8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 12676 Qış fasiləsinin ardından bərpa olunan Premyer Liqanın XIX turunda “Xəzər Lənkəran” səfərdə oynayacaq.

Komandamız “Simurq” klubunun qonağı olacaq. Fevralın 1-də Zaqatala şəhər stadionunda keçiriləcək qarşılaşma  saat 17:00-da start götürəcək. Heç bir televiziya kanalı ilə yayımlanmayacaq oyun “Simurq” TV vasitəsi ilə canlı nümayiş olunacaq.

Qeyd edək ki, klubların əvəzedici heyətləri eyni arenada bir gün əvvəl, yanvarın 31-də saat 14:00-da üz-üzə gələcəklər. 

12 Şərh

  1. Sayta verməyin,məxsusi olaraq Sizin üçün:

    Mən sizi başa düşdüm. Eyni zamanda səmimiliyinizə və böyüklük nümayiş etdirdiyinizə görə sizə təşəkkür edirəm.

  2. Mene ela gelir fevralin 1-da XL simurqu udacaq.Cunki yeterinca kehna sastavdan uwaqlar var.Mewkci ezundan kewf kimi bir oyun cixarmasa pis olmayan bir heyyat duzeltmek olar,eqer Skarla da oynasa.Standart veziyyetlerda Skarla eladir.Oduzsa butun oyunlari uduzar.

  3. Salam admin bəy,nəyi isə yazıb sizə isbat etmək fikrindən çox-çox uzağam,yazdıqlarınızdan(indiyə qədər)yüksək intellektə ,sanballı yazı mədəniyyətinə layiq birisi olduğunuz açıq-aydın görünür.Yayım məsələsində fikrim dar çərçivəni əhatə etmir ,belə çıxmasın ki,Zaqataladakı oyun sırf XL rəhbərliyinin günühıdır,Xeyr!,mahiyyət budur ki əgər bir insana öz evinin içində ailəsi qiymət qoymursa,qonşu onu lap urvatsız edirAzərbaucan futbolunda ilklərin(təəssüf ki avrokubokları deyə bilmirik)90 faizi XL -indir Yayım məsələsində ilkə isə imza atsa da meydanda tək qaldı,beləcə on minlərlə fanatını futbolsuz qoydu.Axı tutumu 15000 olan stadion azərkeş göstəricisi deyil Lənkərandan uzaqda bəlkə də yüz minlər (əksər hissəsi kasıb-kusub,imkansız)oyunu evindən izləmək ,qol olanda mənim kimi qonuları diksindirmək istəyir.P.S. Qaldı məntiq məsələsinə ,ali məktəbdə məntiq keçməmişəm,amma məntiqin intellektual idrakın məhsulu olduğunu azacıq bilirəm və Sizin məntiqli birisi olmağnıza heş bir şübhəm yoxdurÖzünüzdən muğayat olun,bu çox çətin arzudur ən azı ona görə ki , canımız qədər sevdiyimiz XL adlı bir komandanın azarlı azərkeş ləriyik!
    ***
    Salam. Vallah bilsəydim ki, siz bu qədər əsəblə qarşılayacaqsız mənim yazdıqlarımı, inanın ki, heç yazmazdım. Daha yazmışam, daha keçib və görürəm ki, siz də çox sinirli şəkildə qarşılamısınız. Ona görə də icazənizlə sizin şərhinizə münasibət bildrməyimin əsas səbəbini göstərim. Beləliklə siz həmin şərhinizdə belə yazmışdınız: “Oyunun necə nəticələnəcəyindən asılı olmayaraq yayımın olmaması məsələsində günühkarı kandardan o üzdə axtarmaq lazım deyil. Günahkar peşəkarlığı Kelvin şkalası üzrə mənfi 273 dərəcədən aşağı olan RƏHBƏRLİKDİR!”
    Məhz bu cümlənizi Zaqataladakı oyunla heç cürə bağlaya bilmədiyimdən fikriniz özü-özlüyündə mənə qəribə gəlmişdi və geniş şəkildə münasibət bildirmişdim. Hətta fikrimi daha rahat çatdıra bilmək üçün həyatdan misal da çəkmişdim. Axı siz yayım məsələsinin üstündən xətt çəkərək konkret fikir bildirmişdiniz, mən də buna münasibət bildirmişəm, burada heç nə yoxdur məncə. Sonda qeyd edim ki, şəxsən mənim heç ali savadım da yoxdur. Hətta texnikumu da ikincsi kursda ikən özümə yox, digər haqqını tələb edə bilməyən bir neçə nəfərə qarşı edilən ədalətsizliyə etiraz əlaməti olaraq təhsilimi yarıda saxlamış və bununla da o vaxtlar üçün çoxlarının anlaya bilmədiyi formada mövqe ortaya qoymuşdum. Qaldı məntiqə, bildiryimə görə məntiqi həyat öyrədir.

  4. azerkeş says:

    Bawa duwmek olmur bu elbrusda bakida mewq kececek?bu adam evezedicilerin hamisin yiqib ora oynadsa onlardan 2-3 oynadacaq.bes goresen qalan uwaqlari evezedicilere niye gondermirki 1 gunluk onlarda oynasin evezedicilerde.yeqin gozu goturmurki birden evezediciler uduzmaz sonra deyerler elbussuz uduzmadilar.bu adam genc uwaqlara ne wans verecey nede evezedicilere buraxacaq.o uwaqlarda oyun praktikasin itirecey.onlara en azindan evezedici heyetde oynamasi lazimdi.bu rehberlik ne yediyin bilir nede s…. 3 ildi duz emmli mewqc getire bilmediler.gerek bawlari cixsin axi.eseb bizi birteher edecey

  5. Düzəliş: bu bizim çempionata aid olmasa da…. xahiş edirəm nəzərə alın!

  6. Salam admin bəy! Futbolun gözəlliyi qoldursa,onun təmizliyi proqnoz tanımamasıdır Bu bizim çempionata aid olsa da XL üçün müstəsnalıq təşkil edir Oyunun necə nəticələnəcəyindən asılı olmayaraq yayımın olmaması məsələsində günühkarı kandardan o üzdə axtarmaq lazım deyil.Günahkar peşəkarlığı Kelvin şkalası üzrə mənfi 273 dərəcədən aşağı olan RƏHBƏRLİKDİR! Sanki hər şeyi Kant dəqiqliyi ilə yernə yetirmişdilər ,qalmışdı yayım,onu da2 ildi salıblar düyünə Necə deyərlər: Düzəlib hər yarağımız,çatmır saqqal darağımız!
    ***
    Bu yayım məsələsinə münasibətlərin qəribə istiqamətdə getməsində mənə çatmayan bəzi məqamlar var. Mən özüm klub rəhbərliyini kifayət qədər tənqid etmişəm, elə yayım məsələsinə görə də. Amma Zaqataladakı oyunun və ümumiyyətlə digər səfər oyunlarının yayımlanmamasına görə “Xəzər Lənkəran” rəhbərliyində qeyri-peşəkarlıq toxumcuqlarını nə qədər axtarıramsa tapa bilmirəm nəsə. Əgər məsələnin kökündə Lənkərandakı oyunların telekanallarda yayımlanmasına “Xəzər Lənkəran” klubu tərəfindən qadağan qoyulması durursa onda mən ümumiyyətlə burada məntiq pozuntusunun olmasını görürəm. İcazə verin əsaslandırım.
    Deməli bizim balaca ilə o biri məhəllədən olan sinif yoldaşı hər gün gəlib evində müvəqqəti yaşadığımız qohumumuzun həyətində topla oynayırdılar. Belədə bizim məhəllənin və o biri məhəllənin bütün futbol həvəskarları olan uşaqlar həyətə doluşur və bizim balacanın müxtəlif məsafələrdən solaxay vurduğu zərbələrdən sonra topun necə eyni nöqtəyə gedərək kiçik halqadan keçməsini həvəslə seyr edirdilər. Eyni zamanda balacanın dostunun da eyni hərəkəti sağ ayağı ilə vurduğu zərbələrdən sonra təkrarlanmasını izləyirdilər. Bütün bunlar dünənə qədər davam etdi. Dünən balacama başa saldım ki, biz burada müvəqqətiyik, həyət də kiçik və dardır, top birdən dəyər bir şeyi sındırarar, ev yiyəsi narazı qalar, yaxşı deyil, ayıbdır, daha yaxşı olar ki, gedib dostunun məhəlləsində, yaxud dostunun evinin qarşısında və ya şəraitləri varsa lap onların həyətlərində oynasınlar. Bizim balaca da dostu ilə razılaşandan sonra belə etdi. Bu gün xəbər tutduam ki, seyirçi uşaqlar tam heyətlə həmin uşağın həyətində yığışırlar. Beləcə hadisədə əvvəldən axıra qədər məntiq heç pozulmur. Əgər uşaqlar getməsəydilər o zaman mən də AZtv və “İdman Azərbaycan” kanallarını deyil “Xəzər Lənkəran” rəhbərliyində sual edib soruşardım: “Niyə Zaqatalada keçirilən oyun canlı yayımlanmır”. Amma mənə məlumdur ki, məntiqim hələ ki, heç yerə getməyim, yerindədir. Beləliklə məncə bu vəziyyətdə “Xəzər Lənkəran” rəhbərliyinin qeyri peşəkarlığından deyil Azərbaycan televiziya məkanındakı “ləh-lülü” halı pisləmək lazımdır ki, məntiq yerindən qaçmağa məhkum olmasın.

  7. nefcini udacaqlar qalanina hec hece gozlesez Allaha sukur olar

  8. “Simurq”la oyunda gənclərimizdən ən azından mübariz oyun gözləyirəm.

  9. Salam Admin XL-nin əsas heyyəti SİMURQLA oynuna Bakıda hazırlasar. Ancaq Skarlatake bu gun Lənkəranda 19U ilə məsq edirdi.Bəs Skarla əsas heyyətlə Simurqla oyuna buraxılmaz…
    ***
    Salam. Bildiyimə görə əsas heyət Bakıda olsa da hələ istirahət edir. Yəqin ona görə də Skarla bekar qalmasın deyə Lənkəranda məşq edir.

  10. Azərbaycanlı says:

    “Xəzər-Lənkəran” bu heyətlə bu mövsümdə heç bir şeyi uduzmaz!

  11. xezer bu illeri udsa udsa Azali udar

  12. Zəfər Lerikli says:

    Muəllim.Bu nə vaxta kimi davam edəcək?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + = dörd