8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

oyun1Xəzər Lənkəran” tarixində 600-cü qolu vurub. Bu top  Premyer Liqanın IV turunun “İnter”lə qarşılaşmasına təsadüf edib.

Oyunda komandamızın yeganə qoluna imza atan Elnur Abdullayev klub tarixində 600-cü topun müəllifi kimi fərqlənib.

2004-cü ildə yaranan komanda 600-cü qolunu 393-cü matçında vurub. Bu qollardan 444-ü Premyer Liqada, 127-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü Birlik kubokunda, 2-si də superkubokda qeydə alınıb.

2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 600 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 1:0 hesabı başa çatıb.

Qeyd edək ki, bundan əvvəlki yubiley qolu 341 gün əvvəl vurulmuşdu. 2013-cü il sentyabrın 22-də AZAL-ın qapısına yol tapan Junior Nildo 550-ci topun müəllifi kimi tarixə düşmüşdü.

Bu top Elnurun “ağ-yaşıllar”ın heyətində 11-ci qolu olub. Bununla da yarımmüdafiəçi Emeka Opara, Adrian Skarlatake və Junior Osvaldoya çatıb. Bu 4 oyunçu klubun ən yaxşı bombardirləri siyahısında 17-20-ci yerləri bölürlər. Bu siyahıya isə 44 dəfə fərqlənən Zaur Ramazanov başçılıq edir.

Futbolçu Turnir Rəqib meydan hesab  tarix Dəqiqə
1 Ç. İlir (Alban) çem Turan s 1:1 07.08.2004 26
50 O. Dərəlioğlu(Türk) çem MOİK s 1:0 12.04.2005 40-p
100 X. Məmmədov çem Olimpik e 1:0 12.02.2006 78
150 V. Nadirov Kub,1/8 Bakılı e 4:0 20.11.2006 90+1
200 Z. Ramazanov Çem Masallı s 3:0 18.08.2007 88
250 Z. Ramazanov B/kub,fin Paxtakor (Öz) n 4:3 27.01.2008 43
300 K Radukanu (Rum) Kub,1/8 NBC (Muğan) e 3:0 30.10.2008 23
350 M. Souza (Bra) Kub, 1/8 Muğan e 3:0 04.11.2009 53
400 U. Parks (K.-Rika) Çem Turan e 2:0 23.10.2010 7
450 A. Pit (Rum) Çem Qarabağ s 1:0 17.09.2011 42
500 S. Tounkara (Mali) Çem Neftçi s 1:2 15.09.2012 8
550 J. Nildo (Bra) Çem AZAL s 3:1 22.09.2013 68
600 E. Abdullayev Çem İnter e 1:0 29.08.2014 5

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− iki = 1