7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

rednic-cfr“Xəzər Lənkəran”da Mustafa Dənizlinin istefasından sonra baş məşqçi postuna gətiriləcəyi gözənilən namizədlər arasında Mirça Rednik azarkeşlərimiz tərəfindən ən çox yolu gözlənilən mütəxəssisdir.

Məhz onunla bağlı hər hansı adi yenilik futbolsevərlərin səbirsizliklə gözlədiyi xəbərə çevrilir. Qeyd edək ki, Rednikin “Xəzər Lənkəran”a gətirilib gətirilməyəcəyini klub sahibinin qərarı müəyyənləşdirəcək. Belə bir qərarın yaxın bir iki gündə veriləcəyi gözlənilir.

Maraqlıdır görəsən baş məşqçi təyinatında Lənkərandakı real vəziyyət, azarkeş istəkləri nəzərə alınacaqmı?

Əgər Lənkəranda az qala hər söhbət edən beş nəfərdən biri Rednikin baş məşqçi olması ehtimalından danışırsa deməli nəzərə alınmalıdır.

Real vəziyyət dedikdə aşağıdakıları demək istəyirik, görün bütün bunları diqqətdən yayındırmaq olarmı?

Şəhərin mərkəzində avtomobili saxlayan DYP-nin əməkdaşı sürücüdən sənəd istəməzdən öncə “Rednik gəlir, gəlmir?” deyə soruşursa, icra hakiminin qəbul günü qəbul otağının qarşısında toplaşan şikayətçilər də hətta öz dərdlərini unudub Rednikin gətirilməsinin vacibliyini müzakirə edirlərsə, Mirça Rednikin “Xəzər Lənkəran”a gəlməsinin gecikməsi Lənkəran bazarında müxtəlif məshulların qiymətlərinin dəyişməsinə təsir edə bilirsə, qız üstündə öz aralarında münasibətlərə aydınlıq gətirən iki yeniyetmə Rednik haqqında yeni xəbər eşidən kimi aralarındakı eşq rəqabətini yaddan çıxarıb müzakirələrə qoşulurlarsa, bank kreditini ödəyə bilmədiyi üçün işi məhkəməlik olan vətəndaşın məhkəmə iş-icraçısı ilə kredit haqqında söhbəti sonradan “”Xəzər Lənkəran”ı hazırki vəziyyətdən yalnız Rednik çıxara bilər” mövzusunda davam edirsə, super-marketi həvəslə cərimələməyə gələn vergilər idarəsinin nümayəndəsi Redniklə bağlı yeni xəbərə görə sahibkarla “dil” tapa bilirsə, ölümcül xəstə də  “Rednik gəldimi?” deyə öz doğmasının deyil məhz Rednikin yolunu can verərkən də gözləyirsə, yas mərasimlərində mollalar moizə arası Redniklə bağlı yenilikləri yasa gələnlərdən soruşurlarsa, doğum evinin qarşısında qızı dünyaya gəldiyi üçün sifəti turşumuş gənc ata “Xəzər Lənkəran”a Rednikin baş məşqçi gətiriləcəyi xəbərindən sevinirsə, taksilərdə, kənd avtobuslarında,parklarda,bazar-dükanda, çayxanalarda, evlərdə Rumın çalışdırıcı dillər əzbərinə çevrilibsə daha nə demək və necə şərh vermək olar? Hər şey göz önündədir.

Nə susmaq mümkündür, nə danışmaq nə də yazmaq. Gözləmək üçün gecdir, tələsmək üçün tez. Bizdən xəbərdarlıq etmək idi. Azarkeş saytı üzərinə düşəni etdi. Qalanı artıq klub sahibinindir.

Qərarı da məhz klub sahibi verəcək;

 Rednik gəlir, gəlmir?

77 Şərh

  1. Mən şəxsən çətinin XL-anla adının hallanmasına görə utanıram……

  2. mustafanin torbasini satqin oyuncularin eliyle tikdiler ki sonra anlawdiqlari cetini mewqci teyin etsinler.. Azarkewlerin qezebinden qorxub redniki atdilar araya..sakitlik yaransin deye…arada onla da daniwiqlar apardilar ki belke bunlarla razilawib cetinsifet olsun.. Xod tapa bilmeyende her weyi atdilar mubarizin ustune.. Axirda da deyecekler turkiyede klub rehberlerini qebul etdi, guya redniki beyenmedi..cetine ve ya bawqasina guvendi.. Vessalam..bizimcin xezer lenkeran nagili bitdi artiq

  3. SALAM!!!!! Məz bizim bu cür davranışımıza görə bizi heçə sayırlar. Şəxsən mənim üçün əgər çətin XL-anın baş məşqçisi olarsa ? HƏMƏN ANDAN XL-an sevgisini Ürəyimdən çıxarmış olaram. (ağır da olsa) Mənə satqın və həyasız baş məşqçi lazım deyil.

  4. telim mewq toplantisi ve ya hansi oyuncular geder qalar meselesi umumiyetle yay hazirliq planindan hec kim narhat olmasin hamisi iwlenib hazirlanib. Cetin mewqcimiz olacaq Rednikide gozlemiyin bele meslehet bilibler belede eliyibler ama bunu necur desinler belke onu hele muzakire edirler, qoy olsun neynemey olar, ama bize rednik hesretini gerey yawatmiyaydilar bu menim oz fikirlerimdi men bele duwunurem sizleri bilmirem ama men artiq buna eminem neynemey olar elbetde cox uzucu ve edaletsiz bir addimdir ama neylesekde ne olursa olsun xezer sevgisin qelbimizden kesib ata bilmerik. ALLAH ozu komeyimiz olsun.

  5. SALAM HEQIQETEN BIZE MENEVI BIR EZAB VERILIR BUNUN KIM TEREFDEN EDILDIYI MELUM DEYIL ESL XEZER LENKARANLI OLAN XALQI BELE INTIZARDA SAXLAMAZ MEN INAMIRAM MUBARIZ MESIMOV AZERKESLERIN SESINE SES VERMESIN BURDA INSANLAR HER SEYI GIZLI SAXLAYIRLAR REAL BIR HEREKET ETMEMEK XEZER LENKARANA CIDDI ZERBE VURUR INANIRAM KI HER SEY YAXSILIGA DOGRU GEDECEK INSAHLLAH…….

  6. Eyf ki saytda heç kim yoxdur bəzi suallara bir yerdə cavab tapa bilərdik.

  7. Admin saytda olduğunuzu təsdiq edin bir iki sualım bir yerdə cavab verək bəzi nüansları aydınlaşdıraq.
    ***
    Bir neçə saat idi ki, saytdan və ümumiyyətlə iternetdən uzaq idim. Buna səbəb odur ki, hazırda tam informasiyasızlıqdır.

  8. Axşamınız xeyir.Gəlir və ya gəlmir yazısı lap yerinə düşdü.Bütün azerkeşlərin istəyi bu yazıda nəzərə alınıb.Cənub komandasının məşqiçisinin kim oldiğunun hamı tərəfindən intizarla gözlədiyi bir vaxtda klub rəhbərliyinin bu komandaya qarşı məşqçi məsələsində əhəmiyyət verməyərək bu azerkeşlərin ümüdlərini heçə endirirlər.Başa düşə bilmirəm,Siz klub rəhbərliyi və Biz isə komandanın azerkeşiyik.Yaxşı onda bu kulubun və ya bu komandanın gələcəyi üçün kim fikirləşməlidir?Yəni Mənsimov üçün bu koimanda o qədərdə əhəmiyyət kəsb etmir.Yəni orda gəlir yoxdur. Onuda bilirəm ki,futbol onların biznesində axırıncı yeri tutur.Hər halda bu komandanı yaratmısansa onda onun azerkeşinədə hörmət etməyi bacarmalısan.Futbol azerkeş üçün oynalınır,bizdə azerkeş olaraq Mirça Redniki istəyirik.Əgər azerkeş istədiyini etmək istəmirsənsə yığışdır əmlakıvı özün bilirsən hara.Biz Sizə hörmət edirik bəxş etdiyiz və Lənkəranda tiktirdiyiniz stadiona görə.Amma minnətsiz.Azərbaycanda Sizin kimi insanlar hələdə var.Siz bizi eşidin, əsas azerkeşdir onsuz futbolun gözəlliyi yoxdur necə ki,sənişinsiz bir gəmi kimi.

  9. Keloglan says:

    Vaqif Cavadov bir xeber var admin ? Birdeki Rauf Eliyev gelse ela olar
    ***
    Bu futbolçuların menecerləri mətbuata bilərəkdən belə xəbər sızdırırdılar ki, məsələ aktuallaşsın, “Xəzər Lənkəran” onları alsın.

  10. ZƏFƏR bəy, Salam! Mən tərəfdən susqunluq ola bilməz. Saytı hər gecə izləyirəm. Sadəcə işdən bir az yorğun gəldiyimdən yazmağa həvəs olmur. Bir də nə yazasan? Əksər istifadəçilərimiz təkrarçılıqla məşğuldur. Mənim fikrimcə ” 12 ci Oyunçu” və “Bosman.az” M.Rednikin baş məşqçi postuna gətirilməsindən ötrü çoxsaylı azarkeşlərin istəyini yüksək səviyyədə gündəmə gətirdi və bugün də gündəmdə saxlayır. Bütün bu görülən işlərin üstünə fəxri prezidentə ünvanlanan müraciəti də gələndə, hesab edirəm ki, başda İslam bəylə Mirhafiz bəy olmaq şərtiylə, azarkeşlər edə biləcəklərini artıqlaması ilə etdi. İndi gözləməkdən savayı bir iş qalmayıb. Səbrlə gözləyirik , gözləyirik ki, klubun sahibi həlledici qərarı qəbul etsin. Fikrimcə, M.Rednikdən kənar qəbul edilən qərar “Xəzər Lənkəran”ı yenə xeyli geri salacaq. İndiki vəziyyətdə komandanın toparlanması üçün azarkeş amilini də nəzərə almaq lazımdır.

  11. Salam Alleykum!
    Gelir, gelmir? Umudle yaziriq, InshaAllah geler.

  12. Ötən mövsüm faciəvi şəkildə
    çıxış edən “Xəzər Lənkəran”ın
    gələn mövsüm uğur
    qazanmasına heç kim təminat
    verə bilməz. Məsələ
    burasındadır ki, əksər klublarımız təlim-məşq
    toplanışının planlarını cızdığı,
    transferlər həyata keçirdiyi bir
    vaxtda cənub klubunda
    durğunluqdur. Nə baş məşqçi var, nə hazırlıq
    planı nə də yeni transferlər… Mustafa Dənizlinin gedişindən
    sonra “Xəzər Lənkəran”ın baş
    məşqçisi olmağa iki namizəd
    var. Bunlar Oğuz Çətin və Mirça
    Rednikdir. Dünən belə bir məlumat yayıldı
    ki, Rednik artıq siyahıdan
    silinib. Amma klubdan verilən
    rəsmi məlumata görə, Rednikin
    baş məşqçi postuna gətirilmə
    ehtimalı hələ də var. Eyni zamanda, Oğuz Çətin
    variantı da var. Lakin məsələdə
    bir əmma var. İş ondadır ki,
    qərar verməli olan şəxs Mübariz
    Mənsimovun planında futbol
    hazırda sonuncu yerdədir. Hazırda Türkiyədə olmayan
    Mənsimov arada vaxt tapan
    kimi bu işə baxacaq. İndi bütün
    diqqətlər Mənsimovdadır.
    Mənsimov Türkiyəyə
    qayıtdıqdan sonra bu işdə son nöqtəni qoyacaq. Onun klub
    rəhbərliyini bir araya hansı
    şəhərdə gətirəcəyi hələ bəlli
    deyil. Görüşün Bakıda və ya
    İstanbulda keçiriləcəyi hələ
    bəlli deyil. Mənbə: Futbol11.az

  13. Vaqif Rəşidov says:

    Klubumuzu bu qədər aciz görməmişdim (üzə astarı çıxdı),amma sössüz,bu onillik inkişafımızın bir dalanıdı…..3 gün qaldı,süzülə-süzülə .

  14. salam admin bey necesiniz? Verilen vedeler ozunu dogrultmur bu gunude bele yola verdiler axi biz ne qeder gozleyek butun kilublar tranferlere bawlayiblar tekce xezerden bawqa. Senin deqiq sozlerine ehtiyacimiz var hec olmasa bir kelme ile ya gozlerimizi yollardan yigiwdir yadaki bizi sevindir!!!!!
    ***
    Salam. Təəssüf ki, mən qərar vermirəm, yoxsa azarkeş istəkləri daim ilk olaraq nəzərə alınardı. Reallıq budur ki, qərarı verən Mübariz Mənsimovdur. Onun baş məşqçi ilə bağlı qərarı isə hələlik verilməyib. İndi kim nə deyirsə yalan deyir, çünki ortada heç nə yoxdur.

  15. Azərbaycan futbolu nə gündədirsə klublarımız da o gündədir.

  16. celal qurbanov says:

    VALLAH lap meetel galmisig.bu rehberlik bizi doluyur komanda saxlaya bilmirsinizse satin klubu.bu geder azerkesi dolamag ele salmag olmaz.siz oz maddi maraginizi gudursunuz amma bizim eseblerimizle oynayirsiniz.

  17. Salam Qabil bəy!-Muşahidəçi kimi qalmağiniz və saytda tarixi bir məqamda susqunluyunuz yaxşi heç nə vəd eləmir.Sizin fikirlərinizə həmişə ehtiyac duyulur. Mən bir təklif irəli surmək istəyirəm; Məşqçi seçiminə qədər Rednikin fotoşəkili saytdan silinməsin.Mövzu dəyişilikləri ilsada amma fotoşəkil qalsin. İndiki məqamda ya Oğuz Çətinin fotoşəkli ya da Rednikin fotosu saytda olmaliydi. Çunki klub tərəfindən namizəd hələ ki, bu iki məşqçidir.Mənimlə razilaşarsiniz yəqin. Təşəkkurlər!

  18. SALAM qardaslar artiq sebrimiz tukendi bu rehberliy neynemey isteyir ele bil bunlar kimdense qorxur nece ola bilerki bunlar son iki il baslarina gelenlerden netice cixartmadilar beli menevi cehetden bize cox zerbe deyib amma maddi baximdan havaya sovrulan paralar Mensimovlarin cibinden gedib tosak mustafa kimi yuksek odenislilerin bunlara xeyri ne oldu o ki qaldi Rednikin (0-5)meqlubiyyetine men ve bir Ismayilli rayonundan olan dostumla isden cixib hemen oyuna getmisdik belkede bu gune kimi Xezerin tarixinde en boyuk rezalet idi ve hemin oyunda bas rollarda hemen rahid elnur ve basqalari idi eger Xezerin rehberliyi vaxtinda Rednikin arxasinda durub xainleri komandadan iti qovan kimi qovsaydi indi Xezer bu gune qalmazdi burda kim uduzdu Rednik yoxsa Xezerin seristesiz ancaq ayaqinin altini zornan goren bas bilenleri o ki qaldi yerli oyuncu qitliqina rahid elnur kimilerdense oz yerli genclerimiz ve qelben camiemize baqli olanlar olmalidir beli bizim ekseriyetimiz Redniki gozluyuruk basqa birisine guvenmirik saqolun Allah amaninda

  19. Salam Admin bey necesiz bu agaselim leqebli istifadecini birinci defedi ki burda gorurem yeqin bu da onlardandi
    ***
    Salam. Ağasəlim nikli istifadəçi çoxdan burada şərh yazandır, sadəcə son zamanlar nikini dəyişib.

  20. TALIŞ!!!!! says:

    SALAM!!!!! Ey, Xəzər- Lənkəran camiəsi, göstərək biz mətinlik, Yaranmasın “Xəzər”imdə, Biçervari Çetinlik. Əsl XL-an azərkeşlərindən xayiş edirəm bosman fan klubunun bu devizinə hamılıqla əməl edək…….

  21. bu Aqaselimi ne saliblar ortaya kecdide olarin dovru pensiyanerlerden elcekin uje, birde ki Aqaselimi gorduyde idman kanalinda primyerliqa verliwinde xezere haqsizliqlar olan vaxda duxu catmirdi duzun diye aqzina su alib otururdi bele affadan qorxanlardan ne gozliyirsiz

  22. Avazali, əgər istehzanı təsdiqdən ayıra bilmirsənsə, özünü psixiatra göstər.

    • farhad,salam.salam ALLAHIN adadir.sana salam verdim ki,hamisha ALLAHIMIZLA olag,onda sheytan bizdan uzag olar,psixiatora ehtiyacimiz galmaz.sana da maslahat goruram ALLAHLA ol,psixiatora da ehtiyacin olmasin.

  23. Salam admin kim nedeyir desin biz fikrimizden donmuruk ve Redniki xezere bas mesqci isteyirik ozude tezlikle bu mesele hel olunsun cunki xezer camiyesi narahatdir.admin qardas yeni xeber var rednik gelir
    ***
    Hələlik sakitlikdir.

  24. Agaselim MIrcavadov says:

    Gelen movsum 5+1 yerli oyunculardir neyimize lazimdir legioner
    mesqci onlar bizim mentaliteti bilmir elnur abdullayev ve rahid emirquliyevin rednikden zehleleri gedir yerli oyuncular xarici mesqci istemir hec oynamirlarda ureynen admin sizde agaselimin seklini quyub redniki yapisdirmisiz ekrana yerli oyuncular yarim sezona rednikin basin yeyib onu yola salacaqlar bizde avropa futbolu deyil bizde kuce futboludu
    ona gorede bize avropa mesqcisi lazim deyil
    ***
    2010-cu ildə Ağasəlim Mircavadov haqqında bir neçə xoş söz yazan kimi bizi Mircavadovdan pul almaqda ittiham edirdilər. Sonra bir müddət keçdi və Redniklə eyni hal yaşandı. Belə alındı ki, həmin bizi ittiham edənlərin iddialarına görə biz Mircavadovdan qəpik-quruş alırdıq. Amma Rednikdən pul aldıımızı iddia edənlər deyirdilər ki, güya biz Rednikdən hər ay 100-dollar alırıq. Biz də fikirləşdik ki, qoy “qiymətimizi azaltmaya”…
    Ciddiyə qalsa isə qeyd edə bilərəm ki, biz əksər azarkeşlərin istəklərinə əsasən Rednikin şəklini vurmuşuq saytda və onun haqqında yazılar da yazırıq. Bu çoxlu sayda olan azarkeşin istəyidir.

    • Agaselim MIrcavadov says:

      Aga 1 qizil 1 gumus 2 kubok 1kubokun gumusu 1 birlik kuboku rednik bele netice veribmi burda ? her seyi heqiqi sisirtmek lazimdir yalandan yox
      camaatida casdirmayin Aganin vaxtinda neftci bizim hemise qazimiz olub hemise tek qapi oynamisiq amma rednik bizi 5-0 biabir edib
      ***
      Rednik 0:5 hesabı ilə uduzdurmayıb, bu məğlubiyyətin öz səbəbləri var. Özü nakişilərin iştirakındadır səbəb. Belə ki, Rednik hər transfer pəncərəsi açıılan kimi 20-30-futbolçunu xaricdən gətirib tökürdü bura. Təbii ki, onlardan ən yaxşılarını özü də ucuz qiymətə seçib komandya gətirirdi. Əlbəttə ki, belədə Rednik yerli futbol menecerlərinin çörəyini bağlayırdı. Həmçinin bu futbol qurumlarında işləyən bir çoxlarının cib xərcliyi əldə etməsinə də mane olmaq demək idi. Axı futbolçuların transfelərinə nəzarəti əldə saxlamaq lazım idi, bircə Rednik buna imkan vermirdi. O biri əksər klubların baş məşqçiləri Rednik qədər işgüzar deyildi. Və sifarişli yazılar üçün hazır qalan mətbuat da hər şeyi amanabənd gözləyirdi. Əvvəlcə Rednikə qarşı mətbuatda müharibə başladı sonra bunun xeyri olmadıqda isə komandanın daxilində xəyanət mənbəyi açdılar. Bunun üçün də ən yaxşı vasitə bəzi yerli futbolçular idi. Beləcə 0:5 hesablı məğlubiyyət gerçəkləşdi. Qeyd edim ki, həmişə onun bunu əlaltısı olduqları üçün yerli futbolçular heç vaxt inkişaf edə bilmirlər. Ölkədən kənara çıxa bilmirlər, çıxanlar da görünür nə gündədirlər. Beləliklə sizin iddianızın cıfıngiyyat olduğunu qeyd etmək mənim borcumdur. Elə bilməyin ki, camaatın heç nədən xəbəri yoxdur. Kim qarşıma çıxıb həmin 0:5 məğlubiyyətində Rediki günahladırsa faktlarla, video və audio yazılarla sübut edib gözlərini çıxararam. Siz də xahiş edirəm bu qədər bərk getməyin boşuna. Bayaqdan dillənmirəm elə gedirsize, daha bu qədər də yox da. Fikir bildirmək başqa tarixi dəyişmək və əyri şəkildə təqdim etmək başqadır. Siz indi bunu etdiniz.

      • Agaselim MIrcavadov says:

        sizinle tam raziyam

      • Azərbaycanlı says:

        Vəziyyəti düzgün qiymətləndirən üçün elə onda aydın idi ki, oyun içimizdən batırıldı. Həmin oyundan sonra XL-də əppəyə çatmış nankorlar qovulsaydı nüfuzumuz bu qədər laxlamazdı…əksinə, milli oyunçuların ən iddialıları XL-na can atardılar, XL çoxları tərəfindən mübarizlik adası kimi qəbul olunardı, təəssüflər olsun ki, ardıcıl və davamlı tənəzzüldən sonra klubumuz bəxtsizlik arxipelaqı kimi futbol xəritəmizə düşdü…çox maraqlıdır özləri zəhlətökənə çevrilmişlərin kimdənsə xoşu gəlməməsi nədən meyarımız olsun…

  25. Azerkeslerin coxu REDNIKI isteyir.Amma inanmiram ki onu getirsinler.Yoxsa coxdan hel elemisdiler.

  26. Fegan242 says:

    Ne vaxta kimi Rovneq AFFA-dadir Agaselim meshgci olmayacaq .Birde Babeke zapret qoyublar.Amma gezunuz aydin Anar Salmanov qayidir. Redniki qoymayacaqlar,perdearxasi sehbetler var.

  27. celal qurbanov says:

    Axsaminiz xeyir eziz hemyerlilerim.sportarena.az caytinin en son melumati REDNIK alinmadi.Onu bilin ki mesgici yox bize klub rehberliyinde koklu deyisiklik edilmelidir

  28. Agaselim MIrcavadov says:

    Rednik gelib ne edecey bizi cempion edecek ? Agaselim Mircavadov kimi mesqcini qoymusuz yapismisiz rednikden neftci
    Aganin vaxtinda temiz sinmisdi rednikin vaxtinda xezere 5 top vurub bizi rusvay etdi. Rehberlikden xahisim budur yigisdirsin bu legioner bas mesqcileri qoy gelek stadiona son 5 ile baxin gorun bir legioner bas mesqci cempion ola bilib ?

  29. AXSAMINIZ XEYIR REHBERLIK OGUZ CETINI BAS MESQCI GETIRIBSE ONUN OZUNUN DEDIYI KIMI GEDEN FUTBOLCULARIN SIYAHSINI HAZIRLIYIB BILMEK LAZIMDI PIS ZEIF FUTBOLCULARIN ADLARIN SECIB REHBERLIYE VERIBSE ONDA ONA SANS VERMEK OLAR. YOX EGER ZEIF OYUNCULAR QALACAQSA ONDA BILEREKDEN YALANDAN ELIYIRLER. ESL XEZER LENKARANLI OLAN. ISTIYIR REDINK YA OGUZ OLSUN ZEIF FUTBOLCULARI TRANSFER ETSELER ONDA REHBERLIYE EHSEN DIYEREM.

  30. bu kulub ozun bele aparir guya dunyanin qabaqda geden kulubudu gah rednik gelir gah cetindi yumuwaqdi nedi kimi getirirsiz getirin deysin sizin tepenize mewqcinizde bezdirdiz camaati

  31. SALAM!!!!! XL-anı nefçiyə satanlara XL-an da yer olmamalıdır…..Bir də bu qədər azərkeşi heç sayanlar istəyir dünyanın ən varlısı olsunlar , mənim gözümdə bir qara qəpik qədər dəyəri qalmaz!!!!!

  32. Xəbər veridiymiz kimi, hazırda “Xəzər Lənkəran” boş qalan baş məşqçi postuna iki real namizəd var idi: Oğuz Çətin və Mirça Rednik

    Sportal.az-a istinadən verdiyimiz məlumata görə, klub rəhbərliyi son anda Mirça Rednikin baş məşqçi postuna gətirmək fikrindən daşınıb.

    Belə olan halda, baş məşqçi postuna ən real namizəd Oğuz Çətindi

  33. AY QARDASLAR DEYISILIK OLMALIDIR. HAMI BILIR KI XEZER LENKARANIN HEYYETI COX ZEIFDIR ZEIFDENDE ZEIFDIR REDINKI GETIRMEKLE YANASI XEZER FUTBOLCULARINI TAMAMILE DEYISMEK LAZIMDIR BEZI OYUNCULAR QOY QALSIN MESELEN. TONKARA, ORXAN SADIQLI, EMBILA, TURAL, AGABALA, SAKARLATAKI, BAX BUNLAR SURETLI GUCLU FUTBOLCULARDIR BU FUTBOLCULARIN HESABINA XEZER 6 CI YERI TUTDU YOXSA XEZER BIRINCI DESTEYE DUSMELIYDI REHBERLIK ISTIYIRSE XEZER GUCLENSIN REAL DEYISILIKLER ETMELIDIR…………

  34. Salam admin bey saitlerde cl rehberliyi son anda rednikden imtuna etdi xeberleri yayilib bu dogrudurmu .??,? En duzunu siz bilersiz narahatam bir cvb yaz qsrdaw
    ***
    Salam. O xəbəri mən də görmüşəm,amma o informasiyanın nəyə əsaslandığı bilinmir, eləcə də haradan və necə əldə olunduğu da anlaşılmır. Qeyd edim ki, hələlik heç nə məlum deyil. Nəsə bir yenilik olarsa biz də yəqin xəbərdar olarıq.

  35. men raziyam Rednik gelsin,amma size ele gelmir ki bu redniki cox shisirtdik,sabah o de gelib ozunu dag basina qoyacaq.Mence problem bas mesqcide deyil bunu gerek kor olasan gormeyesen.ne qeder Rehberlik ve Heyyet tam deyismeyib neyinse deyismeyine umud elemek duzgun olacaq.Amma Rednikin gelisi en azi heyyeti deyisme ehtimalini artirir.Insallah yaxshi ne olacaqsa onu gozleyek

  36. ya Nazim Suleymanov yada lenkeranli Fazil Esedov olsa daha yaxwidi.qurtarin bu legioner baw mewqcilerden onlar ancaq pul qazanmaqa gelir.onlara verilen pulun 20-25 faizini azerbaycanli mewqciye verilsin ve istedikleri cox yox 4-5 transver edilsin ondan sonra neticeni gorun

  37. İndi hami öz azarkeş kimi fikirlərini sərbəst yazir.Lakin vəlvələ onda yaranir ki , realliği bilməyənlər bu gun gah Ağasəlim Mircavadovu, gah Nazim Suleymanovu, gah Redniki “Xəzər Lənkəran”-da məşqçi görmək istəyir.Buda təbii qarşilanmalidir. Özunu futbol filosovlari kimi tanitdirmaq istəyənlər haminin fikirlərində bir “əmma” qoymaqla özlərini ağilli saymaq istəyirlər.Bu gun Avazəli qardaş N,suleymanovu , Fərhad qardaş kisəçidə olsa kamandamizda baş məşqçi kimi taliş olan mutəxəssis , bir başqalarida Redniki istəyir.Burda nə var axi….Vay-vay duşub kimlərinsə canina.Əgər hər fikir yazmaqla fikirlərimiz keçsəydi onda məndə Biçər kimi bir məşqçini istəyirəm.İndi razi qaldiniz. Biçər ! Biçər yenə Biçər!. Bəlkə elə Biçərkimilər hələ bizə çox lazim olar.

    Bir yerdə ki, vəhdətlik olmadi ,bir ölkədə ki, şor ilə yağin qiyməti eyni oldu—onda başini göturub qaçmaq lazimdir.

    • Çox təəssüf edirəm ki, mənim istehzamı başa düşə bilməmisiniz və məni digərləri ilə bir sırada hallandırmısız…

      • Fərhad bəy salam! Əslində mən sizin milli xarakterinizi qiymətləndirməklə bu camiyyəyə bağli olan bir insan kimi başa duşmuşəm.Siz yalniz bizə yanan yenə bizlər olacaq prinsipi uzrə şərh yazmisiniz və məndə bunda qeyri-adi heç nə görməmişəm.Deməli seçiminizə hörmətlə yanaşmişam.Təəssuf ediləsi heç nə yoxdur.Fikirlərinizi davam edin.Elə etsəniz dahada yaxşidir.Fikir muxtəlifliyi başqa şeydir amma fikirləri dolaşdirmaq tamam başqa bir şey.!–Deməli siz birincilərdənsiniz və buyurun.
        Hörmətlə,

  38. Azərbaycanlı says:

    Azarkeş fikirləri mövsümün alqışsız finişinin və mövcud intizarlı halımızın təsirindən xeyli ləng görünür, hey MirRednik ətrafında yaratdığı burulğanda qaynayır. Yox-yox Nazim qayasına da çınqıl atırıq. Nazimin bir futbolçu və şəxsiyyət kimi azarkeşi və tərəfdarı olmağım şübhəsiz ki, fikirlərimə təsir göstərməmiş olmaz. Bununla belə, azərbaycanlı forvard Süleymanov karyerasına görə rumın müdafiəçiyə bac verməz, Avropanın eyni nəsil futbolçularına aid olan bu iki istetadın hər biri yaşadıqları coğrafi və sosial mühitdə kifayət qədər uğurlu fəaliyyət göstərmişlər, Rednik Rumınya-Belçika yerdəyişmələri ilə təcrübəsinin zənginləşdirən vaxtlarda, Süleymanov Azərbaycan-Rusiya məkanını “özəlləşdirirdi”. Nazimi kiməsə çətinlik qarşısında biçarə qalan kimi görünməsin. Sadəcə Nazim bir çoxları kimi çətin sədləri yandan keçməklə deyil, alın təri ilə keçən Oğuldur. Onun Rusiyada “Alaniya”nın Moskva hegemonluğuna qarşı zəfər yürüşü zamanı komandası ilə birlikdə dəf etdiyi baryerlər liqamızda XL-in rastlaşdıqlarından heç də zəif olmamışdır, əksinə…çünki bizimkilər ruslardan öyrənir bilmədiklərini, bizim idman funksionerlər inə qədər UEFA və FİFA əqidələrindən danışsalar da “qara əməllər” üçün rus texnologiyasını əvəvzedilməz sayırlar. Üstə gəl buradan uzadılan ağ-qara barmaqlar da çirkin işini görməkdən çəkinmirdilər Rusiyada şöhrətə çatan özümüzkünə qarşı… Nazim Azərbaycan futboluna adını yazmış Oğuldur, bu gün də futbolumuzun inkişafı üçün faydalı fəaliyyətini davam etdirir. Nazim kimi şəxsiyyətlər hətta nisbi fəaliyyətsizlik şəraitində olanda da onların adı dayanmadan müsbət istiqamətdə işləyir.
    Bütün bunları qoyuram bir yana. Nəyə görə hələ heç kim gəlməmiş vəlvələ düşüb canımıza ki, “vay, dədə vay, buna imkan verməzlər, ona imkan verməzlər”. Heç kim əl-qolumuzu bağlayıb bizi futbol oynamaq imkanından mərhum edə bilməz, eyni zamanda heç kim bizi təntənə təbili ilə müşayiət olunan alqış yağışında islatmağa tələsməz. Mübariz olmağı bütün alternativlərə rəğmən yeganə çıxış kimi görürəm.

    • Salam!-Siz həmişə yazilarima biganə qala bilmirsiniz, heç qalada bilməzsiniz.Ona görə ki, futbol içində böyumuşəm, futbolla yaşamişam. Indi deyin: dədə vaysiz ,nənə vaysiz nəsə Azərbaycan futbolunda varmi, mənə deyin.Deyin ki, qoy butun sayt oxusun və sizin fikirləriylə alqiş edib növbəti tarixi səhflərə gedək.Axi siz Azərbaycanli niki ilə yazirsiniz,bizsə əcnəbiyik.Deyin ki, indiyə kimi hakim qərəzçiliyini sizin Azərbaycanli soydaşiniz R.Musayev, Xaqani Məmmədov nəyə görə edib?.Nəyə görə Rednik bu camiə uçun papağini hirslə yerə çirpdi.?.Deyin bir papağini yerə çirpmaq nə ilə nəticələndi ,deyin.Niyə A.Mircavadova işləmək imkani verilmədi və indidə verilmir.Niyə N.Suleymanov işsizdir?.Niyə Pfl hazirliqla xususi oyunçulari “Xəzər Lənkəran”a calayir.?.Niyə bizim azarkeşlərimiz həbsdədir?-Axi niyə?. Bəlkə adam öldurublər?.Heç bilirsiniz Eliko adiyla taninan qardaşimiz nəyin ustundə yatir?-Bilmirsiniz, heç bilməzsinizdə.Bilmək uçun Elman Tağiyevin fəaliyyətini bilməlisiniz.Bilmək uçun AFFA və PFL-in siyasətinizdən xəbəriniz olmalidir. Qəliz cumlələrlə yazmaqla deyil.Mən onlari nöqtəsinə qədər anlayiram.Nazim Suleymanovu indi bi çirkaba bulaşdirmayin.İndi qoy Biçərkimilər gəlsin.Nildokimilər futbol oynasin.Nəyinizə lazim axi?-Qoyun növbəti dəfə hansi məşqçi gəlir qoy yenədə yezidlərin torbasina duşsun.Niyə Nazim muəllimi indi bu torbada görmək istəyirrlər,anlamiram.Bəli deyin də.Kimə imkan verilib indiyə kimi?-Bəlkə birinə imkan verilib və mən yuxuda olmuşam.Deyin də…demirsinizsə vay dədə vay daha mən demərəm, heç deməmişəmdə.Haqqini deyirəm və buda başima bəla olacaq.Bir gun məndə və mənimkimilərin çoxlari qəzəbə gələcək.Amma bilin; təxribata getmərəm.Azərbaycan kimi bir dövlətin vətandaşiyam və bunula fəxr edirəm.Ayri-ayri fərdlərin sözləri həmişə olub və olacaqda..

      • Azərbaycanlı says:

        Əleykümsalam. “Rednik gəlir, gəlmir?”-in altında fikirlərimi yazanda məndən qabaq yazanların heç birinin yazəsına cavab vermək və ya yazdıqlarını şərh etmək məqsədim olmamışdır. Sözün doğrusu, bu yazdıqlarımızla tatı o qədər çevirib vurmuşuq ki, dadı qaçıb. Mən bu saytda hələ ki, əcnəbi müəllifin yazısını oxumamışam(başqa ölkələrdə yaşayanlarımızı nəzərə almasaq) , əcnəbilərlə yazışdığım səhifələrdə buradakı istifadəçilərə rast gəlməmişəm hələlik . Azarkeşlərimizin cəminə Allah altında xoşbəxtlik və tutarlı futbol həzzi arzulamaqla yanaşı deməliyəm ki, onların heç birinin həyat və fəaliyyətini izləmirəm, bu mənim maraq dairəmdə deyil. Nazim Süleymanov barədə səliqəsiz yazışma həmişə məni narahat edib, digər portallarda da buna komment formasında reaksiya vermişəm, mən onun özündən üzr istəyib deyirəm ki, Nazim çirkab götürməyən materiyadandır!!! Komentimə komentin çox hissəsi ilə yazdıqlarım arasında əlaqə aşkar edə bilmiədiyimə görə təftiş etməyi lazım bilmirəm, “yezidlərin torbası” ilə bağlı yolum düşəndə İlham Axunddan bir izah istəyərəm, ümidvaram ki, imtina etməz. Nəhayət bildirməliyəm ki, yazdığım komment ərşə qalxan “dədəvayları”mızın qabağını almağa hesablanmamışdı…göründüyü kimi onlar davam edir.

    • Gardas men senin fikrinle tam serikem. Men Rednikin elehine deyilem , ancag o gelib uzagi 1 ya da 2 il isleyib gedecek. Onun yaratdigi komanda da onun gedisinden sonra derhal dagilacag , nece ki kecen sefer dagildi. Amma Nazim omurunun axirina geder azerbaycanda galacag, bu xalgin icinde yasayacag, hem onun sevincine hem de kederine serik olacag. Amma men inanmiram ki, bugunki Xezer rehberliyi Nazimi mesgci teyin etsin , teyin etseler de ona yaxsi destek olmazlar, xarici mesgci ucun ayirdiglari vesaitin 30%-ni de onun ucun ayirmazlar. Ureyim doludur cox yazardim amma vaxtim yoxdur, telesirem. Hormetle

      • Qardaş. salam!-Indi namizəd kimi Oğuz Çətin və Mirça Rednik klub rəsmiləri tərəfindən irəli surulduyu halda digər məşqçilərin adini bu siyahiya salmağin nə mənasi var axi?
        İndi muzakirə mövzusu bu məşqçilərdir.Əgər bu məşqçilərdən başqa azarkeşlərin təklifi ilə surulən namizədlər varsa onda məndə “BİÇƏR”-muəllimi irəli sururəm.Haminin fikirlərinə hörmətlə yanaşiram.Onda mənimdə fikirlərimə hörmət tələb olunur. Duşunurəm ki nə qədər vahid vəhdət halina gələ bilmiriksə–onda Biçərkimilər yaxşidir.Lazim olsa əsaslandiraramda…

  39. Tural-RX says:

    REDNIKI gozleyirik….

  40. LENKERAN ASHiQi says:

    qardashlar gelin hamimiz yazag rednik gelsin sabah ayin 1 dir sabaha hamimiz ancag bunu yazag REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM REDNIK GELSIN VESSALAM

  41. Avazali qardaş salam. Sizin fikirlərinizi alqişlayiram və bildirmək istəyirəm ki, Rednik gəlsə nə dəyişəcək və gəlməsə nə?.Həmçinin Nazim Suleymanov. Və əsaslandiriram da.Sizdə deyirsiniz ki, hörmətli həmyerlimiz N.Suleymanov gəlsin.Bir baxin:

    Rednik avropadan 20-30 oyunçu gətirir və icarə əsasinda illik 150-250 min manat arasinda dəyişən məbləğlə kamandamizda oynadir.Gətirdiyi oyunçularinda əksəriyyəti səviyyəli və ucuz başa gəlir.Kamandani yeniləyir, yeni mubariz bir vəhdət yaratmaqla Affa və Pfl-i təşvişə salir.Həmçinin onlarin simpatiya göstərdiyi kamandalara böyuk mənada rəqib olmaqla -böyuk başağridici problemlər yaratmaqla, həmin adi keçənlərin yuxusunu qarişdira bilir.
    Lakin 1.000 000 -a gətirilən oyunçunun əvəzinə, 4-5 belə oyunçu gətirir ki , bu gətirilənlər heçdə zəif futbolçular olmur.Rəqabət yarada bilir və haqsizliqlara boyun əymir.,nəticədə qazana bilir.

    N.Suleymanov həmyerlimiz və futbolu olkə xaricində peşəkarliqla davam etdirən öz fəxr etdiyimiz savadli mutəxəssislərdəndir.Gəlin baxaq:
    Kim Nazim muəllimlə hesablaşar?-Kim onun istədiyi transferləri gətirər?.-Kim ona transfer uçun guclu budcə ayirar?.Kim ona işləməyə Affa-da Pfl-də imkan verər?.

    İndiki anda heç kim.Heç Rednikədə bu kimi şərait yaradilmadi.Lakin avropa futbolunda onun xususi çəkisinin olmasini danmaqda olmur.Toşak, M.Dənizli kimi gətirdi və gətirə bilirdi ki….Halbuki guclu sərmayələr alirdilar və transferdə əllərində idi.İndiki dövrdə Rednik olmasa, qoy olmasin.Onsuzda bizim deməyimizlə deyil ki….amma Nazim muəllimdə gəlsə, ona imkan verməyəcəklər.Əgər Redniki istəməyənlər bu qədərdisə, onda həmyerlimiz olan N.Suleymanovun görun nə qədər istəməyəni var.Ən azi “Neftçi”də bunu görməmək mumkun deyildi.Təşəkkurlər!!!

    • Zefer qardash qizil fikirlarinla sherikem .Ehsen.

    • man futbola gora onda xoshbaxt olaram ki,NAZIMIN bashciligi ila XAZAR LANKARAN cempion olar.bir bela onlardan gorxmag lazim deyil.sadaca komandamiz guclu olmalidir.galan soz -sohbatlar cafangiyatdir.

  42. rednik gelsin rednikkkkk gelermi??

  43. Bu məsələnin bu qədər uzanması səbəb Mübariz Mənsimovun Mirça Redniklə birgə gəlməsidir. İnanıram ki, onlar bir yedə gələcəklər. Axı Rednikdə öz viza məsələsini həll etməlidir. Əgər türklər gəlsəydi, Çətin çətin ki, indiyə qədər orda qərər tuta bilərdi.

  44. ELDENIZ says:

    HER VAXTINIZ XEYIR MUBARIZ BEYIN OLA BILER KI ISI COX OLSUN ONA GORE XEZERE DIQQET AYIRA BILMIR MENCE CENUB VE XALQIMIZIN BIR QISMI REDINKIN NE ZAMAN XEZER LENKARANA QAYIDISINI GOZLUYUR MENCE REDINK SURETLI TAKTIKI OYUNU ILE XALQ ARASINDA BELE HORMET QAZANIBSA MEN INAMIRAM MUBARIZ BEY BASQA ADDIM ATSIN AMMA BASQA MESQCI VARSA UREYINDE ARTIQ QERAR ONUN OZUNUNDUR MENCE 3 MILYONDAN ARTIQ TERAFDARIN ISTEDIYI REDINKI GETIRSEK COX SEVINERIK.

  45. ramawka gulunun leceklerin darta datya diyin gelir gelmir en deqiq melumati bilersiz, bawqa varinyat axdarmiyan hami aldadar hec kim duz soz demez

  46. Avazali says:

    salamlar.bir bela shishirtmak naya lazimdir.ela birdafalik yazin ki futbolun banisi va yaradicisi rednikdir.goy galsin papagini biraz ora-bura cirpsin,yena camaatin gozu gabaginda dahiya cevrilsin.rednikin avropada nailiyyatlari na olub?xahish ediram mani da basha salin.avropanin nahanglari XAZARDA hecna eda bilmadilar,komandada koklu dayishikliklar edilmalidir.komandaya guclu oyuncular gatirilmalidir.man haminiza uzumu tutub dryiram;XAZAR LANKARANIN bash mashgcisi talish balasi NAZIM SULEYMANOV olmalidir.HAGGAN

    hagg ona catir

  47. celal qurbanov says:

    kIM gelir gelsin ancag tez gelsin ki komandanin zeif yerlerini bilib klubu tez bir zamanda komplektlesdirsin.MEN REDNIK alinmasa NAZIM VE YA AGASELIMIN TEREFDARIYAM.

  48. Vaqif Rəşidov says:

    Əgər Mübariz bəy bilsə ki klub rəsmilərindən başqa və ona müraciyət edən insanlardan savayı, onminlərlə də azarkeş ONUN yolun GÖZLƏYİR,mütləq öz razılığın verər! MÜTLƏQ!…İnanmıram ki bir qrup türk onu bu yoldan etsin…inanmaq istəmirəm!

    • Son zamanlarda f’əal azarkeşlərin fikirləri onminlərlə “Xəzər Lənkəran” camiəsinin fikirlərini əhatə edir.Əgər bu dəfədə alinmasa daha “Xəzər Lənkəran” bu xalqa verilən bir hədiyyə ola bilməz.Buda kamandanin sonu demək olar.

      Vaxt vardi ki biz azarkeşlərimizə bir-iki oyun stadiona getməməyi xahiş edirdik ki tutulan azarkeşlərimizin haqsiz olduğunu subut edə bilək.Onda bizi xain və kamandamizi sevməkdə şubhə altina aldilar.Nəticədə o oldu ki stadion heç özləridə bilmədən boşaldi.İndidə bir sözdur deyirəm.Əgər bu dəfədə stadionda 90-100 nəfər tapilmasa onda gunahi öz adlarina yazmağa hazir olanlar qabağa çixsin. Rednik bir ayda olsa indiki dönəmdə gəlməlidir.Bunu başa duşmək bu qədər çətindir ki… Nəsə…

      • Avazali says:

        zafar lerkkli,salam.san narahat olma,NAZIM LERIKLI kamandaya bash mashgci galar,komandamiz galabalari adlayar,stadion da agzina gadar dolar.bela olmasa ,gunahi yazin manim adima.yashiyarig gorarig,komanda yalniz NAZIMLA duzalar.evin icinda ozumuzkunu saxlamisiz yadlardan dahi duzaldirsiniz.AZARBAYCAN futbolunda manim ucun dahi TALISH balasi NAZIM SULEYMANOVDUR.

        • Mən də təklif edirəm ki, kim gəlir gəlsin, hətta hamamda kisə çəkən olsun, ən başlıcası talış olsun…

          • farhad, san na yazmag istadiyivi hec bilirsan?sana kisaci lazimdirsa, uzunu hamama tut.

  49. SALAM BUNLAR BIR IKI GUN DEYE DEYE IPI UZADIRLAR. BASGA KLUBLAR ARTIG TRANSFERLER EDIR BIZIMKILER YATIB. UMUMIYYETLE MEN BELE GORUREM KI. REHBERLIYIN HEC MARAGINDA DEYIL BU AZERKESLER. HER SEYI BIZLERDEN GIZLETMEK ISTEYIRLER. AY REHBERLER EGER BU KOMANDANI OZUNUZ UCUN YARATMISINIZSA ONDA 15 MINLIK STADIONU NIYE TIKMISIZ? YOX EGER XALGIMIZ UCUN BU KOMANDANI YARATMISINIZSA ONDA BU MILLETIN FIKIRLERINE HORMETLE YANASIN. KOMANDANIN GURUCULUGUNDA ELE YENILIKLER EDIN KI BU MILLET KOMANDANIN ADINI ESIDENDE UTANMASIN. XL ELE GUNE GOYMUSUNUZ KI. COX MINLI AZERKESLERIMIZ DOGMA KOMANDASINDA GEDEN PROSESLERIN GEDISATINDAN XEBERSIZ GALIBLAR. NE GEDER AZERKESLERIMIZI INTIZARDA GOYARSIZ.GETIRISINIZSE REDNIKI GETIRIN. GETIRMEYE GUCUZ CATMIRSA CIXIN KISI KIMI MELUMAT VERIN KI, OGUZ VE YA YA BASGASI GELIR. HER KIMDIRSE ACIGLAMA VERIN. HEC BIR KOMANDADA AZERKESLERI BELE INTIZAEDA GOYMURLAR.NE GEDER BU GIZLI PROSESLER DAVAM EDER. ELE BILKI, BIZ AZERKESLER XL DUSMENLERIYIK. XL DUSMENLERI KLUBUN OZ DAXILINDE YUKSEK VEZIFEDE OLAN SEXDIR. HAMIMIZDA BUNUN KIM OLDUGUNU BILIRIK NE GEDER MESGCI SECIMI YOXDURSA VE REDNIK GELMEZSE MEN DAHA SERH YAZMARAM DIGGETINIZE GORE MINNETDARAM.

    TORBA TIKIB REDNIKI GONDERDILER.
    KOMANDANI BARDAGA DONDERDILER.
    XEYANETI OLMADI BU INSANIN,
    HESRETINDEYIK HELEDE MIRCANIN.

    FUTBOLA DAIR VAR IDI BILGISI,
    OLMUS IDI CENUBLU ISTEKLISI.
    SEVGISI OLUB ONUN GELBIMIZDE,
    BU GUNDE YASAYIR HER BIRIMIZDE.

    • Telman bəy, sizin şərhlərinizi, həm də şeirlə yazılan şərhlərinizi həmişə maraqla oxuyuram. Ancaq sizin yazı üslubunuz oxumağa bir qədər çətinlik törədir, yəni bütün mətni böyük hərflərlə yazırsız. Düzü, buna səbəb nədir, bilmirəm, bəlkə vaxta qənaət edirsiz. Bu haqda düşünmənizi xahiş edərdim. Bir də bütün oxuculara və sayt istifadəçilərinə, o cümlədən sizə də təklif edərdim ki, öz kompüterinizə Azərbaycan əlifbasını yerləşdirəsiz, əgər bacarmırsızsa, onda mütəxəssiz bunu 5-10 manata edər. Çünki “hibrid”lə yazılan mətnin oxunuşu çox vaxt aparır. İnanın, mən özüm rusdilli olsam da Azərbaycan əlifbasından çoxdan istifadə edirəm. Hörmətlə…

  50. Eger Rehberlik azerkeshlernan mezelenirsa demali bu insanlarda qan adli bir shey yoxdur.Amma umud sonda kesilir.

  51. her gun eyni soz gelir gelmir, yeni hecne olmayacaq artiq komandalar transfer islerin yoluna qoyub bizimki hele yatir gelen movsum Revanfc yanina getmesek boyuk is gormus olariq.

  52. SALAM!!!!! Biz XL-an AZƏRKEŞLƏRİ istək və arzularımızı bütün mümkün yollardan istifadə edərək RƏHBƏRLİKDƏN istədik: İndi iş qaldı sizlərə YA AZƏRKEŞLƏRİN ARXASINDA DURUB REDNİKİ BAŞ MƏŞQÇİ TƏYİN EDƏSİZ YA DA Kİ, AZƏRKEŞLƏRƏ ARXA ÇEVİRİB şeytanlara ALDANASIZ .MƏŞUR ” Böyük Dayaq” FİLMİNDƏ OLDUĞU KİMİ Rüstəm KİŞİ LAL -Hüseynin ARXADAN ZƏRBƏSİNİ ALANDAN SONRA ÖZÜNƏ GƏLDİYİ KİMİ SİZ DƏ MÜƏYYƏN ZAMAN KƏSİYİNDƏ YƏQİN ÖZÜNÜZƏ GƏLƏRSİZ . ANCAQ ONDA 90% AZƏRKEŞİN SİZƏ İNAMINI İTİRMİŞ OLARSIZ……. REDNİKİN GƏLİŞİNƏ HƏLƏ DƏ ÜMÜDÜM VAR!!!!!

  53. Salam, Admin bəy! Necəsiz, səhhətiniz necədir? Təki hər işiniz qaydasında olsun.
    M.Rednikin intizarı nə uzun çəkdi. Gözümüzün kökü saraldı ki. Təki uzun intizarın sonu yaxşı olsun!
    ***
    Salam. Şükür hazırda yaxşıyam, çox sağ olun.
    M.Redniklə bağlı məsələnin bu qədər uzanacağı heç gözləilmirdi. Bəlkə də edlə belə yaxşıdır, əlbəttə ki, üsbət qərar verilərsə.

  54. Ronaldo says:

    Kim gelir gelsin amma bir az tez gelsin men bir azerkes kimi Oguz
    Cetinede inaniram Rednikede mence her ikisi fayda vere bilecek
    rehberlikden xahis edirem bir az tez olsunlar

  55. Fərhad says:

    2 gun evvel Turkiyeden qayidanda gomruk (таможня) ishcisi azeri oldugumu bilib yoxlamadan sorushdu: – yaxshi, Denizlini gonderdiniz badimcanliga, bes Rednik gelir, ya yox. Cavabimda dedim ki, Oguz Chetini de Denizlinin yanina gondersek Rednik hesab edin ki, Lenkerandadir. Lenkeranda ayaginin altinda kesilecek qoyun da choxdan hazirdi. Bu cavabimdan sonra gomruk ishchisinin meni yoxlamagi da yaddan chixdi ve mene ugurlar arzuladi.

  56. Əfqan says:

    Salam İslam bəy və xəzərsevərlər.Rednik gəlir,gəlmir yoxsa Gətirilir Gətirilmir.Rednik gəlməyə razıdır. Gətirilirmi?
    ***
    Salam, redaktəniz tam yerindədir.

  57. Eger bu defe de rehberlik azerkeslerin Rednikin getirilmesi ile baqli haqli teleblerini nezere almasa,teklif edirem ki,hamiliqla teleb edek ki,klubun adindan LENKERAN goturulsun.Mubariz,Mais,dar ayaqda Tuyqun da qoya bilerler.Ozleri calib,ozleri de oynasin.Besdir LENKARANLI adini biabir etdiler.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


altı − 1 =