1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 ruhumuz saglam olaydiHər ilin son günü – 31-dekabr tarixi dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur.

31-dekabr həm də yola saldığımız köhnə, 2014-cü ilin son günüdür. Kaş ki, 2015-ci ilin ilk günlərindən başlayaraq  bir az dəyişəydik, bir az səmimi olaydıq, bir az da sadələşəydik. Azca yaxşılaşaydıq dostlarımıza qarşı, pisləşəydik düşmənlərə qarşı çoxlu-çoxlu. Beləcə bilinəydi bütöv bir xalq olmağımız. Kökümüzün saflığını tarixçilərin yalançı əsərləri ilə yox gözəl əməllərimizlə sübut edəydik. Qarabağın bizə məxsus olduğunu mahnılarda və şerlərdə deyil Şuşaya gəzmək məqsədi ilə gedərək  göstərə biləydik !

Kaş  bu  il Azərbaycanı  dünyada neftinə görə yox, ağıllı insanlarına görə tanıyaydılar. Gömrükxanadan başlayan təmiz əməllər dükan-bazara qədər davam edəydi, polislər insanlara görə qanunları yox, qanunlara görə insanları qoruyaydlar, həkimlər nəhayət ki, heç olmasa bu yeni ildə xəstəliklə mübarizəni xəstələrin özləri ilə mübarizədən üstün tutaydılar. Ziyalılarımız boynundan qalstuk asdığına görə deyil əxlaqı ilə seçiləydi aramızda, sirrlər də qalaydı aramızda əmanət kimi, susaydı yalançı dillər, sağ əlin verdiyini sol əl bilməyəydi, həyat maraqlı olaydı. Şər və böhtan atmaq dəbdə olmayaydı, əsaslandırılmamış fikirlər millətimizdən uzaq olaydı. Kaş ki, ölkəmizin futbolu kağızda deyil real həyatda inkişaf edəydi, futbolumuz təkcə dövlət proqramına yox həm də futbolsevərin istəyinə uyğun gələydi, həbsə düşmüş futbol azarkeşləri azad olaraq qoşulaydılar sıralarımıza. Beləcə genişlənəydi slralarımız.

2015-ci ildə kaş bir az səxavətli olub ehsan edəydik yaxşı əməllərimizi, yuxarıdan aşağıya, aşağıdan yuxarıya. Çox yox, heç olmasa  cavanlarımızın həyat tərzində indikindən azca fərq görünəcək qədər məntiq olaydı. Diqqətli olaydı icarədarlar, insaflı olaydı xəzinədarlar. Bir az dəyişərək ədalətli olaydıq, bir az mədəni olaydıq, bir az həqiqətsevər, bir az da dəyişərək etibarlı olaydıq, sonda yenə Azərbaycanlı olaraq qalaydıq.

Kaş hər günün sonunda və hər yeni günə başlamadan öncə etiraf edəydik səhvlərimizi və sevinəydik uğurlarımızla səmimiyyətlə, beləcə  ruhumuz sağlam olaydı.

 Azərbaycanlı kimi həmrəy olaydıq.

15 Şərh

  1. Saiq Lerikli says:

    Men de butun xezerseverleri yeni teqvim ili munasibeti tebrik edir ve butun yas qruplarindan olan komandalarimiza hemcinin esas komandamiza ugurlar arzu edirem.Qoy komandamizda demir nizam intizam ve alman deqiqliyi hokm sursun.

  2. Bütün dünya Talışlarını 2015 – ci il münasibətilə təbrik edirəm sağlam can mənalı uzun ömür arzulayıram.

  3. Salam bütün Xəzər Lənkəranlıları Həmrəylik günü və Yeni il münasibəti ilə tərik edirəm.

  4. Salam Alleykum!
    Butun “Xezer Lenkeran” ashiqlerinin yeni ilini tebrik edirem!
    Hormetli inzibatci, Size gelen ilde en cox laziminiz olan can sagligi, azarkeshlerimize ise qelebe sedalari arzulayiram. Allahdan hebsde olan gunahsiz azarkeshlerimize azadliq dileyirem.
    ***
    AMİN !

  5. Allahin salami olsun Admin beye ve cemi 12ci oyunculara.Mende CEFERLI.SHAKIR SEYIDIN tebriklerine qosulub,Azerbaycan xalqini HEMREYLIY,,VEHDET,, GUNU ve12CI IMIMA,,H MEHTI SAHIBEZZAMANA,, IMAMETLIY VERILDIYI GUN munasibeti ile tebrik edirem ve Azerbaycan xalqini hemise firevan olmasini Allahdan arzu edirem.Xezer Lenkeranimizada ugurlar arzulayiram.

  6. CELAL QURBANOV says:

    salam eziz qardaslarim haminizi 2015 il gelisi munasibeti ile tebrik edirem XEZERle BIR yerde haminiza ugurlu heyat arzu edirem bir olan ALLAHDAN arzu edirem butun iztekleriniz heyata kecsin ugurlar

  7. Butun sayt istifadecilerinin, basdada adminin yeni ilinin en xos arzularla mubarek olmasini, bu yeni ilde Xezerin ugurlarinin danisilmasi isteyile…Tebrik edirem….

  8. Salam qardaslar mende sizin tebriklerinize qosulur ve haminiza umumen camiemize 2015-ci ilde can saqliqi naliyyetler uqurlar dileyirem amma arzulayiram kaski bu hemreyliy-hemrenglik gununde bu memleketde AQ-YASIL renge qarsi ,,bezi cenablarin,,alerqiyasi saqalaydi kaski hebsde olan qardaslarimiz efv olunaydi kaski klubun bas bilenleri butun varliqiyla bu AQ-YASIL renge konul veren baqlanan hec bir maddiyyat ummayan eksine lazim olsa elinde olan bes-on manat corek pulunuda bu klubun SEREFI uquru namine uf demeden xerclemeye hazir olan bu azerkes ordusunun qedrini bileydi ne bilim daha neler-neler yazmaqnan onsuzda qutaran deyil teki umid edekki qarsidan gelen 2015-ci il hamimiz ucun uqurlu olsun ALLAHIN izniyle her sey yaqsi olar birdaha kaski kelmesi bize lazim olmasin haminiza uqurlar saqolun…

  9. Azərbaycanlı says:

    Yeni 2015-ci Təqvim İlimizin gəlişi münasibətilə hamımızı təbrik edirəm! Allahın altında hər birimizə sevib sevildikləri müqabilləri bahəm xoşbəxt günlərdən ibarət İl yaşamağı arzulayıram.

  10. Salam.Admin bey sizi, elece de butun sayt izleyicilerini DUNYA AZERBAYCANLILARININ HEMREYLIK GUNU ve YENI TEQVIM ILI munasibeti ile semimi qelbden tebrik edirem. Haminiza uzun, menali omr, xosbextlik, aile seadeti, can saqliqi arzulayiram. Bizde deyildiyi kimi “NEYNIM-NECE ELEYIM ” demeyesiz. Xezer Lenkerana da bu Yeni ilde ancaq ve ancaq BOYUK QELEBELER arzulayiram.

  11. Salam eziz qardasim. Men – Talishinski (E.M) senin timsalinda butun azarkesleri, ilk novbede elbette hebsde olan qardaslarimizi, hemçinin MirHafiz beyi, Etibar Cebrayiloglunu, saytda Azerbaycanli, Raf, Azerkes, Meshedi Vusal, Qabil bey, Zefer Lerikli, Ferhad, Telman, Rovshen Asadov, Rahman, Siyavush Moskva, Messi, Astarali, Vasif, Shakir,Celal Qurbanov ve minlerle adlarini sadalamadigim diger serh yazan Xezer Lenkeran azerkeshlerini, saytda yazilarla cixis eden Vefa Qalandar ve Dazmatrosu ve o biri yazarlari, umumilikde butun camiemizi yeni il munasibeti ile semimi qelbden tebrik edirem ve Allahdan sizlere can sagligi arzulayiram.
    Haydi ireli – Lenkeranin Xezeri!
    ***
    Salam olsun Ya Seyid, böyük məmnuniyyətlə mən də sizin təbriklərə qoşuluram.

  12. – Düşüncələri, sözləri və əməlləri vəhdəd təşkil edəydi;
    – yaltaqlığa son qoyub, öz fikrini deməyə cürəti çatmasa da, heç olmasa susmağı bacaraydılar;
    – yuxarı və aşağı təbəqə arasında olan uçurum aradan götürüləydi;
    – hər işdə Allahın səxavətinə ümüd bəsləməyib özləri səy göstərəydilər;
    – torpaqlar sizindir, onun altındakı sərvətlər isə bizimdir prinsipinə son qoyulaydı;

  13. Zəfər Lerikli says:

    Gözəl arzulardi,arzunun içindən doğan arzulardi…..
    Amin! Kaş ki ,dilimizdə “kaş ki ” kəlməsi həmişəlik silinəydi və heç vaxt işlənməyəydi.Həmrəylik daimi camiəmizə və Azərbaycanimiza bir gun yox, ilin 366 gunu qismət olaydi.Xoş arzularla…
    BAYRAMİNİZ MUBARƏK!

  14. butun Azerbaycan xalqini tebrik edirem hamiya yeni ilde yeni uqurlar naliyetler can saqliqi arzuluyuram qoy xezerimizde bu yeni ilde kohne wan wohretini geri qaytarib bizi istemiyenlerin yaninda bawi uca elesin AMIN

  15. SALAM HAMINIZI YENI IL MUNASIBETI ILE TEBRIK EDEREK CAN SAGLIGI VE UZUN OMUR ARZULAYIRAM.

    VALLAH YUXARIDA SADALADIGINIZ O CATIMAMAZLIGLAR SAYMAGLA GURTARMAZ. DEYIREM HELE BELKE AZERBAYCANLI OLDUGUMUZA GORE BU PROMLEMLERIN ICINDEYIK. SADALADIGINIZ HEMEN CATISMAMAZLIGLAR OLKEDE VARSA RUH NECE SAGLAM OLAR. AMMA UMUDLE YASAYARAG FIKIRLESIRIK KI, RUHUMUZ SAGLAM OLMASA DA HEC OLMAZSA GANUNLARIMIZ TEZE ILDE SAGLAM SEKILDE ICRA OLUNSUN. ONDA RUHUMUZ DA SAGLAM OLAR.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ beş = 8