9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

ETIBAR_CEBRAYIOGLU Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu

Bir həftəlik bayram tətilinin necə gəlib keçdiyindən xəbərim olmadı. Az qala Novruzun yanında xəcalətli qalacaqdım. Hamısı da bizim “Xəzər Lənkəran”ın üzündən… Bu kluba könül verən mənim kimi minlərlə azarkeşin günü belədi, nə gecəmiz var, nə gündüzümüz. İllərdi göz dolusu bayram sevinci yaşaya bilmirik.

El-oba bayram tonqalından hoppananda klubun formasını geyinən futbolçular topun üstündən ora-bura o qədər tullandılar ki, “ağ-yaşıl gəmi” irəli üzmək əvəzinə geri getməyə başladı. Neft hasilatından, qızıl istehsalından və satışından ətraflı anlayışım olmasa da, futbolu az-maz bilən adamam. Zarafat deyil, Maradonanı taxtda görmüşəm, Messini qundaxtda. Amma və lakin “Xəzər Lənkəran”da nələrin baş verdiyini başa düşə bilmirəm. Vallah-billah başa düşməyə çalışıram, hər dəfə də görürəm ki, günah məndə deyil.

Az qala Everestlə bir olan Con Benjamin Toşak klubun baş məşqçisi gətirildi, azarkeşlərə Toşak boyda dağ çəkdirib getdi. Okean boyda Dənizli gətirildi, o da belə. Cənublu fanatlar hələ ki, Dənizlidən Viləşçay qədər də xeyir görməyiblər. Türkiyədə ad-san qazanan Mustafa hoca biz tərəflərdə əl-qolunu sallayıb gəzir. Üstəlik buna görə dəstə-dəstə para da alır. Dənizli ilə dənizlər fəth etmək istəyən “Xəzər Lənkəran” meydançada gün keçirməklə məşğuldu. Klubun formasını geyinənlər stadiona futbol oynamağa deyil, sanki domino vurmağa çıxırlar. Son qarşılaşmalarda bu komandanın futbol oynadığını görməmişəm. Azarkeşlərin bu yanaşmada mənimlə həmfikir olduqlarına tam əminəm. “Xəzər Lənkəran” öz meydanında-Mübariz Mənsimovun inşa etdirdiyi “Fırtınalar meydanı”nda xalları ehsan paylayırmış kimi sağa-sola xərcləyir. Rəqiblərin xalları artdıqca “Fırtınalar meydanı”nda tamaşaçıların sayı azalır. Hamı da klub rəhbərliyindən gileylənir. Bu yanaşmada fanatlarla həmfikirəm. Bildiyim qədəri ilə elə bütün dünyada belədi, stadionda baxımlı futbol görməyən azarkeşlərin gözü tribunda klubun başbilənlərini axtarır.

“Xəzər Lənkəran”ın kursunu müəyyən edənlər azarkeşlərin tənqidi ilə razılaşmayıb bir gəmi arqument gətirə bilərlər. Deyə bilərlər ki, bizdən daha nə istəyirsiz, çörəyi çörəkçiyə vermişik. Düz də deyirlər, indi komandanı oyunlara nə Biçər, nə də Bakes çıxarır. Bir müddət əvvəl futbolçulara göstərişi Toşak verirdisə, indi bu işi Dənizli görür. İlk baxışda hər şey əladı- çörək çörəkçiyə, pul Dənizliyə verilib. Pulu kisə ilə Dənizliyə verənlər Mustafa hocanın işlərinə qarışmır, start heyət yazılan hazır siyahını baş məşqçiyə göndərmir, ona “filankəsi oyundan al, bəhmənkəsi meydana burax” mesajı yollamır. İlin-günün bu zamanında klub para sıxıntısı keçirmir, futbolçular “qa” deyəndə meyvə şirəsi alırlar, “qu” deyəndə təzə mal əti. Amma…

Lakin “Xəzər Lənkəran” bunca miskin duruma düşübsə, mübarizə əzmi dənizlərdə düşüb itibsə hər tərəfdən baxanda klub rəhbərliyi günahkar görünür. Tutaq ki, biz azarkeşlərin keçirdiyi stress, qazandığı əsəb xəstəliyi klub rəhbərliyinin heç umurunda deyil. Bəs paralar? Dənizliyə verilən, xərclənən paralar onları heçmi maraqlandırmır?

Niyə baş məşqçidən bunun hesabatı sorulmur? Bu qədər geniş heyəti olan komandada meydançaya çıxmağa 11 oyunçu tapmaq olmur. Futbolçuların yarıdan çoxu iynə vurur. Pardon, başqa şey başa düşməyin, oyunçular zədədən əziyyət çəkdiklərindən müalicə olunurlar. Axı klubun sahibi futbolçuların başına görə olmada da, ayaqlarına görə kisə-kisə pul xərcləyir. Mustafa hocadan bunun səbəbini niyə soruşan yoxdu? Dənizli ki dənizlərin o tayında, uzaqlarda deyil…

Klub rəhbərliyi Dənizlidən nə qədər tez hesab sorsa o qədər yaxşıdı. Mənim fikrimcə, bu işi azarkeşlərə buraxmaq daha böyük problemlər yarada bilər. Bu gün hər oyundan öncə tribunalarda “Mustafa!”,

“Mustafa!” çağıran fanatlar nə vaxtsa “İstefa!”, “İstefa!” hayqıra bilərlər. Xalqımız onsuz da hər sözə qafiyə tapmağı çox sevir və bunun üçün bəhanə axtarır. Bunu klubun sahibləri yəqin ki, bilməmiş deyillər…

Etibar Cəbrayıloğlu.

“Ədalət” qəzeti, 29 mart 2014-cü il 

10 Şərh

  1. Фанат. says:

    Салам Алейкум…Ленкеранын гениш хейети вар имиш…ммммм бираз йох чох гулмали гелир чунки Ленкеран ачыг ашкар Илк алтылыг клубларындан хеййетине горе гери галыр..сохбет оюнчу кейфиййетинден гедир…буда оюна тесир елемелиди…галды сон оюна бели Хезер зеиф чфхыш етди амма бунада шукир…бизим миллатин бир хасйети вар буда себрсизлик..гоздуйун горег ахрын..хамы билирки Хезер олкеде хечбишей еде билмейеджег..умуд йалныз кубокду! сон оюнда белкеде айры мешгчи олсайды йене 0-5 олачайды..нечеки о чур хеййетле бу олду.халбуки ен гучли хейетлердан бирине малик иди! икинчиси мудафиечинин евезленмеси чох дуз аддым иди.чунки айры вариант йох иди..Рахид формадан чох узаг Елнур хемчинин.орта гучленмели иди ве бу евезлеме Шкарланын ортайа комег етмесина хесабланмышды! Нилдо Бенахи ойнамасына галды…ай сизе гурбан кими ойнатсын бу киши? Валлах Нилдону писдийирсиз амма хезерде ен гучлу Форвард хал хазырда оду !! бой ве физики гостеричилеиийле! ве Мебилла ..Бенахи бу оюн пис тесир етмеди амма онун йерина Саккони даха йахшыды..садече мечбуриййет.истадийи оюнчуларыда алмадылар..ве артыг чемпионатын гетдийини горуб експериментлер апарды..Гелин дестей олаг..бутун мешгчилере хорметим вар амма Мустафа Бейе соз димег чох сефди..о Устад мешгчиди….егер угурсузлуг давам етсе..ве йени мовсумда бу давам етсе йени оюнчулар алынмаса….Мустафа бейин хеч бир гунахы йохды..кимди гунахкар ону сиз йегинки билирсиз бу гедер…Гелин инанаг…Хезереримиза

  2. remish-xezerli says:

    Etibar beyle tam raziyam.teessuf ki,denizli bu yazini oxuya bilmir.genc xaniminin yanina istanbula gedib.iki defe bakida mesqe baxmisam.inanin bu mesqle biz kuboka uzaqdan baxacagiq..mesq deyil,baxca futboludur…

  3. Ilk olaraq deyim ki,rehberlik Denizliden hesabat istemeilidir.amma isteye bilmir.maraqlidir niye?Denizli deyir ki,iddiamiz qalmayib.niye qalmayib?sen bu qeder oyunu uda bilseydin iddia elbeetde qalacaqdi..Elias Ribeyro Denizlinin israri,telebi ve hay kuyu sayesinde alinib.niye oynatmir?niye alib?hetta Neftci oyunu sonrasi jurnalistde ona cox rishxendli ve yerinde sual verir-Siz Eliasi Avrokuboklarda oynatmaq ucun almisiniz??Dunya futbolunda hansi mesqci 78-ci deqiqede oyuna merkez mudafiecisi salir?hesab 0-0 olarken ve zedelenme olmayan durumda.cox isterdim buna feal sayt istifadecileri fikir bildirsin.Revanla oyunda,Azalla oyunda oyunu ne rehberlik,ne de futbolcular uduzdu.sirf mesqci isinin kobud mudaxilesi idi sebeb.girin turk forumlarina sual verin Denizlinin takstikasi nedir?hami deycek ultramudafie.Tosak naxcivanda neftcini suruyurudu,..ne ile?agilla,duzgun taktika ile.o kulbasin vaxtinda insafen komandanin bexti getirmedi.25-30 arasi her oyun qol epizoduna yaxin imkanlar yaradirdi Xezer.Indi bes?maksimum 2-3.bunu da Hoccet edir,Tuyqun edir.Yaxsi bunlar yaxsi rehberlik deyil qovaq.men 10 elli razi.bes Denizliye ne olub?Bu adam Orxan Eliyevi alib Sumqayitdan bir oyun oynamayib.Bilirsiz ne qeder maas alir?evezedici deyir biz oynamayacagiq.Bizim 23 neferin maasi Orxan Eliyevin maasindan azdir.bes niye getirilib ve bizim kimi evezedicide oynayir ,hele bir qol vurmayib o qeder maas alir?bele seyler var.dusmusuz torba ne bilim kise..Torba tikirler Mustafa qovsun evezedicini oynatsin.ozu deyir ki,iddiam qalmayib.bildiz bilmediniz ele sherh yazirsiz.

  4. Salam xezer azerkeslerine. Menim fikrimce REDNIK antvurusdu X.Lenkarana gelse butun viruslari temizleyer.

  5. Etibar bey men sizin yazilarinizi hemishe maraqla oxuyurdum amma bugun men gordum ki siz evvelkimi duz yazmamisiz. Eybi yox qoy bir oxucuvuz azalsin bu bugun ki, heyatin qanunudur. Xezer-Lenkeranin bashina Mourinyoda gelse 3 ve ya 5 oyundan sonra TORBA emeliyati bashlayacaq. Bunu sizde bilisiz mende ve butun azerkeshler.
    ( Heyat cox qeribe ve cetindi)

  6. ETİBAR BƏY! ALLAH CƏBRAYIL ƏMİNİ QƏNİ-QƏNİ RƏHMƏT EYLƏSİN!

  7. Vaqif Rəşidov says:

    Son vaxtlar klub tərəfindən və kluba yaxın olan insanlardan Dənizlini “İstefa” deyib “ğöndərməyi” təklif edirlər.Bu aqitasiyanı 10 gün olaraq mən müşahidə edirəm…Bu hardan gəlir, şüphəsiz məlumdu…

    Yazıqlar olsun!

  8. Nizami adlı bir azerkes öz tənqidi ilə azerkesləri təhqir edib mən onu basa düsurəm sən bunları komandanı bu gunə qoyan rəhbər isçilərə bunları demək lazımdır.MƏN bu gün böyuk oyuna baxanda Dənizlinin futbol səviyyəsini bildim və basa düsə bilmirəm ki Xəzər üçün heç-heçə də məğlubiyyət kimi bir seydir.OYUNUN axırına az qlmıs müdafiyyəçini oyuna buraxırsan ay kutbeyin heç olmasa Blajevskini və ya 1-milyonluq oyunçunu saxlayıb əvəzində müdafiyəçini buraxırsan.QOL OLAN momentdə 1 mudafiyəçi 3-nəfər Neftçinin oynçusu var idi budu sənin futbolu bilməyn….Öz yerli oyunçuları oynatsa idi bundan Orxanı gətirib bir dəfə oynatmamısan halbuki Sumqayıtda əl oynayırdı nə görmusən Tosakın tökuntulərindən adamın ürəyi partlayır heç olmasa bir görüs təskil edin öz ürəyimizi bosaldaq ay qoca siz nə cür məsqçi olmusan…….

  9. Zəfər Lerikli says:

    Çörəyi ver çörəkçiyə ,birinidə ustəlik!–Kamandani ver Rednikə , pulunu verməsəndə olar.Axi hara baxir “XL” rəhbərləri.Bir gözunuzu açin və bu camiyyəni eşidin!-Vallah, daha bezdik.Bu boyda rusvayçiliqmi olar?-

    Biz mutləq bir məktub hazirlamaliyiq və məktubu kamandamizin fəxri prezidentinə unvanlamaliyiq.Ya bu kamandanin çixişina son qoyulmali yada Rednik qayitmalidir.Daha dözməyə can qoymadilar.Nə qədər tənə eşitmək olar?-Bu tənə və kinayəli sözləri klubda eşidən yoxdurmu?

    • He Zefer qardas veziyyat necadir??? Xezer Lenkaran camiyasinin ic uzunu gordun???? Ey azerkes qardaslarim ,siz Xezerin futbolundan bas cixara bildiniz??? Eger men bundan bir sey basa dusdumsa ,mene lenet olsun.Gor Mustafa ne deyir,Oyunun en elasi Benahu idi.Siz bir sey basa dusduz??? Deyiram Neftcida kulbasdir,5-10 top Xezere vura bilmadi.Hardasan ay Qocu Rednik,bunlar senin ayaqinin tozu bela olmaz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ doqquz = 17