1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

yellow comment enter key and speech bubble icon.“Xəzər Lənkəran” komandasının uğursuz çıxışı davam etdikcə saytımızda gedən müzakirələrdə də gərginlik artmaqdadır. Təəssüf ki, bu gərginlik əksər hallarda şərhlərdəki məntiqsiz fikirlərlə, yersiz ittihamlarla, ağıla batmayan mənasız iddialarla,”Xəzər Lənkəran” azarkeşinə yaraşmayan tərzdə yazılmış sözlərlə və ən nəhayət qəbul edilməz qeyri etik ifadələrlə müşahidə olunur. Bu tipli şərhlərin müəlliflərinə dəfərlərlə saytın qaydaları xatırladılsa da xoşa gəlməz vəziyyətin qarşısını almaq hələlik mümkün olmayıb. Təəssüflə qeyd edilməlidir ki, məhz etikadan kənar ifadələr, söyüş və təhqirlər, əcaib dualar və qarğışlar, normal danışıqdan kənar formalı deyimlərin çoxalması sayəsində saytımızın xeyli sayda ziyalı istifadəçisi şərh yazaraq müzakirələrə qatılmaqdan vaz keçmək məcburiyyətində qalıblar. Son zamanlar heç bir məntiqə sığmayan, normal düşüncəli insan tərəfindən anlaşılası mümkün olmayab şərhlərin sayı çox artmışdır ki, bu da yalnız təəssüf doğura bilər. Bəzi istifadəçilər ən pis mənada küçə sözləri ilə şərh yazaraq saytı izləyən zərif cinsin nümayəndələrini, az yaşlı uşaqları belə nəzərə almırlar.

Bütün bunları əsas götürərək 12cioyuncu.info saytının rəhbərliyi sayt istifadəçilərini xəbərdar edir ki, qaydalara uyğun gəlməyən hər hansı şərh,  xəbərdarlıq edilmədən ya silincəcək ya da redaktə ediləcək. İstifadəilərdən xahiş edirik ki, saytın qaydalarına diqqətlə oxusunlar və riayət etsinlər.  Saytın qayadalarını BURADAN İZLƏ

12cioyuncu.info saytının rəhbərliyi.

13 Şərh

  1. Maraqli olan Mircha Rednikin qayidiwi doqudurmu?

  2. http://www.sportal.az/?goal=news&id=39767
    Admin bu yazidan xeberin ne derecede duz olmaqini bilmek olarmi? Sizde bu barede bir xeber varmi?
    ***
    Biz bu barədə hamıdan birinci xəbər vermişik. Bizdə o xəbər saat 17:05-də, sizin keçiddə isə saat 17:19-da gedib: http://az.12cioyuncu.info/?p=33902

  3. Gelin bu gun Xezerimizi tek qoymayaq. Komanda uqursuz chixish da ede biler uqurlu da. Olan olub. Mene ele gelir ki biz umidle novbeti movsumu gozleyek ve Mustafa Denizli yeqin ki lazimi oyunchulari saxlayib digerlerini ise silecek. Her wey olur futbolda. Biz esl Xezer azarkewi olaraq komandanin yaninda olamliyiq. Bizim ele ferqimiz de budur ki biz komandamizi hech vaxt tek qoymayaq. Gelin komandaya destek olaq.

  4. Dalam Admin bey mende soyu soymeyin eleyhineyem amma ele olurki heqiqeten hirsimizi gilovluye bilmirik xahiw edirem wexsen meni bagiwlayasiz hele anda

  5. …………………….
    …………………….
    ***
    Biz dedik ki, şərhlərdə təhqirlər olmasın. Siz isə bizim özümüzü təhqir edirsiniz. Ayıbdır axı, bəs siz nə millətisiniz ki? Bu nə iyrənc sözlərdir, he ayıb deyilmi sizə? “Xəzər Lənkəran”ın şərəfini təhqir edə edə siz necə “Xəzər Lənkəran” azarkeşi ola bilərsiniz axı?

  6. Azərbaycanlı says:

    Doğurdan da bəzən yazıları oxuyanda elə təəssürat yaranır ki, şərh yazmaqla fikir mübadiləsində iştirak edən azarkeş özünü monitor, klaviatura yaxud displey arxasında gizlənmiş kimi aparır, sanki onu heç kim görmür, odur ki, ağlına gələni yaza bilər. Bunun heç də belə olmadığına kimisə inandırmaq məqsədim olmadan bildirmək istəyirəm ki, bu neqativin kənar müşahidəçi, oxucu tərəfindən ümumən XL azarkeşlərinə aid edildiyini təəssüf hissi ilə dərk edirəm. Odur ki, gəlin daşınaq kütləvi informasiya vasitələrində adımızı batıran çıxışlardan. Sayt nəzarətçisinin süzgəci bu istiqamətdə daim işləməlidir, heç birimizin ondan əksini tələb etməyə haqqımız yoxdur.

  7. Famid Durasel says:

    ……………
    ……………
    ……………
    ……………
    ……………
    ……………
    ***
    Çox təəssüf edirəm ki, sizin kimi sayt istifadəçiləri özlərinə sahib çıxa bilmirlər. Baxın mən sizin şərhinizi silməsəm onda bu sayt olar tərbiyyəsiz yazışmalar saytı. Özünüz qeyd edirsiniz ki, 50-dən yuxarı yaşınız var. Eləysə sizə sual verirəm məgər sizin övladlarınız bu sayta baxıb sizin biədəb şərhinizi görsəydi sizə bu xoş gələrdi? Axı ayıbdır.

  8. bu catin durumda ALLAH hamija sabr versin.

  9. men bir soz sorusum niye gore xezer pis oynayand biletin qiymeti 2 manat yaxsi oynayanda 1 manata meger kulubun ziyanin azerkeslerden tutmaq isteyirler? men bilirem ki, azerkesin bilet pullariyla hec neye derman deyil bes niye xezein bu gununde 1 manata ve yaxud pulsuz buraxmirlar ki xezere destek olaq? qaldi senin sualina qardas miletin kasasi dolub hemen komand musatafa bey gelen kimi 3-4 oyun ozunu gosterdiler sonra emaliyata kecdiler. eger komanda pisdirse supurub atsinlar denize. islanmisin yaqisdan ne qorxusu.
    ***
    Xahiş edirəm saytın qaydalarını oxuyun sonra qaydalara hörmətlə yanaşaraq şərh yazın. Saytın qaydalarına görə hər hansı yazıda mövzudan kənar şərh yazmaq olmaz. Hərçənd daha yazmısınız, mən də sizin şərhə münasibət bildirim:
    Biz hər zaman azad söz üçün saytımızda tribuna açmışıq. Özü də düz 5-ildir ki, saytımız məhz bu formada fəaliyyət göstərir.
    Kimsənin haqqı çatmaz ki, bizi qınasın. Nə klub rəhbərliyindən nə də azarkeşlər tərəfdən kimsə bizdən narazı ola bilməz. Biz daim ədalətin tərəfində olmuşuq. Qaldı bıçağın sümüyə dirənməsinə, onu bildirim ki, heç bir şəraitdə söyüş söyməyə və insanları təhqir etməyə bəraət yoxdur. Biz də saytımızda gedən şərhlərdən məhz söyüşlərin, təhqirlərin, və bu kimi digər xoşa gəlməz halların yığışmasını istəyirik. Bu tamamilə ormal bir tələbdir.

  10. evvel futbolculari susdurdular, indide azerkeslere novbe catib.
    ***
    Bu nə absurd fikirdir? Söyüş söyülməsinin qarşısını almaq cəhdi susudurmaq sayılır? Təhqirlərin yığışdırılmasını xahiş etmək susdurmaq hesab edilir?

  11. NIZAMI BEYLE TAM RAZIYAM ALLAH SIZI QORUSUN

  12. Nizami moskva says:

    Gargis gadagan deyil, Cunki adamlar haggin, edaletin pozuldugunu gorub Allaha sikayyet edirler. Allah, hagdisa bu sikayyeti gebul edir, hagg deyilse gebul etmir. Gargis tehgir olunmus, haggi taptalanmis, edaletsizliye garsi vurusmaga gucu catmayan adamin feryadidir. Ona gore de gargisi Allahin serencamina buraxmag lazimdir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


5 + = yeddi