7 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

RamazanovAğabala Ramazanov: Mənə saqqalımı qırxmağı tapşırıb, 24 min əvəzinə 4 min ödədilər.

“Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanov komandasının son mövsümdəki çıxışı, klubun maliyyə vəziyyəti, eləcə də qarşıdakı planları barədə danşıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

“Artıq 4 aydır maaş almırıq. Ötən dəfə 4 aylıq maaşımı almağa gedəndə 24 000 dollar əvəzinə mənə cəmi 4 min ödədilər. Deyirlər ki, saqqalını qırx. Başa düşə bilmirəm nə məsələdir. Müsəlman saqqal saxlamalıdır da. Biz vəhabi deyilik, terrorçu deyilik. Dekabrdan bəri pul almırdım, axırı da belə. Bu, hansı ölkədə mümkündür? Hansı klubda bu qədər borc saxlamaq, sonda da bunu saqqal saxlamaqla bağlamaq olar?”

Ramazanovun sözünə görə, futbolçular xərclərini özləri çəkirlər: “Yaşadığımız mənzillərin kirayəsini də özümüz ödəmişik. Müxtəlif ethiyaclarımız olur ki, öz cibimizdən pul xərcləməli oluruq. Düşünməyin ki, “Xəzər Lənkəran”da hər şey yaxşıdır. Bizə hətta bir ara deyirdilər ki, bazada qalmaq istəyirsinizcə, 1000 dollar ödəyin, qalın. Məgər belə şey olar?”

“Bir neçə gün zədəli oldum. Amma mənə heç kim zəng edib, maraqlanmadı ki, vəziyyətim necədir. Danışanda isə elə bilirsən ki, superpeşəkarlardırlar. Mən hətta necə evlərdə qaldığımızın şəkillərini də sizə göndərə bilərəm. Uşaqlar 50 qəpiklik sosiskalarla qidalanırlar. Halbuki, bizə ət yemək lazımdır. Son aylarda çox çalışırdıq, amma bizim əziyyətimizə qiymət verən yoxdur”.

Klubun mətbuat xidməti isə futbolçunun açıqlamalarına belə münasibət bildirdi: “Komandada gənc futbolçular kifayət qədərdir. Onlara isə nəzarət lazımdır. Biz onların üzlərinin təmizliyinə, saç düzümlərinə, saçlarına gel vurmamağa nəzarət edirik. Məsələ burasındadır ki, gənc futbolçu bu yaşlarında öz xarici görünüşü barədə yox, oyunu haqda düşünməlidir. Amma buna görə heç bir cərimə nəzərdə tutulmayıb. Biz oyunçuları uğursuz oyunlar zamanı cərimə edə bilərik. Həmin cərimələr də yüksək məbləğli olmur”.

MƏNBƏ: Azerisport.com

7 Şərh

  1. ncncncnc bextever 6 min dollar alirmis ayda kul menim basima

  2. sabuhi says:

    Eger bir futbolcu bunu cixib deyirse, demeli her halda bu dediklerinin en azi 50 % dogrudu, zaurun qardasi en azi qardasina gore bu boyda gop elemezdi, Agabala qaldigda az da olsa xeyri deydi bu kluba, aldigi maasinin bele yuksek olduguna inanmiram,en azindan o pula gore xeyri deydi…klubda deyesen maliye baximdan hele de veziyyet urek acan deyil….eger saska falan qidalanib neftci, qarabag ve basqa klublardan xal aldilarsa sadece onlara aferin dusur, amma klub yoneticilerine ise yox,bu gun klub bu gundedirse, bunun sadece bir gunahi var…..Oda rehberlik…

  3. Zəfər bəy, məncə komandadan getməyinə Ağabalaya əlavə heç bir bəhanə lazım deyildi. Çünki son üç ildə “Xəzər Lənkəran”ın heyətində olan gənclərdən heç birinə Ağabalaya verilən şans qədər şans verilməyib. Üç il yaş limitinə görə sərasər əsas heyətdə top qovan Ağabala bugün rəhbərlik və azarkeşlər tərəfindən bəyənilmirsə, bu artıq Ağabalanın öz günahıdır.

  4. Salam Qabil bəy.Bəli.Düz qeyd etmisiniz.Rəhmətlik Nüsrət Kəsəmənlinin şeri həmin an yadima düşdü.Gəncliyimizdə sevə-sevə oxuduğumuz bir şer.Lakin azarkeş saytinda bu şeri “XL” sevgisi ilə gəlin təzədən oxuyaq.Yəqin ki, məni sevimli azarkeşlərimiz bu şeri bura yazmağima görə qinamazlar.Axi bu Zaurun qardaşina yaraşmazdi.
    —-
    Getmək istəyirsən bəhanəsiz get….

    Getmək istəyirsən, bəhanəsiz get,
    Oyatma mürgülü xatirələri.
    Səsi həmin səsdir, baxışın ögey,
    Gedirsən səsin də yad olsun, barı.

    Sən dəniz qoynuna tullanmış çiçək,
    Üstünə dalğalar atılacaqdır.
    Saxta məhəbbətin saxta sənəd tək
    Nə vaxtsa üstünde tutulacaqdır.

    Demirəm, sən uca bir dağsan, əyil
    Demirəm, əlacım qalıbdır sənə.
    Nə səndə məhəbbət qara pul deyil,
    Nə mən dilənçiyəm, əl açım sənə.

    Döşənim yollar tək ayaqlarına,
    Sənə yalvarım mən, bu mümkün deyil.
    Qoymaram qəlbim tək vüqarım sına,
    Alçalıb yaşamaq ömür-gün deyil.

    Getmək istəyirsən, o yol, o da sən,
    Bir cüt göz baxacaq arxanca sənin.
    Getdinmi, geriyə dönmək istəsən,
    Tikanlı yastığa dönəcək yerin.

    Getmək istəyirsən ne danış, nə din
    Yox ol uzaqlartək dumanda ,çəndə
    Nəyimi sevmişdin deyə bilmədin
    Indisə yüz eyib görürsən məndə

    Getmək istəyirsən, bəhanəsiz get,
    Oyatma mürgülüxatireleri.
    Səsi həmin səsdir, baxışın ögey,
    Gedirsən səsin də yad olsun, barı

    Nüsrət Kəsəmənlinin şeirinə istinadən belə bir sual vermək istəyirəm sizə :”XL”-ni tərk etmək üçün Ağaya bəhanə gətirmək lazim idi ya yox?

  5. Zəfər bəy, rəhmətlik Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən bəhanəsiz get” şerindən gətirdiyiniz sitat lap yerinə düşdü. Doğurdan da “hər oxuyan Molla Pənah olmaz!” deyib atalar. Zaurla Ağabala qardaş olsalar da Zaur “Xəzər Lənkəran”a qəlbən bağlandı və indi də hər bir “Xəzər Lənkəran”lının qəlbində məxsusi yeri var. Ağabala isə bunu bacarmadı.

  6. Xezer Yek says:

    affanin 21 yasli qehremanlari 22 i yasinda hec bir kluba lazim olmayan tor tokuntuleri, Xezer orxan sadigli . agabala ramazanov 22 i yasi tamam oldu ikiside qovuldu . noyutcu mirhuseyin. elvin 22 yasi tamam oldu ikiside qovuldu . qarabag qara qarayev .sehriyar eliyev .haci ehmedov 22 i
    yaslari tamam oldu 3 de qovulmaq uzredir . Azerbaycanin gulunc futbolu
    bunlardan hansi milliye xeyir verdi ? eksine cempionati mehv etdiler alemi bir birine qatiblar. gerek bagislayasan xezeri affa orxani kasilyas
    agabalani messi ede bilmedik quyuya su tokmeynen deyil gerek su
    ozu arxdan cixa .

  7. Burda deyiblər e: Gedirsən get amma bəhanəsiz.Nə vaxta kimi “XL”-dan getməyə uz tutanlar köhnə vərdişlərindən əl çəkməzlər.
    Hayif səndən Zaur Ramazanov!.Sən həqiqətən “XL”-li idin.Ağa niyə belə etdi?.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 − = yeddi