlməz mövzulara əl atıldı. Klubçuluq (terminə görə üzr istəyirəm) ənənələrinin zəif olduğu gənc XL-nın peşəkarlıq arsenalı bu tendensiyalara qarşı hüquqi və ictimai müstəvidə qarşı durmağın öhdəsindən gələ bilmirdi. Bir sözlə istiqamətli, məqsədyönlü və klubun tədricən arenadan silinməsinə yönəlmiş həmlələr qarşısında müdafiəmiz çat verirdi, bu çatlara qarşı antitədbirlər kompleksi isə sadəcə yox idi. Başa vurduğumuz sezonun finalı XL-dan onunla mübarizədə birləşmiş vizaviləri üşün acınacaqlı oldu, daha doğrusu tam ifşa olundular. Bu da XL-nın bir missiyası idi, məncə bütün yuxarıda sadaladıqlarımdan ən mühümü və mövcudluğu boyu daşıdığı lakmus kağızı rolu missiyyası idi. Çünki son 11 ildə futbolumuzun bütün fufloluqları (bir daha pardon) məhz XL-la mübarizədə öz həqiqi rəngini alır və üzə çıxırdı.

  2. 12cioyuncu .info says:

    Azır “Yaralı yerimiz”…

    Premyer Liqanın 35-ci turunda “Rəvan”la qarşılaşan “Qarabağ” meydana ən zəif heyəti ilə çıxmış və məğlub olmuşdu. Bununla da “Rəvan” xallarını “Xəzər Lənkəran”la bərabərləşdirərək I diviziona düşməmək üçün mübarizəni davam etdirmək şansı əldə etmişdi. İlk baxışdan qəribə heç nə yoxdur, axı Ağdam təmsilçisi bunacan artıq çempionluğunu təmin etmişdi. Üstəlik “Qarabağ” klubundan mətbuata və cəmi futbol ictimaiyyətinə bildirilmişdi ki, ölkə kubokunun final matçına qızğın hazırlıq getdiyindən əsas heyətin aparıcı futbolçuları start heyətinə və ümumiyyətlə “18-liy”ə salınmamışdı. Peşəkar futbol liqasının rəsmi saytında təqim olunmuş rəsmi protokola diqqət etsək heyətin zəifliyini görə bilərik:
    ————–
    15 may 2016. Saat 18:00. “Bayıl Arena”, 400 tamaşaçı
    1. Fərhad Vəliyev (k), 4. Eltun Yaqublu,7. Namiq Yusifov,(2. Qara Qarayev, 68),18. İlqar Qurbanov, 19. Azər Salahlı, (99. Muarem Muarem, 46), 22. Əfran İsmayılov,32. Elvin Yunuszadə,67. Əl Hərbi Əl Jadeyui,77. Cavid Tağıyev,90. Samuel Armenteros,97. Mahir Mədətov, (91. Coşqun Diniyev, 46)
    Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 23. Elgün Uluxanov, 31. Salman Cəfərov, 55. Bədavi Hüseynov.
    ————–
    İddia edilə bilinər ki, bəs bu heyət də heç zəif deyil. Bəli “Rəvan”la müqayisədə nəinki zəif deyil hətta çox güclüdür. Amma komanda ayrı ayrı güclü futbolçulardan belə ibarət olarsa da uğur qazanmaq üçün futbolçuların oyun parktikası həm də futbolçular arasında anlaşma həlledici şərtdir. Bu heyət isə biri birini anlamaqda çətinlik çəkən güclü və orta səviyyəli futbolçulardan ibarət idi ki, nəticədə də “Rəvan”a məğlub olmuşdu.
    Amma son turda keçirilən AZAL-la oyunda “Qarabağ” tam və güclü heyətlə meydana çıxıb həmişəki kimi qələbə qazandı. Yenə də Peşəkar futbol Liqasının rəsmi saytındakı protokola baxaq:
    ——————-
    20 may 2016. Saat 19:00. “Azersun Arena”, 3500 tamaşaçı
    13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev , 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani, (22. Əfran İsmayılov, 72), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, (91. Coşqun Diniyev, 61), 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov, (99. Muarem Muarem, 61)
    Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev.
    ——————
    Bəri başdan qeyd edim ki, “Qarabağ” bütün çempionat boyu yalnız 35-ci turda “Rəvan”la keçirilən matçda zəif heyətini meydana salmışdı. Hələ bundan sonra da “məqsəd nə idi” sualını verən tapılarsa beləsinə cavab vermək fikrim yoxdur.
    Şəxsən mən “Qarabağ” klubunun iç üzünə çoxdan bələd idim və fikirlərimi də heç vaxt gizlətmirdim. Bunu saytımızda illər öncəki münasibətlərimdə də açıq aşkar bildirmişəm. Amma belədə heç vaxt ədalət anlayışını ayaq altına salmamışam. Hələ Quzanlı qəsəbə stadionunda keçirilən “Küləkli oyun”da hakim Elçin Məmmədovun şousu, Rəşad Sadıxovun geydirmə qoluna elə o vaxt fəaliyyət göstərən 12cioyuncu.moy.su saytımızda eləcə də sonrakı dövrlərdə hazırki saytımızda etirazlarımı bildirmişəm. Həmin oyun barədə qısaca:
    ——————–
    Kubok 1/8. 07.03.2010 (2009/10 mövsümü) “Qarabağ” – “Xəzər-Lənkəran” 2:1
    “Küləkli oyun” adı almış bu oyun futbol tarixinə düşə bilər. Çünki, hakim özbaşınalığının ən dəhşətli məqamları bu oyunda yaşanmışdı. Beləki, matçın 59-cu dəqiqəsində Rəşad Sadıxov topla irəliləyərkən “Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Kristian Kabraldan bir metr məsafə aralıda ikən ayağı meydançadakı çalaya düşərək yıxılır və baş hakim cərimə zərbəsi təyin edir və uzaq məsafədən vurulan zərbə qolla nəticələnir. Oyunun artırma dəqiqələrinə (90+3) birinci vəziyyətin təkrarı baş verir. Ağlasığmayan bir vəziyyətdə zərimə zərbəsi təyin olunur ki, bu da qolla nəticələnir. Halbuki ikinci vəziyyətdə məhz “Qarabağ” komandasının futbolçusu qaydanı pozmuşdu. Oyunu canlı izləyən və video yazıya baxanların diqqətini həmin oyundakı cərimə zərbələri çəkirdi. Matçın ikinci hissəsində ilk yarıdan 3-dəfə çox “Xəzər Lənkəran”ın qapısı istiqamətində cərimə zərbəsi təyin olunmuşdu ki, onların yalnız birində həqiqətən də qayda pozulmuşdu. Yerdə qalan 8-epizodda isə qayda pozuntusundan söhbət belə gedə bilməzdi.
    —————-
    Bu oyundan az sonra Lənkəranlı şair Tərlan Əbilov gözəl bir şeir yazmışdı. Müəllif o şeirində bəzi məqamlara çox ustalıqla toxunmuşdu. Qısa əsərin əvvəlindən sonuna qədər İşarə və sətiraltı fikirlərdə əslində hər şey aydın göstərilirdi. Hazırda da bu şeir aktuallığını qoruyur. Çünki namərdlərin ifşası heç vaxt aktuallığını itirmir. Mən daha nəsə əlavə yazmaq istəmirəm, düşünürəm ki, Tərlan Əbilovun həmin şeiri mənim əvəzimə lazımi sözləri deyir:
    —————
    Yenə fələk at oynadır,
    Külək diləyə qarşıdır.
    “Fırtınalar meydanı”nda,
    Yağış fələyə qarşıdır.
    Qarabağdan külək gəlib,
    Keçib qapı, dirək gəlib.
    Kimlər kimə kələk gəlib,
    Şeytan mələyə qarşıdır.
    Hara gedir bu yol,bu iz ?
    Azır “Yaralı yerimiz”…
    Guya yoxdur xəbərimiz,
    Bıçaq kürəyə qarşıdır…

Azərbaycanlı üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 − = iki