1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

qarga “Xəzər Lənkəran”nın sadiq azarkeşlərinin heç vaxt hər hansı klub və komandaya paxıllığı ola bilmədiyi halda,  nədənsə həmişə əzilir. Kiminsə və nəyinsə haqsız istəklərinin güdazına gedir ki, bu vaxt əzilməkdən qurtulmaq, haqsızlıqlara cavab vermək istəyi ürəklərində baş verməyə başlayır. Burada “sevgi” onun əlindən tutur. Onu zülmə (tapdanmaya) qarşı toparlayır. Aydındır ki, bu halda “sevgiyə qarşı” olmaq – “azadlığa qarşı” olmaqdır, əzənin yanında durmaqdır. Aydınlığın (ziyalılığın) isə belə bir hədəfi yoxdur.

” Xəzər Lənkəran”lı olmaq” sözünü biranlamlı termin kimi götürüb ona yalnız qara boyada don biçmək normal nəzəri baxış sayıla bilməz. Axı biz azarkeşlər öz möhtəşəmliyi ilə , ölkə futboluna xüsusi rəng qata bilməyimizlə bu idman növünün inkişafina töhfələr vermək istəmişik. Axı həmişə əzilənin yanında olmaqla, ağ-yaşıl geyinməklə buna hazır olmuşuq. Futbolda haqqın tərəfində olub və bunun üçün mücadilə aparmışıq. Biz bilirik ki, əzən qüvvələr doğrudan da qaradır – ağ geyinsə də… İndiki futbol idarəçiliyin “sevgimizdən”, öz dedikləri adıyla desək, “üçüncü qüvvə sözlərindən ” rahatsızlanmağı heç vəchlə səmimi duyğu qismində görmək mümkün deyil. Burada o – olmalıdır, ancaq – yoxdur kimi istəklərinin nəticəsi azarkeşlərimizin həbsi ilə nəticələndi ki, bu da futbolumuzun bədbəxtçiliyidir.

Konkret Rednik sevgisi də əslində məcburən dalda-bucaqda yaşanmış ufacıq bir duyğuydu. Onu da bizə çox gördülər!.. Onu və hər hansı bir özümlü duyğunu, hər hansı iradəni, hər hansı bir topluma, yerə (məkana), nəzəri baxışa… yiyə duyğusunu “bizə çox görənlərin” də nəyəsə inamı və sevgisi var axı! Bu məqamda biz yalnız onlara bizə qarşı söz deyənləri, sözçü saya bilərik. Mən, futbol başbilənlərinin yanında olub haqq söz deyənləri gəncliyində də alqışlamışdım, indi də alqışlayıram. Elə keçmiş futbolçularımız və hakimlərimiz indi də var. Əksəriyyəti də işsizdir. Nazim Süleymanov, Babək Quliyev və başqaları. Deməli, bizi mənfi anlamda millətçi – milliyətçi, üçüncü qüvvə ”sayanların sözünü külək qismində görmək bizim haqqımızdır.

Futbolda sevgi cürbəcür olur. Rusları götürək. Bəlli dönəmdə o, özünə “rus” demirdi, “sovet” deyirdi, onbeş – iyirmibeş – otuzbeş millətə də “ruslaş” demirdi, “sovetləş” deyirdi. Ancaq sovet futbolunun ət maşınının bu üzündən azəri balalarını qoyurdun – o üzündən ruslar oynayırdı. Bizimkilər ehtiyatda oturmaqla futboldan kənarlaşdırılırdı. “Xəzər Lənkəran”da gənclərimiz (onların adını siz deyin) Nildokimilərin sayəsində futbolsuz qalib. Bu cənubda futbolun məhvi demək deyilmi? Deməli, bunu istəmirlər, öz milliləşdirilmiş sifətlərini istəyirlər… (Vaqif bəyin yazısından sonra “düz bucaq, açıq bucağ”a dönür. Vaqif bəyə təşəkkür edirəm!

Mən, öz bölgəmiz üçün, “Xəzər Lənkəran”ı istəməyənləri, şərti olaraq, Qara qarğaya bənzədirəm, onların asılılığında olanları Ala qarğaya (“XƏZƏR LƏNKƏRAN” asılı olan tərəflərdən deyil). Ay cənubda futbolu istəməyənlər, axı Ala qarğa da bala çıxarmaq istəyir!

Zəfər Lerikli

MƏNBƏ: Bosman.az

11 Şərh

  1. …………………
    ***
    Hazırda elə haldayam ki, oxumağa səbrim çatmadı. Saxladı yaddaşda sonra baxaram.

    • Salam muəllim!-Yəqin yazini oxudunuz.Oxumusunuzsa, bir fikir deyəydiniz lutvən.
      ***
      Salam, Zəfər bəy. Hansı yazını nəzərdə tutursunuz? Heç bir yazı oxumamışam.

      • Sizdən xahiş etmişdim. Xahiş etmişdim ki bu yazini oxuyasiniz və sayta verməyəsiniz.Son zamanlar bəzi uzdəniraq quvvələrin fəallaşmasi mənə “Adam kişi olar yoxsa kişi adam olar” kimi bir yazi sayta göndərmişdim.Həmin yazida muəyyən boşluqlari görurdum bə mənə həmin yazida olan boşluqlari göstərmək kimi xahişdə rica etmək istəyirdim.Lakin həmin yazinin kopyasi indi məndə yoxdur.Sizində yorğun və narahat olduğunuzu bildiyimdən narahat etmək istəmirdim.Əgər yaddaşda qalmayibsa eybi yoxdur.Narahat etdiyimə görə bağişlayin.Təki urəkdən istədiyimiz alinsin ,min yazida yazmaq olar.
        ***
        Yox, yox yaddaşda qalıb. Onu gecə oxuyaram İnşaAllah. Gərək bağışlayasınız, az qala yadımdan çıxacaqdı.

  2. Salam Müəllim! Məqalənin ana xətti bugünümüz üçün çox aktualdır. Öz məktəbimizin yetirmələrinin komandamızın əsas heyətinə düşə bilməməsi isə ən ağrılı yerimizdir.Gəlin razılaşaq ki, gənc futbolçularımız bugün “Xəzər Lənkəran”ın əsas heyətində çıxış etməyə hələki hazır deyil. Mən əvəzedici heyətin əksər oyunlarına izləyən biri kimi bugün bu qənaətdəyəm. Çünki, yeni gənc futbolçular öz yaşıdları ilə oyunda başabaş mübarizə aparsalar da, əsas heyətdə elə nildokimilərdən xeyli geri qalırlar. O da ondan irəli gəlir ki, gənc futbolçularımız özləri öz üzərində işləmir. Düzgün istirahət rejimi də daxil olmaqla idmançıya aid olan əsas rejim prosedurlarına laqeyd münasibət bəsləyirlər. Futbolçu ilk növbədə idman rejiminə daim riayət etməlidir. Bu gənclər hər gün bizim gözlərimiz qarşısındadır və onların hər bir hərəkətinin şahidi oluruq. Hətta, əvəzedici komandanın əsas məşqlərindən bir neçə saat sonra məhəllə uşaqlarıyla yenidən futbol oynamaqlarından tutmuş, ta maşınla Lənkəran küçələrində o tərəfə, bu tərəfə şütüməklərinə qədər. Öz yetirmələrimizin “Xəzər Lənkəran”ın əsas heyətində çıxış etmələrini ən çox arzulayanlardan biri də mənəm və hətta onların bəzisinin atası ilə isti münasibətim də var. Əgər yazdıqlarımı oxuyurlarsa, dediklərimi təsdiqləyərlər. Söhbət düşəndə mən həmişə deyirəm ki, yaxın keçmişdə “Xəzər”in bütöv heyəti yerli, Lənkəran məktəbinin yetirmələri olubsa, bəs indi niyə əsas heyətdə öz yetirmələrimiz olmasın? Nəvaxt ki, öz yetirmələrimiz əsas heyətdə yer alacaq, bax onda komandamızda nildokimilərə yer olmayacaq!

  3. EN GOZEL BIR DIYARDA, YASARDI COXLU GARGA,
    DERDLESMEK UCUN ONLAR, YIGISARDIRLAE ARXA.
    ARASINDA VAR IDI, COXLU NOVDE RENKLERI,
    GARA GARGADAN BASGA, CURBECUR GESENKLERI.

    AYRILDI GARA GARGA, BIR NECE GUN MUDDETE,
    GELISI SEBEB OLDU, EN DEHSETLI SIDDETE.
    YIGISDILAR YENEDE, EVVELKI GOZEL ARXA,
    SOZ ALIB GOR NE DEDI, CUSSELI GARA GARGA.

    BU GUNDEN MEN HAKIMEM, BURDAKI DAG DASLARA,
    VERMEREM HAKIMLIYI, HEC DOGMA GARDASLARA.
    HERNE VARSA MEXSUSDUR, ANCAG GARA GARGAYA,
    HAKIMLIYIM OMURLUK, KECER BALA GARGAYA.

    YAMAN GUNLER BASLAYIB, GARGALAR DOZMEYIRDI,
    GORXUDAN SESLERINI, CIXARDA BILMEYIRDI.
    COXLU ALA GARGALAR, YASAMAGCUN UMUDLE,
    MIGRASIYA ETDILER, GONSU COLE ZULUMLE

    UCYUZ IL YAS VERIBDIR, GARGALARA TANRIMIZ,
    SERIKDIRMI BU YASA, BIZIM ALA GARGAMIZ.
    ADLAR OLSADA EYNI, HEYATLARI FERGLIDIR,
    BALASIZ ALA GARGA HEYATDA KEDERLIDIR
    SOYLE AY ZEFER GARDAS HEYAT NIYE DERDLIDIR

    ,

    • Telman bəy! Soruşursuz həyat niyə dərdlidir?
      Üç yüz il ömür surmək ,qarğaya kədərlidir.
      Bunu bilənlər bilər ,həyat niyə qəmlidir.
      Qartalin məğrurluğu tanrisina bəllidir.

  4. Azərbaycanlı says:

    Göstərilən problemlərin varlığı şübhəsizdir, elə varlığı ilə də diqqəti çəkirlər. Bununla yanaşı klubun düşdüyü vəziyyətdə öz “xidmətlərimiz” də danılmazdır. Tam bir bölgənin yeganə komandasının ağlasığmaz eksperimentlər plasdarmına çevrilməsi ölkə futbolsevərlərinin ən çoxsaylı hissəsini pəjmürdəliyinin səbəbidir. Dünyanın sayılıb-seçilənlərindən olan başıağarmışlara komanda etibar olunanda eksperimentlərə deyil, onların təcrübə dağarcığında olan hazır çarə vasitələrinə ümid bəsləməkdə haqlı idik, amma … Bu gün çətindir deyə, dayanmaq özünüməhvə aparan yolu tutmaq olar. Şükürlər olsun ki, bizim Qartallar bala çıxarmağa, deməli yaşamağa Zamanın hökmü ilə məhkumdurlar.

  5. SALAM ZEFER GARDAS. NE GEDER GARA GARGALAR FUTBOLA HIMAYEDARLIG EDIRLERSE ALA GARGA NE BALA CIXARDAR, NEDE INKISAF EDER. CUNKI ALA GARGANIN BALA CIXARDIB, INKISAF ETMESI GARA GARGALARIN GURDUGLARI YUVALARINA SAHIB OLMASI DEMEKDIR. HANSILAR KI, IMIGRASIYA EDEREK KOCUBLER ONLAR INKISAF EDIR. TEZEDEN GERI, GARA .GARGALARIN YANINA GELENLER ISE INKISAFI DAYANDIRIBLAR. GEL INDI DOZ BU HAGSIZLIGA. HELE USTELIK GARA GARGAYA 300 IL DE OMUR VERILIB.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


3 − = bir