8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

statistika-yeniPremyer Liqanın XI turunda “Xəzər Lənkəran” səfərdə “Rəvan” klubu ilə üz-üzə gələcək.

Bu qarşılaşma cütlüyün dörd illik tarixində 14-cü matç olacaq. 2009-cu ildə yaranmış və iki il ardıcıl birinci divizionda çıxış edən “Rəvan” klubu 2011/12 mövsümündə Premyer Liqada debüt etmişdir. Debüt ilindəcə paytaxt təmsilisinin “Xəzər Lənkəran”la keçirdiyi oyunlarda (1:1) eyni hesablı iki heç-heçə qeydə alınıb. Bu hesab 2012/13 və 2013/14 mövsümlərində cütlüyün ilk qarşılaşmalarında da təkrarlanmışdır. Ötən 2014/15 mövsümündə isə “Rəvan” Premyer Liqada çıxış etməmişdi.

 “Xəzər Lənkəran” indiyə qədər “Rəvan”la keçirdiyi 13-oyunun 5-də qalib gəlmiş, 3-dəfə məğlub olmuşdur. Qalan  5-görüşdə isə qalib müyyənləşməmişdir. Komandamız paytaxt təmsilçisinin qapısına 22-dəfə yola tapa bilmiş, öz qapısından isə cəmi 12-top buraxmışdır. Komandamız indiyə qədər “Rəvan” klubu ilə iki dəfə kubok yarışlarında qarşılaşıb və hər iki döyüşü qalib tərk edib – 2:1 və 4:1. “Xəzər Lənkəran” komandası “Rəvan”ı üç dəfə böyük hesabla məğlub etmişdir. Belə ki, komandamız paytaxt təmsilçisi üzərində 4.11.2012 və 02.05.2014 tarixlərində baş tutan çempionat oyunlarında eyni – 4:0 hesabı ilə, eləcə də 07.03.2013 tarixində keçirilən ölkə Kuboku 1/4 final mərhələsinin cavab qarşılaşmasında  4:1-hesabı ilə qələbə qazanıb.

Aşağıda “Xəzər Lənkəran” və “Rəvan” klublarının görüşləri ilə bağlı ümumi statistik məlumtlar təqdim olunur:

  2011/12 mövsümü, çempionat, təsnifat mərhələsi.

 “Rəvan” – “Xəzər Lənkəran” – 1:1

“Xəzər Lənkəran” – “Rəvan” – 1:1

 

2012/13 mövsümü, çempionat, təsnifat mərhələsi.

 “Rəvan”  – “Xəzər Lənkəran” – 1:1

“Xəzər Lənkəran” – “Rəvan” – 4:0

 

2012/13 mövsümü, kubok, 4/1 final mərhələsi.

“Rəvan”  – “Xəzər Lənkəran” – 1:2

“Xəzər Lənkəran” – “Rəvan” – 4:1

 

2012/13 mövsümü, çempionat, final mərhələsi.

 “Rəvan”  – “Xəzər Lənkəran” – 1:0

“Xəzər Lənkəran” – “Rəvan” – 1:2

 

 2013/14 mövsümü, I dövrə

“Rəvan”  – “Xəzər Lənkəran” – 1:1

 

 2013/14 mövsümü, II dövrə

“Xəzər Lənkəran” – “Rəvan” – 1:0

 

 2013/14 mövsümü, III dövrə

“Rəvan”  – “Xəzər Lənkəran” – 2:1

 

 2013/14 mövsümü, IV dövrə

“Xəzər Lənkəran” – “Rəvan” – 4 : 0

 

 2015/16 mövsümü, I dövrə

“Xəzər Lənkəran” – “Rəvan” – 1 : 1

 

2015/16 mövsümü, II dövrə

 “Rəvan”  – “Xəzər Lənkəran” – ? : ?

 

SƏHİFƏNİ HAZIRLADI: NƏBİOĞLU.

Statistik məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz + = 13