8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

sağlam-ruhHər ilin son günü – 31-dekabr tarixi dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur. 31-dekabr həm də yola saldığımız köhnə, 2013-cü ilin son günü idi. Hazırda isə yeni, 2014-cü il ilk günlərini yaşayırıq.

 Kaş ki, 2014-cü ilin ilk günlərindən başlayaraq  bir az dəyişəydik, bir az səmimi olaydıq, bir az da sadələşəydik. Azca yaxşılaşaydıq dostlarımıza qarşı, pisləşəydik düşmənlərə qarşı çoxlu-çoxlu. Beləcə bilinəydi bütöv bir xalq olmağımız. Kökümüzün saflığını tarixçilərin yalançı əsərləri ilə yox gözəl əməllərimizlə sübut edəydik. Qarabağın bizə məxsus olduğunu mahnılarda və şerlərdə deyil Şuşaya gəzmək məqsədi ilə gedərək  göstərə biləydik !

Kaş  bu  il Azərbaycanı  dünyada neftinə görə yox, ağıllı insanlarına görə tanıyaydılar. Gömrükxanadan başlayan təmiz əməllər dükan-bazara qədər davam edəydi, polislər insanlara görə qanunları yox, qanunlara görə insanları qoruyaydlar, həkimlər nəhayət ki, heç olmasa bu yeni ildə xəstəliklə mübarizəni xəstələrin özləri ilə mübarizədən üstün tutaydılar. Ziyalılarımız boynundan qalstuk asdığına görə deyil əxlaqı ilə seçiləydi aramızda, sirrlər də qalaydı aramızda əmanət kimi, susaydı yalançı dillər, sağ əlin verdiyini sol əl bilməyəydi, həyat maraqlı olaydI…

2014-cü ildə kaş bir az səxavətli olub ehsan edəydik yaxşı əməllərimizi, yuxarıdan aşağıya, aşağıdan yuxarıya. Çox yox, heç olmasa  cavanlarımızın həyat tərzində indikindən azca fərq görünəcək qədər məntiq olaydı. Diqqətli olaydı icarədarlar, insaflı olaydı xəzinədarlar. Bir az dəyişərək ədalətli olaydıq, bir az mədəni olaydıq, bir az həqiqətsevər, bir az da dəyişərək etibarlı olaydıq, sonda yenə Azərbaycanlı qalaydıq.

Kaş hər günün sonunda və hər yeni günə başlamadan öncə etiraf edəydik səhvlərimizi və sevinəydik uğurlarımızla səmimiyyətlə, beləcə  ruhumuz sağlam olaydı.

 Azərbaycanlı kimi həmrəy olaydıq.

12 Şərh

  1. Salam,Admin bey! Yeni iliniz mubarek olsun!
    Eger mumkunse,sualimimi cavablandirasiniz. Elnur Allahverdiyevin Qebeleden Xezere qayitmasi xeberi dogrudurmu?
    ***
    Salam, bu barədə hələlik dəqiq məlumatımız yoxdur.

  2. LENET OLSUN mahir kimilerin eqidesine idealoqiyasina BU NEFT XALQIN MALIDIR TEK mahir in yox gec tez mahir kimilerin burnundan geler INSALLAH AMIN…

  3. Bu neft butun xalqin servetidir tekce mahir wukurovlarin deyilki desin benzin ne qeder qalxirsa qalxsin onsuzda bizim benzinimizi “SOCAR” pilsuz verir! Mahir bunu bilki sende bizim siralarimizdan cixmisan ne olsun senin elinde biraz wans var Azerbaycan tekce sizin kimilerin deyil Azerbaycan bizim hamimizin vetenidir!!!!!!!!

  4. hormetli admin bey evvelce sizi ve yaxinlarinizi bu yueni il munasibetile tebrik edirem uzun omur ve can sagligi arzulayiram! Bu movzuya gorede size tewekkurumu bildirirem ki he olmasa azda olsa bezi memurlar bunu oxuyub bizim vetenperver cavanlarimizi bawa duweydiler, bizim geleceyimizi duwuneyudiler, daha benzin, erzaq, evin qiymetini qaldirmaqna genclerimizi arxada vurmayaydilar! hara getselerde oz vicdanlarini qabaglarina qoyub fikirlewsinler ki hacansa bize alni aciq uzu ag cavab vere bilsinler. Gec tez bu nesil deyiwecek hamimiz allahin qarwisinda imtahana cekilende hec olmasa bunu fikirlewsinler! BIZ HAMIMIZ BU DUNYAYA LUT GELMIWIKM DEMEK OLAR KI LUTDE GEDIRIK! 1–2 METR KEFENDEN BAWQA HECENE APARMIRIQ!

  5. Mən əminəm ki, yazının müəllifi yazıdakı arzu olunanan insanlardan biri, bəlkə də ən yaxşılarından biri olan İslam Cabbarlıdır. Necə də gözəl arzulardır, əslində insanların bu səviyyəyə çatması üçün heç o qədər də böyük səy tələb olunmur, yalnız istək olmalıdır. Dünən səhərə yaxın o, bu yazını saytda yerləşdirəndə, mən onunla əlaqə saxlamışdım və söhbətimizdə (bilmirəm, bunu açıqlamaq nə dərəcədə düzgündür) o, mənə bildirdi ki, müalicəsini davam etdirmək üçün İrana getməyə hazırlaşır. Gəlin hörmətli və sevimli “admin”imizə müalicəsində uğurlar arzulayaq.

  6. Bəli!.Bu gunlərdə ruhumuzun saflaşmasina cox böyuk ehtiyac var.Bu gun musəlman aləmində cox huznlu gundur və eyni zamanda cox şərəfli bir gundur.Muəllif demişkən:Kaş hər günün sonunda və hər yeni günə başlamadan öncə etiraf edəydik səhvlərimizi və sevinəydik uğurlarımızla səmimiyyətlə, beləcə ruhumuz sağlam olaydı.Kaş elə belə gunlərdə sufrəmizdə ehsan verməyi hamiliqla bacaraydiq.Kaş ilahi ədalətlə dunyamiz dahada gözəlləşəydi.Kaş butun xəstəlikdən əzab cəkənlər ilahi şəfa tapaydi.Kaş vəzifədə olan insanlarimizda mənəvi sağlamliğa qovuşub hər sahədə haqqa söykənəydi.Kaş axirəti duşunub ruhumuz zənginləşəydi.Kaş xeyirli arzularimiz həyata kecəydi və hamiya pay duşəydi.Həmrəy olub kamandamizla Şuşada cempionlar liqasinindan danişa biləydik. Kaş elə hec kaş kəlməsi olmayaydi….Allah hamimizin köməyi olsun.Amin!

  7. SALAM millet MESSI qardas seninle tamamen raziyam ALLAHA sukur camaatin basi dedmoroza qarisan vaxtda siz butn ISLAM aleminin iki en deyerli sxsiyyetinin sehadet gecesini andiniz ALLAH sizi ve sizinkimileri qiyamet gunu PEYQEMBERIMIZIN ve EHLIBEYITIN SEFAETINDEN merhum etmesin ve bizi qiyamet gunu uzuaq bendelerden qerar versin AMIN YA REBBIM…

  8. MESSİ qardaşım, yazdığın fikirlərlə şərikəm və alqışlayıram.

  9. çox dəyərli fikrlər və arzulardı .Kaş ki dəyər verdiyin insanlarda ,dəyərin qədrini biləydi
    Başda 12ci oyunçu saytının Rəhbəri İslam Cabbarlı olmaqla Bütün azrkeşlərimizi Yeni İl münasibəti ilə Təbrik edir ,əvəziz olan Can sağlığı ,bol ruzi .əmin amanlıq arzu edirəm .Bu ilin sonunda biz istifatiçiləri üçun ,çətin günlər oldu ,Saytımızın rəhbəri infarkt keçirdi ,şükür ki bu indi iş başına qayıdıb .İnşallah gələn günlərimiz uğurlu olar .Üzümüzə gəklən il At ildi .At vəfalı olduğu üçün ,insalarımızda bir-birlərinə vəfalı olsunlar.

  10. Salam, ADMİN qardaş! Belə dəyərli fikirlərinizə görə Sizə minnətdaram. Mən də həmişə arzulamışam ki, xalqımız digər xalqların içində sayılıb-seçılənlərdən olsun.

  11. SALAM OLSUN XEZER-LENKERAN AZERKESLERINE MUSDAFA DENIZLI URUQVAYLI ULDUZ FUTBOLCU ALIR INSALAH

  12. Butun yuxarida qeyd etdiklariniz kas sozda yox,emelimizla ifade eliyaydik.Kas haqqin terezisi hemisa qalib qeleydi.Kas vicdani olmayanlarda dirnaq ucu qeder bir az vicdan olaydi ki,Xezere qarsi haqsizliq eliyanda vicdanlari oyanaydi.Kas qip-qirmizi yalan danisanlar,birca defe bir anliq ozlarini vicdan guzgusunda gora bilaydilar.Kas o insanlar ki var deyirlar mesqci ucun butun seraiti yaradiriq amma netica yoxdur,dediklari sozdan bir defe olsun bela utanaydilar.Kas o insanlarin vicdanlari bir defe dila gelib etiraf eliyaydilar ki,biz Rednika qarsi haqsizliq eladik ona gora islarimiz indiya qeder duz getirmir.Menim yazdiqlarima gulmayin Rednikin nefesi indida o stadionda duyulyr.Hec olmazsa 2014 ilda bir az durust olaq,yalandan demeyak ki,Slavik Alxasovu Mustafa Hoca istiyib.Cunki yalanin omru 40 gundur.Gelin 2014 ila pak-saf niyyatlarnan gedak belka islarimiz duz getirdi.Mubariz Mensumovlarin halal qaznclarina haram salmayaq,belka 2014 il uqurlu oldu.Men urayimdan kecanlari yazdim,pay sahibi olanlar oz paylarin gotursular,amma cetin Tu….n kimilar oz paylarin gotursunlar.Bu gun eziz Peyqambarimizin ve eziz nevesi olan imam Hesenin vefatidir butun momin qardaslarima sebr diliyiram ve haminizi imanli insafli olmaqa caqiriram.Sizi Allaha tapsiriram.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 − = dörd