8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

mirce ve huseyn

“Xəzər Lənkəran”ın növbəti mövsümdə Premyer Liqaya buraxılmamasına klubdan münasibət gəlib.

Məsələ ilə bağlı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu çətin vəziyyətlə üzləşdiklərini bildirib: “Borcumuz olan oyunçular var idi. Bizə lisenziyanın verilməməyinin səbəbi də budu. Həmin oyunçuların pulları ödənilməli, sonra komandaya lisenziya verilməlidi. Borcun miqdarı 1 milyona yaxınlaşır. Bizə bu problemi yoluna qoymaq üçün 14 gün vaxt verilib. Sözsüz ki, həmin müddət ərzində lisenziya almaq üçün əlimizdən gələni edəcəyik. Amma real danışsaq, borcun miqdarı xeyli çoxdu. Sənəd problemi olsaydı, 14 günə həll etmək olardı. Lakin üzləşdiyimiz bu problemi 2 həftəyə həll etmək çox çətindi. Borcumuzun olduğunu, onsuz da, inkar etmirdik və bunu mediada da açıqlamışdıq. Yəni, borc məsələsi bu gün ortaya çıxmayıb. Bu problem neçə ay ərzində həll edilməyibsə, 14 günə də yoluna qoyulası məsələ deyil. O qədər pulun birdən-birə ödənilməsi çox çətindi. Çalışacağıq ki, 2 həftə ərzində ərzində bütün variantların üzərində işləyək”.

 Azərbaycan futbolunda belə bir praktika var ki, külli miqdarda borcu olan klub bu problemdən qurtulmaq üçün adını dəyişir sualına Hüseyn Cəbrayıloğlu belə cavab verib: Elə bir variant müzakirə olunmayıb, bu barədə, ümumiyyətlə, düşünmürük. Bu klub “Xəzər Lənkəran” kimi fəaliyyət göstərib və qısa müddətdə özünü tanıtdırıb. Birdən-birə adını dəyişmək, yeni klub yaratmaq real görünmür. Rəhbərlik yekun qərarını sabah bildirəcək. Sabaha qədər isə müxtəlif variantların üzərində işləyəcəyik”.

 “Ağ-yaşıllar”ın nümayəndəsi AFFA-nın “Xəzər Lənkəran”a yardım əlini uzatmaq gücündə olduğunu istisna etməyib: “Himayə başqa cür səslənir, amma kömək edə bilərlər. Bu o demək deyil ki, AFFA öz xüsusi adamlarını qoyub, klubu idarə etməlidi. Sadəcə, federasiya istəsə, borcun bir hissəsinin bağlanmasında yardımçı ola bilər. “Xəzər Lənkəran” hazırda cənub bölgəsinin tək komandasıdı. Odu ki, dəstək göstərmək olar. Amma bu addımı federasiya atmalıdı, biz deyə bilmərik ki, yardım edin. Klub özəl olmalıdı. “Xəzər Lənkəran”ın öz sponsoru, sahibi var. Lakin belə bir məqamda federasiya da köməyini əsirgəməyə bilər. Bu da onlardan asılıdı, istəyərlərsə, yardım edərlər, istəməzlər, etməzlər”.

—————-

MƏNBƏ: Apasport.az

7 Şərh

  1. salam adamin hec werh yazmagi gelmi vsllah,ne yazaq?
    ***
    Salam, çox çətin vəziyyətdir.

  2. Azərbaycanlı says:

    Çox təzadlı təəssüratlara yol açan bir bəyanat…köhnə nəsil -“Hitleri Levitanın səsi yıxdı” deyimini yaxşı xatırlayır. Klubumuz isə mətbuat katibinin səsi ilə yaydığı bəyanatla diplomatik formada kapitulyasiyanı etiraf edənə oxşayır.

  3. Ən çox azarkeşlərimiz bu hala uzülür.Əslində mən hardasa komandamızın belə ağır vəziyyətə düşməyini gözlədiyimdən bir az hazırlıqlı idim.Komandanın səriştəsiz rəhbərliyinin bütövlükdə getməyini və yenidən kluba maliyyə ayrılmasını gözləyirdim.Lakin bu rəhbərlik iki ayağını bir başmağa saldı və könüllü gedənə oxşamadı…Onlar getməsə heç nə gözləmirəm.İyrəndirdilər hər şeyi…Hələ də nəsə gözləyirəm sadəlövhlük də olsa…Lənkəran futbolu yaşamalıdır.Bunu Affa da yaxşı dərk edir.

  4. Fərhad says:

    Bu nə məntiqdi, sizə 14 gün yox, 14 ay vaxt verilmişdi, onda harda idiz, yoxsa qış yuxusuna getmişdiz? Klubun pullarını havaya sovurandan sonra, utanmadan, hələ bir üstəlik AFFA-dan yardım da gözləyirsiz. Yaşadığınız torpağa, mənsub olduğunuz xalqa, millətə heç dir hörmət, sevgi hissiniz yoxdur. Siz saydığınızı sayın, görün fələk nə sayacaq… Bu iqtisadi böhran dövründə, insanların bəlkə də yeganə ümüd yeri bu komandadı, onu da onlara çox gördünüz. Uşaqlar komandanın uğurları naminə hətta azadlıqlarını qurban verirdilər, indi onlara nə cavab verək. Nifrətimin dərinliyini ifadə edə biləcək söz tapa bilmirəm…

  5. Söhbət tək birinci divizion ilə bitmir. 1 milyon borcu verməsə lap həvəskar liqaya düşər.

  6. 1-ci liqa mehebbeti evvelden duşunulmuşdu.Men hemişe bu barede yazirdim.Bunu lap evvelden hami bilirdi, özu da 4-ila qayidar o vaxta kimi da ya eşşek öler ya sahibi.

  7. Fegan242 says:

    Qovsunlar!!!!!! Sevinerik….

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ doqquz = 11