1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

668“Xəzər Lənkəran”ın qatili Ramil Diniyev “Rəvan”la oyunda törətdiyi qətliamdan dərhal sonra PFL prezidenti Ramin Musayevə zəng edib və hesabat verib.

Bunu Musayev özü etiraf edib: 

“Diniyev mənə oyunu yüksək səviyyədə keçirdiyini bildirdi. Penaltiyə gəlincə, hakim qeyd etdi ki, həmin epizodda “Xəzər Lənkəran”ın müdafiəçisi “Rəvan”ın futbolçusunu dirsəyi ilə vurur. Hər halda, mənə elə dedi”.

Əcəba, Ramil Diniyev Musayevə niyə zəng etsin ki? Axı hakimlər Peşəkar Futbol Liqasına tabe deyillər. Hakimlər Komitəsi AFFA-nın nəzdindədi. Ramil Diniyev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova zəng etməliydi axı. Hətta onun AFFA-nın baş katibi Elxan Məmmədova da zəng etməsində məntiq olardı, amma Ramin Musayevi aramasında…

Bu, qatilin sifarişçiyə zəngidi. “Xəzər Lənkəran” həmin gün qətlə yeririlməliydi. Nəyin bahasına olursa-olsun. Hətta bütün Azərbaycanın gözü qarşısında olsa belə. Qətli sifariş verən belə şərt qoymuşdu. Qatil də bu sifarişi yerinə yetirdi. Və oyundan sonra zəng edərək qətli yüsək səviyyədə icra etdiyini bildirdi. İndi Ramin Musayev bu qatili qorumalıdı. Qorumaq üçün “Rəvan”ın futbolçusuna dəyən dirsəyi tapmalıdı axı. Dirsək hardadı? Onu Diniyevin gözündən çıxarmayacaq ki. Başqa yol yoxdu, qətlin sifarişçisi Ramin Musayev özünü qorumaq üçün qatili – Ramil Diniyevi qurban verməlidi. Qatil sifarişçiyə zəng etməklə işləri korlayıb. Həyəcanlı olub. O boyda qətli törədən həyəcanlı olar də…

MƏNBƏ: Komanda.az

2 Şərh

  1. BU AXMAQ QURUMU BEYNALXALQ MEHKEMEYE VERMEK LAZIMDIR

  2. Fərhad says:

    Ramin Musayev qatili qorumaq üçün “Rəvan”ın futbolçusuna dəyən dirsəyin axtarışında çox da baş sındırmayaraq Xaqani Məmmədovu seçib. O da öz növbəsində vicdanını ayaqlayaraq qatillə həmrəy olub, dirsəyi tapıb: “Epizoda diqqətlə baxsanız, “Xəzər Lənkəran”ın kapitanı Tural Cəlilov “Rəvan”ın oyunçusu Ruslan Tağızadənin sinəsinə dirsəklə zərbə endirir. Bu, Tağızadənin topa yiyələnərək, irəliləmək istədiyi vaxt baş verib. Ona görə də penalti qərarı haqlıdır”. Siz abırsızlığın dərəcəsinə baxın… Futboldan anlayışı olmayana bu epizodu göstərsən belə, orada “dirsəyin” və qayda pozuntusunun olmadığını təsdiqləyər, hər halda bir neçə ayrı-ayrı rakurslardan təqdim olunan epizodlardan bu aydın görünür. Özlərinə haqq qazandırmaq üçün heç olmasa məntiqli bir səbəb tapaydılar…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 9 = inyeddi