1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Azarkeş saytının WhatsApp qrupunda viktorina keçiriləcək.

WhatsApp-da olan “12cioyuncu.info” qrupumuzda azarkeşlərimiz arasında təşkil olunacaq iki mərhələli viktorinada “Xəzər Lənkəran” camiəsinin tarixi ilə bağlı suallar veriləcək. Ən tez və ən dəqiq cavabları qrupa göndərənlər 10-xallıq sistemlə qiymətləndiriləcəklər. Bunun 5-xalı tezliyə görə, üstəgəl daha 5-xalı isə düzgün cavaba görə müəyyənləşəcək. Məsələn: Ən tez cavabın müəllifi 5-xal,tezlik baxımından ardıyca gələn sonrakı daha dörd cavabların müəllifləri 4,3, 2 və 1-xal qazanacaqlar. Eyni üsulla cavabların düzgünlüyü də qiymətlənidiriləcək. Daha çox xal toplayanlar ilk mərhələni adlaya biləcəklər.

Finalda iştirak edəcək qrup üzvlərinə “Xəzər Lənkəran” camiəsinin tarixi ilə bağlı daha çətin suallar veriləcək. Yenə də ən tez və ən dəqiq cavabın müəllifi fərqlənəcək, amma bu dəfə yalnız bir nəfər. Yəni ilk mərhələdəki qayda ilə daha çox xal toplamış azarkeş seçilərək qalib elan olunacaq. Qalib gələn azarkeş qələbə mükafatı olan hədiyəni Lənkəranda alacaq.

WhatsApp-da 12cioyuncu.info qrupuna qoşulmaq üçün +994556194463; +994506272007; +994508687808 və  ya +79685783868 nömrələrindən birini telefonun yaddaşında (KONTAKT yerində) qeyd edib sonra WhatsApp-da həmin nömrəyə qrupa daxil olmaq istəyi ilə müraciət edilməlidir.

Qeyd edək ki, WhatsApp-da 12cioyuncu.info qrupunda viktorinanın ilk mərhələsi şənbə günü fevralın 27-də, final isə bazar günü fevralın 28-də keçiriləcək.

Bir şərh

  1. Admin, mən əgər ilk dəfədən 10 xal toplaya bilsəm, dərhal 5 xalını “Xəzər Lənkəran”a hədiyyə edəcəyəm. Halbuki, onun kitabı elə bağlanıb ki, mənim o 5 xalım da kömək ola bilməyəcək… :)

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


5 + altı =