10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

presskos İranın paytaxtı Tehranda xəfif küləklər əsir, son günlərin cansıxıcı istisi insanları ağacların kölgə saldığı səki ilə getməyə məcbur edirdi. İş otağının pəncərəsindən küçəni seyr edən İran Peşəkar Futbol Liqasının prezidenti Ağayi Musa  yaxında keçirilən İran kubokunun finalından götürdüyü qazancı beynində hesablarkən otağının  qapısının döyülməsi ilə açılması bir oldu. Ağayi Musa  heç geriyə belə boylanmadan otağına daxil olanın kimliyini təxmin etdi. Bunu ancaq onun bacısı uşaqları edə bilərdi. Kecmiş İnqilab Keşikçilərinin zabiti olan Musa  onları çox istədiyindən bu müstəsna hüquq “bacıoğlanlarına” məxsus idi. Günün istənilən saatında onlar dayılarının qapılarını yüngülcə dingildədib dərhal da içəri daxil ola bilirdilər. Tacikistanda yaşayan bacısı uşaqları çox çətinliklə böyümüş, bu iki qardaşın qazancı ailənin hətta ərzaq dolanışığına belə yetmədiyi zamanda Ağayi Musanın  vəzifəyə gəlməsi işlərinə yarımışdı. Dərhal Tacikistandan Tehrana gələn Dəmir və Əhməd burda dayılarının sayəsində futbol menecerliyinə başlamışdılar. Yetərincə sadəlövh və laqeyd olan Əhmədi Tacikistandan Tehrana gələrkən Dəmir yolboyu təlimatlandırmışdı. Əhməddən fərqli diribaş və ağıllı olan Dəmir futbolu neçə nəfərin oynadığını anlatmaqla yanaşı bu işdən götürülə biləcək qazancı da qardaşına ətraflı başa salmışdı.

Dəmirin bikef olduğunu görən ağayi Musa özünəməxsus gülüşlə pəncərə kənarından uzaqlaşıb masasına yaxınlaşdı:

-Nooluf bajoğlu?

Dəmir istidən qızarıb tərləmiş boynunu silərək:

-Heçç dayı. Transfer pəncərəsinə az qalır. Bütün klublara satmağa futbolçumuz var.

İPFL prezidenti  onun sözünü kəsərək:

-Ayye,öyün yıxılmasın daha nə istəyirsən? Belədirsə niyə bikefsən ki? Get, Əhməd kimi “İsti” restoranında bir otaq tut, ye-iç əylən dana.

Dəmir əlini yelləyib ayağa durdu:

-Dayi,axı ən böyük tikə bizdən uzaq düşüb. Neçə vaxtdır “Traktorsazi”yə futbolçu sata bilmirik. “Traktorsazi” rəhbərliyi bütün yollarımızı bağlayıb.

 Ağayi Musa  dərindən köks ötürərək ayağa qalxıb bacısı oğlunun yanına gəldi. Əlini Dəmirin çiyninə qoyaraq:

Bilirəm. Hamısını edən də o, vitse prezidentdir. “Traktorsazi”ni əlimizə keçməyə imkan vermir. Əslində böyük pulların bizdən yan keçdiyini gözəl bilirəm. Darıxma,keçən dəfə bizdən baraban alan fan-kluba və “Presskos”un baş redaktoruna demişəm. Fəaliyyətə başlamalıdırlar.

Dəmir bu an geriyə boylanıb son çıxışından sonra düşüncəli görünən dayısına boylanaraq:

-Dayi, sən hər ay 7 jurnalistə cibindən yüksək rüşvət verirsən. Hələ bu “Presskos”un baş redaktoruna maşın da aldın. Amma ortada heç nə yoxdur. O, bahalı maşında gəzib iki aydan bir saytına xəbər qoyacaq, restoranları gəzəcək, sən də hər ay onun cibinə dəstə ilə pul basacaqsan?

Ağayi Musa  gülə-gülə Dəmirin əlindən tutaraq onu ayağa qaldırdı:

-bajoğlu, bizim qonşu Azərbaycanda adını unutduğum bir filmdə gözəl bir söz heç xatirimdən çıxmır. Gərək ki, orda kolxoz sədri belə deyir- “bax, bu kinoku var, çox qəliz məsələdir.” İndi, bajoğlu darıxma. Futbol da belədir. Sən o, “Presskos”un baş redaktoruna bir təpin. Mən bir şey deyən kimi əlavə xərclik istəyir. Yenə sən yaxşısan. De ki, yazılarını artırsın. Bu pivə barlarından ayağını kəsib silsilə yazılar versin. “Traktorsazi”nin ən mütəşəkkil fan-klublarının arasında nifaq salıb parçalanma yaratsın. Bir də deyirlər yeni baş məşqçi gəlməlidir ora. Bax, birdən yenə o tərəkəmə olsa biz batdıq. Tərəkəməni güclə qovmuşuq burdan.

Dəmir əlini telefona atıb “Presskos”un baş redaktorunun nömrəsini yığarkən birdən nəyi  isə xatırlayıb dayısına bir az da yaxın gələrək:

– Dayı, amma sənə deyim ki, bu yaman köpəkoğludur. O dəfə “Traxtorsazi”-“İstiqlal”  derbisində media lojada deyil, gedib azarkeşlərin arasında oturmaqla elə aləmi qatdı ki, “Traxtorsazi”nin üç-dörd azarkeşi hələ də həbsdədir.

Ağayi Musa  dərindən şaqqanaq çəkərək əlini bir-birinə vurdu:

– Ə, məni nə bilmişdin? Bu “Presskos”la görəcəyimiz iş çoxdur. Yetər ki, pulunu və pivəsini verrr.

Dəmir də dayısına qoşulub gülə gülə telefonu qulağna aparıb dayısının verdiyi təlimatları unutmamaq üçün pıçıldaya pıçıldaya otaqdan çıxdı.

Ardı var…..

 Qələmə aldı: Sahibəli Qələmpur.

13 Şərh

  1. SALAM!!!!!
    “Azərbaycan çempionatında bizim futbol elçilərimiz sizin kimi uğur qazandımı?”.

    Sportinfo.Az xəbər verir ki, bu fikirlər türkiyəli məşqçi Coşqun Dəmirbakana aiddi. Bir müddət öncə ölkəmizi tərk edən Mustafa Dənizli və Güvenc Kurtarı tənqid edən təcrübəli çalışdırıcı sosial şəbəkədə maraqlı iddialar səssləndirib. “Xəzər Lənkəran” və “Rəvan”ın sabiq çalışdırıcalarını Naci Şensoyla müqayisə edən Dəmirbakan Dənizli ilə Kurtarı “ağ yuyub, qara sərib”:

    “Arada bir qələbə qazananda, mediyadakı yaxınları “Mustafa hocanın, Güvənc hocanın komandaları qalib gəldi” deyə bir oyunu həftələrcə yazırdılar. Biri sonuncu olub, liqadan düşüb, digəri axırdan 3-cü olub. Amma mətbuatdan səs çıxmır. Bir-iki gündən sonra bəhanələrini telekanal və qəzetlərdə dinləyərik”.

    Qeyd edək ki, Dəmirbakan müxtəlif illərdə Türkiyənin bir çox klublarını çalışdırıb. Futbolçu vaxtı ona “imperator” ləqəbi verilmişdi.
    SÖSÜM OĞUZ ÇƏTİNƏ VƏ MUSTAFAYADIR – ÖZ VARLIĞINIZLA BELƏ İNSANLARI GÖZDƏN SALMAYIN , NECƏ GETMİSİZ ELƏCƏ DƏ QAYITMAYIN!!!!!!!!!!!!!!!!………………

  2. Salam Admin bey necesiz sehetiniz necedi?necede gozel yazidi halal olsun bunu yazana
    ***
    Salam, mən yaxşıyam. Səhhətimlə maraqlandığınız üçün təşəkkür edirəm. Yazı həqiqətən də uğurlu alınıb. Sahibəli Qələmpurun bütün yazılarında özünəməxsus incə istehza və yumor olur. Bu dəfəki yazı da istsina deyil.

  3. LENKERAN ASHiQi says:

    admin bey bu P*****S kimdiye ? yaman ozunu atib obshaqa lap e rmeninin azerbaycanda guleshmeyi yadima dushdu anasina zeng vurub deyibki ,men dosheye cixanda butun zal anasin yadina salirmmish , indi bu monqolustanda qulluq elemish manqo oz domovoy kniqasin bize saydirir , ona demek lazimdir ki,adam kushi olar filimine baxsin qoy kishi olsun P*****S olmasin.

  4. bu bombanin fitilini ceken olmadi??? Partladin getsin de, ne olar olar daaaa.. Ureyimiz partladi axi….partla, bomba, partla, ya atewfewanliq olar, ya daginti, felaket..

  5. SALAM HAMI BU GUN SABAH BOMBANIN PARTLAMASINI GOZLEYIR. HEMCININ MENDE. ANCAG MEN BIRCE ONU BILIREMKI PARTLAMAGINA PERTDIYACAG, AMMA REDNIKIN BOMBASI BIZE XEYIR CETININ BOMBASI ISE ZIYAN GETIRER.

    HAMIMIZ NAXOSUG, YOXDUR KEFIMIZ,
    PUSKOVOYDA DURUB BIZIM SEFIMIZ.
    BUGUN SABAH PARTDIYACAG BOMBZMIZ,
    OGUZ SECILSE, DAGILAR POMPAMIZ.

    PUSKAVOYU EHTIBAR EDIN MENE,
    XIDMETI LAYIGLI EDIM VETENE.
    KORDINATI YONELDEREM LAP DIKE,
    CETIN RAKET TEK DUSER MOZANBIKE.

    YOX DAHA AYRI CURE CIXIS YOLU,
    DONDERIBLER ZEHRIMARA FUTBOLU.

  6. GOZEL YAZIDI. IRANDA HADISELER CERYAN ETSEDE, GURLUSCU REJISSOR AZERBAYCANLI OLMAGLA BUTUN ROLLARDA BIZIMKILERDIR.. HELE FILIMIN CEKILISINDE DIN nin DE EMEKLERI VAR. BASA DUSENLER OZ PAYLARINI GOTURERLER. HEC OLMAZSA VICDANLARI VARSA BUNLARA GORE GOY UTANSINLAR.

  7. Salam İslam bəy,zəhmət olmasa,bazardaki araba sürəndən(adı yadımdan çıxıb) bir intervyu götürün.Görək o nə fikirləşir bu gün ki durum haqqında.Təçəkkür edirəm.

  8. Salam Admin bəy! Biz “Presskos”u köpəkoğlunun biri kimi tanıdığımıza baxmayaraq ona çox da əhəmiyyət verməməliyik. Məncə, “Presskos” özündə cürət tapıb bundan sonra “Traktorsazi”nin həndəvərində fırlana bilməz. Bizim bir nömrəli düşmənimiz öz qazancı ucbatından “Traktorsazi”ni hər vəchlə zəiflətmək istəyən Ağayi Musadır. Çoxlarının yadındadır ki, Ağayi Musa İranın “bərkgedən” komandasına vitse-prezident təyin olunanda heç bilmirdi ki, futbolu neçə nənəfər oynayır. Futbolu həndboldan azca ayıran kimi, gətirib oturtdular İran PFL-inin başında. İnkişafda olan İran futbolunu elə günə saldı ki, stadionlarda bayquşlar ulayır. Hakimbaşı postuna təyin etdiyi Ağayi Xuliqaninin yetirmələri hər oyunda futbolda rast gəlinməyən anormal qərarlar qəbul edirlər. Bir neçə il də belə getsə “Tpaktorsazi”kimi klubların sahibləri futbolu maliyyələşdirməkdən imtina edəcək. Nə qədər gec deyil, bunun qarşısını almaq üçün bir çarə tapmaq lazımdır.

  9. her kecen saat elehimize iwliyen bir vaxda. bele sakitce oturub arabir bir birimizi teriflemeyle hara qeder gederiy? bir duwunen varmi ? bu axir gunlerin sakitciliyi qefil bir bomba ile partiyacaq ya yaxwiliqa yada mehve doqru hazir olun

    • Ay dost! boş yerə deməyiblər ki, islanmışın yağışdan nə qorxusu. Football sözünün mənasını ingilis dilindən tərcüməsini məncə hamınız məndən yaxşı bilirsiniz, bizdə bu söz birəşməsi ümumiyyətlə bu idman növünə heç bir bağlılığı yoxdur. Fikrimcə bizdə bu idman növünü ingilis dilində desək Headball adlandırmaq daha məqsədəuyğun olar. Onsuz da bizdə bu idman növünün nəticələri olmayan futbol meydanlarında deyil, HEADOFİSLƏR də həll olunur. Boş verin, özünüzə fikir verin əsəblərinizi korlamayın.

  10. SALAM!!!!! Qələminə qüvvət.Bütün əblələr öz payın götürsün. Bir də Avazali qardaşa deməy istəyirəm ki, həyatda çox şeylər bağışlanır xəyanətdən başqa. İnsan yediyi çörəyə ,elinə obasına,sevdiklərinə ,İMAN və Əqidəsinə xəyanət etməməlidir. Çoxları kamranın nədən gözdən düşdüyünü dəqiqliklə bilmir. Ancaq sizə bir hadisəni danışım; Məşur nefçi ilə kubok oyunundan sonra (Rednikin dövründə) Bakıda bir dəlləkxanada nefçinin bir-iki valideyin tərbiyyəsi görməyən azzarkeşləri kamranı görüb başlıyırlar hesab soruşmağa. kamran da etməyib tənbəllik bunlarnan birləşib bizim etnik kökümüzə etikadan kənar bir xeyləm söyür. Ancaq xəbəri olmur ki, yan masada Qeyrətli TALIŞ balası oturub. Yaxşıca TALIŞ balasından dərslərini alırlar. Dərslərini verəndən sonra TALIŞ balası həmən o Traktorsazın vitse prezidentinə zəng edib kamranın qovulmasını istəyir. Vitse prezident də kamranı tənbeh edir komandadan qovulmasını istəyir. Həmən gündən vitse prezidentə və XL-ana qarşı terror başlayır.Avazali qardaş adını çəkdiyiniz insan da müqavilə imzalayanda eyni hərəkətləri etdi. İnanın XL-anda elin -obanın övladlarının işləməsini bəlkə də mənim qədər heç kəs istəmir -ancaq LAYİQLİLƏRİ!!!!! HƏLƏ DƏ ÜMÜDÜM VAR!!!!!

  11. Qələminə sağlıq .necədə həyati hekayədir.Günümüzün ən aktual mövzusudur .
    Ağayi yazar siz çox müşkül məsələdən yazmısınız..İndi əks tərəf necə etməlidir ki Presskosu neytrallaşdıra bilsin
    Ağayi yazar siz bunun yolunu əks tərəfə deyə bilərsinizmi ?
    ***
    Əks tərəf qoy canı çıxsın özü yolu tapsın.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− bir = 0