9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 Vefa Qelemdarin yazisiYaxşı yadımdadır, əvvəllər hər evdə divar təqvimi olardı.

Hər gün səhər o təqvimdən dünənki tarixi göstərən səhifəni qoparardıq və bununla da yeni gün başlayardı. Qopardıımız səhifənin arxasındakı maraqlı qeydləri həvəslə oxumağı da unutmazdıq. Heç vaxt günləri səhv salmazdıq, heç vaxt martın 30-da birdən birə iki gün irəli gedib 1-aprel tarixini vaxtından əvvəl qeyd etməzdik, iki gün öncədən yersiz zarafatlaşmazdıq, heç kəsi də aldatmazdıq iki gün qalmış gülüş gününə. İndi isə belə şeylərə tez-tez rast gəlmək olur. Yəni forması və tərtibatı dəyişmiş təqvim səhifələrinin qoparılmasına daha yeni günün başlanığında deyil ötən gün və ya ondan da bir iki gün öncə əl qoyulur. Bu da saat əqrəblərini önə çəkməyi unudub günləri önləməyə çalışanlara bəzi addımlar atmağa rəvac verir.

Futbolumuz isə olduğu kimi görünməməyə çalışsa da kimsənin marağına səbəb olmayan və tül arxasında ehmalca gizlədilən əndamının bütün məcaraları hamıya bəllidir. Şərq düşüncəsi ilə fikirləşib qərb adətləri ilə yaşamaqla hər iki aşdan olan məmləkətimizin futboluna yeniliklər, pardon əcaib yeniliklər gətirən “Neftçi”nin timsalnda ayaqla zamanlaşma, pardon zamanla ayaqlaşmanı görmək artıq heç birimizi təəccübləndirmir. Ən köklü klubun fanat ordusu da nəyi var öyrəncəlidir. Ay kişi sənə fanat ordusu deyirəme, inan ki, yanaşı və boy sırasında düzülsələr nəblikərandan stəkanabada qədər uzanarlar. “Neftçi” rəhbərliyi icazə verməyincə elə uzanıb da qalarlar. Rəhbərlikdən söz düşmüşkən. Bu klubun ipini əlində saxlayanlar deyəsən təqvimi tez “dəriblər” ki, martın 30-da 1-aprel zarafatı eləməklə çoxunu diksindiriblər. Əvvəlcə klub prezidentinin istefa xəbərini əl altdan mətbuata ötürüb, sonra isə ciddi şəkildə təkzib etməyə də həyaları yol verib.

Beləliklə əvvəl xəbər yayıldı ki, “Neftçi”nin prezidenti dabanına tüpürərək bir dəfəlik gedib və yerinə yazıçı Çingiz Abdullayev təyin olunub. Belədə kəndimizdə dedi qodular gəzməyə başladı. Yəni güya Cahangir Hacıyevdən sonra “Evləri köndələn…” iki klub elə birdən verilər yazıçı Anara, axı “İnter”lə “Simurq”u kimsəsiz saxlamaq da olmaz. Sonradan Socarın təkzibi söhbətlərin səmtini dəyişdi. İndilərdə dükan qabağında toplanmış diplomlu bekar həmkəndlilərim, hamılıqla həmin xəbərin hansı məqsədlə mətbuata sızdırılamasını anlamaq yönümündə dərin düşüncələrə dalıblar. Çayçı ustanın yeni şəyirdi isə onlara tez tez kəllə qəndlə çay daşıyır. “Ay bala birin də mənə gətir, özü də taraşda”…

Görünən odur ki, “Neftçi” ətrafında qanlı qadalı vəzifə davası gedir. Hələlik isə ictimaiyyəti hazırlamaq üçün bir quş buraxdılar, məxfi adı da Dronqodur.

Bilməyənlərə xatırladım ki, aprelin 1-də “Xəzər Lənkəran”ın ev oyunudur, mən stadionun ya “R” ya da “S” sektorunda olacağam. Dedektiv söhbətimizi orada davam edərik. 

Vəfa Qələmdar.

18 Şərh

  1. NEFTIN GIYIMETI DUSUB ASAGI
    GAZLARIN GUCU YOX GANAD CALMAGA
    HEGIGI DEDEKTIV MEN YAZSAM EGER
    GAZLAR BASLAYACAG BALA SALMAGA

  2. Zəfər bəy, mən də Sizi salamlayıram. Hal hazırda Azərbaycan futbolunun və klub komandalarının əsas söz sahibi olan şəxslərinin tərcümeyi-halına nəzər salsaq, peşəkar futbol idarəşiliyindən başqa qalan bütün sahələrdən mütəxəssislərin olduğunun şahidi olarıq. Qohumbazlıqdan tutmuş keçmiş polis işçisinə, keçmiş peşə məktəbində sıravi müəllimindən tutmuş qazmaçı neft mühəndisinə, mülki aviasiya işçisindən tutmuş parfümeriya üzrə mütəxəssisinə, biznesmendən tutmuş nəhəng şirkət sahibinə kimi hər növdə sahələri əhatə etdiyi halda niyə ədəbiyyat sahəsindən peşəkar xalq yazıçısı olmasın! Olsun, çünki ədəbiyyatçılar həmişə yenilliklər axtarışında olur. Bəlkə elə istədiyimiz yenilliyi futbolumuza ədəbiyyatçılar gətirəcək?!

  3. “Xəzər Lənkəran”lıları Salamlayıram. Kaş elə Vəfa bəyin qeyd etdiyi kimi kənddə gedən dediqodular reallığa çevriləydi. “Neftçi”ni məşhur detektiv Çingiz Abdullayevə həvalə etdikləri kimi, elə “İnter”i də yazışı Anara verəydilər. Axı bunun nəyi pisdir ki? Onsuz da “Xəzər Lənkəran” da daxil, ölkə futbol klublarının prezidentlərinin heç biri futbol adamı deyil. Bircə onu bilirəm ki, hörmətli Çingiz Abdullayevin ümumi futbolumuza xeyiri dəyə bilər. Əvvəla, Çingiz bəy yazdığı saysız-hesabsız romanlarından qazandığı qonorar hesabına xeyli zəngindir, ehtiyacını təmin edən şəxsdir və “Neftçi”də xalqın pullarının yeyilməsinin qarşısını ala bilər. İkincisi isə bir peşəkar detektiv kimi “Neftçi” daxilində gedən “qara” işləri vaxtında ifşa edib heytrallaşdıra bilər. Bu da ölkə futboluna öz bəhrəsin verəcək. Çünki “Neftçi” klubu futbolumuzda baş verən əksər eybəcərliklərin yaradıcısı və memarıdır.

    • Zəfər Lerikli says:

      Qabil bəy salam.Çingiz Abdullayev həqiqətən sevilən bir yaziçidir.Axi yaziçinin futbola nə dəxli var?.-Bunu heç deyən də yoxdur. Axi, bir də bizim incə bir mentalitetimiz var–.qohumluq,qudaliq, tanişliq və s.
      Mən mazuta bulaşan yalniz neft buruqlarinda çalişanlarla fəxr edirəm.Əlini mazuta bulaşdirmayanlara isə bir alerigiyam var.
      Hörmətli qələm sahibi “Qilinc və qələm” romanini yəqin çoxdan oxuyub.Bəlkə elə “qələm” məsələsidir.Ya sinar ya da qilincdan iti olar.Gözləyək.

      • Məncə ora, hörmətli Çindiz Abdullayevin yeri deyil, o, vicdanlı, təmiz insandır. Belələrinə, korrupsiya, yalan, riyakarlıq olan yerdə yer yoxdur. Çindiz müəllimin təkcə, “rüşvət almaq fahişəlikdir” fikri nəyə desəniz dəyər.

  4. LELEK YOX UTUBLER MAZUTLU GAZI,
    ARTIG UCA BILMIR DUSUBDUR DARA.
    GIZLI CINAYETDEN BEHS EDIR YAZI
    TESEKKUR EDIREM MEN GELEMDARA.

    • Zəfər Lerikli says:

      Lələyi yox olmaz mazutlu qazin
      Dayisi çixardib bir azca “qazin”
      Gizli ya da aşkar bir çala qazin
      Dedektiv serialdan Telman bəy yazin.

  5. Salam, axşamınız xeyir. Detektiv janr və ya xəfiyyə ədəbiyyatı– bədii ədəbiyyat növü olub hər hansı bir əsərdə faktların məntiqi təhlili ilə gizli cinayətlərin üstünün açılmasından bəhs edən ədəbi janrdır. Kim bilir, bəlkə elə məşhur detektiv Çingiz Abdullayev “Neftçi”də illər boyu baş verən və tükənməyən hadisələrin gizlinlərini elə faktların məntiqi təhlili ilə gizli cinayətlərin üstünün açılmasından ötrü “Neftçi”yə təşrif buyurur?…
    ***
    Salam Qabil bəy. Belə də ola bilər əlbəttə.

  6. Ay sizi Allah güldürsün Vəfa Qələmdar. Çox minnətdaram, əziyyət çəkib bizə bellə bir yazını, sobanızdan çıxan kimi ist-isti təqdim edib, çoxumuzun nə baş verdiyini anlatmağa çalışdığımız və cavab tapa bilmədiyimiz anda, mətləbləri aydınlıq gətirdiyiniz üçün çox sağ olun.

    • Fərhad says:

      Xeyir ola, yenə futbolumuzun hansı əcaibliklərini müzakirə etmək fikrindəsiz, Vəfa Qələmdar sizin sektorlarda – “R”, ya da “S” sektorunda görüşməyi təklif edir… :)

      • Hörmətli Fərhad bəy, mənim üçün də qəribə oldu, ancaq sizin şərhinizdən sonra. Ona qdər isə ağlıma belə gəlməzdi. Şəxsən tanış olmadığım Vəfa Qələmdar həmin sektorlarda oturursa, bunun mənim nikimlə heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən onunla da elə sizinlə də nə vaxtsa şəxsən tanış olmaqdan məmnunluq hiss keçirəcəyimə şübhə etmirəm.

  7. Saleh Efendi says:

    Çox ince yazıdır, replikalar yerindədir və istehza qıcığı templə işlənib. Tələskənlik isə əlbəttə hiss olunur. Yenə də müəllifə təşəkkür düşür ki, hadisələrə belə operativ həm də gözəl reaksiya verə bilib.

  8. bax budu bizim futbol

  9. Qaldiki nefticide bas veren hadfiselere bu hadise yaxin vaxtlarda butun klublarda bas verecek yeni artiq 2015 ci ildi ve bu ile qeder vaxt verilmiwdi futbolun inksafina

  10. Salam Admin bey necesiz?sehetinizi necedi?InsaAllah bu yay vaxtina kecidle elaqedar olaraq sehetinizde hec bi problem yaranma ozunuzu qoruyun
    ***
    Salam. Diqqət və qayğınıza görə sizə təşəkkür edirəm.

  11. Tənqidçi says:

    Dedektiv serial davam edir…”AĞ DRONQO”-Bu dəfə AFFA tv-də.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ bir = 2